Azərbaycan öz məhsulunu baha qiymətə reallaşdırmaq imkanı qazanar .....                     Rusiya və İran Azərbaycanla Ermənistanın sülh sazişi bağlamasını istəmirlər .....                     “Dərsinə girmirdim, necə tələbəsi olmuşamsa heç özüm bilmirəm” .....                     Milli Məclis Belçikanın Azərbaycana qarşı əsassız iddiaları .....                     “Moskva bizə müttəfiq olmadığını sübut edib” .....                     Görkəmli memar Arif Əzizov vəfat edib .....                     SOCAR-da rəhbərlik: `Burda mənəm... Bağdadda KOR XƏLİFƏ...` .....                     Tehrandan İrəvana qəfil zəng: Zəngəzur “sancısı” .....                     "`Kontakt Home`a dəfələrlə şikayət etmişik, amma NƏ OLSUN Kİ..." .....                     Ermənistan “Putin NATO-su”ndan bu tarixdə çıxır .....                     Azərbaycan və Ermənistan sülh razılaşmasına yaxındır .....                     İşçilərin əmək hüququ bu hallarda da pozulur... .....                     “Daşkəsən Dəmir Filiz”in 4 milyon manatlıq tenderini Çin şirkəti uddu .....                     ŞƏHİD ATASINA QARŞI ŞOK DƏLƏDUZLUQ .....                     Burda işçinin qara qəpik qədərində DƏYƏRİ YOXDUR .....                     Aİ Azərbaycan, Hindistan, Çind, BƏƏ və Sinqapurdan olan 18 şirkətə sanksiya tətbiq edib .....                     Həm işçinin pulunu vermir, həm də hədələyir... .....                     Cəbrayılov: yerində olmayan başçı... .....                     Aİ Belarusa qarşı sanksiyaları genişləndirib .....                     "Nazirlik imtina cavabı verir" .....                     “Bolton planı” addım-addım həyata keçir .....                     Ağdamda kəndlinin HARAYI ƏRŞƏ QALXIR .....                     Rusiyanın “Tərk et, ya da döyüşə get” DİLEMMASI: .....                     Kəmalə Nəhmətovanın KRATON klinikasının dövlətə yenidən vergi borcu üzə çıxdı .....                     "Ali məktəblərə qəbul zamanı təxminən 3 min yer boş qalacaq" .....                     Zəngəzur dəhlizi barədə gurultulu təklif: İrəvan oyununu davam etdirir .....                     Kreditlə bağlı narahatlıq yaradan məsələ: minlərlə insan… .....                     “Çin üçün Zəngəzur dəhlizinin kimin nəzarətində olması prinsipial əhəmiyyət daşımır...” .....                     Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları bir Azərbaycan vətəndaşına da şamil edildi .....                     Məktəblərdə şagirdlərin hüquqları belə pozulur .....                     İran-Azərbaycan arasında kütləvi informasiya savaşı gedir .....                     "Yeganə müğənnidir ki, üz-üzə gələndə salamlaşmırıq" .....                     İsrail və Suriya Vaşinqtonun dəstəyi ilə atəşkəs barədə razılığa gəliblər .....                     Aİ-nin Rusiya əleyhinə 18-ci sanksiyalar paketi qüvvəyə minib .....                     Ramin İsayevin əmlakı müsadirə edilə bilər .....                     İrandan Zəngəzurla bağlı növbəti AÇIQLAMA .....                     Xadimələrə maşınını yudurdan Esmira Məmmədova işdən .....                     Bakıda qadın ərinin başına telefonla vuraraq öldürüb? .....                     Vəkili "Oleq Bakinski"yə bəraət istədi .....                     Naxçıvanda tərxis olunan əsgərlər Bakıya qayıda bilmir .....                 

"Cəmil müəllim, körpüləri bu sayaq hövkə ilə yandırmayın" - QALMAQAL
Tarix: 8-06-2020, 08:43 | Çap et
"Cəmil müəllim, körpüləri bu sayaq hövkə ilə yandırmayın"
Milli Şuradan istefa verən Eldəniz Quliyevlə Cəmil Həsənli arasında qalmaqal davam edir.

Cebhe.info xəbər verir ki, Eldəniz Quliyev sosial şəbəkə hesabında Cəmil Həsənlinin “Filmin sonu” başlığı altında yazdığı ittihamlara cavab verib: “Cənab professor həmin statusda, az qala bəndənizi satqınçılıq meyillərində suçlayır və mənim hakimiyyətin Milli Şuranı dağıtmaq planlarında müəyyən yer almış fiqur olduğuma eyham vurur. Hətta bir az da qabağa gedərək, ailə məsələlərimə də müdaxilə edir və bununla qırmızı xətti tapdamış olur. Cəmil müəllim, körpüləri bu sayaq hövkə ilə yandırmayın. Çaşıb düşmən tərəfdəki sahildə qala biləcəyinizdən ehtiyat edin. İndi nə oldu, nə baş verdi ki, mənim Milli Şuradan uzaqlaşdırılmağım, MŞ-ya ciddi problemlər yaratmağım haqda ard-arda sicilləmə statuslar yazırsınız?! Və nədən bu statusların əksəriyyətində, yumşaq desək, həqiqəti əks etdirməyən fikirlər, müddəalar və dezinformasiyalar səsləndirirsiniz?!”

E.Quliyev bildirib ki, Cəmil Həsənli, eləcə də MŞ Koordinasiya üzvləri onun Milli Şuradan məhz bu dəyərlərə sayğısız münasibətə görə istefa verdiyini bilir:“Mənim üçün bu dəyərlər taleyüklü məsələdir. Bəs siz nə etdiniz, hörmətli Cəmil bəy? LGBT-ni, feministəri, homofobları, bir sözlə xalqın qəbul etmədiyi bir qrup əxlaqsız toplumun müdafiəsinə qalxdınız, üstəlik bunu liberal dəyərlərin qorunması kimi qələmə verməyə cəhdlər etdiniz. Ərə getməyi ilə fəxr edən və addım başıbunu reklam edən üzdəniraq İsmayıl Cəlilovu görünməmiş canfəşanlıqla hamilyə götürdünüz. Xeyr, hörmətli Cəmil müəllim, alınmayacaq! Çünki bu xalqın tam əksəriyyəti bu cür yad və əxlaqsız yaşam tərzini, bu sayaq adamları qəbul etmir, edə bilmir, etməyəcək də! Sadəcə, iyrənir. Buna əmin olun. Siz heç kimlə məsləhətləşmədən, Milli Şuranın adından, bizlərin bu toplumun hüquqlarını qoruyacağı ( və qoruduğu) haqqında bəyanat verdiniz. Özü də bir neçə dəfə.

Niyə belə etdiniz, bunun mənası, mahiyyəti, məqsədi nə idi? Kimlərin dedikləri ilə, ABŞ-da, ya Avropadakı hansı dairələrin göstərişi, yaxud dirijor çubuğu ilə bunlara rəvac verdiniz? Yaxud öz düşəncənizdə, dünyaduyumunuz, əxlaq normalarınızda bir neçə ayın içində hansı transformasiya baş verdi ki, belə yanlışlıqlara yol verdiniz?

Yuxarıda mən həqiqəti əks etdirməyən iddialar söylədiyinizi üstüörtülü dedim, amma ortada açıq yalanlar da var. Özünü ziyalı sayan heç bir bəndə belə ağ yalanları utanmadan, yəni qırmızı-qırmız deməz. Mən Milli Şuradan çıxarılmamışam, şəxsən öz istəyimlə istefa vermişəm. Səbəbini yuxarıda qeyd etmişəm. Guya MŞ-da qalmağım üçün hamıya yalvarmağım, bu da ağ yalan, hətta riyakarlıqdır. Guya MŞ Koordinasiya Mərkəzinin üzvləri mənim qurumdan çıxarılmağım barədə əvvəlcədən razılığa gəliblər, bu, tamamən və başdan- ayağacan uydurmadır. Bu, necə olur axı, Cəmil müəllim, mənim 25 ildə bir dənə də olsun ssenarim qəbul olunmur, hətta məni kinostudiyanın, Mədəniyyət Nazirliyinin həndəvərinə belə buraxmırlar, amma bu müddət ərzində sizin 10-15 kitabınız çıxır? Və satqın mən oluram!

Bu, necə olur ki, dəfələrlə parlamentdə təmsil olunmaq təkliflərini mən rədd edirəm, amma siz siyasi partiya yoldaşlarınızı atıb da, gedib 10 il saxta Milli Məclisin deputatı olursunuz. Və yenə də mən satqın oluram?!

Axı bu, necə olur ki, məni məhkəmələrə çəkir, cərimə edir, küçə süpürtdürürlər, ən başlıcası, 3 il sərasər ölkədən çıxışıma mənə qadağa qoyulur, amma siz həmən zamanlarda 10-15 dəfə sərbəst şəkildə Qərb dövlətlərinə səfərlər edir, Avropanın kurortlarında kef edirsiniz?! Və yenə də satqın çıxan mən oluram?

Bu, necə olur axı, mən 25 ildir ki, işsiz-gücsüz dolanmağa məhkum olunuram, aptekdən dərmanlarımı belə borca almaq zorunda qalıram, amma sizə həm universitetdə dərs deməyə, həm də ABŞ da mühazirələr oxumağa, orada viski içə-içə buradakı dindarları aşağılamağa şərait yaradılır?! Və yenə də satqın damğası, nədənsə mənə vurulur!”

E.Quliyev C.Həsənlinin onun ailə məsələlərinə ironik münasibətindən də yazıb: “O ki qaldı ailə məsələsinə ironik atmacanıza, bunu, sizə heç yaraşdırmadım. Ayıbdır. Həyat yoldaşımın Xalq artisti fəxri ad almasını az qala hökumətə satqınlığım kimi qələmə verirsiniz. Milli Şurada sizdən yaxşı bilən yoxdur ki, 30-35 bədii filmdə baş rolun ifaçısı olan Xalidə xanım bu adı hələ 20-25 il əvvəl almalıydı. Mənə görə, müxalif mövqeyimə, mübarizəmə görə düz 25 il ona fəxri ad vermədilər. Baxmayaraq ki, Kinemotoqrafçılar İttifaqı və Mədəniyyət Nazirliyi 25 il ərzində mütəmadi olaraq, bu haqda hər Kino günündə Prezident Aparatına təqdimat göndərib. Bir də o, biz evlənməmişdən qat-qat qabaq kino sənətindəydi. İndi bütün ömrünü milli kinoya həsr etmiş, ahıl bir aktirisaya fəxri ad verilməsini mənə qarşı ittiham kimi irəli sürməyiniz, ən yumşaq tərzdə desəm, ləyaqətsizlikdir. Xalidə xanım Xalq artisti fəxri adı alanda Milli Şura üzvləri, başda siz olmaqla, hamınız məni təbrik etdiniz. İndi durub sözaltı mənayla bəyan edirsiniz ki, guya “başınız qarışıq olduğundan təbrik etməyi unutmusunuz”. Hə, yeri gəlmişkən, gec də olsa, mən də deyim, qızınızı ingilisə ərə verməyiniz münasibəti ilə sizi təbrik edirəm. Unutqanlığımı qüsura yazmayın, lütfən.

Son olaraq bildirirəm ki, əgər siz həqiqətən həyat yoldaşımın fəxri ad almasına görə məni satqın hesab edirsinizsə, (hər halda yazınızdan belə qənaət yaranır) və bu haqda ciddi-ciddi abzaslar yazır, eləcə də eyni mövzunu düşük-düşük adamlara yazdırırsınızsa, onda məni, istər-istəməz, sizi həm satıcı, həm də satılmış adlandırmağa sövq edirsiniz. Mən də qayıdıb deyə bilərəm ki, siz satıcı kimi milli-mental və dini dəyərlərimizi “optovoy” şəkildə və keçi qiymətinə əcnəbilərə satırsınız. Satqın kimi isə məndə əsaslı şübhələr yaranıb ki, siz ABŞ-a gedəndən bəri kimlərinsə təsir dairəsinə düşmüsünüz və Azərbaycanın dövlətçilik maraqlarına zərbə vuracaq haçalı-məkirli mövqe nümayiş etdirirsiniz. Ancaq bütün bunlara rəğmən mən yenə də sizə satqın demirəm, deməyəcəm də! Çünki inanıram ki, nə vaxtsa şəxsimə qarşı irəli sürdüyünüz nahaq ittihamlardan və məni sındırmaq meyillərinizdən utanacaqsınız”.

O ki qaldı “filmin sonu” mesajınıza, tələsməyin. Görünür, cavan vaxtlarınızda hind kinolarına çox baxmısınız. O kinolarda filmin əvvəlində, yəni elə ilk kadrlardaca filmin sonunun nə ilə bitəcəyi bəlli olur. Odur ki, çalışın filmi əvvəlindən izləyin”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan öz məhsulunu baha qiymətə reallaşdırmaq imkanı qazanar - Neft qiymətləri 200 dollar olacaqsa...
Bu gün, 09:45
Rusiya və İran Azərbaycanla Ermənistanın sülh sazişi bağlamasını istəmirlər - FAKT BUDUR...
Bu gün, 09:43
“Dərsinə girmirdim, necə tələbəsi olmuşamsa heç özüm bilmirəm” - Alim Qasımovdan CAVAB
Bu gün, 09:36
Milli Məclis Belçikanın Azərbaycana qarşı əsassız iddiaları RƏDD ETDİ
Bu gün, 09:25
“Moskva bizə müttəfiq olmadığını sübut edib” - ONA GÖRƏ DƏ...
Bu gün, 09:15
Görkəmli memar Arif Əzizov vəfat edib
Bu gün, 09:13
SOCAR-da rəhbərlik: `Burda mənəm... Bağdadda KOR XƏLİFƏ...` - "Telefonda deyiləni birtəhər uduruq, amma..."
Bu gün, 09:07
Tehrandan İrəvana qəfil zəng: Zəngəzur “sancısı” - NƏ BAŞ VERİR?
Bu gün, 09:00
"`Kontakt Home`a dəfələrlə şikayət etmişik, amma NƏ OLSUN Kİ..." - NARAZILIQ VAR...
Bu gün, 08:57
Ermənistan “Putin NATO-su”ndan bu tarixdə çıxır - Azərbaycana təsiri
Bu gün, 08:41
Azərbaycan və Ermənistan sülh razılaşmasına yaxındır - Tramp
Bu gün, 08:38
İşçilərin əmək hüququ bu hallarda da pozulur... - Ekspert danışır...
Bu gün, 08:36
“Daşkəsən Dəmir Filiz”in 4 milyon manatlıq tenderini Çin şirkəti uddu - DETALLAR
Bu gün, 07:41
ŞƏHİD ATASINA QARŞI ŞOK DƏLƏDUZLUQ – MİDA-dan “güzəştli şərtlərlə” ev almaq adı ilə 67 min manatı ələ keçirildi
Bu gün, 07:38
Burda işçinin qara qəpik qədərində DƏYƏRİ YOXDUR - dövlətin bahalı TENDERYEYƏNİ
Bu gün, 07:28
Aİ Azərbaycan, Hindistan, Çind, BƏƏ və Sinqapurdan olan 18 şirkətə sanksiya tətbiq edib - SİYAHI
Bu gün, 07:11
Həm işçinin pulunu vermir, həm də hədələyir... - BU NƏDİ BELƏ?
Bu gün, 07:09
Cəbrayılov: yerində olmayan başçı... Sakinlər problem içində, başçı para peşində...
Bu gün, 07:03
Aİ Belarusa qarşı sanksiyaları genişləndirib
Bu gün, 07:00
"Nazirlik imtina cavabı verir" - GİLEY
Bu gün, 06:58
“Bolton planı” addım-addım həyata keçir - GƏLİŞMƏ
Bu gün, 06:55
Ağdamda kəndlinin HARAYI ƏRŞƏ QALXIR - icra başçısına desə də...
Bu gün, 06:52
Rusiyanın “Tərk et, ya da döyüşə get” DİLEMMASI: - Miqrantların aqibəti NECƏ OLACAQ?
Bu gün, 06:27
Kəmalə Nəhmətovanın KRATON klinikasının dövlətə yenidən vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 06:16
"Ali məktəblərə qəbul zamanı təxminən 3 min yer boş qalacaq" - Ekspert həll yolu GÖSTƏRDİ
Bu gün, 06:13
Zəngəzur dəhlizi barədə gurultulu təklif: İrəvan oyununu davam etdirir - GƏLİŞMƏ
Bu gün, 06:09
Kreditlə bağlı narahatlıq yaradan məsələ: minlərlə insan… – “Bunu etməyin!”
Bu gün, 06:06
“Çin üçün Zəngəzur dəhlizinin kimin nəzarətində olması prinsipial əhəmiyyət daşımır...” - Etibar Məmmədov
Bu gün, 06:01
Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları bir Azərbaycan vətəndaşına da şamil edildi - BUNDAN SONRA...
Bu gün, 05:59
Məktəblərdə şagirdlərin hüquqları belə pozulur - AKTUAL
Bu gün, 05:57
İran-Azərbaycan arasında kütləvi informasiya savaşı gedir - İranın keçmiş səfirindən ilginc açıqlamalar
Bu gün, 05:54
"Yeganə müğənnidir ki, üz-üzə gələndə salamlaşmırıq"
Bu gün, 05:51
İsrail və Suriya Vaşinqtonun dəstəyi ilə atəşkəs barədə razılığa gəliblər
Bu gün, 05:47
Aİ-nin Rusiya əleyhinə 18-ci sanksiyalar paketi qüvvəyə minib - Rusiya nefti BAHA SATILA BİLMƏZ
Bu gün, 05:43
Ramin İsayevin əmlakı müsadirə edilə bilər - 15 il həbsi istənilir
Dünən, 23:43
İrandan Zəngəzurla bağlı növbəti AÇIQLAMA - “Dəhlizin yaradılması…”
Dünən, 23:41
Xadimələrə maşınını yudurdan Esmira Məmmədova işdən ÇIXARILDI
Dünən, 23:38
Bakıda qadın ərinin başına telefonla vuraraq öldürüb?
Dünən, 18:03
Vəkili "Oleq Bakinski"yə bəraət istədi
Dünən, 17:54
Naxçıvanda tərxis olunan əsgərlər Bakıya qayıda bilmir - NARAZILIQ VAR...
Dünən, 17:52
Azərbaycanda 9 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri - MƏLUM OLDU
Dünən, 17:48
Rövşən Lənkəranskinin yaxını olan "qanuni oğru" axtarışa verildi - Bu "sxodka"ya görə
Dünən, 17:45
"Bundan sonra küsmək, ayrılmaq yoxdur"
Dünən, 17:30
Yaxın Şərqin təhlükəsizliyini yalnız iki qüvvə təmin edə bilər - Azad İsazadə
Dünən, 17:27
Rusiyanı diz çökdürəcək qərar VERİLDİ
Dünən, 17:25
Şəxsi həyatla gündəmə gəlmək ayıb deyil?! – Aşıq Zülfiyyə bu dəfə susmadı
Dünən, 17:23
İrəvanda kim kimi devirəcək? - GƏLİŞMƏ
Dünən, 17:19
“TBC Kredit" BOKT-un lisenziyası onun öz istəyi ilə ləğv edilib
Dünən, 17:16
Tiflis İrəvana rədd cavabı verib
Dünən, 17:14
Rusiya-İran iş birliyi regiondakı problemlərin mənbəyidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru