Perinatal mərkəzdəki yanğınla bağlı məhkəmədə: .....                     Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan başqa variantı olmayıb .....                     Pomidor oğurlamağa getdilər .....                     AZAL turizm gününə özəl endirim kampaniyası elan edir .....                     Ölkə rəhbərliyinə ŞOK məktub: Leyla Əliyeva abadlaşdırdı, “Smartdom” MMC məhv etdi .....                     “Zəng edəndə heç biriniz telefonuma cavab vermədiniz...” .....                     Azərbaycanda 9 ildir fəaliyyət göstərən məşhur layihə satılır .....                     "Buna ər dayanar?" .....                     O, Naxçıvanda sifarişli işləri müdafiə edən vəkil kimi tanınır... .....                     Bakının dörd, Ankaranın iki tələbi yerinə yetirilir .....                     Xankəndidə təxribat törədən erməni bir il öncə nə demişdi? .....                     Türkiyənin də nüvə silahı olacaq .....                     Rusiyada azərbaycanlı şəhər dumasının deputatı seçilib .....                     Məhkəmə iş adamına 1 milyon manat “atan” biznesmenlə bağlı .....                     Məhkəmə 204 minlik dələduzluq edən “hüquq müdafiəçisi” ilə bağlı qərar çıxardı .....                     İranın özbəöz türk Prezidenti... .....                     “Allah kəssin, belə yaxşılığınızı…” .....                     Qalmaqallı qohumları yenidən həbs edildi .....                     Naxçıvan MR Xəstəxanasının tibbi təchizatının yenilənməsinə .....                     İsveçrə şirkətinin Azərbaycandakı filialı bağlanır .....                     "Starlink"in işində dünya üzrə fasilələr qeydə alınıb .....                     `Siyəzənneft`in ərazisində KEÇİLMƏZ YOLLAR... .....                     Rusiyaya pomidor ixracı 3,4 dəfə artıb, amma qiymət ucuzlaşıb .....                     Bank deyil... əməlli-başlı möcüzədir... .....                     Azərbaycanda pensiya sistemi dəyişir: vətəndaşları nə gözləyir? .....                     Dövlət büdcəmizə gömrük sistemində vurulan badalaq... .....                     Fermerlər məhsullarını Bakıya gətirə bilmir .....                     “Avanesyan olayı”, Azərbaycan polisinin fədakarlığı və Kitabi-Dədə Qorqud həqiqətləri... .....                     "Bizdə könüllü şəkildə getmək istəyəni aparırlar" .....                     Çətin payız: Rusiyanın raket terroru davam edəcək .....                     Təhsil Nazirliyinin “16 faizdən 40 faizə yüksəlmə” fəxarəti .....                     2022-ci ildə Cermuk döyüşləri zamanı Azərbaycan Ordusu… .....                     Azərbaycanda Bilik Günüdür .....                     Bakının işğaldan azad edilməsindən 107 il ötür .....                     Yenə yağış, yenə Sabunçu... .....                     Bu gün Xankəndinin erməni əsilli sakininin silahlı təxribata hazırlıq görməsinin görüntüləri ortaya çıxıb .....                     Yaxın Şərqdə YENİ SAVAŞ ANONSU .....                     Qazaxda abadlıq işləri aparılır .....                     Ermənistan müdafiə naziri Çinə səfər edib .....                     Alimenti boşanan tərəf yox, dövlət verəcək: NƏ DƏYİŞƏCƏK? .....                 

“10-unu yerə sərmişəm...” - Fazil Mustafa sükutu pozdu
Tarix: 14-02-2017, 08:01 | Çap et
“10-unu yerə sərmişəm...”
VİP sədrinin müavini, jurnalist Cavid Cabbarlı ilə Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa arasında ötən ay başlayan qalmaqal bir müddət səngisə də, yenidən start götürüb. Buna səbəb də C.Cabbarlının deputatın illər öncə hakimiyyətin ünvanına səsləndirdiyi fikirləri öz facebook səhifəsində paylaşmağa davam etməsidir.

Maraqlıdır ki, F.Mustafa artıq qalmaqalı davam etdirməkdə maraqlı görünməsə də, rəqibləri ondan əl çəkmir. C.Cabbarlı demək olar ki, hər gün onun illər öncə ölkə iqtidarı ilə bağlı dediklərini sosial şəbəkələrdə paylaşır.

F.Mustafa “Yeni Müsavat”a daim hədəfdə olması ilə bağlı bunları dedi: “Bu məsələyə kəşfiyyat kontekstində baxmaq lazımdır. Onlar İran kəşfiyyatının Azərbaycandakı uzantılarıdır. Onlara tapşırıq verilir. Əgər tapşırıqları icra etməsələr, çörəkləri kəsiləcək. Onları ifşa etmişəm. Yazdıqları kitablar məlum, o kitabların maliyyəsi haradan gəlib, o da məlumdur. Araşdırsanız, görəcəksiniz ki, onlar ölkəmizin maraqlarına qarşı çıxış edən qüvvələrdir. Azərbaycanın hüquq-mühafizə orqanları bu məsələdə çox ləng davranırlar. Sanki bəzi məsələlərlə bağlı hər kəs başqa istiqamətə yönəlib. Nəticədə ölkənin təhlükəsizliyi ilə bağlı laqeydliyi müşahidə edirsən.

Bu şəxslərə birmənalı şəkildə kurs verilib ki, Azərbaycanda kimi hədəf götürməlisiniz. Ayrı-ayrı şəxslərlə mübahisə edib, hansısa məsələni çözməyə çalışmıram. Sadəcə olaraq, ölkəmizə qarşı yönələn ayrı-ayrı dövlətlərin siyasətinə qarşı çıxıram. Burada heç bir tərəddüdüm yoxdur. Sona qədər davam etdirəcəm. Onlar da müxtəlif yollarla mənə mane olmağa çalışırlar. Bizim yazılarımızı, çıxışlarımızı verirlər. Biz indiyə qədər hansısa bir yazımızdan, çıxışımızdan imtina etməmişik. Bu bizim tariximizdir. Birmənalı şəkildə deyirəm ki, öz düşüncələrimi, fikirlərimi o dövrün əhval-ruhiyyəsində ifadə edirdim. Amma bu gün düşmənçilik motivi ilə hakimiyyətə yanaşmıram. Daha çox tənqidi rakursdan məsələlərə mövqe ortaya qoyuram. Siz diqqət edirsinizsə, həmin dövrdə də bu qorxaqların xüsusi bir fikri mənim qədər ifadə etməyə cəsarətləri olmayıb. Bu gün də edə bilmirlər. Təbiətcə qorxaq olduqlarına görə başqa çıxış yolları da yoxdur. Sizlər də müxalifətdə olmusunuz, guya hakimiyyətə qarşı mübarizə aparmısınız. Dediklərinizi ortaya qoyun görək, nə demisiniz. Bunların etdikləri səmərəsiz bir addımlardır. Hesab edirəm ki, tapşırıqları yerinə yetirmək üçün müəyyən işlər görürlər. Aldıqları vəsaitlər hesabına dolanırlar. Gün gələcək anlayacaqlar ki, Azərbaycan dövlətinin əleyhinə başqa dövlətin tapşırıqlarını icra etməyin sonu heç də yaxşı deyil. Açığı, vaxtım da yoxdur ki, bu şəxslərin hər birinə ayrıca vaxt ayırım. Fikir verin, görəcəksiniz ki, bir yazımla bunların 10-nunu yerə sərmişəm, ifşa etmişəm. Sadəcə, ona görə ayaq üstə dururlar ki, arxalarında xarici ölkələrin kəşfiyyat qurumları durur. Onların tapşırıqlarına görə mütləq bunu davam etdirməlidirlər. Etdirib heç nə edə bilməyəcəklər. Siz Azərbaycan prezidentini təhqir edən bir şəxs barəsində kitab buraxırsınız. Birbaşa xaricdən yönləndirilən, radikal dini düşüncəni, qarşıdurmanı təbliğ edən bir şəxs barəsində kitab ortaya qoyublar. Bütün bunların hamısı həm də əlaqələri göstərir. Belə şəxsləri bütün qurumlarda yerləşdiriblər. Bəlkə də hüquq- mühafizə orqanlarının içərisində də belə şəxslər yerləşdiriblər. Bu məsələlərə artıq dövlət qurumları münasibət bildirməlidirlər”.

F.Mustafa onu da qeyd etdi ki, onun əleyhinə fəaliyyət göstərən şəxslər əslində onu təbliğ edirlər: “Bunların əksəriyyəti normal insan kimi qəbul olunmurlar. Bir adam deyir ki, Quranın elmini, fəlsəfəsini, sosiologiyasını yazıram, artıq burada əqli problemdən söhbət gedir. Buna bir münasibət bildirməyin mənası da yoxdur. Bir adam deyirsə ki, hansısa ölkənin agenti olan bir şəxs Azərbaycanda zülmə qarşı mübarizə aparır, bu artıq xəstəlik əlamətidir. Bu şəxslərin əksəriyyətinin məntiqi, dünyagörüşü sağlam deyil. Onlarla hər hansı bir müzakirə açmaq da mümkün deyil. Bu baxımdan, onlara fikirlərimi yayan, təbliğatımla məşğul olan insanlar kimi baxıram. Bunlar pulsuz xeyrimə işləyən adamlardır. Ona görə də hansısa narahatçılıq hiss etmirəm”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Perinatal mərkəzdəki yanğınla bağlı məhkəmədə: - Otağa girəndə küvəzdən alov qalxdığını gördüm
Bu gün, 11:34
Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan başqa variantı olmayıb - Paşinyan
Bu gün, 11:31
Pomidor oğurlamağa getdilər - Diqqət çəkməmək üçün “166 yükdaşıma”dan istifadə etdilər
Bu gün, 11:11
AZAL turizm gününə özəl endirim kampaniyası elan edir - DİQQƏT...
Bu gün, 11:07
Ölkə rəhbərliyinə ŞOK məktub: Leyla Əliyeva abadlaşdırdı, “Smartdom” MMC məhv etdi - Sakinlər dövlət qurumlarından və Leyla xanımdan kömək gözləyir...
Bu gün, 11:02
“Zəng edəndə heç biriniz telefonuma cavab vermədiniz...” - Ceyhun Əsgərov
Bu gün, 10:54
Azərbaycanda 9 ildir fəaliyyət göstərən məşhur layihə satılır - QİYMƏT
Bu gün, 10:52
"Buna ər dayanar?"
Bu gün, 10:46
O, Naxçıvanda sifarişli işləri müdafiə edən vəkil kimi tanınır... - BURASI NAXÇIVANDIR...
Bu gün, 10:38
Bakının dörd, Ankaranın iki tələbi yerinə yetirilir - GƏLİŞMƏ
Bu gün, 10:28
Xankəndidə təxribat törədən erməni bir il öncə nə demişdi? - Video
Bu gün, 10:24
Türkiyənin də nüvə silahı olacaq - Poqosyan
Bu gün, 10:18
Rusiyada azərbaycanlı şəhər dumasının deputatı seçilib
Bu gün, 10:14
Məhkəmə iş adamına 1 milyon manat “atan” biznesmenlə bağlı qərarı LƏĞV ETDİ
Bu gün, 10:05
Məhkəmə 204 minlik dələduzluq edən “hüquq müdafiəçisi” ilə bağlı qərar çıxardı - DETALLAR
Bu gün, 10:04
İranın özbəöz türk Prezidenti... - TƏFƏRRÜAT
Bu gün, 10:01
“Allah kəssin, belə yaxşılığınızı…” - ETİRAZ
Bu gün, 09:58
Qalmaqallı qohumları yenidən həbs edildi - İSA ƏZİZOV BU DƏFƏ "SEE BREEZE"DƏ DAVA SALIB
Bu gün, 09:51
Naxçıvan MR Xəstəxanasının tibbi təchizatının yenilənməsinə 1,87 milyon ayrılıb
Bu gün, 09:43
İsveçrə şirkətinin Azərbaycandakı filialı bağlanır
Bu gün, 09:36
"Starlink"in işində dünya üzrə fasilələr qeydə alınıb - "DowDetector"
Bu gün, 09:29
`Siyəzənneft`in ərazisində KEÇİLMƏZ YOLLAR... - MÜRACİƏT...
Bu gün, 09:28
Rusiyaya pomidor ixracı 3,4 dəfə artıb, amma qiymət ucuzlaşıb
Bu gün, 09:19
Bank deyil... əməlli-başlı möcüzədir... - GİLEY
Bu gün, 07:01
Azərbaycanda pensiya sistemi dəyişir: vətəndaşları nə gözləyir? - GƏLİŞMƏ
Bu gün, 06:52
Dövlət büdcəmizə gömrük sistemində vurulan badalaq... - BU FAKTDIR!
Bu gün, 06:33
Fermerlər məhsullarını Bakıya gətirə bilmir - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 06:24
“Avanesyan olayı”, Azərbaycan polisinin fədakarlığı və Kitabi-Dədə Qorqud həqiqətləri... - İNCƏLƏMƏ
Bu gün, 06:21
"Bizdə könüllü şəkildə getmək istəyəni aparırlar" - partiya sədri
Bu gün, 06:19
Çətin payız: Rusiyanın raket terroru davam edəcək - AKTUAL
Bu gün, 06:14
Təhsil Nazirliyinin “16 faizdən 40 faizə yüksəlmə” fəxarəti - Sosial şəbəkələrdə tanınmış jurnalistlər "üsyan" qaldırdı
Bu gün, 06:10
2022-ci ildə Cermuk döyüşləri zamanı Azərbaycan Ordusu… – Martirosyandan ŞOK
Bu gün, 06:07
Azərbaycanda Bilik Günüdür
Bu gün, 00:46
Bakının işğaldan azad edilməsindən 107 il ötür - UNUTMARIQ...
Bu gün, 00:43
Yenə yağış, yenə Sabunçu... - VİDEO
Dünən, 23:28
Bu gün Xankəndinin erməni əsilli sakininin silahlı təxribata hazırlıq görməsinin görüntüləri ortaya çıxıb - VİDEO
Dünən, 23:23
Yaxın Şərqdə YENİ SAVAŞ ANONSU - NƏ BAŞ VERİR?
Dünən, 18:09
Qazaxda abadlıq işləri aparılır
Dünən, 18:03
Ermənistan müdafiə naziri Çinə səfər edib
Dünən, 18:00
Alimenti boşanan tərəf yox, dövlət verəcək: NƏ DƏYİŞƏCƏK? - AKTUAL
Dünən, 17:48
Azərbaycan kərə yağını hansı ölkələrdən və neçəyə alır? - SİYAHI
Dünən, 17:46
Yumurtanın da qiyməti BAHALAŞDI - AÇIQLAMA
Dünən, 17:42
Xankəndində erməni əsilli sakin terrora cəhd edib, polisə qumbara atdı - TƏFƏRRÜAT
Dünən, 17:35
Masallıda mayası haramla yoğrulan TİKİNTİ PLANI - ARAŞDIRMA
Dünən, 14:03
“Çin köməyi kəssəydi, müharibə sabah bitərdi” – Trampın nümayəndəsi sensasion açıqlama verdi
Dünən, 13:56
Keçmiş baş həkimlə müğənni arasında qalmaqal - həbsdə olan müğənninin cəza müddəti artırıldı
Dünən, 13:54
İrəvan bu görüntülərlə çalxalanır: Paşinyandan Bakı ilə bağlı həmlə - FOTO
Dünən, 13:48
Saziş imzalanması Azərbaycanla sülhün institusionallaşdırılması yolunda ciddi addım olacaq - Ermənistan XİN
Dünən, 11:27
Problemli kreditlərin həcmini necə azaltmaq olar? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 11:15
"Nar" Bakı Ali Neft Məktəbinin 4 tələbəsini mükafatlandırdı - FOTO
Dünən, 11:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru