Rusiyada qanunsuz miqrantlara qoyulan möhlət bu gün bitir .....                     Xankəndidə restoranda müştəriləri təhqir edən şəxs həbs olundu .....                     Fransanın dizayn, konsaltinq və mühəndislik şirkəti .....                     Bir qrup müəllim deputatın direktor bacısından şikayətçidir .....                     Trampın adamları Bakıda: Zəngəzur hazırlığı başladı .....                     Direktor təyinatında İKİLİ STANDART... .....                     Masazırda barınan oliqarx-məmur... .....                     "Uşaq bağçasına yerlər 500 manata satılır" .....                     Zirəddindən şok müharibə .....                     İnteqrasiya təlimli internat məktəbinin qalmaqallı direktoru yenidən gündəmdə .....                     Bakıda məktəb direktoru qeyri-adi səbəbə görə işdən ÇIXDI .....                     Sülhü sabotaj edən səfir .....                     Nazirlik yanında İctimai Şura üzvü AYNA-nın qərarına etiraz etdi .....                     "Rusiya Azərbaycanın müstəqil siyasət yeritməsini həzm edə bilmir" .....                     Musiqi məktəblərindən də narazılıq var .....                     “Qalacaq yer tapmaq imtahandan sonra ikinci stressdir” .....                     “Ermənistanla sülh müqaviləsi imzalanacaq” .....                     "Hər bayram, hər qələbə artıq başqa dad verəcək" .....                     Kreditlərlə bağlı mühüm məsələ .....                     Polşa hava limanlarını bağlayıb, ordu döyüş hazırlığı vəziyyətinə gətirilib .....                     Musiqi ruhun qidasıydı, qatili yox... .....                     Bərdə İcra Hakimiyyəti bir gündə iki tender elan edib .....                     Alverçilərin BAZARI ÖLDÜ .....                     "Abzas Media" işi: .....                     Ucuz neft Azərbaycana problem yaradacaq? .....                     Azərbaycan və Rusiyanın ortaq şirkəti ləğv edilir .....                     Pakistanlı MBA tələbələri “Ulduz” şokolad fabrikində istehsalat turunda iştirak ediblər .....                     “Anam yanımdadır, ondan güc alıram” .....                     Azərbaycan ciddi qərarları ilə COP-u işlək bir konfransa çevirdi .....                     TƏBİB-də yoxlamalar başladı .....                     “Nazirin hərbi rütbəni bir pillə aşağı salmaq səlahiyyəti olmalıdır” .....                     Bu ölkədə baş nazirin arvadın yandırıb öldürdülər .....                     Məktəblərdə rus bölməsi QALMAQALI: müəllimlər sinif tapmır .....                     Bir kəndin sakitliyini pozan üç gün: iki uşaq anası 10 kişi ilə gəzdi, əri elə danışdı ki... .....                     Nazirlik TƏBİB-də yoxlamalara başladı .....                     Polşa Belarusla sərhədi tam bağlayacaq .....                     “Nar” “Naxtel” abunəçilərinə xüsusi kampaniya təklif edəcək .....                     İndi də sosial şəbəkə hesablarımız .....                     Peşə məktəbləri ilə bağlı QALMAQAL .....                     Azərbaycanda problemli kreditlər artır .....                 

Rusiyadakı SƏFİR POSTU: Hələ ki boşdur... AMMA... - YENİ İDDİA...
Tarix: 31-08-2024, 11:14 | Çap et
Rusiyadakı SƏFİR POSTU: Hələ ki boşdur... AMMA...
Siyasi cameənin tanımadığı, daha çox “uğurlu iş adamı” kimi cəmiyyətdə mövqe tutan Elnur Allahverdiyevin onu qoruyan deputat mandatını “yeniləmək” planının baş tutmamasından sonra daha böyük iddiaya düşdüyü bildirilir.

Azərbaycanda müştəri məmnunluğu məsələsi istehlak bazarının ən aktual problemlərindən biri olaraq qalmaqdadır. Ölkədə istehlakçı hüquqlarının qorunmasına yönəlik çox sayda qanunvericilik aktlarının qəbul edilməsinə baxmayaraq, bu sahədə vətəndaş şikayətlərinin azalmaq əvəzinə artması acınacaqlı gerçəklikdir.

Çox maraqlıdır ki, istehlakçıların hüquqlarının pozulması “yarış”ında radio və telekanallarda, o cümlədən, elektron və çap mediasında, həmçinin küçə lövhələrində reklamları ilə gözləri qabar edən geniş ticarət şəbəkələri öndə gəlir. Yayımladıqları reklam materiallarında potensial alıcılar üçün cazibədar, ilk baxışda son dərəcə “sərfəli” görünən şərtlər əsasında fərqli məişət texnikaları və texnoloji cihazlar təklif edən bu satış şəbəkələri yekunda istehlakçını çıxılmaz borc quyusuna yuvarladır.

Yaxşı, vətəndaşın ailəsinin boğazından kəsib öncə sərfəli görünən şərtlərlə aldığı məişət əşyasının qalaqlanan borcunu birtəhər ödəyib tamamlayacağı düşünülsə də, problemlər bununla yekunlaşmır. İş ondadır ki, nəzərdə tutulan ticarət mərkəzlərinin bəh-bəhlə tərifini göyə qaldırdıqları bu və ya başqa məişət əşyasının ömrü alıcının evinə aparılana qədər olur. Bundan sonra o əşyanı alaraq, başına bəla açan vətəndaş haqqını bərpa etmək üçün sonu görünməyən, ucunda ədalətin olduğu təxmin belə edilməyən yola çıxır. Sonucda pulu gedən, əsəbləri korlanan, bunların qarşılığında isə əlində qalan tək şey ona sırınan keyfiyyətsiz əşya olan vətəndaş çarəsiz vəziyyətdə küncə sıxışır.

Bəli, bu ümumi qeydlər bəlkə də hər gün yaşanan mənzərinin yüngül, “böyük tablo”da diqqəti çox da cəlb etməyən, həmçinin artıq yetərincə adiləşən solğun ştrixlərdir. Çünki dəyişən heç nə yoxdur. Konkretliyə gəldikdə, yuxarıda istehlakçıların ümumiləşdirilmiş problemlərinin əsas mənbələrindən biri qismində “Kontakt Home” mağazalar şəbəkəsinin çıxış etdiyi aksiom kimi ortadadır.

Mediada və sosial şəbəkələrdə bu qəbildən olan şikayətləri təsnifatlaşdırdıqda, bu yanaşmanın tamamilə əsaslı olduğu ortaya çıxar. Hər halda, alınan məişət texnikasının, başqa cihazların və əşyaların zay çıxması, buna baxmayaraq, keyfiyyətsiz məhsulun geri qaytarılması, yaxud da yenisi ilə əvəzlənməsi “Kontakt Home”un dəyişməz kredosuna çevrilib. Bu iddiada qərəz axtaranların diqqətini ən yeni “nümunə”lərdən birinə yönəltmək istəyirik.

Yayılan məlumata əsasən, haqqında danışılan mağazalar şəbəkəsindən soyuducu alaraq özünü işə salan vətəndaşların sırasına Bakı sakini Rüfət Dadaşov da qoşulub. Bildirilir ki, aldığı təzə soyuducunu evə aparıb onun işləmədiyinə əmin olan Dadaşovun “Kontakt Home”la apardığı müzakirələr nəticəsiz qalıb. Mağazadan ona bildiriblər ki, ən yaxşı halda soyuducunu təmir edə bilərlər, əşyanın yenisi ilə əvəzlənməsindən isə söhbət gedə bilməz. Təbii, pulunu çöldən tapmayan Dadaşov bu şərtlə razılaşmayıb və özünün pozulmuş istehlakçı hüquqlarını məhkəmə vasitəsilə bərpa etməyə qərar verib.

Yenicag.az müştərinin iddiası ilə bağlı “Konatkt Home”nin də mövqeyini dərc etməyə hazır olduğunu bildirir.

Qeyd edək ki, “Kontakt Home”nin sahibi olaraq illərdir ki, Milli Məclisin deputatı Elnur Allahverdiyevin adı hallanır. Onun 2020-ci ilin fevralında keçirilən növbədənkənar parlament seçkilərində Yeni Azərbaycan Partiyasının (YAP) siyahısı ilə deputat seçilməsi ilə bu yöndə məlumatların intensivliyi daha da artdı. Allahverdiyevin parlament üzvü statusu əldə etdikdən sonra sahibkarlıq fəaliyyətinə son qoymasına dair verdiyi açıqlamalar da bu iddiaları dövriyyədən çıxarmadı. Azərbaycan reallığında bu kimi “hüquqi prosedur”ların formallığını bilən insanları Allahverdiyevin “Kontakt Home”la bütün bağlarını qopardığına inandırmaq nəinki çətin, hətta mümkünsüzdür.

Digər tərəfdən, adı sahibkarlıq fəaliyyətində hallanan, lakin özlərinin bunu qətiyyətlə inkar etdiyi bir sıra başqa deputatların xarici mediada “biznes qəhrəman” olaraq tanıdılması, böyük məbləğdə pullarına məhkəmə qərarı ilə əl qoyulması cəmiyyətdə möhkəm “immunitet” yaradıb. O baxımdan, Allahverdiyevin biznesdən çəkildiyi barədə bəyanatlarının etimadla qarşılanmaması təəccüblü deyil.

Yeri gəlmişkən, 2020-ci il seçkiləri dönəmində onun Sloveniyanın Azərbaycandakı fəxri konsulu olmasına dair informasiyaların yayılmasından sonra Allahverdiyevin vətəndaşlıq məsələsi də bir müddət geniş müzakirəyə çıxarılmışdı. Lakin Milli Məclisin ardıcıl ikinci dəfə vaxtından əvvəl buraxılması VI çağırış parlamentin hakim partiyadan olan bir çox üzvləri kimi Elnur Allahverdiyevin də narahatlığını artırması əsassız deyilmiş.

O baxımdan, 2020-ci il seçkilərində daxil edildiyi YAP-ın namizədlər siyahısında Allahverdiyevin adının olmaması çox da təəccüb doğurmadı. Xatırladaq ki, 2020-ci il seçkiləri qlobal pandemiyanın ilkin əlamətlərinin baş qaldırdığı dövrə təsadüf etmişdi. Eyni zamanda, Milli Məclisin tərkibinin yenilənməsi zərurəti və digər faktorlar Allahverdiyevin şansına təkan verərək, ona deputat mandatı qazandırmışdı.

Ancaq indi vəziyyət kökündən dəyişib. İlk növbədə onu qeyd etməliyik ki, bu seçkilər Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunması, o cümlədən, regionda yeni reallığın formalaşması şəraitində keçirilir. Belə bir gerçəklikdə adı vətəndaşların istehlakçı hüquqlarının pozulmasında davamlı hallanan “Kontakt Home”un sahibi kimi tanınan – ictimai rəy çox inadkardır – Elnur Allahverdiyevin, o cümlədən, digərlərinin deputat mandatdan məhrum qalması qanunauyğun nəticə sayıla bilər.

Ancaq vəziyyət fərqli də ola bilərdi. Bunun üçün heç olmasa, “Kontakt Home”un müştərilərinə münasibətdə sayğılı olmaq gərəkirdi. Çünki ortada təsadüfən başlayan karyeranın inkişaf perspektivi vardı.

Bununla belə, Milli Məclisə düşmək şansını itirən Elnur Allahverdiyevin “yüksəliş” cəhdini artıq başqa bir müstəvidə sınadığına dair yenə də media və sosial şəbəklərdə müxtəlif iddialar dolaşır. Bildirilir ki, deputat mandatı itirildikdən sonra rəsmi status əldə etmək planını dəyişməyən Allahverdiyev bu dəfə gözünü daha strateji bir posta dikib. İddialara əsasən, Polad Bülbüloğlunun deputatlığa namizəd olması səbəbindən Azərbaycanın Rusiyadakı səfiri postunun boşalması “Kontakt Home” sahibi üçün göydəndüymə fürsət kimi qarşılanıb. Başqa sözlə, Sloveniyanın Bakıdakı fəxri konsulu olan Allahverdiyevin bu dəfə gerçək səfir qismində Azərbaycanın Rusiyadakı diplomatik təmsilçisi olmağa can atdığı deyilir. Lakin bir dəfə təsadüfən deputat mandat qazanmaq, mağazalar şəbəkəsinə sahib olmaq, yaxud Balkan ölkələrindən birinin fəxri konsulu təyin edilmək belə bir strateji vəzifə iddiasına düşmək üçün əsas yaradırmı?

Normalda yaratmamalıdır və hər halda, “Kontakt Home” sahibi də bunun fərqindədir. O zaman Allahverdiyev kimə və nəyə güvənir? Bəhs olunan məsələ aktuallaşarsa, bu sualın cavabına da aydınlıq gələcək.

Mövzunu diqqətdə saxlayacağıq.

www.yenicag.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiyada qanunsuz miqrantlara qoyulan möhlət bu gün bitir - KİV
Bu gün, 08:59
Xankəndidə restoranda müştəriləri təhqir edən şəxs həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 08:57
Fransanın dizayn, konsaltinq və mühəndislik şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 08:56
Bir qrup müəllim deputatın direktor bacısından şikayətçidir - "Məktəb ciddi yoxlanılsın..."
Bu gün, 08:53
Trampın adamları Bakıda: Zəngəzur hazırlığı başladı - GƏLİŞMƏ
Bu gün, 08:47
Direktor təyinatında İKİLİ STANDART... - BU NƏDİ BELƏ?
Bu gün, 07:31
Masazırda barınan oliqarx-məmur... - İLGİNC FAKTLAR
Bu gün, 07:26
"Uşaq bağçasına yerlər 500 manata satılır" - NARAZILIQ VAR...
Bu gün, 07:22
Zirəddindən şok müharibə PROQNOZU
Bu gün, 07:18
İnteqrasiya təlimli internat məktəbinin qalmaqallı direktoru yenidən gündəmdə - bu dəfə vergi məsələsinə görə...
Bu gün, 07:16
Bakıda məktəb direktoru qeyri-adi səbəbə görə işdən ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 07:04
Sülhü sabotaj edən səfir - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 07:01
Nazirlik yanında İctimai Şura üzvü AYNA-nın qərarına etiraz etdi - "Bu, faktiki olaraq inhisarçılıqdır"
Bu gün, 06:59
"Rusiya Azərbaycanın müstəqil siyasət yeritməsini həzm edə bilmir" - ONA GÖRƏ DƏ...
Bu gün, 06:56
Musiqi məktəblərindən də narazılıq var - Qiymət bahalaşıb, pulu da əvvəlcədən istəyirlər
Bu gün, 06:54
“Qalacaq yer tapmaq imtahandan sonra ikinci stressdir” - AKTUAL
Bu gün, 06:52
“Ermənistanla sülh müqaviləsi imzalanacaq” - Yalnız bunlar olacaqsa...
Bu gün, 06:47
"Hər bayram, hər qələbə artıq başqa dad verəcək"
Bu gün, 06:44
Kreditlərlə bağlı mühüm məsələ – İlin sonuna qədər…
Bu gün, 06:40
Polşa hava limanlarını bağlayıb, ordu döyüş hazırlığı vəziyyətinə gətirilib - NƏ BAŞ VERİR?
Bu gün, 06:35
Musiqi ruhun qidasıydı, qatili yox...
Bu gün, 01:32
Bərdə İcra Hakimiyyəti bir gündə iki tender elan edib - AY MAŞALLAH...
Dünən, 18:34
Alverçilərin BAZARI ÖLDÜ – “Heç kim bu maşınlara 20-25 min vermək istəmir”
Dünən, 18:27
"Abzas Media" işi: - Təqsirləndirilənlər barədə qərar...
Dünən, 18:12
Ucuz neft Azərbaycana problem yaradacaq? - GƏLİŞMƏ
Dünən, 18:07
Azərbaycan və Rusiyanın ortaq şirkəti ləğv edilir - DETALLAR
Dünən, 18:00
Pakistanlı MBA tələbələri “Ulduz” şokolad fabrikində istehsalat turunda iştirak ediblər - FOTO
Dünən, 17:56
“Anam yanımdadır, ondan güc alıram” - Aysundan gözlənilməyən paylaşım
Dünən, 17:52
Azərbaycan ciddi qərarları ilə COP-u işlək bir konfransa çevirdi - deputat
Dünən, 17:46
TƏBİB-də yoxlamalar başladı - NƏ BAŞ VERİR?
Dünən, 17:43
“Nazirin hərbi rütbəni bir pillə aşağı salmaq səlahiyyəti olmalıdır”
Dünən, 17:41
Bu ölkədə baş nazirin arvadın yandırıb öldürdülər
Dünən, 17:39
Məktəblərdə rus bölməsi QALMAQALI: müəllimlər sinif tapmır - Görünəni odur ki...
Dünən, 17:36
Bir kəndin sakitliyini pozan üç gün: iki uşaq anası 10 kişi ilə gəzdi, əri elə danışdı ki... - TƏFƏRRÜAT
Dünən, 17:32
Nazirlik TƏBİB-də yoxlamalara başladı
Dünən, 16:20
Polşa Belarusla sərhədi tam bağlayacaq
Dünən, 15:57
“Nar” “Naxtel” abunəçilərinə xüsusi kampaniya təklif edəcək
Dünən, 15:55
İndi də sosial şəbəkə hesablarımız HƏDƏFDƏ
Dünən, 15:49
Peşə məktəbləri ilə bağlı QALMAQAL
Dünən, 15:10
Azərbaycanda problemli kreditlər artır - SƏBƏBLƏR
Dünən, 13:20
"Fransa Makrondan bezib" - Volodin
Dünən, 13:18
II Qaregin Paşinyanla bağlı təlimat verdi - Zarkerak.am
Dünən, 13:00
Vaşinqton razılaşmaları və Rusiya: geosiyasi məğlubiyyət, yoxsa taktiki fasilə? - NƏ BAŞ VERİR?
Dünən, 12:53
Milli Arxiv İdarəsi üç yüz manata icarəyə götürdüyü Sumqayıt filialının təmir-tikintisindən nə qədər dövlət vəsaiti talayıb - İLGİNC FAKTLAR...
Dünən, 12:51
Azərbaycanla sülh sazişi ölkəmizə investisiyaları artıracaq - Ermənistan Mərkəzi Bankının sədri
Dünən, 12:38
"Kreditin ləğv olunmasını tələb etmişəm... AMMA..." - NARAZILIQ VAR...
Dünən, 12:37
Azərbaycan vətəndaşları üçün məhdudiyyət olan ölkə varmı? - AKTUAL
Dünən, 12:03
Qarabağ ermənilərinin köçəri həyat tərzi bölgədə problemləri davam etdirir - ŞƏRH
Dünən, 11:56
Adil Vəliyev icra nümayəndəsini işdən çıxardı - Yeni təyinatlar
Dünən, 11:54
Gürcüstan yenidən ÇALXALANIR – Rusiyanın dəhşətli ssenarisi belə İFŞA EDİLDİ
Dünən, 11:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru