Ölkə rəhbərliyinə ŞOK məktub: Leyla Əliyeva abadlaşdırdı, “Smartdom” MMC məhv etdi .....                     “Zəng edəndə heç biriniz telefonuma cavab vermədiniz...” .....                     Azərbaycanda 9 ildir fəaliyyət göstərən məşhur layihə satılır .....                     "Buna ər dayanar?" .....                     O, Naxçıvanda sifarişli işləri müdafiə edən vəkil kimi tanınır... .....                     Bakının dörd, Ankaranın iki tələbi yerinə yetirilir .....                     Xankəndidə təxribat törədən erməni bir il öncə nə demişdi? .....                     Türkiyənin də nüvə silahı olacaq .....                     Rusiyada azərbaycanlı şəhər dumasının deputatı seçilib .....                     Məhkəmə iş adamına 1 milyon manat “atan” biznesmenlə bağlı .....                     Məhkəmə 204 minlik dələduzluq edən “hüquq müdafiəçisi” ilə bağlı qərar çıxardı .....                     İranın özbəöz türk Prezidenti... .....                     “Allah kəssin, belə yaxşılığınızı…” .....                     Qalmaqallı qohumları yenidən həbs edildi .....                     Naxçıvan MR Xəstəxanasının tibbi təchizatının yenilənməsinə .....                     İsveçrə şirkətinin Azərbaycandakı filialı bağlanır .....                     "Starlink"in işində dünya üzrə fasilələr qeydə alınıb .....                     `Siyəzənneft`in ərazisində KEÇİLMƏZ YOLLAR... .....                     Rusiyaya pomidor ixracı 3,4 dəfə artıb, amma qiymət ucuzlaşıb .....                     Bank deyil... əməlli-başlı möcüzədir... .....                     Azərbaycanda pensiya sistemi dəyişir: vətəndaşları nə gözləyir? .....                     Dövlət büdcəmizə gömrük sistemində vurulan badalaq... .....                     Fermerlər məhsullarını Bakıya gətirə bilmir .....                     “Avanesyan olayı”, Azərbaycan polisinin fədakarlığı və Kitabi-Dədə Qorqud həqiqətləri... .....                     "Bizdə könüllü şəkildə getmək istəyəni aparırlar" .....                     Çətin payız: Rusiyanın raket terroru davam edəcək .....                     Təhsil Nazirliyinin “16 faizdən 40 faizə yüksəlmə” fəxarəti .....                     2022-ci ildə Cermuk döyüşləri zamanı Azərbaycan Ordusu… .....                     Azərbaycanda Bilik Günüdür .....                     Bakının işğaldan azad edilməsindən 107 il ötür .....                     Yenə yağış, yenə Sabunçu... .....                     Bu gün Xankəndinin erməni əsilli sakininin silahlı təxribata hazırlıq görməsinin görüntüləri ortaya çıxıb .....                     Yaxın Şərqdə YENİ SAVAŞ ANONSU .....                     Qazaxda abadlıq işləri aparılır .....                     Ermənistan müdafiə naziri Çinə səfər edib .....                     Alimenti boşanan tərəf yox, dövlət verəcək: NƏ DƏYİŞƏCƏK? .....                     Azərbaycan kərə yağını hansı ölkələrdən və neçəyə alır? .....                     Yumurtanın da qiyməti BAHALAŞDI .....                     Xankəndində erməni əsilli sakin terrora cəhd edib, polisə qumbara atdı .....                     Masallıda mayası haramla yoğrulan TİKİNTİ PLANI .....                 

"Qurddan başqa çörəyin içərisində uzun iplər də olub" - İTTİHAM VAR
Tarix: 4-03-2017, 10:11 | Çap et
"Qurddan başqa çörəyin içərisində uzun iplər də olub"
Binə Çörək Zavodundan yenə şikayət var.

AFN-in redaksiyası ilə əlaqə saxlayan oxucularımız bir müddət əvvəl saytımızda gedən yazıdan sonra KİV vasitəsilə bəzi suallara aydınlıq gətirilməsini istəyirlər. Mətləbə keçməzdən öncə qeyd edək ki, bir neçə gün əvvəl saytımızda Binə Çörək Zavodunda istehsal edilən çörəyin içərisindən naməlum əşya tapılması ilə bağlı yazı dərc edilmişdi. Yazıda bildirilirdi ki, Bakı sakini A.Həsənova 22.02.2017-ci il tarixdə saat 19.00 radələrində Xəzər rayonu Binə qəsəbəsində marketdən çörək alıb. Evdə çörək doğrandığı vaxt içindən təsbit edə bilmədiyi əşya çıxıb. Məsələ ilə bağlı mağazaya şikayət edilib. Bildirilib ki, çörək Binə Çörək Zavodunun məhsuludur. Binə Çörək Zavodunun məhsulu olan çörəyin içindən çıxan əşyanın fotoları da həmin yazıya əlavə edilmişdi.

Rdaksiyaya müraciət edən oxucularımız isə buna oxşar halın bir neçə ay əvvəl də baş verdiyini xatırladırlar. Bildirirlər ki, ötən il mediada Qaraçuxur qəsəbəsi, Kərəm İsmayılov küçəsində yaşayan Nicat Vəlizadənin aldığı Binə Çörək Zavodunun istehsalı olan çörəyin içindən qurd çıxması haqda da yazı gedib: “Qurddan başqa çörəyin içərisində uzun iplər də olub. Bunlar hələ ictimailəşən faktlardır. Bizim özümüz də əvvəllər həmin zavodun çörəyindən alırdıq, amma bu cür halların baş verdiyini görüb evdə çörək bişirmək qərarına gəldik. Ondan əvvəl aldığımız başqa yerli zavodların məhsulları da keyfiyyətsiz çıxmışdı. Amma bizi narahat edən bu zavodun arxasında kimin dayanmasıdır. Kimdir bu qədər arxalı adam ki, zavodla bağlı az qala ayda bir dəfə neqativ hal baş verməsinə baxmayaraq, müvafiq qurumlar orada yoxlama aparmır? Bir balaca bahalaşma yaranan kimi ən birinci qiyməti Binə Çörək Zavodu qaldırıb həmişə. Qiyməti açıq-aydın qaldırmağa cəsarət etməyəndə çəkisini salıblar. Alın çəkin baxın, 600 qram olmalı olan çörəkləri maksimum 480-500 qramdır. Bu da qiymət artırmağın bir yoludur”.

Oxucularımız bizə daha ilginc bir fakt haqda da məlumat verdilər. Bildirdilər ki, Binə Çörək Zavoduna aid avtomobil ötən il ölümlə nəticələnən qəza törədib. Sürücülük vəsiqəsi olmayan adam zavodun məhsullarını daşıdığı zaman qəzaya səbəb olub, amma zavod rəhbərliyi hər hansı məsuliyyətə cəlb olunmayıb: “Zavoda məxsus “Ford” avtomobili “07” ilə toqquşmuşdu, 2 nəfər ölmüşdü, 4 nəfər yaralanmışdı. Həmin vaxt bu barədə saytlardan bəziləri yazdı, “Ford”un sürücüsünün vəsiqəsi yox idi. Zavod rəhbərliyi bu hadisəyə görə heç bir məsuliyyət daşımadı”.

Məsələ ilə bağlı google.az axtarış sistemində axtarış verdik və oxucularımızın iddialarının haqlı olduğunu gördük. Belə ki, ötən il iyul ayının 22-də baş verən hadisə haqda belə bir məlumat yayılıb:
Qala-Türkan yolundakı dairədə – yanacaqdoldurma məntəqəsinin qarşısında “VAZ-2107” markalı, 10 XF 917 dövlət nömrə nişanlı və “Ford” markalı, 90 HJ 927 dövlət nömrə nişanlı avtomobillər toqquşub. Nəticədə 2 nəfər hadisə yerində ölüb, 4 nəfər müxtəlif bədən xəsarətləri alıb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov avtosfer.az-a deyib ki, hadisə ilə bağlı aparılan ilkin araşdırma zamanı “Ford”u idarə edən 1994-cü il təvəllüdlü, Hacıqabul rayonunda anadan olmuş və Binə südçülük sovxozu ərazisindəki yeni yaşayış massivində yaşayan Əliyev Vasif Fuad oğlunun sürücülük vəsiqəsi olmadığı üzə çıxıb. O, həmin avtomobillə Binə çörək zavodunun çörək və digər un məmulatlarını Şüvəlan, Mərdəkan və Həşəxunu yaşayış məskənləri ərazisində daşımaqla məşğul olurmuş. Hadisə zamanı ölənlər Xocalı şəhər sakini, Ramana qəsəbəsində yaşayan 1973-cü il təvəllüdlü Əsədov Rüstəm Elbrus oğlu və Biləsuvar rayon sakini, 1974-cü il təvəllüdlü Əliyev Zahir Tapdıq oğludur. Məlumata görə, Rüstəm Əsədov “07”nin sürücüsü, Tahir Əliyev isə onun sərnişini olub. Həmin avtomobildə olan digər iki sərnişin xəsarət alıb. “Ford”un sürücüsü və sərnişini də yaralanıb və ilkin tibbi yardım göstərilib. Faktla bağlı Xəzər rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.
Vaqif Əsədov onu da bildirdi ki, hüquqi və fiziki şəxslər məhsulların daşınmasını həyata keçirərkən istifadələrində olan nəqliyyat vasitələrini idarə edənlərin sürücülük hüququnun olub-olmamasına diqqət etməli, onların reysqabağı tibbi müayinədən keçirilməsini təmin etməlidir. Əks halda, qanunvericiliyin tələbinə əsasən, onları da ciddi cəzalar gözləyir: “Zavod rəhbəri həmin şəxsin sürücülük vəsiqəsi olmadığını bildiyi halda avtomobili ona verməsəydi, belə hadisə də baş verməzdi. Bu cür müəssisə rəhbərləri belə məsələlərdə diqqətli olmalı və qanunun tələblərinə əməl etməlidirlər”.

Göründüyü kimi, möhtərəm oxucularımız bizə heç də yanlış məlumat verməyiblər. Onların narahatlığını nəzərə alaraq həmin hadisə üzrə istintaqın gedişi və nəticəsi haqda məlumat əldə etməyə çalışacağıq.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini verməyə hazırıq.

"Qurddan başqa çörəyin içərisində uzun iplər də olub"
"Qurddan başqa çörəyin içərisində uzun iplər də olub"










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ölkə rəhbərliyinə ŞOK məktub: Leyla Əliyeva abadlaşdırdı, “Smartdom” MMC məhv etdi - Sakinlər dövlət qurumlarından və Leyla xanımdan kömək gözləyir...
Bu gün, 11:02
“Zəng edəndə heç biriniz telefonuma cavab vermədiniz...” - Ceyhun Əsgərov
Bu gün, 10:54
Azərbaycanda 9 ildir fəaliyyət göstərən məşhur layihə satılır - QİYMƏT
Bu gün, 10:52
"Buna ər dayanar?"
Bu gün, 10:46
O, Naxçıvanda sifarişli işləri müdafiə edən vəkil kimi tanınır... - BURASI NAXÇIVANDIR...
Bu gün, 10:38
Bakının dörd, Ankaranın iki tələbi yerinə yetirilir - GƏLİŞMƏ
Bu gün, 10:28
Xankəndidə təxribat törədən erməni bir il öncə nə demişdi? - Video
Bu gün, 10:24
Türkiyənin də nüvə silahı olacaq - Poqosyan
Bu gün, 10:18
Rusiyada azərbaycanlı şəhər dumasının deputatı seçilib
Bu gün, 10:14
Məhkəmə iş adamına 1 milyon manat “atan” biznesmenlə bağlı qərarı LƏĞV ETDİ
Bu gün, 10:05
Məhkəmə 204 minlik dələduzluq edən “hüquq müdafiəçisi” ilə bağlı qərar çıxardı - DETALLAR
Bu gün, 10:04
İranın özbəöz türk Prezidenti... - TƏFƏRRÜAT
Bu gün, 10:01
“Allah kəssin, belə yaxşılığınızı…” - ETİRAZ
Bu gün, 09:58
Qalmaqallı qohumları yenidən həbs edildi - İSA ƏZİZOV BU DƏFƏ "SEE BREEZE"DƏ DAVA SALIB
Bu gün, 09:51
Naxçıvan MR Xəstəxanasının tibbi təchizatının yenilənməsinə 1,87 milyon ayrılıb
Bu gün, 09:43
İsveçrə şirkətinin Azərbaycandakı filialı bağlanır
Bu gün, 09:36
"Starlink"in işində dünya üzrə fasilələr qeydə alınıb - "DowDetector"
Bu gün, 09:29
`Siyəzənneft`in ərazisində KEÇİLMƏZ YOLLAR... - MÜRACİƏT...
Bu gün, 09:28
Rusiyaya pomidor ixracı 3,4 dəfə artıb, amma qiymət ucuzlaşıb
Bu gün, 09:19
Bank deyil... əməlli-başlı möcüzədir... - GİLEY
Bu gün, 07:01
Azərbaycanda pensiya sistemi dəyişir: vətəndaşları nə gözləyir? - GƏLİŞMƏ
Bu gün, 06:52
Dövlət büdcəmizə gömrük sistemində vurulan badalaq... - BU FAKTDIR!
Bu gün, 06:33
Fermerlər məhsullarını Bakıya gətirə bilmir - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 06:24
“Avanesyan olayı”, Azərbaycan polisinin fədakarlığı və Kitabi-Dədə Qorqud həqiqətləri... - İNCƏLƏMƏ
Bu gün, 06:21
"Bizdə könüllü şəkildə getmək istəyəni aparırlar" - partiya sədri
Bu gün, 06:19
Çətin payız: Rusiyanın raket terroru davam edəcək - AKTUAL
Bu gün, 06:14
Təhsil Nazirliyinin “16 faizdən 40 faizə yüksəlmə” fəxarəti - Sosial şəbəkələrdə tanınmış jurnalistlər "üsyan" qaldırdı
Bu gün, 06:10
2022-ci ildə Cermuk döyüşləri zamanı Azərbaycan Ordusu… – Martirosyandan ŞOK
Bu gün, 06:07
Azərbaycanda Bilik Günüdür
Bu gün, 00:46
Bakının işğaldan azad edilməsindən 107 il ötür - UNUTMARIQ...
Bu gün, 00:43
Yenə yağış, yenə Sabunçu... - VİDEO
Dünən, 23:28
Bu gün Xankəndinin erməni əsilli sakininin silahlı təxribata hazırlıq görməsinin görüntüləri ortaya çıxıb - VİDEO
Dünən, 23:23
Yaxın Şərqdə YENİ SAVAŞ ANONSU - NƏ BAŞ VERİR?
Dünən, 18:09
Qazaxda abadlıq işləri aparılır
Dünən, 18:03
Ermənistan müdafiə naziri Çinə səfər edib
Dünən, 18:00
Alimenti boşanan tərəf yox, dövlət verəcək: NƏ DƏYİŞƏCƏK? - AKTUAL
Dünən, 17:48
Azərbaycan kərə yağını hansı ölkələrdən və neçəyə alır? - SİYAHI
Dünən, 17:46
Yumurtanın da qiyməti BAHALAŞDI - AÇIQLAMA
Dünən, 17:42
Xankəndində erməni əsilli sakin terrora cəhd edib, polisə qumbara atdı - TƏFƏRRÜAT
Dünən, 17:35
Masallıda mayası haramla yoğrulan TİKİNTİ PLANI - ARAŞDIRMA
Dünən, 14:03
“Çin köməyi kəssəydi, müharibə sabah bitərdi” – Trampın nümayəndəsi sensasion açıqlama verdi
Dünən, 13:56
Keçmiş baş həkimlə müğənni arasında qalmaqal - həbsdə olan müğənninin cəza müddəti artırıldı
Dünən, 13:54
İrəvan bu görüntülərlə çalxalanır: Paşinyandan Bakı ilə bağlı həmlə - FOTO
Dünən, 13:48
Saziş imzalanması Azərbaycanla sülhün institusionallaşdırılması yolunda ciddi addım olacaq - Ermənistan XİN
Dünən, 11:27
Problemli kreditlərin həcmini necə azaltmaq olar? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 11:15
"Nar" Bakı Ali Neft Məktəbinin 4 tələbəsini mükafatlandırdı - FOTO
Dünən, 11:02
Neft bazarında çalxalanma: Azərbaycanı nə gözləyir? - İNCƏLƏMƏ
Dünən, 10:56
İrəvandan daha bir sülh açıqlaması - “İmzalanma tarixi…”
Dünən, 10:55
DİQQƏT: Burda satışda zay ərzaq var... - BU NƏDİ BELƏ?
Dünən, 10:47
"Qarşıdan parlament seçkiləri gəlir..." - partiya sədri
Dünən, 10:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru