“O, Rusiyaya kimin bağlı olub-olmadığını bilməmiş olmazdı” - deputat
Tarix: 11-06-2020, 08:48 | Çap et
 1992-93-cü illərdə mərhum prezident Əbülfəz Elçibəy hakimiyyəti dönəmində milli təhlükəsizlik nazirinin birinci müavini postunu tutan Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərin son müsahibəsi müxalif camiyədə, sosial şəbəkələrdə hələ də müzakirə olunur.
AXC hökumətində rəhbərliyə Rusiyanın xüsusi xidmət orqanlarının agentlər yerləşdirdiyini deyən S.Əkbərin fikirlərinə ən müxtəlif reaksiyalar verilir.
1992-1995-ci illərdə mətbuat və informasiya naziri vəzifələrində çalışan VHP sədri, deputat Sabir Rüstəmxanlı agent ittihamlarının çox mürəkkəb bir məsələ olduğunu qeyd etdi: “Onu bilirəm ki, sovetlər dönəmində ölkədən xaricə gedən, şərqşünaslıq fakültəsində oxuyan adamların qarşısına müəyyən öhdəliklər qoyurdular. Bu, getdikləri ölkədən xəbər vermək öhdəliyi idi. Amma bu o demək deyil ki, xaricə gedənlərin hamısı SSRİ-nin xüsusi xidmət orqanlarının agenti olurdular. O zaman Azərbaycan sovet sisteminin bir parçası idi. Söz yox ki, ölkə içərisindən Moskvaya xidmət edən, onların qarşısında müəyyən öhdəlikləri olan, ora məlumat ötürən, Rusiyadan qopmağın əleyhinə çıxış edən, SSRİ-nin dağılmasını istəməyən kifayət qədər adamlar var idi. Onları ayırd etmək çox çətindir. Elçibəy Sülhəddin Əkbəri Təhlükəsizlik Komitəsi sədrinin müavini təyin edəndə istəyirdi ki, bu strukturla bağlı müəyyən məlumatlar əldə etsin, sənədlər aşkarlansın. Bütövlükdə Xalq Cəbhəsi komandasına kölgə düşməsini istəməzdim. Orada xalqını, dövlətini sevən kifayət qədər insanlar var idi”.
Deputat S.Əkbərin çox şeylərdən xəbərdar olduğunu düşünür: “Yəqin Sülhəddin bəy nazir müavini işləyəndə özü üçün çox şeyi aydınlaşdırıb. Rusiyaya kimin bağlı olub-olmadığını bilməmiş olmazdı. Üstündən bu qədər vaxt keçməsi fərq etmir, bildiyi bir şey olubsa, indi də aça bilər. Ümumiyyətlə, dünyada bir müddət keçəndən sonra arxivlər açılır. Bizdə də belə olacaq. O vaxt bu məsələ Milli Məclisdə müzakirə olunmuşdu. Çox təklif olunurdu ki, arxivlər açılsın. Maraqlıdır ki, təkid edənlərin çoxu və ya onların ailə üzvləri uzun illər dövlət təhlükəsizliyinə bağlı olublar. Onlar ucuz xal qazanmaq, özlərini cəsarətli göstərmək istəyən adamlar idilər. Millətin taleyini düşünən adamlar bu məsələdə bir qədər ehtiyatlı davranmalıdırlar. Ölkədə çoxsaylı problemlər var idi, müharibə şəraitində yaşayırdıq. Ən müxtəlif qruplar fəaliyyət göstərirdi. Hakimiyyət çevrilişinə cəhdlər olmuşdu. Çox çətin bir dövr idi. Düşünün ki, arxivlər də açılsa ölkədə qarşılıqlı ittihamlar, düşmən axtarışı daha da artacaqdı. Nəticədə dövlətin müstəqilliyi təhlükə altına düşərdi. Bütün bunları düşünüb, arxivlərin açılmasının əleyhinə idim. Əgər arxivlərin açılması millətə, dövlətə zərər vuracaqsa, nə əhəmiyyəti var? Nəticələri düşünmədən qəhrəmanlıq çağırışları etməyin heç bir xeyri yoxdur. Amma indi vəziyyət bir qədər dəyişib. Siyasətdə olan, ölkənin ictimai-siyasi həyatında yer tutan şəxslərlə bağlı arxivlər açıla bilər”. “Yeni Müsavat”


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiya və İran Azərbaycanla Ermənistanın sülh sazişi bağlamasını istəmirlər - FAKT BUDUR...
Bu gün, 09:43 |
|
|
|
• “Dərsinə girmirdim, necə tələbəsi olmuşamsa heç özüm bilmirəm” - Alim Qasımovdan CAVAB
Bu gün, 09:36 |
|
|
|
• Milli Məclis Belçikanın Azərbaycana qarşı əsassız iddiaları RƏDD ETDİ
Bu gün, 09:25 |
|
|
|
• “Moskva bizə müttəfiq olmadığını sübut edib” - ONA GÖRƏ DƏ...
Bu gün, 09:15 |
|
|
|
• Görkəmli memar Arif Əzizov vəfat edib
Bu gün, 09:13 |
|
|
|
• SOCAR-da rəhbərlik: `Burda mənəm... Bağdadda KOR XƏLİFƏ...` - "Telefonda deyiləni birtəhər uduruq, amma..."
Bu gün, 09:07 |
|
|
|
• Tehrandan İrəvana qəfil zəng: Zəngəzur “sancısı” - NƏ BAŞ VERİR?
Bu gün, 09:00 |
|
|
|
• "`Kontakt Home`a dəfələrlə şikayət etmişik, amma NƏ OLSUN Kİ..." - NARAZILIQ VAR...
Bu gün, 08:57 |
|
|
|
• Ermənistan “Putin NATO-su”ndan bu tarixdə çıxır - Azərbaycana təsiri
Bu gün, 08:41 |
|
|
|
• Azərbaycan və Ermənistan sülh razılaşmasına yaxındır - Tramp
Bu gün, 08:38 |
|
|
|
• İşçilərin əmək hüququ bu hallarda da pozulur... - Ekspert danışır...
Bu gün, 08:36 |
|
|
|
• “Daşkəsən Dəmir Filiz”in 4 milyon manatlıq tenderini Çin şirkəti uddu - DETALLAR
Bu gün, 07:41 |
|
|
|
• ŞƏHİD ATASINA QARŞI ŞOK DƏLƏDUZLUQ – MİDA-dan “güzəştli şərtlərlə” ev almaq adı ilə 67 min manatı ələ keçirildi
Bu gün, 07:38 |
|
|
|
• Burda işçinin qara qəpik qədərində DƏYƏRİ YOXDUR - dövlətin bahalı TENDERYEYƏNİ
Bu gün, 07:28 |
|
|
|
• Aİ Azərbaycan, Hindistan, Çind, BƏƏ və Sinqapurdan olan 18 şirkətə sanksiya tətbiq edib - SİYAHI
Bu gün, 07:11 |
|
|
|
• Həm işçinin pulunu vermir, həm də hədələyir... - BU NƏDİ BELƏ?
Bu gün, 07:09 |
|
|
|
• Cəbrayılov: yerində olmayan başçı... Sakinlər problem içində, başçı para peşində...
Bu gün, 07:03 |
|
|
|
• Aİ Belarusa qarşı sanksiyaları genişləndirib
Bu gün, 07:00 |
|
|
|
• "Nazirlik imtina cavabı verir" - GİLEY
Bu gün, 06:58 |
|
|
|
• “Bolton planı” addım-addım həyata keçir - GƏLİŞMƏ
Bu gün, 06:55 |
|
|
|
• Ağdamda kəndlinin HARAYI ƏRŞƏ QALXIR - icra başçısına desə də...
Bu gün, 06:52 |
|
|
|
• Rusiyanın “Tərk et, ya da döyüşə get” DİLEMMASI: - Miqrantların aqibəti NECƏ OLACAQ?
Bu gün, 06:27 |
|
|
|
• Kəmalə Nəhmətovanın KRATON klinikasının dövlətə yenidən vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 06:16 |
|
|
|
• "Ali məktəblərə qəbul zamanı təxminən 3 min yer boş qalacaq" - Ekspert həll yolu GÖSTƏRDİ
Bu gün, 06:13 |
|
|
|
• Zəngəzur dəhlizi barədə gurultulu təklif: İrəvan oyununu davam etdirir - GƏLİŞMƏ
Bu gün, 06:09 |
|
|
|
• Kreditlə bağlı narahatlıq yaradan məsələ: minlərlə insan… – “Bunu etməyin!”
Bu gün, 06:06 |
|
|
|
• “Çin üçün Zəngəzur dəhlizinin kimin nəzarətində olması prinsipial əhəmiyyət daşımır...” - Etibar Məmmədov
Bu gün, 06:01 |
|
|
|
• Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları bir Azərbaycan vətəndaşına da şamil edildi - BUNDAN SONRA...
Bu gün, 05:59 |
|
|
|
• Məktəblərdə şagirdlərin hüquqları belə pozulur - AKTUAL
Bu gün, 05:57 |
|
|
|
• İran-Azərbaycan arasında kütləvi informasiya savaşı gedir - İranın keçmiş səfirindən ilginc açıqlamalar
Bu gün, 05:54 |
|
|
|
• "Yeganə müğənnidir ki, üz-üzə gələndə salamlaşmırıq"
Bu gün, 05:51 |
|
|
|
• İsrail və Suriya Vaşinqtonun dəstəyi ilə atəşkəs barədə razılığa gəliblər
Bu gün, 05:47 |
|
|
|
• Aİ-nin Rusiya əleyhinə 18-ci sanksiyalar paketi qüvvəyə minib - Rusiya nefti BAHA SATILA BİLMƏZ
Bu gün, 05:43 |
|
|
|
• Ramin İsayevin əmlakı müsadirə edilə bilər - 15 il həbsi istənilir
Dünən, 23:43 |
|
|
|
• İrandan Zəngəzurla bağlı növbəti AÇIQLAMA - “Dəhlizin yaradılması…”
Dünən, 23:41 |
|
|
|
• Xadimələrə maşınını yudurdan Esmira Məmmədova işdən ÇIXARILDI
Dünən, 23:38 |
|
|
|
• Bakıda qadın ərinin başına telefonla vuraraq öldürüb?
Dünən, 18:03 |
|
|
|
• Vəkili "Oleq Bakinski"yə bəraət istədi
Dünən, 17:54 |
|
|
|
• Naxçıvanda tərxis olunan əsgərlər Bakıya qayıda bilmir - NARAZILIQ VAR...
Dünən, 17:52 |
|
|
|
• Azərbaycanda 9 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri - MƏLUM OLDU
Dünən, 17:48 |
|
|
|
• Rövşən Lənkəranskinin yaxını olan "qanuni oğru" axtarışa verildi - Bu "sxodka"ya görə
Dünən, 17:45 |
|
|
|
• "Bundan sonra küsmək, ayrılmaq yoxdur"
Dünən, 17:30 |
|
|
|
• Yaxın Şərqin təhlükəsizliyini yalnız iki qüvvə təmin edə bilər - Azad İsazadə
Dünən, 17:27 |
|
|
|
• Rusiyanı diz çökdürəcək qərar VERİLDİ
Dünən, 17:25 |
|
|
|
• Şəxsi həyatla gündəmə gəlmək ayıb deyil?! – Aşıq Zülfiyyə bu dəfə susmadı
Dünən, 17:23 |
|
|
|
• İrəvanda kim kimi devirəcək? - GƏLİŞMƏ
Dünən, 17:19 |
|
|
|
• “TBC Kredit" BOKT-un lisenziyası onun öz istəyi ilə ləğv edilib
Dünən, 17:16 |
|
|
|
• Tiflis İrəvana rədd cavabı verib
Dünən, 17:14 |
|
|
|
• Rusiya-İran iş birliyi regiondakı problemlərin mənbəyidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:10 |
|
|
|
• Məşhur türk milyonçunun nikahı ləğv edildi
Dünən, 17:08 |
|
|
|
|