“Qiyamət ssenarisi” işə düşdü: Putinin cavabı gözlənilir .....                     Tramp Azərbaycanın “İbrahim sazişləri”nə qoşulması üçün şərt qoyub? .....                     Rusiya Azərbaycandan öncə Qazaxıstana SAVAŞ AÇIR? .....                     "Görkəmli şəxsin hətta şöhrətli ölümünə də paxıllıq edirlər..." .....                     "Heç olmasa, Türkiyədən öyrənin..." .....                     Vaxtilə ölkədən valyuta çıxarmaqda ittiham olunurdu... .....                     Prezident Administrasiyasının əməkdaşı vəfat etdi .....                     "Bir gün o yuxarıdan başıüstə yerə gələcəksən..." .....                     UEFA çətiri altında Azərbaycansayağı biabırçılıq .....                     “İran fars şovinizmindən çıxa bilmir, ya da istəmir” .....                     Rusiya Azərbaycanı ÇOXDAN İTİRİB... .....                     Deputatlarımızın MOSKVA QORXUSU .....                     Elm və Təhsil Nazirliyi günahkardır, yoxsa Səhiyyə Nazirliyi? .....                     FAKT BUDUR: Məhsul sahələrdə qalıb, alıcı tapılmır .....                     Gümrüdəki Rusiya hərbi bazası ilə bağlı məlumatların məqsədi nədir .....                     Azərbaycanı geri çəkilməyə məcbur etmək istəyirlər .....                     "Bu səfər mənim üçün ona görə də daha dəyərli oldu ki..." .....                     Şahin Şıxlinski könüllü təslim olub .....                     Banklardan kredit almaq daha da çətinləşdi: .....                     Parlaq rektorun füsunkar təklifinə qoşulaq: Leninə qayıdaq... .....                     "Miloşeviçin yolu ilə: Putin-Lavrov siyasətinin iflası" .....                     Rusiya sərt üzünü kimə göstərir? .....                     Naxçıvanda OĞRU ELƏ BAĞIRDI Kİ... .....                     CHP-dən Zəngəzur açıqlaması: Azərbaycanın nəzarətində olsun .....                     Bakının Yaxın Şərq planı: Nəyə hesablanıb? .....                     Bakı ilkə imza atdı, Türkiyənin yolu açıldı .....                     Azərbaycanda problemli kreditlər artır .....                     Ayaz Salayev Mədəniyyət Nazirliyinin Fəxri diplomuna layiq görüldü .....                     Zəngəzur sadəcə yol deyil .....                     Dövlət qurumu 4,4 milyona "Vest-Ltd"dən nələr aldı? .....                     Tehranda su qıtlığına görə daha bir problem: .....                     Qalmaqallı generalın qardaşı arvadına qarşı külli miqdarda dələduzluq edildi .....                     Həbsxanada dustaqdan 2 ədəd biz tapıldı .....                     Putin-Tramp dialoqu: Dünya buna köklənib... .....                     Bolqarıstandan azərbaycanlı iş adamına .....                     Dünyanı gəzdi, Azərbaycan-Gürcüstan sərhəddində ilişdi… .....                     Rusiya Köçəryanı yenidən aktivləşdirir: .....                     “Baku Steel Company”nin rəhbəri Kamal İbrahimovun bahalı maşın kolleksiyası .....                     ABŞ və Ermənistan birgə hərbi təlimlər keçirəcək .....                     Azərbaycan təyyarələri Zəngəzur üzərində: ermənilər təşvişə düşdü .....                 

"Nə gizlədim, İsa bəyin nüfuzu partiyada böyükdür" - İsa Qəmbərin açıqlaması Müsavatdakı seçkiyə müdaxilədir?
Tarix: 10-10-2019, 08:37 | Çap et
"Nə gizlədim, İsa bəyin nüfuzu partiyada böyükdür"
Müsavat Partiyası oktyabrın 12-də 9-cu qurultayını keçirməyə hazırlaşır. Hələ ki, qurultayın harada keçiriləcəyi Bakı Şəhər İcra Hakimiyyəti ilə dəqiqləşdirilməyib. Qurultayda partiya başqanı da seçiləcək. Bu posta indiki başqan Arif Hacılı və Divan üzvləri Tofiq Yaqublu ilə Yadigar Sadıqlı namizəddir.

Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər oktyabrın 9-da özünün “Facebook” səhifəsində yaydığı açıqlamada 9-cu qurultayın nümayəndələrini Arif Hacılıya səs verməyə çağırıb: “2014-cü ilin sentyabrında-Müsavat Partiyasının 8-ci qurultayında başqanlığa namizədlərlə bağlı öz mövqeyimi açıqlamadım. Bunun iki əsas səbəbi var idi.

Birincisi, mənə elə gəlirdi ki, fikrimi açıqlasam, dəstəklədiyim namizəd asanlıqla qalib gələ bilər. Nəticədə bir tərəfdən gerçək seçki yarışı baş tutmaz, digər tərəfdən faktiki olaraq mən varis müəyyənləşdirmiş olaram. Mən isə demokratik seçki yarışının Müsavata və cəmiyyətə faydalı olacağına inanırdım və varis müəyyənləşdirmək istəmirdim.

İstəyirdim ki, məndən sonrakı başqanı və nəticədə partiyamızın növbəti mərhələdə siyasi kursunu müsavatçılar mənim təsirim olmadan müəyyənləşdirsinlər.

İkincisi, namizədlərdən bəziləri mənim öz mövqeyimi bildirməməyimi xahiş və təkid edirdilər.

İndi isə-9-cu qurultay ərəfəsində partiyamızda azad demokratik seçki ənənəsi o dərəcədə oturuşub ki, namizədlərdən heç biri mənə mövqeyimi nə bildirmək, nə də bildirməmək xahişi ilə müraciət etməyə ehtiyac duymur və bu məni sevindirir.

Odur ki, indi mən də mövqeyimi açıqlaya bilərəm. Qurultayda səs verəcəyim, başqan kimi görmək istədiyim namizəd Arif Hacılıdır”.

İsa Qəmbər bu mövqeyinin səbəblərini də sadalayıb: “Arif Hacılı Azərbaycanımızın ən təcrübəli, ən parlaq bioqrafiyaya malik siyasətçilərindən biridir. Onun 30 illik siyasi fəaliyyətinə diqqət yetirək. Arif Hacılı milli azadlıq hərəkatının liderlərindən biri, AXC rəhbərlərindən biri, istiqlalçı millət vəkili, Elçibəy hakimiyyətinin sütunlarından biri, 1-ci Qarabağ savaşının səngər qəhrəmanlarından biri, Müsavat Partiyasının bərpasında, inkişafında və idarə edilməsində əsas simalardan biri, Müsavatın 6-cı başqanıdır. Azərbaycanda belə bioqrafiyaya malik çoxmu siyasətçi saya bilərsiniz?

Arif Hacılı 5 ildir ki, Müsavat Partiyasına rəhbərlik edir. Avtoritar rejimin daha da azğınlaşdığı, repressiyaların tüğyan etdiyi, partiyamıza həm daxildən, həm xaricdən hücumların artdığı bu 5 ildə Arif Hacılı silahdaşları ilə birlikdə maksimum səbir və fədakarlıq göstərərək Müsavatın gücünü qorumaq və artırmaq, gerçək müxalifətin sözdə deyil, əməldə birliyinə nail olmaq, xalqımızın köklü maraqlarını müdafiə etmək sahəsində mümkün olan hər bir şeyi edib.

Arif Hacılı milli maraqlara, Müsavat dəyərlərinə, Rəsulzadə-Elçibəy yoluna, demokratiya prinsiplərinə sadiq olan, xalqımıza təmənnasız xidmət etməyə, hər bir vətəndaşımıza dost əli uzatmağa, dost yolunda hər bir fədakarlığa hazır olduğunu bütün həyatı boyu və hər an sübut edən bir ictimai-siyasi xadimdir. 2014-də mən başqanlıqdan çəkilib namizədlər üçün bərabər imkanlar yaratmağa çalışdım. Arif Hacılı isə başqan olduğu və başqanlığa namizəd olduğu halda bütün namizədlərə bərabər imkanlar yaradır. Bu daha böyük fədakarlıqdır.

Lakin mənim seçimim sadəcə Arif Hacılının bu sadaladığım və sadalaya biləcəyim keyfiyyətləri ilə bağlı deyil, yalnız onun keçmiş xidmətləri və bugünkü fəaliyyəti ilə bağlı deyil.

Mənim seçimim Arif Hacılı ilə 30 illik dostluğumuza da bağlı deyil. Bu seçim dostluğa bağlı olsaydı mən bunu Arif Hacılının bəlkə də mənim köməyimə ehtiyacı olduğu 2014-cü ildə nümayiş etdirərdim. İndi isə mən əminəm ki, mövqeyimi bəyan etməsəm də 9-cu qurultayda başqan seçkisinin qalibi bəllidir.

Mənim seçimim Arif Hacılının gələcək fəaliyyəti və millətimizə gələcək xidməti ilə bağlıdır. Mən müsavatçılara və bütün vətəndaşlarımıza bəyan etmək istəyirəm ki, Müsavatımızın və Azərbaycanımızın Arif Hacılının xidmətlərinə ehtiyacı var”.

Müsavat Məclisinin üzvü Alya Yaqublu isə facebook-da müsavatçıları Tofiq Yaqubluya səs verməyə çağırıb.

Müsavat Divanının üzvü Elman Fəttah isə sosial şəbəkədə geniş yazı ilə çıxış edərək müsavatçıları Yadigar Sadıqlıya səs verməyə dəvət edib.

Müsavat Partiyasının başqanlığına namizəd Yadigar Sadıqlı isə partiyanın sabiq başqanı İsa Qəmbərin Arif Hacılıya səs verəcəyini açıqlamasına özünün facebook səhifəsində münasibət bildirib. Y.Sadıqlı İsa Qəmbərin mövqe ortaya qoymasından təəssüfləndiyini bildirib: “İsa bəyin mövqeyi mənim üçün gözlənilməz olmadı. Məhz mənim və Tofiq Yaqublunun Müsavat başqanlığına namizədliyimizi irəli sürməmiz son illər ərzində ilk dəfə doğma partiyamızı gündəmə çevirdi. Namizədliyimi bəyan edəndə gördüm ki, insanlar Müsavat Partiyasını sevir, onu yenidən güclü, parlaq, iyrənc şayiələrdən uzaq görmək istəyir. Müsavatın tarixi, ideologiyası, xidmətləri barədə xeyli xoş sözlər oxudum. Məlum oldu ki, neqativ münasibət partiyaya deyil, onun mövcud rəhbərliyinədir. Əmin oldum ki, baş verəcək dəyişiklik Müsavat Partiyasının tarixində tamamilə yeni bir səhifə açacaq. Təəssüf ki, partiyanın önəmli ismi İsa Qəmbərin açıqladığı mövqe belə bir mümkün dəyişikliyin baş tutması ehtimalını xeyli aşağı salır. Nə gizlədim, İsa bəyin nüfuzu partiyada böyükdür və bir çoxları üçün onun mövqeyi həlledicidir. Arif Hacılıya qalib gəlmək olardı, lakin İsa Qəmbərlə tandemində qalibiyyət çox müşkül görünür. Bununla belə, mən sona qədər namizədliyimdə qalacam, mübarizə aparıb qalib gəlməyə çalışacam. Çünki Arif Hacılının başqanlığı dövründə Müsavatın çöküşü davam edəcək. O zaman mən heç olmasa “bacardığımı etdim” deyə vicdan rahatlığı ilə yaşamaq istəyirəm”.

Onu da qeyd edək ki, oktyabrın 9-da başqanlığa namizədlərin partiyanın qərargahında debatı keçirilib. Debat internet üzərindən canlı yayınlanıb.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Qiyamət ssenarisi” işə düşdü: Putinin cavabı gözlənilir - Soyuq Müharibədən bəri görünməmiş addım
Bu gün, 09:17
Tramp Azərbaycanın “İbrahim sazişləri”nə qoşulması üçün şərt qoyub? - İLGİNC
Bu gün, 09:15
Rusiya Azərbaycandan öncə Qazaxıstana SAVAŞ AÇIR? - NƏ BAŞ VERİR?
Bu gün, 09:10
"Görkəmli şəxsin hətta şöhrətli ölümünə də paxıllıq edirlər..." - REAKSİYA
Bu gün, 09:05
"Heç olmasa, Türkiyədən öyrənin..." - AQTA-nın nəzərinə...
Bu gün, 07:30
Vaxtilə ölkədən valyuta çıxarmaqda ittiham olunurdu... - İNDİ İSƏ ...
Bu gün, 07:12
Prezident Administrasiyasının əməkdaşı vəfat etdi
Bu gün, 07:05
"Bir gün o yuxarıdan başıüstə yerə gələcəksən..." - ETİRAZ VAR!
Bu gün, 07:03
UEFA çətiri altında Azərbaycansayağı biabırçılıq - Bağlı tualetlər, bunker media otaqları, sınıq, toz basmış oturacaqlar...
Bu gün, 06:00
“İran fars şovinizmindən çıxa bilmir, ya da istəmir” - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 05:57
Rusiya Azərbaycanı ÇOXDAN İTİRİB... - ƏSLİNDƏ...
Bu gün, 05:55
Deputatlarımızın MOSKVA QORXUSU - AXI NİYƏ?..
Bu gün, 05:48
Elm və Təhsil Nazirliyi günahkardır, yoxsa Səhiyyə Nazirliyi? - AKTUAL
Bu gün, 05:36
FAKT BUDUR: Məhsul sahələrdə qalıb, alıcı tapılmır - NƏ ETMƏLİ?
Bu gün, 05:20
Gümrüdəki Rusiya hərbi bazası ilə bağlı məlumatların məqsədi nədir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:18
Azərbaycanı geri çəkilməyə məcbur etmək istəyirlər - buna imkan vermək olmaz!
Bu gün, 05:05
"Bu səfər mənim üçün ona görə də daha dəyərli oldu ki..." - FOTO
Bu gün, 05:03
Şahin Şıxlinski könüllü təslim olub - həbsdən öncə İlham Əliyevə müraciət etmişdi
Bu gün, 04:58
Banklardan kredit almaq daha da çətinləşdi: - Yeni qaydalarda nələr var?
Dünən, 21:19
Parlaq rektorun füsunkar təklifinə qoşulaq: Leninə qayıdaq... - BU NƏDİ BELƏ?
Dünən, 21:17
"Miloşeviçin yolu ilə: Putin-Lavrov siyasətinin iflası" - "Deutsche Welle"
Dünən, 17:02
Rusiya sərt üzünü kimə göstərir?
Dünən, 16:51
Naxçıvanda OĞRU ELƏ BAĞIRDI Kİ... - MƏHKƏMƏ İSƏ...
Dünən, 16:45
CHP-dən Zəngəzur açıqlaması: Azərbaycanın nəzarətində olsun - AÇIQLAMA
Dünən, 16:26
Bakının Yaxın Şərq planı: Nəyə hesablanıb? - DETALLAR
Dünən, 16:14
Bakı ilkə imza atdı, Türkiyənin yolu açıldı – Nəsiminin şəhəri ilə bağlı mühüm QƏRAR
Dünən, 16:13
Azərbaycanda problemli kreditlər artır - NİYƏ?
Dünən, 16:00
Ayaz Salayev Mədəniyyət Nazirliyinin Fəxri diplomuna layiq görüldü
Dünən, 15:57
Zəngəzur sadəcə yol deyil - bu, həm də milli təhlükəsizlik məsələsidir
Dünən, 15:40
Dövlət qurumu 4,4 milyona "Vest-Ltd"dən nələr aldı? - SİYAHI, TENDER NƏTİCƏSİ
Dünən, 15:36
Tehranda su qıtlığına görə daha bir problem: - İctimai tualetlər bağlanır
Dünən, 15:29
Qalmaqallı generalın qardaşı arvadına qarşı külli miqdarda dələduzluq edildi - TƏFƏRRÜAT
Dünən, 15:25
Həbsxanada dustaqdan 2 ədəd biz tapıldı - Nə üçün hazırlamışdı?
Dünən, 15:21
Putin-Tramp dialoqu: Dünya buna köklənib... - Görünəni odur ki...
Dünən, 15:18
Bolqarıstandan azərbaycanlı iş adamına AĞIR ZƏRBƏ
Dünən, 12:54
Dünyanı gəzdi, Azərbaycan-Gürcüstan sərhəddində ilişdi… - deputatdan AÇIQLAMA
Dünən, 12:51
Rusiya Köçəryanı yenidən aktivləşdirir: - Xocalı canisi Moskvanı Ermənistanın “keçəlinə dərman” kimi təqdim edir
Dünən, 12:48
“Baku Steel Company”nin rəhbəri Kamal İbrahimovun bahalı maşın kolleksiyası - FOTO
Dünən, 12:32
ABŞ və Ermənistan birgə hərbi təlimlər keçirəcək
Dünən, 12:28
Azərbaycan təyyarələri Zəngəzur üzərində: ermənilər təşvişə düşdü – FOTO
Dünən, 12:23
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:19
Ənvər Seyidov vəfat etdi
Dünən, 12:16
"İmtahanlar saxtalaşdırıldı, övladımın haqqı tapdalandı" - ETİRAZ
Dünən, 12:12
“Rusiya diplomatiyası ölüb, yeganə dilləri müharibədir” - FAKT BUDUR...
Dünən, 11:47
İçərişəhərin Qala divarlarında təmir işləri aparılacaq - 4 milyonluq müqavilə
Dünən, 11:41
Portalda nasazlıq 200 minə yaxın dəyəri olan tenderi LƏĞVƏ SÜRÜKLƏDİ - TƏFƏRRÜAT
Dünən, 11:37
Ermənistan təyyarələri Azərbaycan səmasından istifadə edir? - Rəsmi açıqlama
Dünən, 11:35
Krım türkləri Moskvanı yandırdı... - Tofiq Zülfüqarovun şifrəli mesajının açması...
Dünən, 11:28
Şəki İnzibati Məhkəməsinin sədri Rüstəm Kərimli şəhid anasından nə istəyir - GİLEY
Dünən, 11:24
"Eyyub Yaqubov və Brilliant Dadaşovanın repertuarı bizi toy bazarına saldı…"
Dünən, 11:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru