İranda qaçaqmalçılıq və “Mossad” bazaları: .....                     Paşinyan Türkiyəyə səfərinin iki ölkə arasındakı münasibətlərə yeni təkan verəcəyinə ümid edir .....                     “Daşnaksütyun”un regional ofislərində həbslər başlayıb, .....                     Təhsildə etimad böhranı: .....                     “Bəzi müğənnilər özlərini göstərmək üçün xaricə gedir!” .....                     Rüşvət almaqda ittiham olunan sabiq icra məmuru barədə qərar verilib .....                     “Vaxtın 1 ay qısaldılmasının izahatını da vermirlər” .....                     Azərbaycanda məşhur provayder ləğv olundu .....                     Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyevlə bağlı qərar verib .....                     "Abituriyent atestatla tanınmayan bir universitetdə təhsil alır, ölkəyə qayıdanda diplomunu tanıda bilmir" .....                     Şirkətin borcu 13 milyon manatı ötdü .....                     Əməliyyat olunan Əli Mirəliyevin səhhəti NECƏDİR? .....                     "Öləndən sonra başdaşıma "Xalq artisti" yazılması lazım deyil" .....                     “Bakı Süd Co” MMC cərimələndi .....                     Azərbaycanda həbs edilən icra başçıları .....                     “QIZIM İNTİHAR ETMƏYİB, BUNA MƏCBUR EDİBLƏR” .....                     Öz gözündə tiri görməyən Putin... .....                     “Baku Medical Plaza”nın həkimi Günel Məmmədlidən ŞİKAYƏT .....                     Məntəqə komissiyalalarının tərkibində dəyişiklik mümkündür .....                     Naxçıvan Ağciyər Xəstəlikləri Dispanserinə baş həkim təyin edilib .....                     Ermənistan yenidən reallığı təhrif edir .....                     Azərbaycanda DSK sədri vəfat edib .....                     “Abzas Media” işi üzrə həbs olunan şəxslərə hökm oxunub .....                     Naxçıvanın muxtariyyəti ləğv edilir, doğru qərardır .....                     Mərkəzi Bank yenə “Palladium”un cərimələnməsini istədi .....                     Qaxın icra başçısı BUNDA İTTİHAM OLUNUR .....                     Zaqatalanın icra başçısı xalası oğlunun həbsindən DANIŞDI .....                     Apteklərdə reseptsiz satılan TƏHLÜKƏ .....                     “Bolt” və rəhbərliyi ilə bağlı sensasion iddialar: Vasif Talıbovla əlaqələr, sertifikatsız sürücülər... .....                     Ət bahalaşır? .....                     Kahramanmaraşdan verilən mesajlar: həssas bölgədə iradə nümayişi .....                     İran-İsrail savaşı NAXÇIVANI VURDU: Yanacaq tükənmək üzrədir, talon sisteminə keçilir... .....                     Azərbaycanda mədən şirkətinin rəhbərliyində 5 yeni təyinat olub .....                     “Lukoil Azərbaycan”ın rəhbəri dəyişdirilib .....                     Başçı ilə bərabər müavinləri də HƏBS OLUNUB .....                     İranın Azərbaycan qorxusu... .....                     Ermənistanın başqa ÇIXIŞ YOLU YOXDUR... .....                     3 ayda Azərbaycandan bu ölkələrə 113 milyon dollar pul köçürüblər .....                     "Bu sürücülərə cinayət işi açılmamalıdır" .....                     Tahir Qədəşovun kürəkəni deyir ki, milyonları ona verib... .....                 

Xaləddin İsgəndərovun dizi necə yerə gətirilir... - O isə qurtulduğunu zənn edirdi...
Tarix: 14-09-2015, 09:10 | Çap et
Xaləddin İsgəndərovun dizi necə yerə gətirilir...
Mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında 16 nəfərin ölümü, 60 sakinin isə ağır yaralanması ilə nəticələn məlum yanğın hadisəsindən sonra köşəsinə çəkilən İcra başçısı Xaləddin İsgəndərov son 4 gündə 2 ayrı-ayrı yerlərdə keçirdiyi iclaslarla yenidən gündəmə gəlib. Həmişəki kimi iclaslara rayonun prokuroru, məhkəmə sədri, polis rəisi və digər icra strukturları rəhbərlərinin müşayiəti ilə qatılan X.İsgəndərov yenə də “unikal” çıxışları ilə yadda qalıb.

İstiqlal.az-ın əldə etdiyi məlumata görə, Binəqədi qəsəbəsində keçirilən iclasda maraqlı anlar yaşanıb. Bildirilir ki, bundan əvvəlki iclaslarda bələdiyyə sədrlərinin şəninə təriflər deyiləndə Xaləddin İsgəndərov kənd sakinlərinin “ağızlarından” vurduğu halda, hazırkı sədr - öz kadrı Aytac Əliyevanın tərifləyənlərə isə “yaşıl işıq” yandırıb. Hətta kənd camaatına üzünü tutaraq “özünüz seçmisiniz, sizin kəndin sakindir” - deyə A.Əliyevaya açıq dəstək nümayiş etdirib. Baxmayaraq ki, Aytac Əliyeva sədri olduğu Binəqədi qəsəbəsində bir gün də olsun yaşamayıb. Xanım sədr bələdiyyə seçkilərinə 1 ay qalmış X.İsgəndərovun tapşırığı ilə qəsəbəyə qeydiyyata düşüb.

Sentyabrın 12-də rayonun təhsil işçiləri ilə keçirilən görüş isə daha “məhsuldar” olub. İclas boyu ancaq 4-5 xanım kadrını tərifləyən X.İsgəndərovun çıxışına tədbirdə iştirak edən Bilik Fondunun sədri Oqtay Səmədovun reaksiyası gözlənilməz olub. O.Səmədov istehza ilə bildirib ki, “sanki 8 mart Qadınlar bayramı ərəfəsində toplaşmışıq”.

Saat 10.00-da iclasa başlayıb 16.00-da bitirən (6 saat) X.İsgəndərov daha çox təhsilə aidiyyatı olmayan çıxışı ilə yadda qalıb. İcra başçısı məktəblə bağlı uşaqlıq xatirələrini danışarkən gənclərə “örnək” olası şagird olduğu illərdən söz açıb. Bildirib ki, o şagird olanda stullara mıx vururmuş ki, oturanların yumşaq yerinə batsın!!!

X.İsgəndərov “kadr islahatlarından” danışmağı da unutmayıb. Bildirib ki, mən X.İsgəndərov bir gündə əmr verib 4 cavan qızı işə götürə bilərəm, amma Sitarə Cabbarlı (Binəqədi bələdiyyəsinin sədri) 4 cavan oğlanı əmr verib hamısını bir gündə işə götürə bilməz...

“Adam yalan danışmaz, vəzifəli şəxs isə heç yalan danışmaz” aforizminin “müəllifliyinə” iddia edən X.İsgəndərov rayon ərazisində aparılan tikintilərdən haqq alınması barədə yayılan söz-söhbətlərin isə quru böhtan olduğunu deyib. Qeyd olunur ki, bu sözlərdən sonra təəccüblə bir-birinə baxan iclas iştirakçılarını X.İsgəndərov təəccübləndirməkdə davam edib: “Mənim işçilərimin evin üstünə şifer vuran sakinlərdən pul aldıqları deyilir, bu ağ yalandır, onlar (yəni işçiləri) kömək üçün evlərin damına çıxıb şiferləri özləri vururlar”.

X.İsgəndərovla bağlı maraqlı xəbərlərdən biri də iclaslarda hər zaman yumruğu ilə masanı “sillələməsidir”. X.İsgəndərovun bu hərəkətinə Prezident Administrasiyasından da reaksiya verilib. Bu barədə başçıya ciddi töhmət elan olunsa da X.İsgəndərov köhnə şakərində əl çəkməyəcəyini, əlini masaya çırparaq sevimli vərdişini tərgitməyəcəyini bəyan edib.

İstiqlal.az-da daxil olan digər məlumata görə, X.İsgəndərovun Binəqədidə gördüyü ən “mühim” iki “yeniliyin” hər iksi artıq tarixin oxunmayan arxivinə göndərilir. Onlardan biri İsgəndərovun yaratdığı süni təpələrdir ki, artıq onlar da yerlə-yeksan edilir. Digəri isə 16 nəfərin ölümü, 60 nəfərin yaralanması ilə nəticələnən “ölüm üzlükləri”dir ki, onlar da Prezidentin göstərişi ilə 1 həftəyə sökülərək Balaxanı zibilliyinə atılıb.

Bu arada Binəqədidə yanan bina ilə bağlı maraqlı məlumatlar əldə etmişik. Belə ki, binanın üzlənməsi ilə bağlı İcra Hakimiyyətinin tərəf kimi imzaladığı sənədin itdiyini bəhanə edərək istintaqa verməkdən imtina edən X.İsgəndərova Baş prokuror Zakir Qaralovun peşəkar müstəntiqləri əməlli-başlı sürpriz ediblər. Sənədi üzə çıxaran müstəntiqlər Cənab İsgəndərovu çətin vəziyyətdə qoyublar. İstintaqın uzadılmasının səbəbi də elə X.İsgəndərovdan tələb olunan həmin sənədləri “yoxa çıxartması” ilə bağlı olduğu deyilir. Elə məhz bu səbəbə görə də həbs edilmiş şəxslərin istintaq müddəti məhkəmənin qərarı ilə daha 4 ay müddətinə artırılıb. Çünki “ölüm üzlükləri” ilə bağlı iş ölkə prezidentinin nəzarətində olduğundan X.İsgəndərov heç bir iş görə bilmir və artıq dalana dirənib. Təcrübə göstərir ki, Prezident heç vaxt belə yarıtmaz iş görən kadrlarını bağışlamır və istintaqın bu qədər yubanması da elə 16 nəfərin ölümü ilə nəticələnən yanğının tüstüsünün artıq X.İsgəndərova tərəf gəlməsinə işarədir.

Qeyd edək ki, bu il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğın hadisəsi ilə bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İranda qaçaqmalçılıq və “Mossad” bazaları: - İraq və Əfqanıstan yolları
Bu gün, 18:04
Paşinyan Türkiyəyə səfərinin iki ölkə arasındakı münasibətlərə yeni təkan verəcəyinə ümid edir - KİV
Bu gün, 18:03
“Daşnaksütyun”un regional ofislərində həbslər başlayıb, kütləvi aksiyalarla bağlı xəbərdarlıq edilib
Bu gün, 17:59
Təhsildə etimad böhranı: - Builki imtahan sualları əvvəlki illərlə müqayisədə daha çətin idi
Bu gün, 17:57
“Bəzi müğənnilər özlərini göstərmək üçün xaricə gedir!” - Şou əhlinin yay planları
Bu gün, 17:51
Rüşvət almaqda ittiham olunan sabiq icra məmuru barədə qərar verilib
Bu gün, 17:45
“Vaxtın 1 ay qısaldılmasının izahatını da vermirlər” - Tələbələr narazıdır
Bu gün, 17:41
Azərbaycanda məşhur provayder ləğv olundu
Bu gün, 17:33
Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyevlə bağlı qərar verib
Bu gün, 17:27
"Abituriyent atestatla tanınmayan bir universitetdə təhsil alır, ölkəyə qayıdanda diplomunu tanıda bilmir" - NƏ ETMƏLİ?
Bu gün, 17:25
Şirkətin borcu 13 milyon manatı ötdü - Sahibkara "stop" qoyuldu
Bu gün, 17:19
Əməliyyat olunan Əli Mirəliyevin səhhəti NECƏDİR? – Özündən AÇIQLAMA
Bu gün, 17:15
"Öləndən sonra başdaşıma "Xalq artisti" yazılması lazım deyil" - ETİRAZ
Bu gün, 17:11
“Bakı Süd Co” MMC cərimələndi - Ölkədən 35 min dolları qanunsuz çıxardı
Bu gün, 17:08
Azərbaycanda həbs edilən icra başçıları - SİYAHI
Bu gün, 17:06
“QIZIM İNTİHAR ETMƏYİB, BUNA MƏCBUR EDİBLƏR” – Paytaxt sakinindən Baş prokurora müraciət
Bu gün, 17:00
Öz gözündə tiri görməyən Putin... - ŞƏRH
Bu gün, 16:55
“Baku Medical Plaza”nın həkimi Günel Məmmədlidən ŞİKAYƏT - BU NƏDİ BELƏ?
Bu gün, 16:50
Məntəqə komissiyalalarının tərkibində dəyişiklik mümkündür - MSK sədri AÇIQLADI
Bu gün, 16:40
Naxçıvan Ağciyər Xəstəlikləri Dispanserinə baş həkim təyin edilib - ƏMR
Bu gün, 16:32
Ermənistan yenidən reallığı təhrif edir - "...hücum etməmək prinsipinə ciddi əməl edir"
Bu gün, 16:22
Azərbaycanda DSK sədri vəfat edib
Bu gün, 16:19
“Abzas Media” işi üzrə həbs olunan şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 16:15
Naxçıvanın muxtariyyəti ləğv edilir, doğru qərardır - partiya sədri
Bu gün, 16:13
Mərkəzi Bank yenə “Palladium”un cərimələnməsini istədi - Bu dəfə 2 milyondan çox vəsait...
Bu gün, 16:05
Qaxın icra başçısı BUNDA İTTİHAM OLUNUR - TƏFƏRRÜAT
Bu gün, 15:51
Zaqatalanın icra başçısı xalası oğlunun həbsindən DANIŞDI - "Mən Zaqataladayam. Siz Qaxa zəng edin"
Bu gün, 15:47
Apteklərdə reseptsiz satılan TƏHLÜKƏ – Şəkər dərmanı arıqlama üçün İSTİFADƏ edilir?
Bu gün, 15:44
“Bolt” və rəhbərliyi ilə bağlı sensasion iddialar: Vasif Talıbovla əlaqələr, sertifikatsız sürücülər... VƏ AYNA-nın adından istifadə...
Bu gün, 15:38
Ət bahalaşır? - "Nə etdik ki, ucuzlaşsın?"
Bu gün, 15:32
Kahramanmaraşdan verilən mesajlar: həssas bölgədə iradə nümayişi - NƏ BAŞ VERİR?
Bu gün, 15:25
İran-İsrail savaşı NAXÇIVANI VURDU: Yanacaq tükənmək üzrədir, talon sisteminə keçilir... - MR yenidən BLOKADA ŞƏRAİTİNDƏ...
Bu gün, 15:21
Azərbaycanda mədən şirkətinin rəhbərliyində 5 yeni təyinat olub - ADLAR
Bu gün, 15:15
“Lukoil Azərbaycan”ın rəhbəri dəyişdirilib - DOSYE
Bu gün, 15:14
Başçı ilə bərabər müavinləri də HƏBS OLUNUB - Bakıya gətirilirlər...
Bu gün, 15:11
İranın Azərbaycan qorxusu... - daha bir İFŞA
Bu gün, 15:08
Ermənistanın başqa ÇIXIŞ YOLU YOXDUR... - ÇÜNKİ...
Bu gün, 15:05
3 ayda Azərbaycandan bu ölkələrə 113 milyon dollar pul köçürüblər - SİYAHI
Bu gün, 15:01
"Bu sürücülərə cinayət işi açılmamalıdır" - Hüquqşünas özünü ölümə atan piyadalardan DANIŞDI
Bu gün, 14:58
Tahir Qədəşovun kürəkəni deyir ki, milyonları ona verib... - MƏHKƏMƏ
Bu gün, 14:52
DTX əməliyyat keçirdi: Qaxın icra başçısı SAXLANILDI - DETALLAR
Bu gün, 14:49
Vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən vəzifəlilərin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Bu gün, 14:46
İsrail-İran davası: Münaqişənin sonu necə görünür? - “İzvestiya”
Bu gün, 13:03
Visa Azərbaycanın daxil olduğu regiona yeni prezident təyin etdi
Bu gün, 13:02
Müharibəni Azərbaycan dayandıracaq? - ŞƏRH
Bu gün, 12:59
İsrailin 5 casusu İranda məsciddə TUTULDU - TƏFƏRRÜAT
Bu gün, 12:56
Şəkər tozu tapılmır, bahalaşma gözlənirmi? - Sakinlər narahatdır
Bu gün, 12:52
Saleh Məmmədov Mayis Qədirovu direktor təyin etdi - ƏMR
Bu gün, 12:49
“Rusiya və İranın başı qarışmışkən, sülh sazişini imzalamalıyıq” - Paşinyan İstanbulda
Bu gün, 12:41
Məktəb direktorunun qalmaqallı səs yazısının yayılmasından bir ay ötdü: Hələ də araşdırma gedirmiş... - NƏ DƏRİN QAZIRLAR?..
Bu gün, 12:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru