Azərbaycan da parlamentli idarəçiliyə keçə bilərmi?
Tarix: 22-01-2018, 08:43 | Çap et
 Bu ilin aprel ayında Ermənistan da Gürcüstan kimi parlamentli üsul-idarəyə keçəcək. Ölkədə əsas səlahiyyətli şəxs prezident yox, baş nazir olacaq. Bəs, Azərbaycanın idarəetmə sistemində dəyişiklik mümkündürmü?
Politoloq Əhəd Məmmədliyə görə, Ermənistanın parlament idarəetmə üsuluna keçməsi demokratik dünyada onları bir addım irəli aparır: “Cənubi Qafqazda Gürcüstan da parlament üsul - idarəsinə keçib. Azərbaycana gəlincə, bu tipli kiçik ölkələrdə parlament idarə üsulunun tərəfdarıyam. Ancaq hazırda bu keçidi məqbul saymıram. Çünki bizim Qarabağ kimi problemimiz var. Bu problem həll olunmayana qədər Azərbaycanda prezident üsul idarəsi qalmalıdır. Fikrimcə Azərbaycan öz ərazi bütövlüyünə qovuşduqdan, tamamilə unitar sistemə keçdikdən sonra gələcəkdə Azərbaycanın parlament idarəetmə üsuluna keçməsinin tərəfdarıyam”.
Politoloq Mübariz Əhmədoğlu isə bildirdi ki, Azərbaycanda dəyişikliyə ehtiyac yoxdur: “Əvvəla, Azərbaycanda çox uzun müddət mərkəzi hakimiyyət güclü olmalıdır. Çünki biz həm millət, həm də dövlət olaraq erməni və gürcülərdən fərqliyik. Eləcə də bizim əhatəmizdə olan dövlətlərlə tarixi münasibətlərimiz də təhrik edir ki, hökmən mərkəzi hakimiyyəti güclü saxlayaq. Ermənilər özlərinə tarix uydursalar da, əslində belə deyil. Hətta uydurduqları tarixlərindən də görürsən ki, hansı iri dövlətin tərkibində olublarsa, onlara yarınıblar. Uzun müddət Ermənistanda dövlət olmayıb. Orada mərkəzi hakimiyyət əvəzinə kilsə fəaliyyət göstərib. Azərbaycan xalqının isə keçdiyi tarix ayrıdır. Elə Karl Marksın Şah İsmayıl Xətai haqqında dediyi sözə baxaq. Deyirdi ki, İsmayıl 16 il hakimiyyətdə oldu, 16 dövləti işğal etdi. Yəni biz imperiyası olan xalqıq. Müasir dövrdə isə Azərbaycanda mərkəzi hakimiyyət bir balaca zəifləsə, ən azı, elə iki qonşumuz bizimlə bağlı planlar üzərində işləyəcək. Şəxsən bizim müsəlman qonşumuzda Azərbaycana qarşı daimi pis niyyətlər mövcuddur. Sadəcə olaraq Azərbaycan xalqının öz tarixinə sadiqliyi, prezidentimizin apardığı siyasət qonşu dövlətlərə pis planlarını həyata keçirməyə imkan vermir. Ermənistan isə bu cür dövlət quruluşuna keçməklə yenə də özünün satılmağa hazır olduğunu, digər iri dövlətlərin əlində alət olmağa hazırlığını nümayiş etdirir. İran gəlib Ermənistanın ərazisində 2 şəhəri qazlaşdırdı. Bir anın içərisində Rusiyanın ”Qazprom" şirkəti İranın pulu hesabına tikilən qaz şəbəkələrini öz balansına keçirdi. İndi idarə üsulunu dəyişirlər ki, belə məqamlarda xalqın adından danışsınlar. Ona görə də deyirəm ki, o xalqın qarşısında dayanan məsələlər, keçdikləri tarix ayrıdır, bizim xalqının məqsədləri başqadır. 10 milyonluq Azərbaycan xalqı, indiki 86.6 min kvadrat kilometr ərazimiz bizim ən minimalımızdır".
Politoloq hesab edir ki, Ermənistanın demokratik dünyasına yaxınlaşmasından söhbət gedə bilməz: “Ancaq ondan danışmaq olar ki, Ermənistanda ”demokratiya kağızı" var. Demokratiyaya qiymət verənlər avropalılardır ki, onların da hər zaman Ermənistana xüsusi münasibətləri olub. Təsəvvür edin ki, Ermənistanda bir vəkilin evinin açarını soyuq silah adı ilə cibində tutub həbs ediblər ki, soyuq silah gəzdirirsən. Ermənistanı diqqətlə izləyən təşkilat rəhbəri olaraq orada necə antidemokratik proseslərin getdiyini çox gözəl bilirəm. İnsan hüquqların pozulması, demokratiya ilə bağlı məsələlərdə Ermənistan regionda ən bərbad vəziyyətdə olan dövlətdir. Məsələ burasındadır ki, Qərb dövlətlərinin Ermənistanın demokratiyaya münasibətini nümunə götürmələri bütün Cənubi Qafqazda demokratik mühiti pisləşdirən haldır. Əgər obyektiv yanaşaydılar, Cənubi Qafqazın digər dövlətlərində də demokratik vəziyyət indikindən yaxşı olardı. Gürcüstanda da mətbuat azadlığı prizmasında nə qədər böyük məsələlər var ki, həllini gözləyir. Ona görə də bu, ümumi sözdür ki, parlament idarəetmə üsulu olan dövlət demokratiyaya daha yaxındır. Guya hesab edirlər ki, burada hər şeyi parlamentdə müzakirə edirlər. Ancaq parlamentdə istənilən məsələni də müzakirə etmək olar. Götürək 1933-cü ildə Hitlerin hakimiyyətə gəlməsini. O da parlament yolu ilə hakimiyyətə gəlib. Sarkisyan da bu gün Hitlerin maskalanmış variantıdır". “Yeni Müsavat”


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bərdə İcra Hakimiyyəti bir gündə iki tender elan edib - AY MAŞALLAH...
Bu gün, 18:34 |
|
|
|
• Alverçilərin BAZARI ÖLDÜ – “Heç kim bu maşınlara 20-25 min vermək istəmir”
Bu gün, 18:27 |
|
|
|
• "Abzas Media" işi: - Təqsirləndirilənlər barədə qərar...
Bu gün, 18:12 |
|
|
|
• Ucuz neft Azərbaycana problem yaradacaq? - GƏLİŞMƏ
Bu gün, 18:07 |
|
|
|
• Azərbaycan və Rusiyanın ortaq şirkəti ləğv edilir - DETALLAR
Bu gün, 18:00 |
|
|
|
• Pakistanlı MBA tələbələri “Ulduz” şokolad fabrikində istehsalat turunda iştirak ediblər - FOTO
Bu gün, 17:56 |
|
|
|
• “Anam yanımdadır, ondan güc alıram” - Aysundan gözlənilməyən paylaşım
Bu gün, 17:52 |
|
|
|
• Azərbaycan ciddi qərarları ilə COP-u işlək bir konfransa çevirdi - deputat
Bu gün, 17:46 |
|
|
|
• TƏBİB-də yoxlamalar başladı - NƏ BAŞ VERİR?
Bu gün, 17:43 |
|
|
|
• “Nazirin hərbi rütbəni bir pillə aşağı salmaq səlahiyyəti olmalıdır”
Bu gün, 17:41 |
|
|
|
• Bu ölkədə baş nazirin arvadın yandırıb öldürdülər
Bu gün, 17:39 |
|
|
|
• Məktəblərdə rus bölməsi QALMAQALI: müəllimlər sinif tapmır - Görünəni odur ki...
Bu gün, 17:36 |
|
|
|
• Bir kəndin sakitliyini pozan üç gün: iki uşaq anası 10 kişi ilə gəzdi, əri elə danışdı ki... - TƏFƏRRÜAT
Bu gün, 17:32 |
|
|
|
• Nazirlik TƏBİB-də yoxlamalara başladı
Bu gün, 16:20 |
|
|
|
• Polşa Belarusla sərhədi tam bağlayacaq
Bu gün, 15:57 |
|
|
|
• “Nar” “Naxtel” abunəçilərinə xüsusi kampaniya təklif edəcək
Bu gün, 15:55 |
|
|
|
• İndi də sosial şəbəkə hesablarımız HƏDƏFDƏ
Bu gün, 15:49 |
|
|
|
• Peşə məktəbləri ilə bağlı QALMAQAL
Bu gün, 15:10 |
|
|
|
• Azərbaycanda problemli kreditlər artır - SƏBƏBLƏR
Bu gün, 13:20 |
|
|
|
• "Fransa Makrondan bezib" - Volodin
Bu gün, 13:18 |
|
|
|
• II Qaregin Paşinyanla bağlı təlimat verdi - Zarkerak.am
Bu gün, 13:00 |
|
|
|
• Vaşinqton razılaşmaları və Rusiya: geosiyasi məğlubiyyət, yoxsa taktiki fasilə? - NƏ BAŞ VERİR?
Bu gün, 12:53 |
|
|
|
• Milli Arxiv İdarəsi üç yüz manata icarəyə götürdüyü Sumqayıt filialının təmir-tikintisindən nə qədər dövlət vəsaiti talayıb - İLGİNC FAKTLAR...
Bu gün, 12:51 |
|
|
|
• Azərbaycanla sülh sazişi ölkəmizə investisiyaları artıracaq - Ermənistan Mərkəzi Bankının sədri
Bu gün, 12:38 |
|
|
|
• "Kreditin ləğv olunmasını tələb etmişəm... AMMA..." - NARAZILIQ VAR...
Bu gün, 12:37 |
|
|
|
• Azərbaycan vətəndaşları üçün məhdudiyyət olan ölkə varmı? - AKTUAL
Bu gün, 12:03 |
|
|
|
• Qarabağ ermənilərinin köçəri həyat tərzi bölgədə problemləri davam etdirir - ŞƏRH
Bu gün, 11:56 |
|
|
|
• Adil Vəliyev icra nümayəndəsini işdən çıxardı - Yeni təyinatlar
Bu gün, 11:54 |
|
|
|
• Gürcüstan yenidən ÇALXALANIR – Rusiyanın dəhşətli ssenarisi belə İFŞA EDİLDİ
Bu gün, 11:50 |
|
|
|
• “Hansısa ingilisdilli qaqulik balası düşünüb ki, niyə taksi xidməti rəqabətli olmalıdır ki?” - ETİRAZ
Bu gün, 11:48 |
|
|
|
• Zəngəzur dəhlizinin Azərbaycan ərazisində tikinti işləri gələn il tamamlanacaq
Bu gün, 11:40 |
|
|
|
• Yasamalda “Avant” MTK özbaşınalığı… - VİDEO
Bu gün, 11:36 |
|
|
|
• Paşinyan Yaponiyadan qayıdan zaman hökumət təyyarəsi Monqolustan və Qazaxıstanda niyə dayanıb?
Bu gün, 11:24 |
|
|
|
• Ermənistanın varlığı Türkiyə və Azərbaycanla normallaşmadan asılıdır - ŞƏRH
Bu gün, 11:20 |
|
|
|
• Sabiq icra başçısına məxsus olduğu deyilən otel 236 milyon manata satışa çıxarılıb – Fotolar
Bu gün, 11:18 |
|
|
|
• Azərbaycanda bu nazirliklərin birləşəcəyi - GÖZLƏNİLİR
Bu gün, 11:12 |
|
|
|
• “FNC” BOKT 4,75 milyon manatlıq borc cəlb edir
Bu gün, 11:07 |
|
|
|
• Yaslarda ehsan ləğv edilir - İllərin ənənəsinə hörmətsizlik, yoxsa dini qayda?
Bu gün, 11:03 |
|
|
|
• Xalq artisti Sərdar Fərəcovun son durumu açıqlanıb
Bu gün, 10:57 |
|
|
|
• Pakistan Ermənistana buna görə "yaşıl işıq" YANDIRIR - TASS
Bu gün, 10:49 |
|
|
|
• Evləri sökülən “Bayırşəhər” sakinləri... - "Gələcəyinizi ucuz satmayın"
Bu gün, 10:43 |
|
|
|
• Payız və qış aylarında hansı kənd təsərrüfatı məhsulları bahalaşacaq? - Ekspert
Bu gün, 10:38 |
|
|
|
• Sabiq nazir müavini işdən çıxarıldı - Yeni vəzifə verildi
Bu gün, 10:36 |
|
|
|
• Maştağa sakinlərindən ŞİKAYƏT – “1991-ci ildən xətt çəkilib, amma su yoxdur...”
Bu gün, 10:32 |
|
|
|
• Paşinyan iş gününə hansı musiqi ilə başlayır?.. - "Aremenian Tayms"
Bu gün, 09:51 |
|
|
|
• Şirkətin pulunu mənimsəyən ekspeditorla bağlı qərar çıxarıldı - TƏFƏRRÜAT
Bu gün, 09:49 |
|
|
|
• Amerika tərəfi ilə "Tramp yolu" ilə bağlı müzakirələr planlaşdırılır - Ermənistan XİN
Bu gün, 09:45 |
|
|
|
• Etibar Məmmədov aktiv siyasətə qayıda bilər - AÇIQLAMA
Bu gün, 09:25 |
|
|
|
• Rusiya prosesdən kənarda qaldığını yaxşı dərk edir... - ONA GÖRƏ DƏ...
Bu gün, 09:21 |
|
|
|
• Paşinyanın təyyarəsi Azərbaycanın hava məkanına daxil olarkən… - AKTUAL
Bu gün, 09:19 |
|
|
|
|