Bakıda məktəb direktoru qeyri-adi səbəbə görə işdən ÇIXDI .....                     Sülhü sabotaj edən səfir .....                     Nazirlik yanında İctimai Şura üzvü AYNA-nın qərarına etiraz etdi .....                     "Rusiya Azərbaycanın müstəqil siyasət yeritməsini həzm edə bilmir" .....                     Musiqi məktəblərindən də narazılıq var .....                     “Qalacaq yer tapmaq imtahandan sonra ikinci stressdir” .....                     “Ermənistanla sülh müqaviləsi imzalanacaq” .....                     "Hər bayram, hər qələbə artıq başqa dad verəcək" .....                     Kreditlərlə bağlı mühüm məsələ .....                     Polşa hava limanlarını bağlayıb, ordu döyüş hazırlığı vəziyyətinə gətirilib .....                     Musiqi ruhun qidasıydı, qatili yox... .....                     Bərdə İcra Hakimiyyəti bir gündə iki tender elan edib .....                     Alverçilərin BAZARI ÖLDÜ .....                     "Abzas Media" işi: .....                     Ucuz neft Azərbaycana problem yaradacaq? .....                     Azərbaycan və Rusiyanın ortaq şirkəti ləğv edilir .....                     Pakistanlı MBA tələbələri “Ulduz” şokolad fabrikində istehsalat turunda iştirak ediblər .....                     “Anam yanımdadır, ondan güc alıram” .....                     Azərbaycan ciddi qərarları ilə COP-u işlək bir konfransa çevirdi .....                     TƏBİB-də yoxlamalar başladı .....                     “Nazirin hərbi rütbəni bir pillə aşağı salmaq səlahiyyəti olmalıdır” .....                     Bu ölkədə baş nazirin arvadın yandırıb öldürdülər .....                     Məktəblərdə rus bölməsi QALMAQALI: müəllimlər sinif tapmır .....                     Bir kəndin sakitliyini pozan üç gün: iki uşaq anası 10 kişi ilə gəzdi, əri elə danışdı ki... .....                     Nazirlik TƏBİB-də yoxlamalara başladı .....                     Polşa Belarusla sərhədi tam bağlayacaq .....                     “Nar” “Naxtel” abunəçilərinə xüsusi kampaniya təklif edəcək .....                     İndi də sosial şəbəkə hesablarımız .....                     Peşə məktəbləri ilə bağlı QALMAQAL .....                     Azərbaycanda problemli kreditlər artır .....                     "Fransa Makrondan bezib" .....                     II Qaregin Paşinyanla bağlı təlimat verdi .....                     Vaşinqton razılaşmaları və Rusiya: geosiyasi məğlubiyyət, yoxsa taktiki fasilə? .....                     Milli Arxiv İdarəsi üç yüz manata icarəyə götürdüyü Sumqayıt filialının təmir-tikintisindən nə qədər dövlət vəsaiti talayıb .....                     Azərbaycanla sülh sazişi ölkəmizə investisiyaları artıracaq .....                     "Kreditin ləğv olunmasını tələb etmişəm... AMMA..." .....                     Azərbaycan vətəndaşları üçün məhdudiyyət olan ölkə varmı? .....                     Qarabağ ermənilərinin köçəri həyat tərzi bölgədə problemləri davam etdirir .....                     Adil Vəliyev icra nümayəndəsini işdən çıxardı .....                     Gürcüstan yenidən ÇALXALANIR .....                 

Araz Əlizadənin bulanıq suda balıq tutmaqlığı...
Tarix: 25-12-2017, 08:40 | Çap et
Araz Əlizadənin bulanıq suda balıq tutmaqlığı...
Azərbaycan Sosial Demokrat Partiyasının sədri, deputat Araz Əlizadə yenə absurd fikirləri ilə gündəmə gəlib. Zaman-zaman türkçülüyü aşağılayan, bir sıra tarixi şəxsiyyətlərimizə şər-böhtan atan, ittihamlar, iddialar səsləndirən deputat bu dəfə daha irəli gedib.

ASDP sədri Babəkin, Şah İsmayıl Xətainin türk olmadığını bildirib, bu azmış kimi, Azərbaycan Respublikasının varisi olduğu Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin həyatının son dövrlərində türk olduğunu iddia edib. Nə danışdığını özü də anlamayan A.Əlizadə sanki döşündə gəzdirdiyi mandatın üzərindəki bayrağımızın yaradıcısına bu cür iftira atdığının fərqində deyil.

Hər açıqlamasında bu cür “cəsarəti” özündə tapan deputat barədə təmsil olunduğu Milli Məclisin və digər aidiyyatı qurumların nə üçün ölçü götürməmələri hər zaman olduğu kimi yenə də ciddi tənqid olunur.

Rəsulzadə İrsini Araşdırmalar Mərkəzinin rəhbəri, tarixçi alim Nəsiman Yaqublu “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, hər bir insanın milli mənsubiyyəti əsas götürülsə də, onun əsas Azərbaycana xidməti öndə tutulmalıdır: “Bizim üçün əsas olan odur ki, bu insan Azərbaycan üçün nə edib. Rəsulzadə türkdür, türk olaraq da, öz əsərlərində hər zaman bunu qeyd edib. Azərbaycan türklərinin tarixi ilə bağlı yazdığı əsərlərlə, fəaliyyəti ilə bunu dəfələrlə sübut edib. Bunu deməyə heç ehtiyac yoxdur. Bu şəxs barəsində bu cür qeyri-etik cümələrin işlədilməsi düzgün deyil. Bu məsələnin üzərində dayanmaq da lazım deyil. Qarşıdan Cümhuriyyətin 100 illiyi gəlir. Çox böyük bir hadisə yaxınlaşır. Bu hadisə ərəfəsində Rəsulzadə kimi Azərbaycan türkünə, bütövlükdə dünya türkçülüyünə xidmət etmiş bir şəxsiyyətin ünvanına bu cür xoşagəlməyən fikirlər söyləmək mənə gəlir ki, bu qəsdən aparılan bir kampaniyanın tərkib hissədir. Çalışırlar ki, bu kampaniya çərçivəsində Rəsulzadə kimi bir şəxsiyyəti gözdən salsınlar, amma bu, qeyri-mümkündür, Çünki 70 ilə ərzində Rəsulzadəni arxa planda saxlamaq mümkün olmayıbsa, yaxınlaşan beş ay ərzində də mümkün olmayacaq. Cümhuriyyətin 100 illiyinə belə ləkələrlə, kampaniyalarla getmək düzgün deyil.

Bu gün daha çox diqqət etmək lazımdır ki, yüz illikdə nə edirik. Kimin türk olub-olmaması problem olmamalıdır. Baxmayaraq ki, Rəsulzadə birmənalı şəkildə türk idi. Cümhuriyyətimizin qurulmasında qeyri türklər də iştirak ediblər. Onlara qarşı bu cür yolla sayğısızlıq göstəririk. Əlimərdan bəy Topçubaşov ana dilində yaza bilmir, danışmağı da bacarmırdı. Amma kim onun Azərbaycan üçün xidmətlərinə şübhə ilə yanaşa bilər? Fətəli Xan Xoyski Cümhuriyyətin baş naziri idi, amma ana dilində danışa bilmirdi. İndi onun fəaliyyətinə kim kölgə sala bilər? Kim indiyə qədər Rəsulzadə, Topçubaşov, Xoyski kimi Azərbaycana xidmət edib? Onların xidmətinin nəticəsi oldu ki, Azərbaycan dünyada 23 dövlət tərəfindən tanındı. Cümhuriyyətdə ordunun baş qərargah rəisi polyak-tatar millətindən olan Sulkeviç olub. O güllələnəndə deyib ki, mən fəxr edirəm ki, Azərbaycan Ordusunun generalı kimi güllələnirəm. İndi ona şübhə ilə yanaşa bilərik? - baxmayaraq ki, milliyyəti türk deyil. O da bizim bir vətən oğludur. Belə nümunələri saymaqla bitməz. Bu şəxslərin Azərbaycanı sevdikləri üçün nə məhrumiyyətlər çəkdiklərini sözlə ifadə etmək çox çətindir. Danışanda bir az ehtiyatlı danışmaq lazımdır. Elə danışmaq lazımdır ki, onların ruhu inciməsin. O türk deyil, bu türkdür kimi yanaşmaları kənara qoyub, o Azərbaycana necə xidmət edib düşüncəsi ilə yanaşmaq lazımdır. Qarabağı azad edəcək bir şəxs türk olmaya bilər, amma o bunu edəcəksə, bizim üçün doğma olmalıdır”.

ADP sədri Sərdar Cəlaloğlu hesab edir ki, siyasətdə türkçülük məsələsi siyasi türkçülük mənasında başa düşülməlidir: “Türkçlüyün əsaslarını yazan Ziya Göyalpın özü kürd idi. Atatürk deyirdi ki, türk o deyil ki, türkdür, türk odur ki, Türkiyəni müdafiə edir, onu sevir, ”mən türkəm" deməklə fəxr edir. Məsələn, bir şəxs kürddür, amma özünü siyasi cəhətdən türk hesab edirsə, türkün maraqlarını müdafiə edirsə, o türkdür. Bizim üçün onun qanının, bioloji tərəfinin heç bir əsası yoxdur. Kimlər ki, Azərbaycan tarixində tarixi rol oynayıb, onlar Azərbaycan türküdür. Siyasi kimlik bir anlayış, etnik kimlik isə tamam bir anlayışdır. Etnik kimliyin dövlət quruculuğunda heç bir rolu yoxdur. Bizi ən çox narahat edən odur ki, Azərbaycan tarixində həm etnik, həm siyasi türklüyü üst-üstə düşən o qədər şəxslər var ki, Babək, Şah İsmayıl onlar qədər qüdrətli olmayıb, fəaliyyətləri də azdır. Amma biz həmin şəxsləri sevmədiyimizə görə təbliğ etməmişik, öyrənməmişik. Nəticədə ideal sandığımız şəxslər barəsində bir söz deyilən kimi aləm qarışır. Ata-anası etnik olan Nadir şahdır ki, İsgəndər, Çingiz xandan böyük imperiya yaradan bir türkdür. Xətainin nəsli haqqında olan bütün mənbələr onun xalis türk olduğunu sübut edir. Onun anası, nənəsinin Bizans qızı olması onu türkçülükdən çıxarmır. Bir şəxsin atası türkdürsə, onun anasının hansı millətdən olmasının önəmi yoxdur. Bəli, Babəkin Azərbaycan türkünə aidiyyəti yoxdur. Sadəcə Bəzz qalası Azərbaycan ərazisində olub. Azərbaycanda siyasi və etnik mənsubiyyəti üst-üstə düşən şəxslərin çoxu Azərbaycana tanıdılmayıb. Tutaq ki, Rəsulzadə tatardır. Ola bilər ki, Rəsulzadənin doğulduğu o kəndə vaxtı ilə bu xalq köçürülsün. Amma elm də sübut edib ki, bu xalqlar 300 ildən sonra türklərlə qaynayıb-qarışıblar, bioloji xüsusiyyətləri belə oxşarlıq təşkil edir. İrandan köçürülən tatların farslara heç bir aidiyyəti yoxdur. Əgər Araz Əlizadə inanmırsa, bir fars və tatın qanını İngiltərəyə göndərsin, onda görəcək ki, bizdə yaşayan tatlar fars, yoxsa türkdürlər. Azərbaycandan çox xalqlar gəlib keçiblər, kök buraxıblar, amma onlar türkləşiblər. Bunların hamısı Araz Əlizadənin Azərbaycan xalqına olan nifrəti, gözügötürməzliyin nəticəsidir. Onun özü də mənşəyindən şübhələnir. Çünki Cənubi Azərbaycandan gəliblər. Çalışır ki, öz kimliyini bu şəxsiyyətlərlə yan-yana qoysun. Qanların qarışmasına, siyasi kimliyə görə Rəsulzadə haqqında dedikləri tam yanlışdır. Bir nəfər alim deyə bilməz ki, Xətainin türklüyünə şübhəm var. Biri Azərbaycan uğrunda vuruşubsa, anası da, atası da ermənidirsə, yenə də o türkdür. Ölkəmizdə çoxsaylı insanlar var ki, anaları ermənidir. Ola bilər ki, Araz Əlizadə kimliyini ana xətti ilə müəyyən edir. Bu baxımdan da bu cür fikirlər səsləndirir. Biz türklər ata xətti ilə müəyyənləşirik. Bəzi insanlar var ki, siyasi və etnik kimlikdən istifadə edirlər, lazım gələndə siyasi yaxud etnik kimliklərini önə çəkirlər".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda məktəb direktoru qeyri-adi səbəbə görə işdən ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 07:04
Sülhü sabotaj edən səfir - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 07:01
Nazirlik yanında İctimai Şura üzvü AYNA-nın qərarına etiraz etdi - "Bu, faktiki olaraq inhisarçılıqdır"
Bu gün, 06:59
"Rusiya Azərbaycanın müstəqil siyasət yeritməsini həzm edə bilmir" - ONA GÖRƏ DƏ...
Bu gün, 06:56
Musiqi məktəblərindən də narazılıq var - Qiymət bahalaşıb, pulu da əvvəlcədən istəyirlər
Bu gün, 06:54
“Qalacaq yer tapmaq imtahandan sonra ikinci stressdir” - AKTUAL
Bu gün, 06:52
“Ermənistanla sülh müqaviləsi imzalanacaq” - Yalnız bunlar olacaqsa...
Bu gün, 06:47
"Hər bayram, hər qələbə artıq başqa dad verəcək"
Bu gün, 06:44
Kreditlərlə bağlı mühüm məsələ – İlin sonuna qədər…
Bu gün, 06:40
Polşa hava limanlarını bağlayıb, ordu döyüş hazırlığı vəziyyətinə gətirilib - NƏ BAŞ VERİR?
Bu gün, 06:35
Musiqi ruhun qidasıydı, qatili yox...
Bu gün, 01:32
Bərdə İcra Hakimiyyəti bir gündə iki tender elan edib - AY MAŞALLAH...
Dünən, 18:34
Alverçilərin BAZARI ÖLDÜ – “Heç kim bu maşınlara 20-25 min vermək istəmir”
Dünən, 18:27
"Abzas Media" işi: - Təqsirləndirilənlər barədə qərar...
Dünən, 18:12
Ucuz neft Azərbaycana problem yaradacaq? - GƏLİŞMƏ
Dünən, 18:07
Azərbaycan və Rusiyanın ortaq şirkəti ləğv edilir - DETALLAR
Dünən, 18:00
Pakistanlı MBA tələbələri “Ulduz” şokolad fabrikində istehsalat turunda iştirak ediblər - FOTO
Dünən, 17:56
“Anam yanımdadır, ondan güc alıram” - Aysundan gözlənilməyən paylaşım
Dünən, 17:52
Azərbaycan ciddi qərarları ilə COP-u işlək bir konfransa çevirdi - deputat
Dünən, 17:46
TƏBİB-də yoxlamalar başladı - NƏ BAŞ VERİR?
Dünən, 17:43
“Nazirin hərbi rütbəni bir pillə aşağı salmaq səlahiyyəti olmalıdır”
Dünən, 17:41
Bu ölkədə baş nazirin arvadın yandırıb öldürdülər
Dünən, 17:39
Məktəblərdə rus bölməsi QALMAQALI: müəllimlər sinif tapmır - Görünəni odur ki...
Dünən, 17:36
Bir kəndin sakitliyini pozan üç gün: iki uşaq anası 10 kişi ilə gəzdi, əri elə danışdı ki... - TƏFƏRRÜAT
Dünən, 17:32
Nazirlik TƏBİB-də yoxlamalara başladı
Dünən, 16:20
Polşa Belarusla sərhədi tam bağlayacaq
Dünən, 15:57
“Nar” “Naxtel” abunəçilərinə xüsusi kampaniya təklif edəcək
Dünən, 15:55
İndi də sosial şəbəkə hesablarımız HƏDƏFDƏ
Dünən, 15:49
Peşə məktəbləri ilə bağlı QALMAQAL
Dünən, 15:10
Azərbaycanda problemli kreditlər artır - SƏBƏBLƏR
Dünən, 13:20
"Fransa Makrondan bezib" - Volodin
Dünən, 13:18
II Qaregin Paşinyanla bağlı təlimat verdi - Zarkerak.am
Dünən, 13:00
Vaşinqton razılaşmaları və Rusiya: geosiyasi məğlubiyyət, yoxsa taktiki fasilə? - NƏ BAŞ VERİR?
Dünən, 12:53
Milli Arxiv İdarəsi üç yüz manata icarəyə götürdüyü Sumqayıt filialının təmir-tikintisindən nə qədər dövlət vəsaiti talayıb - İLGİNC FAKTLAR...
Dünən, 12:51
Azərbaycanla sülh sazişi ölkəmizə investisiyaları artıracaq - Ermənistan Mərkəzi Bankının sədri
Dünən, 12:38
"Kreditin ləğv olunmasını tələb etmişəm... AMMA..." - NARAZILIQ VAR...
Dünən, 12:37
Azərbaycan vətəndaşları üçün məhdudiyyət olan ölkə varmı? - AKTUAL
Dünən, 12:03
Qarabağ ermənilərinin köçəri həyat tərzi bölgədə problemləri davam etdirir - ŞƏRH
Dünən, 11:56
Adil Vəliyev icra nümayəndəsini işdən çıxardı - Yeni təyinatlar
Dünən, 11:54
Gürcüstan yenidən ÇALXALANIR – Rusiyanın dəhşətli ssenarisi belə İFŞA EDİLDİ
Dünən, 11:50
“Hansısa ingilisdilli qaqulik balası düşünüb ki, niyə taksi xidməti rəqabətli olmalıdır ki?” - ETİRAZ
Dünən, 11:48
Zəngəzur dəhlizinin Azərbaycan ərazisində tikinti işləri gələn il tamamlanacaq
Dünən, 11:40
Yasamalda “Avant” MTK özbaşınalığı… - VİDEO
Dünən, 11:36
Paşinyan Yaponiyadan qayıdan zaman hökumət təyyarəsi Monqolustan və Qazaxıstanda niyə dayanıb?
Dünən, 11:24
Ermənistanın varlığı Türkiyə və Azərbaycanla normallaşmadan asılıdır - ŞƏRH
Dünən, 11:20
Sabiq icra başçısına məxsus olduğu deyilən otel 236 milyon manata satışa çıxarılıb – Fotolar
Dünən, 11:18
Azərbaycanda bu nazirliklərin birləşəcəyi - GÖZLƏNİLİR
Dünən, 11:12
“FNC” BOKT 4,75 milyon manatlıq borc cəlb edir
Dünən, 11:07
Yaslarda ehsan ləğv edilir - İllərin ənənəsinə hörmətsizlik, yoxsa dini qayda?
Dünən, 11:03
Xalq artisti Sərdar Fərəcovun son durumu açıqlanıb
Dünən, 10:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru