Musiqi ruhun qidasıydı, qatili yox... .....                     Bərdə İcra Hakimiyyəti bir gündə iki tender elan edib .....                     Alverçilərin BAZARI ÖLDÜ .....                     "Abzas Media" işi: .....                     Ucuz neft Azərbaycana problem yaradacaq? .....                     Azərbaycan və Rusiyanın ortaq şirkəti ləğv edilir .....                     Pakistanlı MBA tələbələri “Ulduz” şokolad fabrikində istehsalat turunda iştirak ediblər .....                     “Anam yanımdadır, ondan güc alıram” .....                     Azərbaycan ciddi qərarları ilə COP-u işlək bir konfransa çevirdi .....                     TƏBİB-də yoxlamalar başladı .....                     “Nazirin hərbi rütbəni bir pillə aşağı salmaq səlahiyyəti olmalıdır” .....                     Bu ölkədə baş nazirin arvadın yandırıb öldürdülər .....                     Məktəblərdə rus bölməsi QALMAQALI: müəllimlər sinif tapmır .....                     Bir kəndin sakitliyini pozan üç gün: iki uşaq anası 10 kişi ilə gəzdi, əri elə danışdı ki... .....                     Nazirlik TƏBİB-də yoxlamalara başladı .....                     Polşa Belarusla sərhədi tam bağlayacaq .....                     “Nar” “Naxtel” abunəçilərinə xüsusi kampaniya təklif edəcək .....                     İndi də sosial şəbəkə hesablarımız .....                     Peşə məktəbləri ilə bağlı QALMAQAL .....                     Azərbaycanda problemli kreditlər artır .....                     "Fransa Makrondan bezib" .....                     II Qaregin Paşinyanla bağlı təlimat verdi .....                     Vaşinqton razılaşmaları və Rusiya: geosiyasi məğlubiyyət, yoxsa taktiki fasilə? .....                     Milli Arxiv İdarəsi üç yüz manata icarəyə götürdüyü Sumqayıt filialının təmir-tikintisindən nə qədər dövlət vəsaiti talayıb .....                     Azərbaycanla sülh sazişi ölkəmizə investisiyaları artıracaq .....                     "Kreditin ləğv olunmasını tələb etmişəm... AMMA..." .....                     Azərbaycan vətəndaşları üçün məhdudiyyət olan ölkə varmı? .....                     Qarabağ ermənilərinin köçəri həyat tərzi bölgədə problemləri davam etdirir .....                     Adil Vəliyev icra nümayəndəsini işdən çıxardı .....                     Gürcüstan yenidən ÇALXALANIR .....                     “Hansısa ingilisdilli qaqulik balası düşünüb ki, niyə taksi xidməti rəqabətli olmalıdır ki?” .....                     Zəngəzur dəhlizinin Azərbaycan ərazisində tikinti işləri gələn il tamamlanacaq .....                     Yasamalda “Avant” MTK özbaşınalığı… .....                     Paşinyan Yaponiyadan qayıdan zaman hökumət təyyarəsi .....                     Ermənistanın varlığı Türkiyə və Azərbaycanla normallaşmadan asılıdır .....                     Sabiq icra başçısına məxsus olduğu deyilən otel 236 milyon manata satışa çıxarılıb .....                     Azərbaycanda bu nazirliklərin birləşəcəyi .....                     “FNC” BOKT 4,75 milyon manatlıq borc cəlb edir .....                     Yaslarda ehsan ləğv edilir .....                     Xalq artisti Sərdar Fərəcovun son durumu açıqlanıb .....                 

Prezidentliyə namizədlər üçün son 5 gün
Tarix: 7-03-2018, 09:39 | Çap et
Prezidentliyə namizədlər üçün son 5 gün
Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkisi ilə bağlı bir sıra prosedurlar bu gün başa çatır. Prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, martın 7-dək məntəqə seçki komissiyaları tərəfindən seçicilərin tanış olması üçün təqdim edilmiş seçici siyahılarında əlavə dəqiqləşdirmələrin aparılması prosesi başa çatmalıdır.

Bundan əlavə, Mərkəzi Seçki Komissiyası tərəfindən seçki bülletenlərinin hazırlanması qaydasına, mətninə, formasına, sayına, hazırlanmasına aid tələblərin təsdiq edilməsi proseduru da martın 7-dək başa çatır.

Martın 6-da isə MSK-nın növbəti iclası keçirilib. İclasda seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanması qaydası müzakirəyə çıxarılıb. Məsələ barədə MSK katibi Arifə Muxtarova məlumat verib. A. Muxtarova bildirib ki, Seçki Məcəlləsinin tələbinə əsasən seçicilərin sayının 3 faizindən artıq olmamaq şərti ilə seçki bülleteni hazırlanmalıdır.

Aprelin 11-nə təyin edilmiş prezident seçkisi ilə əlaqədar 5 milyon 347 min 804 ədəd seçki bülleteni hazırlanacaq. Məsələ səsverməyə çıxarılaraq qəbul edilib. MSK-nın iclasında həmçinin YAP-ın Mərkəzi Seçki Komissiyasındakı məşvərətçi səs hüquqlu üzvü təsdiqlənib. Deputat Aydın Mirzəzadə YAP-ın MSK-ya təyin edilmiş məşvərətçi səs hüquqlu üzvü kimi təsdiqlənib. İclasda bəzi dairə seçki komissiyalarının tərkibində də dəyişiklik edilib. Həmçinin MSK sədri Məzahir Pənahov prezident seçkisi ilə bağlı Müstəqil Media Mərkəzi yaradıldığını açıqlayıb. O bildirib ki, Media Mərkəzində hazırlıq işləri başa çatıb və bu gün (dünən-red.) açılışı olacaq. Onun sözlərinə görə, istənilən maraqlı tərəf, prezidentliyə namizəd, onun səlahiyyətli nümayəndəsi media mərkəzində mətbuat konfransları keçirə və mərkəzin digər imkanlarından yararlana bilər.

Azərbaycan Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov isə Sechki-2018.az-a seçki prosesinin mediada işıqlandırılması ilə bağlı açıqlama verib: “Növbədənkənar prezident seçkisi ilə bağlı Azərbaycan mediasında vaxtaşırı materiallar gedir. Hazırda namizədlərin irəli sürülməsi, qeydiyyatı və onların imzatoplaması kampaniyası ilə bağlı birinci mərhələ həyata keçirilir. Bununla əlaqədar Azərbaycan mediasında xeyli sayda materiallar dərc olunur. Prezidentliyə namizədlərə fərq qoymadan Mərkəzi Seçki Komissiyasının məlumatları demək olar ki, mütəmadi yayımlanır. Martın 19-dan sonra isə təbliğat-təşviqat kampaniyasına start veriləcək. Bu müddətdə Azərbaycan Mətbuat Şurası həm elektron, həm yazılı, həm də digər kütləvi informasiya vasitələrində monitorinq aparacaq. Seçkilərin necə işıqlandırılması, namizədlərə nə qədər vaxtın ayrılması, namizədlərə münasibətin necə olması ilə bağlı məsələlər araşdırılacaq”.

Ə.Amaşov qeyd edib ki, medianın seçkilərə münasibəti həmin monitorinqdə öz əksini tapacaq: “Apardığımız müşahidələr onu göstərir ki, Azərbaycan mediasında namizədlərlə bağlı verilən materiallarda, seçki proseslərində ciddi anlaşılmazlıq, problemlər yoxdur. Ən əsas mərhələ martın 19-dan sonra başlayacaq. Həmin müddət Mətbuat Şurasının diqqətindən yayınmayacaq”.

Növbədənkənar prezident seçkisinin ödənişli təşviqatına qoşulan media qurumlarının sayı isə artıb. MSK-dan verilən xəbərə görə, “Xalq qəzeti” və aktual.az saytı Mərkəzi Seçki Komissiyasına bildiriş göndəriblər. Daha əvvəl İctimai Televiziya və Radio Yayımları Şirkəti, “Cümhuriyət”, “Olaylar”, “Səs”, “Palitra” qəzetləri, “Səs”, “Olaylar” informasiya agentlikləri, report.az, moderator.az, cəbhə.info, avropa.info saytları bildiriş göndəriblər.

Qaydaya görə, ödənişli təşviqata qoşulmaq istəyən media qurumları MSK-ya bildirişlər göndərməli, ödənişin əsasları, şərtləri və məbləği barəsində məlumatları seçkinin təyin edilməsi haqqında qərarın rəsmi dərcindən sonra ən geci 30 gün keçənədək dərc etməlidirlər.

Ödənişsiz təşviqat isə İctimai Televiziya və Radio Yayımları Şirkətində, “Azərbaycan”, “Bakinski raboçi” qəzetlərində və “Xalq qəzeti”ndə aparılacaq.

Namizədliyin qeydə alınması üçün lazım olan imzaların toplanıb MSK-ya təqdim olunması üçün ayrılan vaxt isə 12 mart saat 18.00-da başa çatacaq. Artıq iddiaçıların əksəriyyəti imzatoplama kampaniyasını yekunlaşdırıb.

“Cəbhəçilər” təşəbbüs qrupunun namizədi Razi Nurullayev “Yeni Müsavat”a bildirib ki, lazım olan sayda imzalar toplanıb və MSK-ya təqdim olunub: “İnşallah, qeydə alınma zamanı problem yaratmazlar. Namizədliyimiz rəsmi təqdim olunandan sonra geniş açıqlama ilə çıxış edəcəyik”.

Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) tərəfindən namizədliyi irəli sürülən Fuad Əliyevin namizədliyinin müdafiəsi üçün də imzatoplama kampaniyası başa çatıb. Bu barədə “Yeni Müsavat”a ALDP mətbuat xidmətindən məlumat verilib. Məlumatda deyilir ki, 69 dairədə imzatoplama aksiyası keçirilib. ALDP Mərkəzi Seçki Qərargahı toplanan imzalarla bağlı bir daha dəqiqləşdirmələr aparıldıqdan sonra MSK-ya təqdim ediləcək.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Musiqi ruhun qidasıydı, qatili yox...
Bu gün, 01:32
Bərdə İcra Hakimiyyəti bir gündə iki tender elan edib - AY MAŞALLAH...
Dünən, 18:34
Alverçilərin BAZARI ÖLDÜ – “Heç kim bu maşınlara 20-25 min vermək istəmir”
Dünən, 18:27
"Abzas Media" işi: - Təqsirləndirilənlər barədə qərar...
Dünən, 18:12
Ucuz neft Azərbaycana problem yaradacaq? - GƏLİŞMƏ
Dünən, 18:07
Azərbaycan və Rusiyanın ortaq şirkəti ləğv edilir - DETALLAR
Dünən, 18:00
Pakistanlı MBA tələbələri “Ulduz” şokolad fabrikində istehsalat turunda iştirak ediblər - FOTO
Dünən, 17:56
“Anam yanımdadır, ondan güc alıram” - Aysundan gözlənilməyən paylaşım
Dünən, 17:52
Azərbaycan ciddi qərarları ilə COP-u işlək bir konfransa çevirdi - deputat
Dünən, 17:46
TƏBİB-də yoxlamalar başladı - NƏ BAŞ VERİR?
Dünən, 17:43
“Nazirin hərbi rütbəni bir pillə aşağı salmaq səlahiyyəti olmalıdır”
Dünən, 17:41
Bu ölkədə baş nazirin arvadın yandırıb öldürdülər
Dünən, 17:39
Məktəblərdə rus bölməsi QALMAQALI: müəllimlər sinif tapmır - Görünəni odur ki...
Dünən, 17:36
Bir kəndin sakitliyini pozan üç gün: iki uşaq anası 10 kişi ilə gəzdi, əri elə danışdı ki... - TƏFƏRRÜAT
Dünən, 17:32
Nazirlik TƏBİB-də yoxlamalara başladı
Dünən, 16:20
Polşa Belarusla sərhədi tam bağlayacaq
Dünən, 15:57
“Nar” “Naxtel” abunəçilərinə xüsusi kampaniya təklif edəcək
Dünən, 15:55
İndi də sosial şəbəkə hesablarımız HƏDƏFDƏ
Dünən, 15:49
Peşə məktəbləri ilə bağlı QALMAQAL
Dünən, 15:10
Azərbaycanda problemli kreditlər artır - SƏBƏBLƏR
Dünən, 13:20
"Fransa Makrondan bezib" - Volodin
Dünən, 13:18
II Qaregin Paşinyanla bağlı təlimat verdi - Zarkerak.am
Dünən, 13:00
Vaşinqton razılaşmaları və Rusiya: geosiyasi məğlubiyyət, yoxsa taktiki fasilə? - NƏ BAŞ VERİR?
Dünən, 12:53
Milli Arxiv İdarəsi üç yüz manata icarəyə götürdüyü Sumqayıt filialının təmir-tikintisindən nə qədər dövlət vəsaiti talayıb - İLGİNC FAKTLAR...
Dünən, 12:51
Azərbaycanla sülh sazişi ölkəmizə investisiyaları artıracaq - Ermənistan Mərkəzi Bankının sədri
Dünən, 12:38
"Kreditin ləğv olunmasını tələb etmişəm... AMMA..." - NARAZILIQ VAR...
Dünən, 12:37
Azərbaycan vətəndaşları üçün məhdudiyyət olan ölkə varmı? - AKTUAL
Dünən, 12:03
Qarabağ ermənilərinin köçəri həyat tərzi bölgədə problemləri davam etdirir - ŞƏRH
Dünən, 11:56
Adil Vəliyev icra nümayəndəsini işdən çıxardı - Yeni təyinatlar
Dünən, 11:54
Gürcüstan yenidən ÇALXALANIR – Rusiyanın dəhşətli ssenarisi belə İFŞA EDİLDİ
Dünən, 11:50
“Hansısa ingilisdilli qaqulik balası düşünüb ki, niyə taksi xidməti rəqabətli olmalıdır ki?” - ETİRAZ
Dünən, 11:48
Zəngəzur dəhlizinin Azərbaycan ərazisində tikinti işləri gələn il tamamlanacaq
Dünən, 11:40
Yasamalda “Avant” MTK özbaşınalığı… - VİDEO
Dünən, 11:36
Paşinyan Yaponiyadan qayıdan zaman hökumət təyyarəsi Monqolustan və Qazaxıstanda niyə dayanıb?
Dünən, 11:24
Ermənistanın varlığı Türkiyə və Azərbaycanla normallaşmadan asılıdır - ŞƏRH
Dünən, 11:20
Sabiq icra başçısına məxsus olduğu deyilən otel 236 milyon manata satışa çıxarılıb – Fotolar
Dünən, 11:18
Azərbaycanda bu nazirliklərin birləşəcəyi - GÖZLƏNİLİR
Dünən, 11:12
“FNC” BOKT 4,75 milyon manatlıq borc cəlb edir
Dünən, 11:07
Yaslarda ehsan ləğv edilir - İllərin ənənəsinə hörmətsizlik, yoxsa dini qayda?
Dünən, 11:03
Xalq artisti Sərdar Fərəcovun son durumu açıqlanıb
Dünən, 10:57
Pakistan Ermənistana buna görə "yaşıl işıq" YANDIRIR - TASS
Dünən, 10:49
Evləri sökülən “Bayırşəhər” sakinləri... - "Gələcəyinizi ucuz satmayın"
Dünən, 10:43
Payız və qış aylarında hansı kənd təsərrüfatı məhsulları bahalaşacaq? - Ekspert
Dünən, 10:38
Sabiq nazir müavini işdən çıxarıldı - Yeni vəzifə verildi
Dünən, 10:36
Maştağa sakinlərindən ŞİKAYƏT – “1991-ci ildən xətt çəkilib, amma su yoxdur...”
Dünən, 10:32
Paşinyan iş gününə hansı musiqi ilə başlayır?.. - "Aremenian Tayms"
Dünən, 09:51
Şirkətin pulunu mənimsəyən ekspeditorla bağlı qərar çıxarıldı - TƏFƏRRÜAT
Dünən, 09:49
Amerika tərəfi ilə "Tramp yolu" ilə bağlı müzakirələr planlaşdırılır - Ermənistan XİN
Dünən, 09:45
Etibar Məmmədov aktiv siyasətə qayıda bilər - AÇIQLAMA
Dünən, 09:25
Rusiya prosesdən kənarda qaldığını yaxşı dərk edir... - ONA GÖRƏ DƏ...
Dünən, 09:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru