Biləsuvar sakinləri nədən narazıdır? - Müraciət
Tarix: 27-10-2017, 10:13 | Çap et
 2012-ci ildə su və kanalizasiya xətlərinin bərpası adı altında mərkəzi küçələrin asfalt örtüyü dağılaraq, viran qoyulub. Sonradan həmin ərazilər bərpa edilmədiyindən əsl xarabalığa çevrilib. Bu mənzərə ilə yüz minə yaxın əhalisi olan Biləsuvar rayonuna daxil olanda qarşılaşırsan.
Rayonun mərkəzi ünvanı sayılan Heydər Əliyev küçəsindən başqa bütün ərazilər qazılaraq, keçilməz olub. Kanalizasiya xətləri düzgün quraşdırılmadığından yağış yağanda bu küçələrdən keçməmək məsləhətdir. Başqa sözlə desək, yayda toz-dumandan göz-gözü görməyən bu küçələr qışda “Venesiya”nı xatırladır.
Baxmayaraq ki, Biləsuvar 1990-1999-cu illərdə ölkənin ekoloji cəhətdən ən təmiz rayonu seçilib. Bu gün isə mənzərə tam başqadır.
Yenicag.az saytı xəbər verir ki, rayonda 2012-ci ildən kanalizasiya xətlərinin çəkilməsi adı altında xarabalığa çevrilən rayon mərkəzi və ara küçələr ən yüksək dağlıq kəndlərindəki məhəllələr qədər bərbad vəziyyətdədir. “Azadlıq”, “Mübariz İbrahimov”, “Dalan- 1”, “Dalan -2”, “Bakı”, “Babək”, “Puşkin”, “Vaqif”, “Şıxəli Qurbanov”, “Baba Xəmmədov”, “Seyfəddin Rufullayev” küçələrindəki vəziyyət rayon sakinlərini lap təngə gətirib.
Sakinlərin iddiasına görə, rayonu bu hala salan “Azərsu ASC” gördüyü işi normal şəkildə başa vurmayıb. Nəticədə, kanalizasiya xətlərinin çəkilməsi yanlış layihə əsasında həyata keçirilib. Prezident İlham Əliyevin su və kanalizasiya xətlərinin bərpası ilə bağlı sərəncamından sonra ayrılan 6 milyon manat vəsait rayonun sadəcə, bir hissəsinə xərclənib. Əməkdaşımızın rayon sakinləri ilə apardığı söhbətdən də belə məlum olub ki, kanalizasiya xətlərinin çəkilişi tamamilə formal xarakter daşıyıb və 5 ildir ki, yarımçıq qalan işin ağrı-acısını indi onlar çəkir. Hətta vəziyyət o həddə çatıb ki, valideynlər qış aylarında övladlarını məktəbə apara bilmirlər. Gölməçələr bir yana, antisanitariya baş alıb gedir. “Azadlıq” küçəsində yaşayan Flora Həmdullayeva deyir ki, küçədə aşıb-daşan su sakinlərin həyətyanı sahələrinə dolaraq, nəmişlik və çırkab yaradıb:
“”Azərsu”- nun əməkdaşları heç bir açıqlama vermədən hər şeyi yarımçıq qoydular. İşləri bitirmədən başqa bir rayonun kanalizasiya xətlərini çəkməyə getdilər, orda da eyni biabırçılığı həyata keçiriblər”.
Saytımıza açıqlamasında rayondakı vəziyyətdən xəbərdar olduqlarını deyən “Azərsu ASC”nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirdi ki, yarımçıq qalan işlər yaxın vaxtlarda davam etdiriləcək.
Xatırladaq ki, prezident İlham Əliyev 30 avqust 2017 –ci ildə Biləsuvar şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, şəhərin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin növbəti mərhələsi kimi, diametrləri 200-500 mm, uzunluğu 4,36 km olan kanalizasiya şəbəkəsinin, diametri 800 mm, uzunluğu 2,9 km olan magistral kanalizasiya kollektorunun tikintisi və ilkin mərhələdə görülən işlər nəticəsində sökülmüş 178000 kvadratmetr asfalt örtüyündən 30000 kvadratmetr asfalt örtüyünün bərpası zərurəti yaranıb. İşlərin davam etdirilməsi üçün “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 3,5 milyon (üç milyon beş yüz min) manat ayrılıb.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Əgər rəsmi Tehran Mehdi Sobhaninin ağzından vurmursa... - AKTUAL
Bu gün, 08:04 |
|
|
|
• Tramp bu il Çini ziyarət edəcək - KİV
Bu gün, 07:01 |
|
|
|
• "Məcnun Məmmədov ciddi düşünsün" - ÇAĞIRIŞ
Bu gün, 06:52 |
|
|
|
• "Mingəçevirin tarixi energetika mərkəzi kimi mövqeyi bu layihə ilə yeni nəfəs aldı" - deputat
Bu gün, 06:46 |
|
|
|
• “Uşaqların başı imtahanlarla xarab olur” – Nazirliyə ETİRAZ
Bu gün, 06:43 |
|
|
|
• Yaşıl siyasət, bahalı qiymət: Təmiz vicdan neçəyə başa gəlir? - ARAŞDIRMA
Bu gün, 06:38 |
|
|
|
• Ermənistanda keşiş “ovu” – Paşinyan arxiyepiskopları “dənləyir”
Bu gün, 06:36 |
|
|
|
• İmtahanla bağlı qaranlıq məqam: Bu müəllimləri nə gözləyir? - AKTUAL
Bu gün, 06:32 |
|
|
|
• Türkiyə-Azərbaycan birliyinin güclənməsi sərtə çevrilib - ÇÜNKİ...
Bu gün, 06:30 |
|
|
|
• ABŞ-yə qarşı hörmətli münasibəti geri qaytarmışam - Tramp
Bu gün, 06:25 |
|
|
|
• "Səhnə qurban tələb edir"
Bu gün, 06:23 |
|
|
|
• Rusiyada azərbaycanlıların öldürülməsində ŞOK detal – Gerçəklər heyrətə salır
Bu gün, 06:21 |
|
|
|
• 36 nəfərin zəhərləndiyi dönər evinin sahibi AzTV-nin əməkdaşlarına hücum etdi - AÇIQLAMA
Bu gün, 01:46 |
|
|
|
• "4 gün idi ki, mütəmadi olaraq burnumdan qan gəlirdi" - Əməkdar artist
Bu gün, 01:39 |
|
|
|
• Azərbaycanlı jurnalistin qardaşları Rusiyada öldürülüb - TƏFƏRRÜAT
Bu gün, 01:35 |
|
|
|
• Sertifikatlaşdırma prosesi ilə bağlı saxta xəbər kampaniyası başlayıb - MÜTDA ittihamlara belə reaksiya verdi
Dünən, 18:03 |
|
|
|
• Azərbaycanın enerji suverenliyində yeni səhifə - MƏQALƏ
Dünən, 17:59 |
|
|
|
• Ankara və İrəvan arasında enerji sahəsində əməkdaşlıq müzakirə edilib
Dünən, 17:22 |
|
|
|
• “Zelenski Trampı razı sala bilərmi?” – Ekspert son görüşün detallarını şərh etdi...
Dünən, 17:20 |
|
|
|
• Rusiya İrəvanın Aİ ilə yaxınlaşması və Aİİ qaydaları arasındakı ziddiyyətlərlə bağlı Ermənistana məktub hazırlayır - Overçuk
Dünən, 17:19 |
|
|
|
• Erməni diasporundan sonra erməni kilsəsi də tarixə QOVUŞUR
Dünən, 17:11 |
|
|
|
• Müxtəlif şəxslərə borcu olub, ailəsi meyitin gətirilməsində kömək istəyir
Dünən, 17:05 |
|
|
|
• Rusiya müharibədən öyrənərək çıxır - ŞƏRH
Dünən, 16:57 |
|
|
|
• Kinostudiya gündəlik fəaliyyətini davam etdirir - "Azərbaycanfilm"
Dünən, 16:54 |
|
|
|
• Dövlət Məşğulluq Agentliyindən 800 min manatlıq 5 yeni tender - ŞƏRTLƏR
Dünən, 16:52 |
|
|
|
• İqtisadi inkişafda əhəmiyyətli ləngimə - “Bu, faktiki olaraq, o deməkdir ki...”
Dünən, 16:48 |
|
|
|
• 27 ağacın kəsilməsi ilə bağlı qalmaqallı cinayət - Bələdiyyə sədrini həbsdən kim qoruyub?
Dünən, 16:42 |
|
|
|
• "Azərbaycandakı qiymətlər heç Amerikada, Avropada yoxdur" - ETİRAZ
Dünən, 16:39 |
|
|
|
• Qərbin ikili standartları Ermənistandakı son hadisələrdə də özünü göstərdi - deputat
Dünən, 16:36 |
|
|
|
• "Ailələrin dağılma səbəbi budur"
Dünən, 14:46 |
|
|
|
• "Emin Əmrullayevin Azərbaycan təhsilinə vurduğu maddi və mənəvi ziyanı aradan qaldırmaq üçün illər lazım olacaq" - AÇIQLAMA
Dünən, 14:41 |
|
|
|
• Heç bir obyekti yanğından yüz faiz sığortalamaq mümkün deyil - EKSPERTDƏN XƏBƏRDARLIQ
Dünən, 14:38 |
|
|
|
• Bakıda hoteldə qanlı cinayət: Otağına çağırdığı qadın kişi çıxdı - TƏFƏRRÜAT
Dünən, 14:12 |
|
|
|
• İsrail Müdafiə Qüvvələri "Hizbullah" mövqelərinə zərbələr endirib
Dünən, 13:49 |
|
|
|
• Bu binalara qaz verilməyəcək: - “qaz pulu” isə, görün, necə hesablanacaq...
Dünən, 13:44 |
|
|
|
• Türkiyə və Rusiya üçüncü ölkələrdə birgə neft layihələri ilə bağlı razılığa gəlib - TASS
Dünən, 13:36 |
|
|
|
• “Cibinə siqaret al, qoy” deməsi üstündə qətl... - 20 illik dostunu öldürüb
Dünən, 13:05 |
|
|
|
• Bakıda itləri üçün doğum günü mərasimi keçirdilər - VİDEO
Dünən, 13:03 |
|
|
|
• Azərbaycanda da məşhur olan arıqlama dərmanı insanı ÖLDÜRÜRMÜŞ - DİQQƏT!
Dünən, 12:46 |
|
|
|
• "Azərbaycanfilm"də olan yanğının şahidləri: - "Yer silkələndi, elə bildik, zəlzələ oldu"
Dünən, 12:40 |
|
|
|
• Dövlət Xidmətinin 664 min manatlıq tenderləri ləğv olundu - DETALLAR
Dünən, 12:34 |
|
|
|
• Ermənistan təhlükəsizlik qüvvələri arxiyepiskop Mikael Ajapakhyanı saxlayıblar
Dünən, 12:31 |
|
|
|
• Mülayim cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:21 |
|
|
|
• Yaxın Şərq yenidən dizayn edilir: “İbrahim razılaşması”na qayıdış - GƏLİŞMƏ
Dünən, 12:15 |
|
|
|
• Kinostudiyada baş verən partlayışla bağlı Baş Prokurorluqda araşdırma aparılır - TƏFƏRRÜAT
Dünən, 12:10 |
|
|
|
• Bakıda rəsmi dükanda OĞURLUQ TELEFONLAR SATILIR? _ Vətəndaş NƏ ETSİN?
Dünən, 12:08 |
|
|
|
• "Əməliyyat olundum, hər şey yaxşıdır"
Dünən, 12:00 |
|
|
|
• Pezeşkianın Azərbaycan ƏNDİŞƏSİ... - Düşməni Tehranda axtarmaq əvəzinə...
Dünən, 11:54 |
|
|
|
• Bakıda kişi "lyuka" düşdü: İki gündür tapılmır
Dünən, 11:50 |
|
|
|
• "Klinikaya 150 manat ödədim, amma qızımın dərdini deyə bilmədilər" - Müğənni Aysun
Dünən, 11:45 |
|
|
|
|