SOCAR-da VƏZİFƏ STANDARTI MÜƏMMASI... .....                     Rusiyaya qarşı yeni "Antanta" yaradıldı: .....                     "UNIKAL-MTK" vergi qanunvericiliyini pozub .....                     Azərbaycan öz məhsulunu baha qiymətə reallaşdırmaq imkanı qazanar .....                     Rusiya və İran Azərbaycanla Ermənistanın sülh sazişi bağlamasını istəmirlər .....                     “Dərsinə girmirdim, necə tələbəsi olmuşamsa heç özüm bilmirəm” .....                     Milli Məclis Belçikanın Azərbaycana qarşı əsassız iddiaları .....                     “Moskva bizə müttəfiq olmadığını sübut edib” .....                     Görkəmli memar Arif Əzizov vəfat edib .....                     SOCAR-da rəhbərlik: `Burda mənəm... Bağdadda KOR XƏLİFƏ...` .....                     Tehrandan İrəvana qəfil zəng: Zəngəzur “sancısı” .....                     "`Kontakt Home`a dəfələrlə şikayət etmişik, amma NƏ OLSUN Kİ..." .....                     Ermənistan “Putin NATO-su”ndan bu tarixdə çıxır .....                     Azərbaycan və Ermənistan sülh razılaşmasına yaxındır .....                     İşçilərin əmək hüququ bu hallarda da pozulur... .....                     “Daşkəsən Dəmir Filiz”in 4 milyon manatlıq tenderini Çin şirkəti uddu .....                     ŞƏHİD ATASINA QARŞI ŞOK DƏLƏDUZLUQ .....                     Burda işçinin qara qəpik qədərində DƏYƏRİ YOXDUR .....                     Aİ Azərbaycan, Hindistan, Çind, BƏƏ və Sinqapurdan olan 18 şirkətə sanksiya tətbiq edib .....                     Həm işçinin pulunu vermir, həm də hədələyir... .....                     Cəbrayılov: yerində olmayan başçı... .....                     Aİ Belarusa qarşı sanksiyaları genişləndirib .....                     "Nazirlik imtina cavabı verir" .....                     “Bolton planı” addım-addım həyata keçir .....                     Ağdamda kəndlinin HARAYI ƏRŞƏ QALXIR .....                     Rusiyanın “Tərk et, ya da döyüşə get” DİLEMMASI: .....                     Kəmalə Nəhmətovanın KRATON klinikasının dövlətə yenidən vergi borcu üzə çıxdı .....                     "Ali məktəblərə qəbul zamanı təxminən 3 min yer boş qalacaq" .....                     Zəngəzur dəhlizi barədə gurultulu təklif: İrəvan oyununu davam etdirir .....                     Kreditlə bağlı narahatlıq yaradan məsələ: minlərlə insan… .....                     “Çin üçün Zəngəzur dəhlizinin kimin nəzarətində olması prinsipial əhəmiyyət daşımır...” .....                     Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları bir Azərbaycan vətəndaşına da şamil edildi .....                     Məktəblərdə şagirdlərin hüquqları belə pozulur .....                     İran-Azərbaycan arasında kütləvi informasiya savaşı gedir .....                     "Yeganə müğənnidir ki, üz-üzə gələndə salamlaşmırıq" .....                     İsrail və Suriya Vaşinqtonun dəstəyi ilə atəşkəs barədə razılığa gəliblər .....                     Aİ-nin Rusiya əleyhinə 18-ci sanksiyalar paketi qüvvəyə minib .....                     Ramin İsayevin əmlakı müsadirə edilə bilər .....                     İrandan Zəngəzurla bağlı növbəti AÇIQLAMA .....                     Xadimələrə maşınını yudurdan Esmira Məmmədova işdən .....                 

Müxalifətdən 90 yaşı tamam olan Vəzirova orijinal “təbrik”
Tarix: 1-06-2020, 09:48 | Çap et
Müxalifətdən 90 yaşı tamam olan Vəzirova orijinal “təbrik”
Azərbaycan SSR KP MK-nın 13-cü birinci katibi (1988-1990) Əbdürrəhman Vəzirovun 90 yaşı tamamlanıb. Milli-azadlıq hərəkatının başlandığı dövrdə Azərbaycana rəhbərlik etmiş Vəzirov tarixdə müsbət iz qoya bilməyən ölkə başçılarından biri kimi qəbul edilir.

Əslən Şuşadan olan, Binəqədi rayonunda dünyaya gələn Ə.Vəzirov SSRİ-nin Nepalda (1979-1985) və Pakistanda (1985-1988) səfiri olub. 1988-ci il mayın 21-dən 1990-cı il yanvarın 20-nədək Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi olub. Bu dövrdə Moskvanın dəstəyi ilə Dağlıq Qarabağda ermənilərin separatçı hərəkatı alovlanmış, azərbaycanlıların doğma torpaqlarından qovulmasına başlanılıb. Vəzirov bütün bunların qarşısını almaqda aciz olmuş, sovet qoşunlarının 1990-cı il yanvar ayının 20-də Azərbaycana daxil olmasının və yüzlərlə günahsız insanın qanını axıtmasının qarşısını ala bilməyib. Yanvar qırğınından sonra xalqın tələbi ilə vəzifəsini tərk edib və Moskvaya qaçıb. Buna görə də Azərbaycanda onun haqqında cinayət işi qaldırılıb. Hal-hazırda Əbdürrəhman Vəzirov Moskvada yaşayır.

90 yaşı mayın 26-da tamam olan Ə.Vəzirovu tanınmışlardan yalnız Rüstəm İbrahimbəyov təbrik edib. Təriflər yağdırıb. Bəs Vəzirova təbrik düşürmü? Niyə ömrünü qürbətdə başa vurur? Keçmiş hərəkatçılar onun haqda 30 il sonra nə düşünür?

Xalq hərəkatının liderlərindən biri olmuş AXP sədri Pənah Hüseyn “Yeni Müsavat”a bildirdi ki, Ə.Vəzirov o dövrdə yaranmış vəziyyətdə Azərbaycana rəhbərik etməyə adekvat olan xadim olmadı: “Həm strateji baxımdan hadisələri düzgün dəyərləndirmədiyi aşkara çıxdı, həm də Qarabağdakı terrorla, separatizmlə bağlı yaranmış situasiyada Vəzirov düzgün mövqe tutmadı. Bir sıra hallarda Azərbaycan xalqının milli maraqlarının əksinə olan addımlar atdı. Xüsusən 1990-cı ilin 20 yanvarı ərəfəsindəki onun fəaliyyəti də daha çox keçmiş SSRİ imperiyasının maraqlarına cavab verirdi. Onun mövqesizliyi də nəzərə alınmalıdır. Hesab eləmirəm ki, bunlara bəraət var. Amma eyni zamanda, bilirsiniz ki, Vəzirova qarşı Xalq Cəbhəsi hakimiyyəti dövründə cinayət işi qaldırılmadı. Onun respublikaya gəlib-getməsinə təminat verilmişdi. Bu da onunla əlaqədar idi ki, Vəzirov Moskvaya gedəndən sonra artıq mərkəzin Azərbaycana qarşı siyasi planlarında yer almadı. Lakin əlbəttə ki, tarixin mühakiməsi davam edir. Mən Əbdürrəhman Vəzirovun verdiyi son açıqlamalarla tanışam. Hətta indi də istər Vəzirov, istər Vaqif Hüseynov, istər Ayaz Mütəllibovun Azərbaycanın maraqlarına uyğun olan məsələlərdə ya susmaları, ya da yenə buna yanlış şərhlər vermələri əlbəttə ki, təəssüf doğurur. Vəzirov hətta 90 yaşında da ən azı 1990-cı ilin yanvar hadisələrində ona məlum olan həqiqətləri belə görünür ki, açıqlamaqdan çəkinir. Ən azı o, həmin həqiqətlərin ortaya çıxmasında rol oynaya bilər və öz borcunu gec də olsa müəyyən qədər qaytara bilər. Təəssüf ki, bunu da etmir. Mənim Vəzirovla şəxsi münasibətlərim olmayıb və yoxdur. Onunla təkbətək görüşlərim olmayıb. Amma AXC-nin İdarə Heyətinin bir qrupunu qəbul edərkən o görüşdə iştirak eləmişəm. Şəxsən mənim onu təbrik eləmək fikrim yoxdur”.

Xalq hərəkatının öncüllərindən olmuş ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, Ə.Vəzirov haqqında birmənalı fikir söyləməyin mümkün olmadığı şəxslərdəndir: “Vəzirovla şəxsən tanış olub görüşmüşəm. Sərhəd hərəkatı zamanı o, SSRİ Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü Gerenko ilə Naxçıvana gəlmişdi. Xalq Cəbhəsinin rəhbərliyi ilə onlar arasında danışıqlar gedirdi. Mən o zaman Xalq Cəbhəsi tərəfindən həmin danışıqları aparırdım. Vəzirovla o zaman görüşüb danışıqlar aparmışam. Əbdürrəhman Vəzirov Xruşşov kimi bir adamdır. Yəni ona birmənalı qiymət vermək olmaz. Bir tərəfdən, imperiyanın maraqlarını müdafiə edən, digər tərəfdən öz xalqının müasirləşməsində marağı olan bir adam olub. Vəzirov hakimiyyətdə olanda kompüterləşməyin vacibliyini bəyan edirdi. O zaman onu bu cür fikirlərinə görə lağa qoyurdular. İllər keçdi, məlum oldu ki, doğrudan da müasir dünyanın tələbi bu imiş. Vəzirovla danışıqlarımız zamanı mənə sual verdi ki, sərhədi niyə açırsınız? Mən sərhədin açılmasının hüquqi, milli səbəblərini izah etdim. Mən danışdıqca o yazırdı. Deyirdi ki, sərhədin nəyə görə açılmalı olduğunu Moskvaya bu fikirlərlə çatdıracam, əl çəksinlər məndən. Söhbətin sonunda Afiyəddin Cəlilova dedi ki, mən Sərdar Məmmədov kimi adamlarla birlikdə hakimiyyətdə işləmək istəyirəm. Hətta Afiyəddin Cəlilova dedi ki, yanvarın 1-də Bakıya gələndə Sərdar bəyi də gətirin ona vəzifə təklif edəcəyəm. Mən onda dedim ki, biz sizinlə vəzifə almaq üçün görüşmürük. Həmin görüş Naxçıvan partiya komitəsinin binasında keçirilirdi və o zaman binanın qarşısında 10 minə yaxın adam ”Vəzirova ölüm" şüarı ilə mitinq keçirirdi. Vəzirov dedi ki, bu nə məsələdir. Afiyəddin Cəlilov dedi ki, mən camaatın qarşısına çıxa bilmərəm. Bu zaman Vəzirov mənə dedi ki, əgər burada mənim başıma bir iş gəlsə, sən cavabdehsən. O, elə bildi ki, Xalq Cəbhəsinin Naxçıvanda rəhbəri mənəm. Vəzirova dedim ki, səni buradan xilas edəcəm. Amma bir şərtlə ki, çıxıb əhaliyə məsələn, bir zavodun burada tikiləcəyi vədini verin. Dedi ki, məni öldürsələr də belə bir vədi verə biımərəm, çünki onu həyata keçirmək gücüm yoxdur. Yəni faktiki olaraq xalqa yalandan vəd vermədi. Çıxdıq xalqın qarşısına və xalqı sakitləşdirən çıxış elədim. Vəzirovun adından dedim ki, mart ayında sərhəd rəsmi açılacaq və güneyli qardaşlarımızla gediş-gəliş olacaq. Belə deyəndə Vəzirov arxadan məni çimdiklədi və yavaşca dedi ki, axı mən sənə belə bir söz deməmişəm. Əyildim qulağına pıçıldadım ki, a kişi, camaata bir vəd verməsək, sən burdan necə çıxacaqsan? Mənim o çıxışımdan sonra Vəzirova qarşı şüarlar dayandı və Vəzirov çıxış elədi və getdi. O sadə idi və adamı dinləyirdi. Açığı, müsbət təəssürat yaratmışdı məndə. Onun xalq üçün edə bilmədikləri gücü daxilində olmayıb. Lider kimi qətiyyətsiz idi, Moskvadan çox çəkinirdi. Biz o adamın yubileyini təbrik edə bilərik ki, o, xalq, dövlət qarşısında böyük xidmətləri olsun. Vəzirovun böyük xidməti olmayıb. O, sovet dövlətinin məmuru kimi imperiyaya sədaqətli idi, Azərbaycanın müstəqil olmasında marağı yox idi. Bu baxımdan bizim onu təbrik etməyimizin heç bir əsası yoxdur".
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
SOCAR-da VƏZİFƏ STANDARTI MÜƏMMASI... - BU NƏDİ BELƏ?
Bu gün, 10:25
Rusiyaya qarşı yeni "Antanta" yaradıldı: - İlk sazişlər imzalandı
Bu gün, 10:19
"UNIKAL-MTK" vergi qanunvericiliyini pozub - Borcu da var
Bu gün, 10:03
Azərbaycan öz məhsulunu baha qiymətə reallaşdırmaq imkanı qazanar - Neft qiymətləri 200 dollar olacaqsa...
Bu gün, 09:45
Rusiya və İran Azərbaycanla Ermənistanın sülh sazişi bağlamasını istəmirlər - FAKT BUDUR...
Bu gün, 09:43
“Dərsinə girmirdim, necə tələbəsi olmuşamsa heç özüm bilmirəm” - Alim Qasımovdan CAVAB
Bu gün, 09:36
Milli Məclis Belçikanın Azərbaycana qarşı əsassız iddiaları RƏDD ETDİ
Bu gün, 09:25
“Moskva bizə müttəfiq olmadığını sübut edib” - ONA GÖRƏ DƏ...
Bu gün, 09:15
Görkəmli memar Arif Əzizov vəfat edib
Bu gün, 09:13
SOCAR-da rəhbərlik: `Burda mənəm... Bağdadda KOR XƏLİFƏ...` - "Telefonda deyiləni birtəhər uduruq, amma..."
Bu gün, 09:07
Tehrandan İrəvana qəfil zəng: Zəngəzur “sancısı” - NƏ BAŞ VERİR?
Bu gün, 09:00
"`Kontakt Home`a dəfələrlə şikayət etmişik, amma NƏ OLSUN Kİ..." - NARAZILIQ VAR...
Bu gün, 08:57
Ermənistan “Putin NATO-su”ndan bu tarixdə çıxır - Azərbaycana təsiri
Bu gün, 08:41
Azərbaycan və Ermənistan sülh razılaşmasına yaxındır - Tramp
Bu gün, 08:38
İşçilərin əmək hüququ bu hallarda da pozulur... - Ekspert danışır...
Bu gün, 08:36
“Daşkəsən Dəmir Filiz”in 4 milyon manatlıq tenderini Çin şirkəti uddu - DETALLAR
Bu gün, 07:41
ŞƏHİD ATASINA QARŞI ŞOK DƏLƏDUZLUQ – MİDA-dan “güzəştli şərtlərlə” ev almaq adı ilə 67 min manatı ələ keçirildi
Bu gün, 07:38
Burda işçinin qara qəpik qədərində DƏYƏRİ YOXDUR - dövlətin bahalı TENDERYEYƏNİ
Bu gün, 07:28
Aİ Azərbaycan, Hindistan, Çind, BƏƏ və Sinqapurdan olan 18 şirkətə sanksiya tətbiq edib - SİYAHI
Bu gün, 07:11
Həm işçinin pulunu vermir, həm də hədələyir... - BU NƏDİ BELƏ?
Bu gün, 07:09
Cəbrayılov: yerində olmayan başçı... Sakinlər problem içində, başçı para peşində...
Bu gün, 07:03
Aİ Belarusa qarşı sanksiyaları genişləndirib
Bu gün, 07:00
"Nazirlik imtina cavabı verir" - GİLEY
Bu gün, 06:58
“Bolton planı” addım-addım həyata keçir - GƏLİŞMƏ
Bu gün, 06:55
Ağdamda kəndlinin HARAYI ƏRŞƏ QALXIR - icra başçısına desə də...
Bu gün, 06:52
Rusiyanın “Tərk et, ya da döyüşə get” DİLEMMASI: - Miqrantların aqibəti NECƏ OLACAQ?
Bu gün, 06:27
Kəmalə Nəhmətovanın KRATON klinikasının dövlətə yenidən vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 06:16
"Ali məktəblərə qəbul zamanı təxminən 3 min yer boş qalacaq" - Ekspert həll yolu GÖSTƏRDİ
Bu gün, 06:13
Zəngəzur dəhlizi barədə gurultulu təklif: İrəvan oyununu davam etdirir - GƏLİŞMƏ
Bu gün, 06:09
Kreditlə bağlı narahatlıq yaradan məsələ: minlərlə insan… – “Bunu etməyin!”
Bu gün, 06:06
“Çin üçün Zəngəzur dəhlizinin kimin nəzarətində olması prinsipial əhəmiyyət daşımır...” - Etibar Məmmədov
Bu gün, 06:01
Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları bir Azərbaycan vətəndaşına da şamil edildi - BUNDAN SONRA...
Bu gün, 05:59
Məktəblərdə şagirdlərin hüquqları belə pozulur - AKTUAL
Bu gün, 05:57
İran-Azərbaycan arasında kütləvi informasiya savaşı gedir - İranın keçmiş səfirindən ilginc açıqlamalar
Bu gün, 05:54
"Yeganə müğənnidir ki, üz-üzə gələndə salamlaşmırıq"
Bu gün, 05:51
İsrail və Suriya Vaşinqtonun dəstəyi ilə atəşkəs barədə razılığa gəliblər
Bu gün, 05:47
Aİ-nin Rusiya əleyhinə 18-ci sanksiyalar paketi qüvvəyə minib - Rusiya nefti BAHA SATILA BİLMƏZ
Bu gün, 05:43
Ramin İsayevin əmlakı müsadirə edilə bilər - 15 il həbsi istənilir
Dünən, 23:43
İrandan Zəngəzurla bağlı növbəti AÇIQLAMA - “Dəhlizin yaradılması…”
Dünən, 23:41
Xadimələrə maşınını yudurdan Esmira Məmmədova işdən ÇIXARILDI
Dünən, 23:38
Bakıda qadın ərinin başına telefonla vuraraq öldürüb?
Dünən, 18:03
Vəkili "Oleq Bakinski"yə bəraət istədi
Dünən, 17:54
Naxçıvanda tərxis olunan əsgərlər Bakıya qayıda bilmir - NARAZILIQ VAR...
Dünən, 17:52
Azərbaycanda 9 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri - MƏLUM OLDU
Dünən, 17:48
Rövşən Lənkəranskinin yaxını olan "qanuni oğru" axtarışa verildi - Bu "sxodka"ya görə
Dünən, 17:45
"Bundan sonra küsmək, ayrılmaq yoxdur"
Dünən, 17:30
Yaxın Şərqin təhlükəsizliyini yalnız iki qüvvə təmin edə bilər - Azad İsazadə
Dünən, 17:27
Rusiyanı diz çökdürəcək qərar VERİLDİ
Dünən, 17:25
Şəxsi həyatla gündəmə gəlmək ayıb deyil?! – Aşıq Zülfiyyə bu dəfə susmadı
Dünən, 17:23
İrəvanda kim kimi devirəcək? - GƏLİŞMƏ
Dünən, 17:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru