Azərbaycan öz məhsulunu baha qiymətə reallaşdırmaq imkanı qazanar .....                     Rusiya və İran Azərbaycanla Ermənistanın sülh sazişi bağlamasını istəmirlər .....                     “Dərsinə girmirdim, necə tələbəsi olmuşamsa heç özüm bilmirəm” .....                     Milli Məclis Belçikanın Azərbaycana qarşı əsassız iddiaları .....                     “Moskva bizə müttəfiq olmadığını sübut edib” .....                     Görkəmli memar Arif Əzizov vəfat edib .....                     SOCAR-da rəhbərlik: `Burda mənəm... Bağdadda KOR XƏLİFƏ...` .....                     Tehrandan İrəvana qəfil zəng: Zəngəzur “sancısı” .....                     "`Kontakt Home`a dəfələrlə şikayət etmişik, amma NƏ OLSUN Kİ..." .....                     Ermənistan “Putin NATO-su”ndan bu tarixdə çıxır .....                     Azərbaycan və Ermənistan sülh razılaşmasına yaxındır .....                     İşçilərin əmək hüququ bu hallarda da pozulur... .....                     “Daşkəsən Dəmir Filiz”in 4 milyon manatlıq tenderini Çin şirkəti uddu .....                     ŞƏHİD ATASINA QARŞI ŞOK DƏLƏDUZLUQ .....                     Burda işçinin qara qəpik qədərində DƏYƏRİ YOXDUR .....                     Aİ Azərbaycan, Hindistan, Çind, BƏƏ və Sinqapurdan olan 18 şirkətə sanksiya tətbiq edib .....                     Həm işçinin pulunu vermir, həm də hədələyir... .....                     Cəbrayılov: yerində olmayan başçı... .....                     Aİ Belarusa qarşı sanksiyaları genişləndirib .....                     "Nazirlik imtina cavabı verir" .....                     “Bolton planı” addım-addım həyata keçir .....                     Ağdamda kəndlinin HARAYI ƏRŞƏ QALXIR .....                     Rusiyanın “Tərk et, ya da döyüşə get” DİLEMMASI: .....                     Kəmalə Nəhmətovanın KRATON klinikasının dövlətə yenidən vergi borcu üzə çıxdı .....                     "Ali məktəblərə qəbul zamanı təxminən 3 min yer boş qalacaq" .....                     Zəngəzur dəhlizi barədə gurultulu təklif: İrəvan oyununu davam etdirir .....                     Kreditlə bağlı narahatlıq yaradan məsələ: minlərlə insan… .....                     “Çin üçün Zəngəzur dəhlizinin kimin nəzarətində olması prinsipial əhəmiyyət daşımır...” .....                     Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları bir Azərbaycan vətəndaşına da şamil edildi .....                     Məktəblərdə şagirdlərin hüquqları belə pozulur .....                     İran-Azərbaycan arasında kütləvi informasiya savaşı gedir .....                     "Yeganə müğənnidir ki, üz-üzə gələndə salamlaşmırıq" .....                     İsrail və Suriya Vaşinqtonun dəstəyi ilə atəşkəs barədə razılığa gəliblər .....                     Aİ-nin Rusiya əleyhinə 18-ci sanksiyalar paketi qüvvəyə minib .....                     Ramin İsayevin əmlakı müsadirə edilə bilər .....                     İrandan Zəngəzurla bağlı növbəti AÇIQLAMA .....                     Xadimələrə maşınını yudurdan Esmira Məmmədova işdən .....                     Bakıda qadın ərinin başına telefonla vuraraq öldürüb? .....                     Vəkili "Oleq Bakinski"yə bəraət istədi .....                     Naxçıvanda tərxis olunan əsgərlər Bakıya qayıda bilmir .....                 

“Mütəllibov Moskva qarşısında Vəzirovdan daha itaətkar idi"
Tarix: 2-06-2020, 08:48 | Çap et
“Mütəllibov Moskva qarşısında Vəzirovdan daha itaətkar idi"
Hər ikisinin hakimiyyət dövrü uzun çəkməsə də, Azərbaycanın qaynar dövrünə təsadüf edir. Ə.Vəzirov SSRİ-nin Nepalda (1979-1985) və Pakistanda (1985-1988) səfiri olub. 1988-ci il mayın 21-dən 1990-cı il yanvarın 20-dək Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi olub. Bu dövrdə Moskvanın dəstəyi ilə Dağlıq Qarabağda ermənilərin separatçı hərəkatı alovlanıb, azərbaycanlıların doğma torpaqlarından qovulmasına başlanılıb. Vəzirov bütün bunların qarşısını almaqda aciz olub, sovet qoşunlarının 1990-cı il yanvar ayının 20-də Azərbaycana daxil olmasının və yüzlərlə günahsız insanın qanını axıtmasının qarşısını ala bilməyib. Yanvar qırğınından sonra xalqın tələbi ilə vəzifəsini tərk edib və Moskvaya gedib. Buna görə də Azərbaycanda onun haqqında cinayət işi qaldırılıb. Hazırda Əbdürrəhman Vəzirov Moskvada yaşayır.

Ayaz Mütəllibov isə 1988-ci ildən Azərbaycan SSRİ Nazirlər Sovetinin sədri olub. 1990-cı ilin yanvar ayında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, daha sonra - 1990-cı ilin may ayının 18-də Azərbaycan SSRİ Ali Soveti tərəfindən Azərbaycan SSRİ prezidenti seçilib. 1991-ci il sentyabrın 8-də ümumi seçkilərdə Azərbaycanın prezidenti seçilib.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda ermənilər rus ordusunun köməkliyi ilə dəhşətli qətliam törədir, azərbaycanlıları soyqırıma məruz qoyur. Bu faciədən sonra Ali Sovetdə xalqın dəstəyini qazanan ovaxtkı müxalifət növbədənkənar sessiyanın çağırılmasına nail olur və Ayaz Mütəllibovu tutduğu vəzifədən istefa verməyə məcbur edir. Nəticədə 1992-ci il martın 6-da o, istefa verir. Lakin mayın 14-də vəzifəsinə qayıdır. Onun qayıdışı cəmi bir gün çəkir. Müxalif cəbhədə duran Azərbaycan Xalq Cəbhəsinin təzyiqi altında Ayaz Mütəllibov mayın 15-də yenidən istefası barədə sənədi imzalamalı olur və ölkəni tərk edir. 1992-ci ildən 2012-ci ilə qədər Mütəllibov Moskvada yaşamağa məcbur olur. 2012-ci il iyulun 7-də həmişəlik Bakıya qayıdıb.

Həm onun, həm də Ə.Vəzirovun SSRİ paytaxtına bağlılığı olsa da, zaman-zaman müqayisə edilirlər. Hansı daha demokratik, açıq fikirli idi, təkliflərə açıq idi? Müxalifətə münasibətdə hansı daha səmimi idi? Ən nəhayət, hansı daha çox azərbaycançı idi? Bu kimi suallar illər keçsə də səslənir.

Bu barədə danışan sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli “Yeni Müsavat”a açıqlamasında 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərinin Azərbaycan üçün, SSRİ üçün çox keşməkeşli dövr olduğunu xatırlatdı: “Azərbaycanda proseslərin normal məcrada getməsinə mane olan Dağlıq Qarabağdakı separatçı hərəkətlər həm də Azərbaycandakı siyasi proseslər üzərində öz izini qoydu. 1988-ci ildə Əbdürrəhman Vəzirov Azərbaycana rəhbər təyin olunanda Azərbaycan qaynar qazan kimi qaynayırdı. Vəzirov əslən Qarabağdan olsa da, bir müddət Azərbaycandan ayrı düşmüş, Moskva mühitində böyümüşdü və Azərbaycan gerçəkliklərini bütün çalarları ilə bilmirdi. O, imperiyapərəst, içərisində istiqlalçılıq, millətçilik, müstəqillik ideyaları olmayan bir adam idi. Eyni zamanda müsbət cəhətləri də olan adam idi. Onda demokratiyaya müəyyən meyl var idi, müasir inkişafın aparıcı meyllərini başa düşürdü. Məsələn, o, Azərbaycanda kompüterləşmə məsələsini irəli sürəndə çoxları ağzını büzürdü. Kəndlərdə hamam tikilməsi, zibil qutularının qoyulması kimi məsələləri qaldıranda da onu lağa qoyurdular. Əslində bu cür ideyalar yanlış deyildi. Vəzirovun Azərbaycanda sürət götürmüş milli-azadlıq hərəkatına, onun liderlərinə də münasibəti tolerant idi. O, həmin adamlarla danışıqlara gedirdi, onlarla dil tapmağa çalışırdı. Vəzirovun ən ciddi səhvlərindən biri Azərbaycanın ümummilli lideri Heydər Əliyevlə bağlı subyektiv fikirlər söyləməsi, Heydər Əliyevin gördüyü işlərə kölgə salmağa çalışması idi.

Ayaz Mütəllibova gəldikdə, Ayaz Mütəllibov bir çox parametrlərinə görə Vəzirovla müqayisə edilməyəcək həddə fərqli fiqur idi. Mütəllibov Vəzirovdan daha sərt idi, demokratiyaya, milli azadlıq hərəkatına, istiqlala münasibəti daha sərt idi. Ayaz Mütəllibovun Heydər Əliyevə də münasibəti daha sərt idi. Heydər Əliyevin Bakıya gəlişinə, Bakıda yaşamasına faktiki olaraq imkan vermək istəmirdi. Heydər Əliyev Azərbaycanın müstəqilliyə, istiqlala qovuşmasını istəyirdi. Onun mövqeyi xalq hərəkatı ilə üst-üstə düşürdü. Mütəllibov isə istiqlal tərəfdarlarına qarşı amansız idi. Mütəllibov Moskva qarşısında Vəzirovdan daha hədsiz itaətkarlıq edirdi. O, Azərbaycan xalqı qarşısında prezident seçildiyi zaman üzərinə götürdüyü vəzifələrin bir çoxunu icra etməyi bacarmadı. Onun bir sıra davranışları Qarabağ məsələsində uğursuzluqlarımızın başlanğıcını qoymuşdu. Vəzirov hakimiyyətdə olanda Naxçıvana getmiş və onun istefası tələb olunan mitinqdə çıxış eləmişdi. Mütəllibovun isə Naxçıvanla bağlı münasibəti daha sərt idi. Mütəllibov Naxçıvana getmirdi, əksinə, Naxçıvanın blokadada olmasına seyrçi münasibət bəsləyirdi. Bir sözlə, Vəzirovla Mütəllibovu tərəzinin gözlərinə qoyduqda Vəzirov tərəfinin ağır basdığını deyə bilərik".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan öz məhsulunu baha qiymətə reallaşdırmaq imkanı qazanar - Neft qiymətləri 200 dollar olacaqsa...
Bu gün, 09:45
Rusiya və İran Azərbaycanla Ermənistanın sülh sazişi bağlamasını istəmirlər - FAKT BUDUR...
Bu gün, 09:43
“Dərsinə girmirdim, necə tələbəsi olmuşamsa heç özüm bilmirəm” - Alim Qasımovdan CAVAB
Bu gün, 09:36
Milli Məclis Belçikanın Azərbaycana qarşı əsassız iddiaları RƏDD ETDİ
Bu gün, 09:25
“Moskva bizə müttəfiq olmadığını sübut edib” - ONA GÖRƏ DƏ...
Bu gün, 09:15
Görkəmli memar Arif Əzizov vəfat edib
Bu gün, 09:13
SOCAR-da rəhbərlik: `Burda mənəm... Bağdadda KOR XƏLİFƏ...` - "Telefonda deyiləni birtəhər uduruq, amma..."
Bu gün, 09:07
Tehrandan İrəvana qəfil zəng: Zəngəzur “sancısı” - NƏ BAŞ VERİR?
Bu gün, 09:00
"`Kontakt Home`a dəfələrlə şikayət etmişik, amma NƏ OLSUN Kİ..." - NARAZILIQ VAR...
Bu gün, 08:57
Ermənistan “Putin NATO-su”ndan bu tarixdə çıxır - Azərbaycana təsiri
Bu gün, 08:41
Azərbaycan və Ermənistan sülh razılaşmasına yaxındır - Tramp
Bu gün, 08:38
İşçilərin əmək hüququ bu hallarda da pozulur... - Ekspert danışır...
Bu gün, 08:36
“Daşkəsən Dəmir Filiz”in 4 milyon manatlıq tenderini Çin şirkəti uddu - DETALLAR
Bu gün, 07:41
ŞƏHİD ATASINA QARŞI ŞOK DƏLƏDUZLUQ – MİDA-dan “güzəştli şərtlərlə” ev almaq adı ilə 67 min manatı ələ keçirildi
Bu gün, 07:38
Burda işçinin qara qəpik qədərində DƏYƏRİ YOXDUR - dövlətin bahalı TENDERYEYƏNİ
Bu gün, 07:28
Aİ Azərbaycan, Hindistan, Çind, BƏƏ və Sinqapurdan olan 18 şirkətə sanksiya tətbiq edib - SİYAHI
Bu gün, 07:11
Həm işçinin pulunu vermir, həm də hədələyir... - BU NƏDİ BELƏ?
Bu gün, 07:09
Cəbrayılov: yerində olmayan başçı... Sakinlər problem içində, başçı para peşində...
Bu gün, 07:03
Aİ Belarusa qarşı sanksiyaları genişləndirib
Bu gün, 07:00
"Nazirlik imtina cavabı verir" - GİLEY
Bu gün, 06:58
“Bolton planı” addım-addım həyata keçir - GƏLİŞMƏ
Bu gün, 06:55
Ağdamda kəndlinin HARAYI ƏRŞƏ QALXIR - icra başçısına desə də...
Bu gün, 06:52
Rusiyanın “Tərk et, ya da döyüşə get” DİLEMMASI: - Miqrantların aqibəti NECƏ OLACAQ?
Bu gün, 06:27
Kəmalə Nəhmətovanın KRATON klinikasının dövlətə yenidən vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 06:16
"Ali məktəblərə qəbul zamanı təxminən 3 min yer boş qalacaq" - Ekspert həll yolu GÖSTƏRDİ
Bu gün, 06:13
Zəngəzur dəhlizi barədə gurultulu təklif: İrəvan oyununu davam etdirir - GƏLİŞMƏ
Bu gün, 06:09
Kreditlə bağlı narahatlıq yaradan məsələ: minlərlə insan… – “Bunu etməyin!”
Bu gün, 06:06
“Çin üçün Zəngəzur dəhlizinin kimin nəzarətində olması prinsipial əhəmiyyət daşımır...” - Etibar Məmmədov
Bu gün, 06:01
Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları bir Azərbaycan vətəndaşına da şamil edildi - BUNDAN SONRA...
Bu gün, 05:59
Məktəblərdə şagirdlərin hüquqları belə pozulur - AKTUAL
Bu gün, 05:57
İran-Azərbaycan arasında kütləvi informasiya savaşı gedir - İranın keçmiş səfirindən ilginc açıqlamalar
Bu gün, 05:54
"Yeganə müğənnidir ki, üz-üzə gələndə salamlaşmırıq"
Bu gün, 05:51
İsrail və Suriya Vaşinqtonun dəstəyi ilə atəşkəs barədə razılığa gəliblər
Bu gün, 05:47
Aİ-nin Rusiya əleyhinə 18-ci sanksiyalar paketi qüvvəyə minib - Rusiya nefti BAHA SATILA BİLMƏZ
Bu gün, 05:43
Ramin İsayevin əmlakı müsadirə edilə bilər - 15 il həbsi istənilir
Dünən, 23:43
İrandan Zəngəzurla bağlı növbəti AÇIQLAMA - “Dəhlizin yaradılması…”
Dünən, 23:41
Xadimələrə maşınını yudurdan Esmira Məmmədova işdən ÇIXARILDI
Dünən, 23:38
Bakıda qadın ərinin başına telefonla vuraraq öldürüb?
Dünən, 18:03
Vəkili "Oleq Bakinski"yə bəraət istədi
Dünən, 17:54
Naxçıvanda tərxis olunan əsgərlər Bakıya qayıda bilmir - NARAZILIQ VAR...
Dünən, 17:52
Azərbaycanda 9 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri - MƏLUM OLDU
Dünən, 17:48
Rövşən Lənkəranskinin yaxını olan "qanuni oğru" axtarışa verildi - Bu "sxodka"ya görə
Dünən, 17:45
"Bundan sonra küsmək, ayrılmaq yoxdur"
Dünən, 17:30
Yaxın Şərqin təhlükəsizliyini yalnız iki qüvvə təmin edə bilər - Azad İsazadə
Dünən, 17:27
Rusiyanı diz çökdürəcək qərar VERİLDİ
Dünən, 17:25
Şəxsi həyatla gündəmə gəlmək ayıb deyil?! – Aşıq Zülfiyyə bu dəfə susmadı
Dünən, 17:23
İrəvanda kim kimi devirəcək? - GƏLİŞMƏ
Dünən, 17:19
“TBC Kredit" BOKT-un lisenziyası onun öz istəyi ilə ləğv edilib
Dünən, 17:16
Tiflis İrəvana rədd cavabı verib
Dünən, 17:14
Rusiya-İran iş birliyi regiondakı problemlərin mənbəyidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru