"Ermənilərin belə addımları ilə yenə də qarşılaşa bilərik..." .....                     Ermənistan sülh prosesində irəliləyiş göstərsə də, təzyiqlər artır .....                     "Bu gün dünyanın ən güclü ordularından birinə sahibik" .....                     "Bəzi həmkarlarım rejissorlara deyirlər ki, guya özümdən razıyam" .....                     Türkiyəli bloger Azərbaycan xalqına belə BÖHTAN ATDI .....                     Manatın taleyi necə olacaq? .....                     Gələn il Azərbaycanın dövlət borcunun 27 milyard manatı keçəcəyi gözlənilir .....                     Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 300 milyon manatdan çox artırılır .....                     Şuşada külli miqdarda silah-sursat aşkarlanıb .....                     Ermənistanda külli miqdarda vergidən yayınma sxemi aşkar edilib .....                     54 milyonun talanmasında qohumları da iştirakçı olub .....                     Paşinyan üçün “qorxulu İrəvan” dövrü başlayır .....                     Azadlığa çıxmaq istədi, 30 min manat pulu batdı .....                     Vilayətidən növbəti SƏRSƏMLƏMƏ .....                     Alla Puqaçova Dudayev haqda bu sözlərinə görə .....                     Rusiyadan Ermənistana qaz tədarükü dayandırılacaq .....                     "Aİ Türkiyəni razı sala bilməz" .....                     Xankəndidə terakt cəhdi: Avanesyan niyə təxribata əl atdı? .....                     Türkiyənin məşhur aktyoru intihara cəhd etdi .....                     Azərbaycanda logistika şirkəti bağlanır .....                     Xankəndidəki təxribatla bağlı İLGİNC DETAL .....                     Bakıda mərasim evlərində ehsan yeməyi .....                     Azərbaycanda qorxulu reallıq: .....                     “Unibank” bankomatını niyə düzəltmir? .....                     SOCAR 2 min 807 nəfər ali təhsilli şəxsi fəhlə kimi işlədir .....                     Tovuzda da belə idi: İndi də buraları qarışdırır... .....                     Şəbnəm Tovuzlunun oğlu birinci oldu .....                     "Xankəndində baş vermiş təxribat Ermənistanın sülh içində yaşamağa hələ hazır olmadığını sübut edir" .....                     Nərimanov Tibb Mərkəzində təmir bitmir .....                     AYNA rəhbəri Avropada gizlənən İlqar Hacıyevin milyonluq villasını alır .....                     Ohanyan hakimiyyətə gəldikdən sonra sülh sazişinin bəndlərini yenidən nəzərdən keçirəcəklərini bildirib .....                     Qarabağda ermənilərin gizli silah anbarları var .....                     Fond bazarında borclar cəlb edən BOKT “İnternational”ın vergi borcu yarım milyonu keçib .....                     Münsaibətlərdəki AĞRI... .....                     Cəbrayılda xəstəxana tikintisinin davamı üçün 27 milyon manatlıq .....                     Rəsulzadənin ifadəsi ilə desək... .....                     “Ermənistan belə müdaxilələrdən sığortalanmayıb” .....                     Geosiyasətin cinayət yolu... .....                     Avanesyanın Xankəndidə terror planı: erməni təxribatının izi ilə .....                     İcra başçısının sabiq müavini dələduzluqda ittiham olunur .....                 

Türkiyə iqtidarı Azərbaycan müxalifətini siyahıdan silib?
Tarix: 5-09-2016, 09:14 | Çap et
Türkiyə iqtidarı Azərbaycan müxalifətini siyahıdan silib?
Sentyabrın 1-də Türkiyənin Bakıdakı səfirliyində Zəfər bayramı münasibət ilə keçirilən bayram mərasimində ölkə ictimaiyyətinin nümayəndələri, hökumət rəsmiləri, media təmsilçiləri iştirak etsələr də, Azərbaycan müxalifətindən heç kimin orada olmaması diqqətlərdən yayınmayıb. Qardaş ölkənin səfirliyi buna qədər əlamətdar günlərdə Azərbaycan müxalifətinin liderlərinə də dəvət göndərirdi və həmin şəxslər mərasimlərdə iştirak edirdilər.

Bu dəfə isə bəlli olub ki, heç bir müxalifət partiyasına dəvət göndərilməyib.

Bəs, bu hadisə Türkiyə iqtidarının Azərbaycan müxalifəti ilə münasibətləri kəsməsi sayıla bilərmi? Müxalifət partiyalarının rəhbərləri dəvət edilməməklərini necə qiymətləndirirlər?
AXP sədri Pənah Hüseyn bildirdi ki, bayram tədbirinin sahibinin öz işidir kimi dəvə etmək və etməmək: “Ona görə də mən bu məsələyə xüsusi münasibət bildirmək istəmirəm”.

KXCP sədri Mirmahmud Mirəlioğlu bildirdi ki, artıq bir neçə ildir Türkiyə səfirliyi KXCP-ni bu kimi tədbirlərə dəvət etmir. Ona görə də Zəfər bayramına dəvət edilməməkdən də təəccüblənməyib: “Türkiyənin bu tədbirə qədərki, sonuncu böyük elçisi burada fəaliyyətə başlayandan sonra şəxsən bizə heç bir bayram mərasimlərinə dəvət gəlməyib. Hətta Türkiyədə baş verənlərlə bağlı bizim açıqlamalarımıza belə etinasız yanaşılıb. Türkiyə ilə bağlı bizdən başqa heç kimin etmədiyi tədbirlər haqqında məlumat vermişik, buna da etinasız yanaşılıb. Ona görə də mənim maraq dairəmdə deyil ki, Zəfər bayramına kimi dəvət edib, kimi dəvət etməyib. Kimi dəvət etmələri onların öz daxili işləridir”.

AzDP sədri Sülhəddin Əkbər isə bildirdi ki, bu hadisənin səbəbləri var: “Azərbaycan və Türkiyə hökumətləri arasında müəyyən danışıqlar gedir. Azərbaycanın daxili işlər naziri ötən həftə Türkiyədə səfərdə oldu. Digər tərəfdən Türkiyə hökuməti Azərbaycandakı səfirini dəyişib. Azərbaycan hakimiyyəti müxalifət qüvvələrinə qarşı son vaxtlar yeni həbslər həyata keçirir. Dəqiqləşdirməyə ehtiyac var ki, müxalifətin dəvət edilməməsi yeni gələsi səfirin davranışıdırmı, o Ankaradan belə təlimat alıbmı, yoxsa Azərbaycan hakimiyyətinin Türkiyə hakimiyyəti ilə apardığı danışıqların nəticəsidir. Yəni Azərbaycan hakimiyyətinin fürsətdən istifadə edib Azərbaycan müxalifəti ilə Türkiyə hakimiyyəti arasında əlaqələri kəsmək cəhdidir? Bunu dəqiqləşdirmək lazımdır. Bu, müvəqqəti tətbiq olunmuş təlimat da ola bilər. Türkiyədə fövqəladə hal hökm sürür. Ola bilsin ki, buna uyğun davranış sərgilənib”

Ümid Partiyasının sədri İqbal Ağazadə bildirdi ki, Azərbaycan müxalifətinin içində də Gülən hərəkatı ilə əlaqəli qrupun olduğu iddia edilir. Belə bir vəziyyətdə Türkiyə səfirliyi dilemma qarşısında qalıb müxalifəti parçalamaq istəməyib. Ona görə də heç kimə dəvət göndərməməyin məqbul yol olduğunu düşünüblər: “Biz bu addımdan inciməmişik. MHP başqanı Dövlət Baxçalının baş nazirin müavini olduğu dövr xaric, Türkiyə iqtidarı Azərbaycan müxalifəti ilə əlaqə saxlamayıb, əməkdaşlıq etməyib. Türkiyə iqtidarı üçün öncə Azərbaycan maraqlıdır. Azərbaycan maraqları baxımından isə təəssüf ki, onlar yalnız iqtidarla əməkdaşlığı düzgün taktika sayır. Bu taktika indi də davam edir. Hesab edirəm ki, doğru taktika deyil. İqtidarla yanaşı müxalifətlə də əməkdaşlıq etmək daha uğurlu taktika ola bilər”.

VİP sədri Əli Əliyev bildirdi ki, Türkiyənin Azərbaycan nümayəndəliyi ölkədaxili siyasi proseslərə ehtiyatla yanaşır. Bundan əvvəlki səfir də müxalifətdən məsafələnməyi çox vacib davranış tövrü kimi nümayiş etdirirdi. Lakin görüntü xatirinə də olsa, müəyyən siyasi təşkilatları rəsmi protokollarda saxlayırdı: “Yeni səfir Azərbaycana Türkiyədəki çevriliş cəhdindən sonra təyinat alıb. FETÖ-çülərə qarşı Azərbaycan hökumətinin də hərəkətlərinin şahidi olduq. Təbii ki, bunun qarşılığında AKP hökuməti də rəsmi Bakının ”sarı simi"nə həssas yanaşmalıdır, yanaşır da. Hakimiyyətimizin fobiyası müxalifətdəndir. Bu zərif nöqtəni də Bakıya gələn səfirlər də, diplomatlar da, rəsmilər də uzun illərdir gözləyirlər. Qəbulda müxalifətin görünməməsi də belə qarşılıqlı davranışların təzahürüdür. Məhəlli baxımdan Türkiyənin davranışı düz olsa da, strateji mənada yanlışdır. Türkiyəyə güclü Azərbaycan lazımdır. Siyasi müxalifətsiz və güclü siyasi sistemsiz güclü Azərbaycan ola bilməz. Bunu Ərdoğan bilməmiş deyil. İnanıram ki, vaxtı yetişdikdə bu ziyanlı davranış dəyişəcək. Ona görə Türkiyə səfirliyinin protokoluna və münasibətinə müvəqqəti yanaşılmalıdır".

Qeyd edək ki, sonuncu Zəfər bayramına qəzetimizdən iki təmsilçi dəvət edilmişdi. Onlar müxbirimizə deyiblər ki, Bakıdakı bayram tədbiri gecikməli olub: “Bakıda tərtiblənən bayram törəni vaxtından iki gün sonra baş tutub. Bu da Türkiyədəki hadisələrlə bağlıdır. Eyni zamanda, Azərbaycana yeni təyin olunan səfir hələ Bakıya gəlməyib. İndiki səfir də həmin günlərdə Bakıda yox idi. Görünür, bu cür qeyri-müəyyənlik dəvət siyahılarına da təsir edib. Bakıdakı Türkiyə səfirliyi bizim doğma evimizdi. Orada Azərbaycandan kimlərin dəvət olunub-olunmamasının önəmi azdır. Əsas olan Türkiyənin mövcud durumdan az itki ilə çıxması, daha da güclənməsi və problemlərdən arınmasıdır. Biz Türkiyəyə müxalifət-iqtidar düşərgəsindən baxmamalıyıq. Biz Türkiyəni şərtsiz, iqtidarların və səfirliklərin keçici münasibətlərindən asılı olmadan sevməliyik və sevirik”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Ermənilərin belə addımları ilə yenə də qarşılaşa bilərik..." - ONA GÖRƏ DƏ...
Bu gün, 05:34
Ermənistan sülh prosesində irəliləyiş göstərsə də, təzyiqlər artır - GƏLİŞMƏ
Bu gün, 05:32
"Bu gün dünyanın ən güclü ordularından birinə sahibik" - partiya sədri
Bu gün, 05:30
"Bəzi həmkarlarım rejissorlara deyirlər ki, guya özümdən razıyam"
Bu gün, 05:28
Türkiyəli bloger Azərbaycan xalqına belə BÖHTAN ATDI və nifrət yağdırdı
Bu gün, 05:21
Manatın taleyi necə olacaq? - Mühüm məlumat
Bu gün, 05:17
Gələn il Azərbaycanın dövlət borcunun 27 milyard manatı keçəcəyi gözlənilir - Bu il isə...
Bu gün, 05:12
Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 300 milyon manatdan çox artırılır - AÇIQLANDI
Bu gün, 05:06
Şuşada külli miqdarda silah-sursat aşkarlanıb - BİRGƏ MƏLUMAT
Dünən, 18:01
Ermənistanda külli miqdarda vergidən yayınma sxemi aşkar edilib
Dünən, 18:00
54 milyonun talanmasında qohumları da iştirakçı olub - RAMİN İSAYEVLƏ BAĞLI YENİ FAKTLAR
Dünən, 17:59
Paşinyan üçün “qorxulu İrəvan” dövrü başlayır - Rusiya Ermənistanı savaş poliqonuna çevirəcək
Dünən, 17:55
Azadlığa çıxmaq istədi, 30 min manat pulu batdı - Dələduzluq cinayəti
Dünən, 17:45
Vilayətidən növbəti SƏRSƏMLƏMƏ – “Müşavir” İran hökumətinin siyasətinə necə QARŞI ÇIXIR?
Dünən, 17:43
Alla Puqaçova Dudayev haqda bu sözlərinə görə məhkəməyə verildi...
Dünən, 17:39
Rusiyadan Ermənistana qaz tədarükü dayandırılacaq
Dünən, 17:32
"Aİ Türkiyəni razı sala bilməz" - Politico
Dünən, 17:30
Xankəndidə terakt cəhdi: Avanesyan niyə təxribata əl atdı? – Açıqlama
Dünən, 17:28
Türkiyənin məşhur aktyoru intihara cəhd etdi
Dünən, 17:18
Azərbaycanda logistika şirkəti bağlanır
Dünən, 17:16
Xankəndidəki təxribatla bağlı İLGİNC DETAL – “Erməni terror təşkilatları onu...”
Dünən, 17:15
Bakıda mərasim evlərində ehsan yeməyi LƏĞV OLUNUB?
Dünən, 17:08
Azərbaycanda qorxulu reallıq: - Aylar sonra tapılan meyitlər...
Dünən, 17:03
“Unibank” bankomatını niyə düzəltmir? – Müştərilər şikayətçidir
Dünən, 16:50
SOCAR 2 min 807 nəfər ali təhsilli şəxsi fəhlə kimi işlədir - İLGİNC FAKT
Dünən, 16:45
Tovuzda da belə idi: İndi də buraları qarışdırır... - NARAZILIQ VAR...
Dünən, 16:42
Şəbnəm Tovuzlunun oğlu birinci oldu - Fotolar
Dünən, 16:37
"Xankəndində baş vermiş təxribat Ermənistanın sülh içində yaşamağa hələ hazır olmadığını sübut edir" - deputat
Dünən, 16:34
Nərimanov Tibb Mərkəzində təmir bitmir – 19 milyon hara gedib?
Dünən, 16:14
AYNA rəhbəri Avropada gizlənən İlqar Hacıyevin milyonluq villasını alır - FOTO
Dünən, 16:05
Ohanyan hakimiyyətə gəldikdən sonra sülh sazişinin bəndlərini yenidən nəzərdən keçirəcəklərini bildirib - “news.am”
Dünən, 16:02
Qarabağda ermənilərin gizli silah anbarları var - ŞOK
Dünən, 15:56
Fond bazarında borclar cəlb edən BOKT “İnternational”ın vergi borcu yarım milyonu keçib
Dünən, 15:53
Münsaibətlərdəki AĞRI... - Görünəni odur ki...
Dünən, 15:44
Cəbrayılda xəstəxana tikintisinin davamı üçün 27 milyon manatlıq - TENDER KEÇİRİLİR
Dünən, 15:42
Rəsulzadənin ifadəsi ilə desək... - Bakının azadlığı "başla bədəni birləşdirdi"
Dünən, 15:37
“Ermənistan belə müdaxilələrdən sığortalanmayıb” - Qriqoryan
Dünən, 15:34
Geosiyasətin cinayət yolu... - AKTUAL
Dünən, 15:23
Avanesyanın Xankəndidə terror planı: erməni təxribatının izi ilə - VİDEO
Dünən, 15:19
İcra başçısının sabiq müavini dələduzluqda ittiham olunur - TƏFƏRRÜAT
Dünən, 15:16
Hamı alır, amma risklərini bilmir - “Kent” sodalarının TƏHLÜKƏSİ
Dünən, 15:12
Səlim bin Məhəmməd əl-Malik “Dostluq” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Dünən, 15:07
"İnsanları dininə, dilinə, irqinə və yaşadığı yerə görə fərqləndirmək yolverilməzdir" - ÇAĞIRIŞ
Dünən, 15:05
Deputat Naxçıvan taksilərinin Türkiyədə həbsdə saxlanılmasından danışdı: - “Məsələnin həlli istiqamətində addımlar atılmalıdır”
Dünən, 15:03
Tanınmış alimin öldüyü qəza ilə bağlı məhkəmənin qapalı keçirilməsinə qərar verilib
Dünən, 14:59
Əmrullayevin əmrindəki 20 MİLYARD: Bunun hesabı sorulmalıdır... - "Bu nə deməkdir?"
Dünən, 14:51
BDU-da Tələbə İnkişaf Mərkəzi açılıb - FOTO
Dünən, 14:42
Separatizmlə mübarizədə çox vacib addım - MƏQALƏ
Dünən, 14:40
Vacib və labüd əhəmiyyət daşıyan antiterror tədbirləri - İsrafil Kərimovun yazısı
Dünən, 14:38
Miri Yusifi bir də belə görün - FOTO
Dünən, 14:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru