Bir qrup müəllim deputatın direktor bacısından şikayətçidir .....                     Trampın adamları Bakıda: Zəngəzur hazırlığı başladı .....                     Direktor təyinatında İKİLİ STANDART... .....                     Masazırda barınan oliqarx-məmur... .....                     "Uşaq bağçasına yerlər 500 manata satılır" .....                     Zirəddindən şok müharibə .....                     İnteqrasiya təlimli internat məktəbinin qalmaqallı direktoru yenidən gündəmdə .....                     Bakıda məktəb direktoru qeyri-adi səbəbə görə işdən ÇIXDI .....                     Sülhü sabotaj edən səfir .....                     Nazirlik yanında İctimai Şura üzvü AYNA-nın qərarına etiraz etdi .....                     "Rusiya Azərbaycanın müstəqil siyasət yeritməsini həzm edə bilmir" .....                     Musiqi məktəblərindən də narazılıq var .....                     “Qalacaq yer tapmaq imtahandan sonra ikinci stressdir” .....                     “Ermənistanla sülh müqaviləsi imzalanacaq” .....                     "Hər bayram, hər qələbə artıq başqa dad verəcək" .....                     Kreditlərlə bağlı mühüm məsələ .....                     Polşa hava limanlarını bağlayıb, ordu döyüş hazırlığı vəziyyətinə gətirilib .....                     Musiqi ruhun qidasıydı, qatili yox... .....                     Bərdə İcra Hakimiyyəti bir gündə iki tender elan edib .....                     Alverçilərin BAZARI ÖLDÜ .....                     "Abzas Media" işi: .....                     Ucuz neft Azərbaycana problem yaradacaq? .....                     Azərbaycan və Rusiyanın ortaq şirkəti ləğv edilir .....                     Pakistanlı MBA tələbələri “Ulduz” şokolad fabrikində istehsalat turunda iştirak ediblər .....                     “Anam yanımdadır, ondan güc alıram” .....                     Azərbaycan ciddi qərarları ilə COP-u işlək bir konfransa çevirdi .....                     TƏBİB-də yoxlamalar başladı .....                     “Nazirin hərbi rütbəni bir pillə aşağı salmaq səlahiyyəti olmalıdır” .....                     Bu ölkədə baş nazirin arvadın yandırıb öldürdülər .....                     Məktəblərdə rus bölməsi QALMAQALI: müəllimlər sinif tapmır .....                     Bir kəndin sakitliyini pozan üç gün: iki uşaq anası 10 kişi ilə gəzdi, əri elə danışdı ki... .....                     Nazirlik TƏBİB-də yoxlamalara başladı .....                     Polşa Belarusla sərhədi tam bağlayacaq .....                     “Nar” “Naxtel” abunəçilərinə xüsusi kampaniya təklif edəcək .....                     İndi də sosial şəbəkə hesablarımız .....                     Peşə məktəbləri ilə bağlı QALMAQAL .....                     Azərbaycanda problemli kreditlər artır .....                     "Fransa Makrondan bezib" .....                     II Qaregin Paşinyanla bağlı təlimat verdi .....                     Vaşinqton razılaşmaları və Rusiya: geosiyasi məğlubiyyət, yoxsa taktiki fasilə? .....                 

Ağstafa təhsilini görün, nə günə qoyublar ki... - İLGİNC FAKTLAR
Tarix: 5-09-2024, 10:21 | Çap et
Ağstafa təhsilini görün, nə günə qoyublar ki...
Tovuz-Qazax Regional Təhsil İdarəsinin, Ağstafa təhsil sektorunun və Ağstafa Rayon İcra Hakimiyyətinin birgə razılaşdırılmış hərəkətləri ilə, Ağstafanın təhsil müəssisələrinin rəhbər vəzifələrini təmənna qarşılığında “pay-püşk” etmələri, yaxud, məktəb direktorlarına, direktor müavinlərinə kreslolarını qorumaq üçün müəyyən şərtlər irəli sürmələri barədə indiyədək çox demişik, çox yazmışıq. Söz yox, haqqa, ədalətə, qanunun aliliyinə, öz savadlarına və qüsursuz işləmələrinə güvənib “Triada”nın şərtlərinə boyun əyməyən istisna şəxslər də tapılırdı. Məsələn, Ağstafa şəhər Asif Abdullayev adına 2 nömrəli tam orta məktəbin direktoru Vəfa Tağıyeva kimi.

Bu yerdə qeyd etməyə dəyər ki, sözügedən məktəb rayonun ən qabaqcıl, müəllim və şagird sayına görə ən böyük kontingentli təhsil müəssisələrindən biri olduğuna və az-çox imkanlı valideynlərin yaşadığı şəhər inzibati ərazi vahidində yerləşdiyinə görə, hər zaman rəhbərliyin “xüsusi diqqət” mərkəzində olub və məktəbdə təyinatlara “həssas” yanaşılıb. “Triada” Vəfa Tağıyeva kimi mübariz təhsil içilərini gözdən salmaq üçün ən çirkin üsullara əl atmaqdan belə çəkinmədilər. Elə “Triada”nın ən ucuz əlaltıları kimi önə verdikləri, daha “yağlı” vəzifə vəd edib baş redaktorumuza qarşı xüsusi ittiham qaydasında məhkəmə davası açmağa təhrik etdikləri Afaq Mustafayeva — Bayram Bayramov cütlüyünün məhkəmədə israrlarından biridə o olur ki, Ağstafa təhsil sistemindəki qanunsuzluqlar barədə məlumatları redaksiyamıza ötürən mənbənin, məhz Vəfa Tağıyeva olduğunu təsdiq edək. Hətta, məhkəmə zalından kənarda, dəhlizlərdə hər iki şəxs israr edir ki, əgər biz məhkəmədə rəsmi qaydada desək ki, faktları Vəfa Tağıyeva verib, o halda iddalarından vaz keçəcəklər. Görünür, hər iki iddiaçı öz qənaətlərinə görə hesab edirlər ki, Elm və Təhsil Nazirliyinin baxış bucağında təhsil işçilərinin korruptiv əməllərinin ictimailəşdirilməsi elə də qəbahət deyil, amma bu əməllər barədə infomasiyanın, məhz təhsil işçisi tərəfindən mətbuata ötürülməsi bağışlanmazdır. Təbii ki, biz belə çirkin sövdələşməyə gedə bilməzdik, hətta informasiyanı verən əsl mənbənin də kim olduğunu açıqladıq. Məhkəmənin çıxardığı qərara da hörmətlə yanaşdıq.

2 saylı məktəbə son 9 ay ərzində 10 dəfə yoxlama komissiyası göndərib Vəfa Tağıyevanı ləkələyəcək heç nə tapmasalar da, nəhayət, onu vəzifədən kənarlaşdırmağa, yerinə isə “qollarına qolay” adam təyin etdirməyə nail oldular. Bu azmış kimi, Afaq Mustafayevaya 2 saylı məktəbin təşkilati məsələlər üzrə direktor müavini vəzifəsini “peşkəş etdilər”. Özü də heç bir imtahan götürmədən. Həmin vəzifənin əvvəlki sahibi ilə necə rəftar edildiyi barədə isə həmin şəxsin qardaşı sosial şəbəkədə müfəssəl yazmışdı. Söz gəzir ki, iddiaçı olan bu xanımın həyat yoldaşı Bayram Bayramov da Qaçaq Kərəm kənd orta məktəbində təsərrüfat müdiri vəzifəsindən 2 saylı şəhər məktəbinə “transfer” edilməklə mükafatlandırılacaq.



Yəqin ki, sadiq oxucularımız xatırlayarlar, söhbət o Afaq Mustafayevadan gedir ki, Ağstafa rayonu üzrə təhsil sektorunun müdiri Mədət Zeynalovun yanında “hüdudsuz xətir-hörmətindən” istifadə edərək, həyat yoldaşı Bayram Bayramovu, Qaçaq Kərəm kənd orta məktəbində təsərrüfat işləri üzrə müdir vəzifəsinə düzəldilməsinə nail olub. O Afaq Mustafayeva ki, heç də quru maaş hesabına toplamadığı pullarını anası Fazilə xanımın əli ilə zinət əşyaları girov götürmək hesabına faizlə borc verir və onların sələm tələsinə düşənlərdən biri olan Siranuş Eyyubova da, hüquq-mühafizə orqanlarında həlli düyünə düşən şikayətini xeyli müddət bundan əvvəl “Dəryaz” qəzetinin səhifələrinə çıxarmışdı.



O Afaq Mustafayeva ki, “Dəryaz” qəzetinin redaksiyasına etdiyi telefon zəngi zamanı o, özünü Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı deyə təqdim edərək, redaksiya rəhbərini təhdid etmişdi, az sonra isə özünü “aydan arı, sudan duru” hesab edən bu xanımın “bic” əməllərinin üstü açılmışdı.

Əlbəttə, yazdığımız tənqidi məqalələrin tam təsirsiz ötüşdüyünü də demək olmaz. Çünki, rəhbərlik tərəfindən Mədət Zeynalova da, Afaq Mustafayevaya da töhmət verilmişdi. Bu fakt Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdir müavini Nizaməddin Babanlının etirafedici səs yazıları ilə təsdiqlənib. Lakin ictimai rəyin tənbehin elə də sərt olmayan bu növü ilə qane olmayacağını görüb “qara məni basınca, qoy qaranı mən basım” taktikasını seçdilər. İddiaçıların ifadələrini əhəmiyyətli hesab etdiyimiz bəzi şəxslərin şahid qismində iştirakını istəmədikləri məhkəmədə qazandıqları müvəqqəti, “Pirr qələbəsi” onları arxayınlaşdırmasın. Ataların belə bir zərb məsəli var: “Haqq nazilər, amma üzülməz!”. Bayram Bayramovun həyat yoldaşının öz ərinin heç də fəxarət doğurmayan ləqəbinin nə olduğunu məhkəmə zalında dilə gətirməsi də faktdır. Afaq Mustafayeva və Bayram Bayramovun ikincinin qardaşı qəzada dünyasını dəyişib morqda olarkən cibindən seyf açarlarını götürüb mərhumun həyat yoldaşından xəlvətcə saxlancdakı 50 min manata qədər olan pul vəsaitini və zinət əşyalarını mənimsəmələri barədə şikayət, bu gün də hüquq-mühafizə orqanlarında araşdırılmaqdadır.

Bütün bunlardan sonra ortaya bir çox düşündürücü suallar çıxır. Bəyəm, əsassız olsa belə normal adam barəsində bu qədər fərqli-fərqli ittihamlar səsləndirilməlidirmi? Yaxud da, təsdiqini tapmasa belə normal adam barəsində bu qədər şikayət olmalıdırmı? Normal adamın işi bunca məhkəmə müstəvisinə çıxmalıdırmı, çəkişməni udsa belə? Sən kim olasısan ki, hamı səni şərləmək, üstünə böhtan atmaq istəyir? Bütün bu sualların cavabı budur ki, od olmayan yerdən tüstü çıxmaz.

Və sonda Təhsil Naziri cənab Emin Əmrullayevdən xahiş etmək istəyirik ki, Afaq Mustafayevanın nə vaxt, necə imtahan və müsahibə verdiyini əks etdirən görüntülər çıxarılıb incələnsin.

Mövzunu davam etdirəcəyik.

Deryaz.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bir qrup müəllim deputatın direktor bacısından şikayətçidir - "Məktəb ciddi yoxlanılsın..."
Bu gün, 08:53
Trampın adamları Bakıda: Zəngəzur hazırlığı başladı - GƏLİŞMƏ
Bu gün, 08:47
Direktor təyinatında İKİLİ STANDART... - BU NƏDİ BELƏ?
Bu gün, 07:31
Masazırda barınan oliqarx-məmur... - İLGİNC FAKTLAR
Bu gün, 07:26
"Uşaq bağçasına yerlər 500 manata satılır" - NARAZILIQ VAR...
Bu gün, 07:22
Zirəddindən şok müharibə PROQNOZU
Bu gün, 07:18
İnteqrasiya təlimli internat məktəbinin qalmaqallı direktoru yenidən gündəmdə - bu dəfə vergi məsələsinə görə...
Bu gün, 07:16
Bakıda məktəb direktoru qeyri-adi səbəbə görə işdən ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 07:04
Sülhü sabotaj edən səfir - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 07:01
Nazirlik yanında İctimai Şura üzvü AYNA-nın qərarına etiraz etdi - "Bu, faktiki olaraq inhisarçılıqdır"
Bu gün, 06:59
"Rusiya Azərbaycanın müstəqil siyasət yeritməsini həzm edə bilmir" - ONA GÖRƏ DƏ...
Bu gün, 06:56
Musiqi məktəblərindən də narazılıq var - Qiymət bahalaşıb, pulu da əvvəlcədən istəyirlər
Bu gün, 06:54
“Qalacaq yer tapmaq imtahandan sonra ikinci stressdir” - AKTUAL
Bu gün, 06:52
“Ermənistanla sülh müqaviləsi imzalanacaq” - Yalnız bunlar olacaqsa...
Bu gün, 06:47
"Hər bayram, hər qələbə artıq başqa dad verəcək"
Bu gün, 06:44
Kreditlərlə bağlı mühüm məsələ – İlin sonuna qədər…
Bu gün, 06:40
Polşa hava limanlarını bağlayıb, ordu döyüş hazırlığı vəziyyətinə gətirilib - NƏ BAŞ VERİR?
Bu gün, 06:35
Musiqi ruhun qidasıydı, qatili yox...
Bu gün, 01:32
Bərdə İcra Hakimiyyəti bir gündə iki tender elan edib - AY MAŞALLAH...
Dünən, 18:34
Alverçilərin BAZARI ÖLDÜ – “Heç kim bu maşınlara 20-25 min vermək istəmir”
Dünən, 18:27
"Abzas Media" işi: - Təqsirləndirilənlər barədə qərar...
Dünən, 18:12
Ucuz neft Azərbaycana problem yaradacaq? - GƏLİŞMƏ
Dünən, 18:07
Azərbaycan və Rusiyanın ortaq şirkəti ləğv edilir - DETALLAR
Dünən, 18:00
Pakistanlı MBA tələbələri “Ulduz” şokolad fabrikində istehsalat turunda iştirak ediblər - FOTO
Dünən, 17:56
“Anam yanımdadır, ondan güc alıram” - Aysundan gözlənilməyən paylaşım
Dünən, 17:52
Azərbaycan ciddi qərarları ilə COP-u işlək bir konfransa çevirdi - deputat
Dünən, 17:46
TƏBİB-də yoxlamalar başladı - NƏ BAŞ VERİR?
Dünən, 17:43
“Nazirin hərbi rütbəni bir pillə aşağı salmaq səlahiyyəti olmalıdır”
Dünən, 17:41
Bu ölkədə baş nazirin arvadın yandırıb öldürdülər
Dünən, 17:39
Məktəblərdə rus bölməsi QALMAQALI: müəllimlər sinif tapmır - Görünəni odur ki...
Dünən, 17:36
Bir kəndin sakitliyini pozan üç gün: iki uşaq anası 10 kişi ilə gəzdi, əri elə danışdı ki... - TƏFƏRRÜAT
Dünən, 17:32
Nazirlik TƏBİB-də yoxlamalara başladı
Dünən, 16:20
Polşa Belarusla sərhədi tam bağlayacaq
Dünən, 15:57
“Nar” “Naxtel” abunəçilərinə xüsusi kampaniya təklif edəcək
Dünən, 15:55
İndi də sosial şəbəkə hesablarımız HƏDƏFDƏ
Dünən, 15:49
Peşə məktəbləri ilə bağlı QALMAQAL
Dünən, 15:10
Azərbaycanda problemli kreditlər artır - SƏBƏBLƏR
Dünən, 13:20
"Fransa Makrondan bezib" - Volodin
Dünən, 13:18
II Qaregin Paşinyanla bağlı təlimat verdi - Zarkerak.am
Dünən, 13:00
Vaşinqton razılaşmaları və Rusiya: geosiyasi məğlubiyyət, yoxsa taktiki fasilə? - NƏ BAŞ VERİR?
Dünən, 12:53
Milli Arxiv İdarəsi üç yüz manata icarəyə götürdüyü Sumqayıt filialının təmir-tikintisindən nə qədər dövlət vəsaiti talayıb - İLGİNC FAKTLAR...
Dünən, 12:51
Azərbaycanla sülh sazişi ölkəmizə investisiyaları artıracaq - Ermənistan Mərkəzi Bankının sədri
Dünən, 12:38
"Kreditin ləğv olunmasını tələb etmişəm... AMMA..." - NARAZILIQ VAR...
Dünən, 12:37
Azərbaycan vətəndaşları üçün məhdudiyyət olan ölkə varmı? - AKTUAL
Dünən, 12:03
Qarabağ ermənilərinin köçəri həyat tərzi bölgədə problemləri davam etdirir - ŞƏRH
Dünən, 11:56
Adil Vəliyev icra nümayəndəsini işdən çıxardı - Yeni təyinatlar
Dünən, 11:54
Gürcüstan yenidən ÇALXALANIR – Rusiyanın dəhşətli ssenarisi belə İFŞA EDİLDİ
Dünən, 11:50
“Hansısa ingilisdilli qaqulik balası düşünüb ki, niyə taksi xidməti rəqabətli olmalıdır ki?” - ETİRAZ
Dünən, 11:48
Zəngəzur dəhlizinin Azərbaycan ərazisində tikinti işləri gələn il tamamlanacaq
Dünən, 11:40
Yasamalda “Avant” MTK özbaşınalığı… - VİDEO
Dünən, 11:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru