907-ci düzəliş birdəfəlik ləğv edilməlidir .....                     Gömrükçülərin düşdüyü qəzaya görə sürücü həbs edildi .....                     Xaricdə təhsil vədi ilə dələduzluq edən “Pilgrim Education” qalmaqalı böyüyür .....                     Sülh müqaviləsinə sayılı günlər qaldı .....                     Xaçmaz xəstəxanasında FACİƏ .....                     "Atlas Medical"da qanunsuzluq: İxtisasa uyğun olmayan fəaliyyət, səhv müalicə... .....                     Ermənistanda sülhü dəstəkləyənlərin sayı artır .....                     “Azərsun” çirkaba batmış duzu bizə yedizdirir .....                     Eldar Mahmudovun adamı, yoxsa təsadüfi fiqur? .....                     "Bu “Bəxt üzüyü-2” o biri “Bəxt üzüyü” deyil" .....                     “Azərişıq” ASC-nin vəzifəli şəxslərinə hökm oxundu .....                     Niyazi Bayramov Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” .....                     İrəvandan Zəngəzur açıqlaması: .....                     Manaf Ağayevin oğlu işdən çıxarıldı .....                     SOCAR rəsmisinin rumın qızla gizli eşq macərası... .....                     Azərbaycanda şirkətin səhmdarlarında pay bölgüsü dəyişib .....                     MİDA uşaqların oynadığı yaşıllıq sahəsini söküb, şarj stansiyası tikir .....                     Direktor müavininin meyiti kanaldan tapıldı .....                     Azərbaycan kürünü xaricə neçəyə satır? .....                     İpoteka evlərinin qiyməti gənc ailələr üçün əlçatmaz olur .....                     “Bank of Baku” vəfat etmiş qazinin kredit borcunu niyə SİLMİR? .....                     9 saylı türmədə nələr baş verir? .....                     Xankəndidəki “Nənə və baba” heykəli sökülür? .....                     “Xüsusilə vəzifəli şəxslər caduya aludə olanda insanlar inanırlar” .....                     Paşinyanın partiyası qurultaya gedir .....                     Problemli kreditlər sürətlə artır: nə baş verir? .....                     Gəncə İdman Sarayında tikinti işlərinin davamına .....                     "MİDA" MMC auditor seçdi .....                     AŞPA müəyyən güc mərkəzlərinin təsiri altındadır .....                     Müğənniyə qarşı QULDURLUQ ETDİLƏR .....                     Gəlininə qumbara atan qayınataya .....                     Putinin İrəvanla bağlı yeni planları var... .....                     “Tərəqqi” medallı həkim şəhid ailələri və qazilər adından saxtakarlıqda təqsirli bilindi, amma... .....                     “Niyə iki il ərzində şikayət eləmirdin?” .....                     Mərkəzi Neftçilər Xəstəxanası vergi borcu olan şirkəti qalib seçdi .....                     Pensiyasının artırılması üçün DSMF-yə müraciət etdi, “borclu çıxdı” .....                     İcra başçısı Məmməd Məmmədov 2 milyon manata bağ alıb? .....                     "Optimal Finance" BOKT vətəndaşları AZYAŞLI ÖVLADLARI İLƏ QORXUDUR .....                     “Müəllimlər üçün pul yığırlar, 50 manatı bəyənmirlər, 100-dən dəm vururlar” .....                     Müğənni Zaur Mikayılovdan şikayətləndi .....                 

"Ermənistanı sıxır ki, Dağlıq Qarabağ məsələsində Azərbaycanla razılığa gəl"
Tarix: 25-01-2019, 08:23 | Çap et
"Ermənistanı sıxır ki, Dağlıq Qarabağ məsələsində Azərbaycanla razılığa gəl"
Son zamanlar Dağlıq Qarabağ məsələsinin həlli istiqamətində aktivləşmə müşahidə olunur. Yanvarın 16-da Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşü, ardınca Davos Forumunda prezident İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü buna dəlalət edir.

Politoloq Eldar Namazov mövzu ilə bağlı “Yeni Müsavat”a önəmli açıqlamalar verdi. O, öncə Azərbaycanla Rusiya arasındakı münasibətlərdə soyuqluğun yaranması barədə onda hər hansı informasiyanın olmadığını söylədi: “Bunu əsaslandıran faktlara da malik deyiləm. Əksinə, Ermənistanın Rusiya və ABŞ-la münasibətlərində Qarabağ məsələsi ətrafında ciddi problemlər yaranıb. Rusiya ilə problemləri daha böyükdür. Kreml Ermənistandakı hakimiyyət dəyişikliyini qəbul etmir, Paşinyan hakimiyyətinə münasibəti çox mənfidir. Ruslar bunu MDB məkanındakı inqilabların tərkib hissəsi kimi qəbul edirlər. Rusiya tərəfi Paşinyana təzyiq mexanizmi çərçivəsində Qarabağ məsələsindən məharətlə istifadə edir. Ən maraqlısı odur ki, belə bir vəziyyətdə ABŞ gedən bu proseslərdən istifadə edib Ermənistana şirnikləndirici vəd vermək əvəzinə rəsmi İrəvanı əməlli-başlı sıxır. Ermənistanı sıxır ki, Dağlıq Qarabağ məsələsində Azərbaycanla razılığa gəl. Tramp bu yaxınlarda Paşinyana baş nazir olması münasibətilə təbrik göndərmişdi. Bu, 4 cümlədən ibarət təbrik məktubu idi. Təsəvvür edin ki, 4 cümlənin ikisində Qarabağ məsələsində güzəştə get mesajı var idi. Növbəti cümlədə deyir ki, Ermənistanın inkişafı üçün ABŞ dəstək verər, amma bunun üçün Dağlıq Qarabağ probleminin həlli daha geniş imkanlar yaradar. Hətta belə məsələləri adətən ört-basdır etməyə çalışan erməni ekspertlər məcbur olub bildirdilər ki, bu təbrik məktubu daha çox ultimatuma bənzəyir. Belə vəziyyətdə təbii ki, Dağlıq Qarabağ ətrafında gedən danışıqlardan erməni cəmiyyəti narahat olmaya bilməz. Hər gün erməni mətbuatı yazır ki, Rusiya da, ABŞ da bizi sıxır, Paşinyan, deyəsən, işğal olunmuş əraziləri Azərbaycana qaytarmaq məcburiyyətində qalıb. Bu gün üçün Ermənistan mətbuatını açsanız, oxuyarsınız ki, ermənipərəst rus politoloqları bildirirlər ki, iyun ayında Paşinyan məcbur olub İlham Əliyevlə saziş bağlayacaq və işğal olunmuş ərazilərin bir hissəsini geri qaytarmağa razılaşacaq. İllərlə ermənilərə dəstək verən rus politoloqlar indi bu məzmunda erməni mətbuatına müsahibələr verirlər. Hətta onları ələ salırlar ki, əgər Ermənistanda kimsə düşünür ki, Dağlıq Qarabağ məsələsində erməni icmasının razılığı olmadan razılıq ola bilməz, onlar romantiklərdir, sadəlövh adamlardır, hər şey birbaşa böyük dövlətlərin təzyiqi və Azərbaycan-Ermənistan rəhbərlərinin danışıqları nəticəsində həll olunacaq, kimdir onlardan soruşan ki, bu addımı ataq ya yox. Mövcud durum bundan ibarətdir. Deyərdim ki, Qarabağ konflikti başlayandan bu günə qədər Ermənistanın mövqeyi hələ bu qədər zəif olmayıb. Ümid edirəm ki, yeni yaranmış situasiyadan istifadə edib torpaqlarımızın azad olunmasına nail ola biləcəyik”.

Politoloq Paşinyanın son Moskva səfərinə də toxundu: “Yanvarın 24-də Paşinyanın Moskvaya səfəri var. Rusiyada Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatının qərargahında Paşinyan çıxış etmək niyyətindədir. Ona görə ki, növbəti sədrlik Ermənistana keçir. Adətən baş nazir ölkəyə rəhbərlik etdiyi dövlətlərdə belə forumlara baş nazirin birinci müavinini göndərirlər. Çünki belə forumlarda adətən dövlət başçılarının görüşləri başqa, nazirlərin görüşləri isə fərqli bir şəkildə keçirilir. İndi Paşinyanın özü qərar verib ki, Moskvaya gedib özü çıxış eləsin. Ən maraqlısı odur ki, bu günlərdə Rusiya prezidentinin köməkçisi cənab Peskov jurnalistlərə məlumat verib ki, Putinin Paşinyanla görüşmək üçün vaxtı yoxdur, onun qrafiki həmin gün çox zəngindir. Hələlik belə görüş nəzərdə tutulmur. Mən hələ belə bir hal görməmişdim ki, MDB ölkələrindən hansınınsa başçısı Rusiyaya səfər etsin, Putinin onu heç olmasa 5-10 dəqiqə qəbul etməyə vaxtı olmasın. İndi ekspertlər arasında bu haqda çoxsaylı müzakirələr gedir. Əgər Putin 5-10 dəqiqə vaxt tapmayıb Paşinyanla görüşməsə, bu, Paşinyan üçün çox ciddi diplomatik sillə olacaq. Paşinyan bu informasiyanı alan kimi öz aləmində guya güclü bir manevr etmək qərarına gəldi və Moskvaya uçmazdan əvvəl guya ABŞ rəhbərliyi ilə telefonla nəyisə müzakirə etmək fikrinə düşdü. Bu, Putinə bir təzyiq idi ki, ABŞ rəhbərliyi mənimlə telefonla danışır, müzakirələr aparır, mən Moskvada olanda necə mənimlə görüşə vaxt tapmırsan. Paşinyanın bu planı da fiaskoya uğradı. Çünki məlum oldu ki, Trampın onunla telefonla danışmağa vaxtı yoxdur. ABŞ-da ikinci şəxsin belə vaxtının olmadığı məlum oldu. İndi Paşinyan məlumat yayır ki, ABŞ prezidentinin köməkçisi Con Boltonla danışıb, ikitərəfli münasibətləri müzakirə edib. Bu da əslinə qalsa, böyük biabırçılıqdır. Çünki belə məsələləri ölkə rəhbəri ilə digər ölkənin rəhbəri müzakirə edə bilər. Ən azından vitse-prezidentlə müzakirə etmək olardı. Ən pis halda ya Pentaqon, ya da Dövlət Departamentinin rəhbəri ilə danışıqlarda ölkənin rəhbəri nələrisə müzakirə edə bilər. Amma daha prezidentin köməkçisi ilə belə məsələləri müzakirə etmək olmaz. Ermənistanın rəhbərliyi elə gündədir ki, telefon danışığına prezidentin köməkçisi səviyyəsində razılıq verilir, Moskvaya səfər edən rəhbərə Kreml sahibi görüş üçün vaxtının olmadığı mesajını çatdırır. Bunların əsas səbəbi ermənilərin apardığı işğalçılıq siyasəti, dövlətlərə qarşı irəli sürdükləri əsassız ərazi iddialarıdır. Arxayındırlar ki, arxalarında Rusiya və ABŞ-dakı erməni diasporu dayanır. Artıq nə Kreml, nə də ABŞ onlara şərik olmaq istəyir”.

E.Namazov Avropa Parlamentində və AŞ PA-nın qış sessiyasında Azərbaycanla bağlı qəbul edilən sərt qərarlara da toxundu: “Qarabağ konfliktinin həllindən daha çox gərək çalışaq ki, ölkədə bir nəfər də siyasi məhbus olmasın. Konflikt var və ya yox, çalışmalıyıq ki, ölkədə hər bir insanın hüquqlarını qoruyaq, beynəlxalq təşkilatlarla münasibətlərdə heç bir gərginlik yaşamayaq. Məsələnin digər tərəfi ondan ibarətdir ki, Qarabağ probleminin həlli təkcə regional, təhlükəsizlik və əməkdaşlıq sisteminə yox, ümumiyyətlə, qlobal təhlükəsizlik və əməkdaşlıq sisteminə təsir edəcək konflikt kimi dünyada dəyərləndirilir. Bu haqda Boltonun Azərbaycan və Ermənistana səfərləri zamanı açıq deyildi ki, bu, ABŞ üçün strateji məsələdir. Bolton misal gətirdi ki, bu, məsələnin həlli qonşu İranın fonunda qlobal siyasətin tərkib hissəsidir. Bolton ölkəsinin Qarabağ probleminə həll gözü ilə baxdığını da söylədi. Bu baxımdan Avropada Azərbaycanla bağlı qəbul edilən qərarları Qarabağ məsələsi ilə bağlamayacaq. Hər iki məsələ bizim üçün çox önəmlidir. Dağlıq Qarabağla bağlı atılan hər bir addım bizim üçün önəmlidir. Azərbaycan tərəfi beynəlxalq təşkilatlarla daim yüksək münasibətlər qurmalıdır”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
907-ci düzəliş birdəfəlik ləğv edilməlidir - ÇAĞIRIŞ
Bu gün, 12:00
Gömrükçülərin düşdüyü qəzaya görə sürücü həbs edildi - Bir nəfər ölmüşdü
Bu gün, 11:59
Xaricdə təhsil vədi ilə dələduzluq edən “Pilgrim Education” qalmaqalı böyüyür - NARAZILIQ VAR...
Bu gün, 11:56
Sülh müqaviləsinə sayılı günlər qaldı - İNCƏLƏMƏ
Bu gün, 11:52
Xaçmaz xəstəxanasında FACİƏ – 45 yaşlı kişi antibiotikdən sonra həyatını itirib
Bu gün, 11:47
"Atlas Medical"da qanunsuzluq: İxtisasa uyğun olmayan fəaliyyət, səhv müalicə... - TƏFƏRRÜAT
Bu gün, 11:46
Ermənistanda sülhü dəstəkləyənlərin sayı artır - AMMA...
Bu gün, 11:44
“Azərsun” çirkaba batmış duzu bizə yedizdirir - Masazır gölünə qarışan KANALİZASİYA
Bu gün, 11:40
Eldar Mahmudovun adamı, yoxsa təsadüfi fiqur? – Xəlil Göyüşovun qaranlıq əlaqələri
Bu gün, 11:34
"Bu “Bəxt üzüyü-2” o biri “Bəxt üzüyü” deyil"
Bu gün, 11:29
“Azərişıq” ASC-nin vəzifəli şəxslərinə hökm oxundu
Bu gün, 11:26
Niyazi Bayramov Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” - İLGİNC FAKTLAR...
Bu gün, 11:05
İrəvandan Zəngəzur açıqlaması: - Başladı, Mehridə dağlar dağıdılır
Bu gün, 11:02
Manaf Ağayevin oğlu işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 10:46
SOCAR rəsmisinin rumın qızla gizli eşq macərası... - FOTO
Bu gün, 10:38
Azərbaycanda şirkətin səhmdarlarında pay bölgüsü dəyişib
Bu gün, 10:33
MİDA uşaqların oynadığı yaşıllıq sahəsini söküb, şarj stansiyası tikir - Sakinlərdən ETİRAZ
Bu gün, 10:31
Direktor müavininin meyiti kanaldan tapıldı - TƏFƏRRÜAT
Bu gün, 10:16
Azərbaycan kürünü xaricə neçəyə satır? - AÇIQLAMA
Bu gün, 10:14
İpoteka evlərinin qiyməti gənc ailələr üçün əlçatmaz olur - NƏ ETMƏLİ?
Bu gün, 10:11
“Bank of Baku” vəfat etmiş qazinin kredit borcunu niyə SİLMİR? – Deputatlardan ETİRAZ
Bu gün, 10:05
9 saylı türmədə nələr baş verir? - müəmmalı görüş, dustaqlardan etiraz
Bu gün, 09:58
Xankəndidəki “Nənə və baba” heykəli sökülür? - “Ciddi memarlıq üslubu yoxdur, ona görə də..”
Bu gün, 09:54
“Xüsusilə vəzifəli şəxslər caduya aludə olanda insanlar inanırlar” - Tahir Kərimli
Bu gün, 09:50
Paşinyanın partiyası qurultaya gedir - KİV
Bu gün, 09:43
Problemli kreditlər sürətlə artır: nə baş verir? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 09:41
Gəncə İdman Sarayında tikinti işlərinin davamına daha 377 min manat vəsait ayrılıb
Bu gün, 09:34
"MİDA" MMC auditor seçdi - QALİB, MƏBLƏĞ
Bu gün, 09:28
AŞPA müəyyən güc mərkəzlərinin təsiri altındadır - FAKT BUDUR
Bu gün, 09:26
Müğənniyə qarşı QULDURLUQ ETDİLƏR - TƏFƏRRÜAT
Bu gün, 09:22
Gəlininə qumbara atan qayınataya - 15 il yarım həbs!
Bu gün, 09:11
Putinin İrəvanla bağlı yeni planları var... - GƏLİŞMƏ
Bu gün, 09:07
“Tərəqqi” medallı həkim şəhid ailələri və qazilər adından saxtakarlıqda təqsirli bilindi, amma... - MƏHKƏMƏ
Bu gün, 07:51
“Niyə iki il ərzində şikayət eləmirdin?” - Həbsdə olan politoloqun məhkəməsi
Bu gün, 07:48
Mərkəzi Neftçilər Xəstəxanası vergi borcu olan şirkəti qalib seçdi - TƏFƏRRÜAT
Bu gün, 07:46
Pensiyasının artırılması üçün DSMF-yə müraciət etdi, “borclu çıxdı” - BU NƏDİ BELƏ?
Bu gün, 07:43
İcra başçısı Məmməd Məmmədov 2 milyon manata bağ alıb? - AY MAŞALLAH...
Bu gün, 07:41
"Optimal Finance" BOKT vətəndaşları AZYAŞLI ÖVLADLARI İLƏ QORXUDUR - DƏRƏBƏYLİK
Bu gün, 07:38
“Müəllimlər üçün pul yığırlar, 50 manatı bəyənmirlər, 100-dən dəm vururlar” - GİLEY
Bu gün, 07:34
Müğənni Zaur Mikayılovdan şikayətləndi - “Yenə ölkə prezidentinə müraciət edək?"
Bu gün, 07:28
Məktəblərdə “təmir pulu” problemi: ayrılan büdcə hara gedir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:25
"Kreml Cənubi Qafqazda nüfuzunu təhdidlə saxlamağa çalışır" – Qərb mediası
Bu gün, 07:23
"Biz bilməliyik ki, dostumuz və düşmənimiz kim olub" - Nurəddin Mehdixanlı
Bu gün, 07:18
ABŞ Rusiya ilə ticarəti tam dayandıra bilər - KİV
Bu gün, 07:14
"Sevdiyim adamın hər şeyini görmək istəyirəm" - Pərvin Abıyeva
Bu gün, 07:12
Zibil məsələsi də “zibilə” dönüb - NƏ ETMƏLİ?
Bu gün, 07:09
GDU-da nə işlər çevrilir... - İLGİNC FAKTLAR
Bu gün, 07:04
Naxçıvana gedənlər erməni sərhədçisini görməmək üçün... - AKTUAL
Bu gün, 07:01
"Bunlar dar gündə bizi daha da sıxışdırırlar..." - Naxçıvanda ETİRAZ
Bu gün, 06:58
3 illik zəmanət vermişdilər... - GUYA...
Bu gün, 06:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru