Paytaxt küçələri yenidən yuyuldu .....                     "İsrail İrana qarşı cadu və cinlərdən də istifadə edib..." .....                     "Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" .....                     Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək .....                     Böyük sülhə daha neçə zirvə qaldı? .....                     İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı .....                     Çinin okeandakı fəaliyyəti: .....                     Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var .....                     "Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" .....                     Dollarla bağlı təhlükə: vəziyyət dəyişir .....                     Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür .....                     Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... .....                     Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR .....                     Dövlət qurumu 8 milyona nələr alacaq? .....                     Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI .....                     Bakıdan Moskvanı qorxuya salan həmləalındı .....                     Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb .....                     Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb .....                     “Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur .....                     Bəlkə biz də rus malını BOYKOT EDƏK? .....                     Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... .....                     Rus dilində tədris buna görə ləğv olunacaq .....                     Düyməyə basıldı: Revanşistlər təxribata başladı .....                     Xaraba günə qalan Ağstafa... .....                     "İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" .....                     Sumqayıtda kürəkən öz qayınatasını öldürüb .....                     "Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." .....                     "Kimdir bu şirkətin rəhbəri?" .....                     Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... .....                     Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... .....                     "Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." .....                     "Baxırsan, amma son dəfə..." .....                     Tovuz döyüşlərindən 5 il ötür .....                     PKK silahını ona görə yandırır ki... .....                     Qabil Məmmədovun məhkəməsi BAŞLADI .....                     Məhərrəmliklə bağlı vəziyyət dəyişdi .....                     Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi .....                     Dövlətin dərman pulları kimlərə gedir? .....                     Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb .....                     10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı .....                 

"Bu istiqamətdə yeganə çətinlik odur ki, zaman kəsimi dardır" - Seçki-2018
Tarix: 1-03-2018, 08:47 | Çap et
"Bu istiqamətdə yeganə çətinlik odur ki, zaman kəsimi dardır"
11 apreldə keçiriləcək növbədənkənar prezident seçkisində iştirak etmək üçün namizədliyi irəli sürülmüş şəxslərin qeydə alınmasına görə lazım olan seçici imzalarının və digər seçki sənədlərinin MSK-ya təqdim edilməsinə ayrılan müddət martın 12-də başa çatacaq. MSK indiyədək 15 nəfərin prezidentliyə namizədliyinin irəli sürüldüyünü təsdiqləyib və onlara imza vərəqələri verilib. Həmin şəxslərdən 40 mindən yuxarı imzanı ən tez toplayan hakim Yeni Azərbaycan Partiyası oldu. YAP-ın namizədi MSK tərəfindən fevralın 27-də rəsmən qeydə alınıb. İddiaçılar sırasında daha biri-namizədliyini müstəqil qaydada irəli sürən deputat Zahid Oruc fevralın 28-də imzatoplama kampaniyasını yekunlaşdırıb və imzaları, digər sənədləri MSK-ya təqdim edilib.

Zahid Orucun Seçki Qərargahından “Yeni Müsavat”a verilən xəbərə görə, millət vəkili kimi fəaliyyət göstərdiyi dövrdə Zahid Oruca yaxın olan insanlar, eyni zamanda onun daşıdığı siyasi kursa sadiq adamlar və könüllü şəxslər hesabına 67 dairədən 44624 imza toplanıb, digər sənədlər, yəni gəlir və əmlak deklarasiyası ilə birgə MSK-ya təqdim olunub.

Seçki Qərargahından həmçinin bildiriblər ki, imzalara 5 gün ərzində rəsmi qiymət veriləcək.

Digər iddiaçılar isə hələ ki imzatoplama kampaniyasını davam etdirirlər. AĞ Partiyanın sədri Tural Abbaslının namizədliyi üçün imzatoplama kampaniyası davam edir. T.Abbaslının verdiyi məlumata görə, illərdir seçkilərin nəticələrinin heç nəyi dəyişmədiyini düşünən insanlar təbii ki, bu prosesə çox maraqsız yanaşırlar: “Bir çox vətəndaşlarımız isə ümumiyyətlə, seçkilərə inanmadıqları üçün heç imza belə vermək istəmirlər. Bu da təbii olaraq bizim işimizi daha da çətinləşdirir.

Hələ nəzərə alsaq ki, bu günə qədər seçkilərdə müxtəlif fikirlərə sahib seçicilərə yerli hakimiyyət orqanları tərəfindən bu və ya digər formada təzyiqlər olunub və bunun nəticəsi kimi də bu gün seçicilər özlərini qorumaq üçün imza belə verməkdən çəkinirlər, o zaman işlərin nə qədər əziyyətli olduğunu təsəvvür etmək olar.

Ancaq biz nikbinik. Mən əminəm ki, biz AĞ Partiya olaraq qanunla nəzərdə tutulmuş müddətdə lazımi sayda imzanı toplayıb MSK-ya təhvil verəcəyik. Artıq ondan sonrakı mərhələ bizdən asılı deyil, təəssüf ki. Hər halda, bu mərhələdə bizim kimi yeni partiyanın iştirakını artıq uğur saymaq olar".

Vətəndaş və İnkişaf Partiyasının namizədi Əli Əliyev bildirdi ki, imzatoplama kampaniyası rayonlarda və Bakı ətrafında davam edir: “Düzdür, hazırda yekun haqqında danışmaq olmaz. Proses ayın 25-dən başlayıb. Yəqin ki, bu həftə müəyyən mənzərə olacaq. İmzalar toplandıqca Mərkəzi Qərargaha çatdırılmasına çalışırıq. Digər tərəfdən, hələ yerlərdən məlumat almamışıq. Bu istiqamətdə yeganə çətinlik odur ki, zaman kəsimi dardır”.

ADP-nin namizədi Sərdar Cəlaloğlu isə imzatoplama kampaniyasını cəmi dörd gündür başlayıb: “Bildiyiniz kimi, bir neçə gün bundan öncə sənədlərimi MSK-ya təqdim etdim. Bu baxımdan imzatoplama kampaniyasına az müddətdir başlamışıq. Hələ də kampaniya davam edir. Lakin 40 min imzanı toplamaq həddindən artıq çətindir. Keçən seçkilərə də bilirsiniz, gec qatılmışdıq. Sadəcə, imzatoplama kampaniyasına çox adam cəlb edə bilsək, demək olar ki, çətin olmaz. Haradasa 200 nəfərin bu kampaniyada iştirakını təmin etsək, imzaları təxminən 2-3 günə toplamaq mümkündür. Sadəcə, problem daha çox adamın prosesə cəlb edilməsidir”.

BAXCP-nin namizədi Qüdrət Həsənquliyev üçün imzatoplama kampaniyası da sona yaxınlaşmaqdadır. Bu barədə namizədin seçki qərargahından məlumat verilib.

Azərbaycan Liberal Demokrat Partiyasının namizədi Fuad Əliyev isə bildirib ki, 20 mindən yuxarı imza toplanıb, proses davam edir.

Milli Dirçəliş Hərəkatı Partiyasının namizədi Fərəc Quliyev indiyədək topladıqları imzaların 25 minə çatdığını deyib. Kampaniya davam etdirilir.

Müasir Müsavat Partiyasının namizədi Hafiz Hacıyev isə imzatoplama kampaniyasını yekunlaşdırmaq üzrə olduqlarını bildirib.

Cəbhəçilər təşəbbüs qrupunun namizədi Razi Nurullayev məlumat verdi ki, imzatoplama kampaniyası rahat gedir, lakin xalqın imza verməyə növbəyə dayandığını da demək olmaz: “Xalqda inamsızlığın da, stressin də, sevincin də, kədərin də, hətta qorxunun da olduğunu görürük. Əlimizdən gələni edirik ki, imzaları tez bir zamanda toplaya bilək. Daha çox könüllü cəlb etmək üçün çox çalışdıq və məncə, Azərbaycanın siyasi reallığı üçün kifayət qədər də uğurlu seçki qərargahı qura bildik”.

“Bəzi müxalifətçilər qeydiyyata alınacağı halda bütün müxalifətin Sərdar Cəlaloğlunu dəstəkləməsinin məqsədəuyğun olduğunu bəyan etməkdədirlər. Sizdən hansısa mərhələdə belə bir addım gölzənilirmi? Yoxsa Sərdar Cəlaloğlunun və digər müxalifətçilərin Sizi dəstəkləməsini daha məqbul sayırsınız?” suallarına Razi Nurullayev belə cavab verdi: “Bizim müxalifətçilikdə öz davamlı yolumuz var. Ənənəvi müxalifətin 30 illik siyasi mübarizəsi uğursuzluğa düçar olub. Onların siyasi taktika və strategiyaları işləməyib. Biz indi fərqli yol seçmişik. Bu yol ən azından Türkiyə siyasi modelinin oturuşmasına çalışmaq və nail olmaqdır. Siyasətçilər bir-birinə qan düşməni kimi yox, rəqib kimi baxsınlar. Qalib gəldiyimiz halda, cəmiyyətdə bunu tətbiq edəcəyik. Qalib olmasaq belə, siyasi ab-havanı dəyişə biləcəyik və xalqa daha çox xeyrimiz dəyəcək. Xalq görəcək ki, bizim apardığımız siyasət nəticəsində onun səsi daha yaxşı eşidilir və onun ehtiyaclarına daha önəmlə yanaşılır.

Bütün namizədlərə, biz də içində olmaqla uğurlar diləyirəm. Siyasi partiyaların kimi müdafiə edib-etməməsi öz işləridir. Mən əvvəlki illər ərzində çox çalışmışam, hətta hər bir partiya sədrinə məktub da göndərmişəm ki, seçkiyə hazırlaşaq və bir namizəd də müəyyən edək. Cavab olmayıb, hərəkətlilik olmayıb. İndi seçki mərhələsində belə şeyləri müzakirə etmək məsuliyyətsizlikdir. Biz indi imzatoplama mərhələsindəyik və inşallah, seçki davranışımızı da MSK-nın verəcəyi qərardan sonra açıqlayacağıq. Bu məsələdə özünü təkzib də var. Necə yəni seçkini boykot edirəm, amma filan namizədi dəstəkləyirəm. Özlərini gülünc günə qoymasınlar. Sərdar Cəlaloğlu gözəl insandır, dəyərli siyasətçidir, uğurları bol olsun. Ağıllı adamlarıq və bir-birimizə də hörmətimiz var, özümüz də nəyin məqbul olub-olmamasını müzakirə də bilərik".

Bu arada Azərbaycanda vahid seçici siyahısı açıqlanıb. MSK-nın sədr müavini Natiq Məmmədov bildirib ki, Azərbaycanda səsvermə hüququ olan 5 milyon 192 min 42 şəxs var.

Onun sözlərinə görə, 2018-ci il üzrə daimi seçici siyahılarının dəqiqləşdirilməsi, tərtib edilməsi, təsdiq edilməsi və ictimailəşdirilməsinin cari il martın 3-nə qədər başa çatdırılması qərara alınıb.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paytaxt küçələri yenidən yuyuldu
Bu gün, 12:00
"İsrail İrana qarşı cadu və cinlərdən də istifadə edib..." -TEHRAN MERİ
Bu gün, 09:22
"Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" - Sabir Rüstəmxanlı
Bu gün, 09:19
Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək - GÖZLƏNTİ
Bu gün, 08:37
Böyük sülhə daha neçə zirvə qaldı? - GƏLİŞMƏ
Bu gün, 08:34
İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı - NƏ BAŞ VERİR?
Bu gün, 08:32
Çinin okeandakı fəaliyyəti: - ABŞ-la qarşıdurmaya hazırlıq...
Bu gün, 08:30
Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var - Rusiya bölgəni tamamilə itirəcəkmi?
Bu gün, 08:28
"Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" - ÇÜNKİ...
Bu gün, 07:32
Dollarla bağlı təhlükə: vəziyyət dəyişir – Üç mühüm məqam
Bu gün, 07:29
Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür - “The Telegraph”
Bu gün, 07:26
Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:48
Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR - FAKT BUDUR!
Bu gün, 06:45
Dövlət qurumu 8 milyona nələr alacaq? - SİYAHI, DETALLAR
Bu gün, 06:41
Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI - milyonlarla pul xərclənmişdi...
Bu gün, 06:22
Bakıdan Moskvanı qorxuya salan həmləalındı – Buna görə ermənilər hədəfə
Bu gün, 06:15
Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb - KİV
Bu gün, 06:12
Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb - Görünəni odur ki...
Bu gün, 05:31
“Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur - GİLEY
Bu gün, 05:29
Bəlkə biz də rus malını BOYKOT EDƏK? - Elə gətirdikləri toyuq əti...
Bu gün, 05:25
Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... - BU NƏDİ BELƏ?
Bu gün, 05:22
Rus dilində tədris buna görə ləğv olunacaq - AÇIQLAMA
Bu gün, 05:16
Düyməyə basıldı: Revanşistlər təxribata başladı - AKTUAL
Bu gün, 05:14
Xaraba günə qalan Ağstafa... - VİDEOFAKT
Bu gün, 05:11
"İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" - Şahlar Əsgərovdan ETİRAZ
Bu gün, 05:05
Sumqayıtda kürəkən öz qayınatasını öldürüb - TƏFƏRRÜAT
Bu gün, 05:02
"Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." - AXI NİYƏ?..
Bu gün, 04:58
"Kimdir bu şirkətin rəhbəri?" - NARAZILIQ VAR...
Bu gün, 04:55
Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... - ŞƏRH
Bu gün, 04:38
Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... - GƏLİŞMƏ
Bu gün, 04:35
"Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." - Etibar Məmmədov
Bu gün, 04:30
"Baxırsan, amma son dəfə..."
Bu gün, 04:25
Tovuz döyüşlərindən 5 il ötür - UNUTMARIQ!
Bu gün, 01:56
PKK silahını ona görə yandırır ki... - AKTUAL
Dünən, 18:01
Qabil Məmmədovun məhkəməsi BAŞLADI - TƏFƏRRÜAT
Dünən, 17:58
Məhərrəmliklə bağlı vəziyyət dəyişdi – Nə baş verir?
Dünən, 17:55
Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi - TENDER NƏTİCƏSİ
Dünən, 17:47
Dövlətin dərman pulları kimlərə gedir? - ARAŞDIRMA
Dünən, 17:46
Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Dünən, 17:42
10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı - TENDER LƏĞV EDİLDİ
Dünən, 17:40
Xalq artisti TƏƏSSÜFLƏNDİ - “Sənət yox, pul arxasınca gedirlər”
Dünən, 17:37
Rusiya Ukraynaya hava zərbələrini niyə intensivləşdirib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:32
“Autsorsinq” Zəngəzur dəhlizinə nə vəd edir? - 12 BƏND
Dünən, 17:27
Həyasızlığın pik həddi və ya Moskalkovanın absurd ittihamları
Dünən, 17:25
Məhkəmə dövlətə 3 milyondan çox borcu olan iki şirkət rəhbərinə niyə şərti cəza verdi? - TƏFƏRRÜAT
Dünən, 17:19
Bu universitetin prorektoru vəzifəsindən azad olundu - FOTO
Dünən, 17:15
"Balaəli özünə pullu sponsor axtarır" - Yaşar Qafanlı
Dünən, 17:12
Ruslar etiraf etdilər: - Dərman almağa pul tapa bilmirik
Dünən, 17:08
"Mənim pulum 1 il orada qaldı, axırda 4 manat 20 qəpik pul verdilər..." - ÖZBAŞINALIQ...
Dünən, 17:00
“Sinəsini açana Xalq artisti adı verirlər” – Tanınmış sənətkardan qalmaqallı açıqlama
Dünən, 16:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru