İrandan Zəngəzur dəhlizinə daha bir “alternativ” təklifi: “Cilfa-Emənistan-Qara dəniz marşrutu” .....                     "Artıq prosesə Donald Tramp vasitəçilik edir... .....                     Rayon rəhbəri bu il ali məktəbə qəbul olan şəhid övladlarını təbrik edib .....                     İsrail Suriya və İsrail arasında təhlükəsizlik sazişinin yeni detallarını açıqlayıb .....                     "Aygün Bəylərin qızı 1 ildir mənimlə danışmır" .....                     İlkin Süleymanovun kassasiya şikayəti üzrə məhkəmənin vaxtı bilinib .....                     Zelenski Xüsusi Əməliyyatlar Mərkəzinə yeni rəis təyin edib .....                     "Qudalar agentliyi" su sistemini necə çökdürür: şok faktlar .....                     Çin Ukraynaya sülhməramlılar göndərmək niyyətində deyil .....                     Mən sovet adamıyam .....                     Ermənilər ayağa qalxdı: Sevda Əlizadənin İrəvandakı konserti ləğv edildi .....                     Dövlət qurumu 13 milyonluq tender keçirir .....                     Azərbaycanda iranlı qadın tələbələrin fahişəlik şəbəkəsi ilə bağlı yeni şok faktlar .....                     Mirzoyan erməni səfirləri ilə Vaşinqton razılaşmalarının həyata keçirilməsini müzakirə edib .....                     Azərbaycan Mərkəzi Bankına təyinat olub .....                     FHN rüşvət aldığı üçün “Sədərək” 8 ildə 10 dəfə yanıb .....                     Qazax–Tovuz təhsilində “rüşvət mexanizmi”: sistemli böhran .....                     Milli Məclisin payız sessiyasında hansı qanun layihələrinin müzakirəsi gözlənilir .....                     Azərbaycanla sülh əsas məqsədimizdir .....                     Ermənistan ordudan imtina edir? .....                     “GL Group”da yeni təyinat .....                     “Azəristiliktəchizat” bu şirkətlə 4,3 milyon manatlıq .....                     Rusiya Azərbaycanın “qonşuluq dərsini” mənimsəyə biləcəkmi? .....                     Üçtərəfli əməkdaşlıq regional təhlükəsizliyə də töhfə verəcək .....                     Tarixə düşən üçtərəfli əməkdaşlıq formatı .....                     Əfqanları Avropaya qanunsuz daşıyan azərbaycanlı saxlanıldı .....                     ABŞ Ukraynaya verdiyi uzaqmənzilli raketlərin təsirini şişirdib .....                     Bu il Cənubi Qafqaz ölkələrinə nə qədər turist səfər edib? .....                     Ukrayna və Litva uzaqmənzilli pilotsuz uçuş aparatları yaratmaq niyyətindədirlər .....                     Hansı tikintilər əsassız və ya özbaşına tikili sayıla bilər? .....                     “Azəriqaz”ın 1 milyon manata yaxın vergi borcu var .....                     “Bakı Baş Səhiyyə Mərkəzi”ndən açıq-aşkar qanunsuzluq .....                     “Direktor Mehriban Abasquliyevaya şikayət edəndə bizə qapını göstərirdi” .....                     İnsanların sağlamlığı ilə oynayırlar... .....                     Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməyən “RR TRAVEL COMPANY” iki yüz min manatlıq tədbiri necə təşkil edəcək .....                     Abbas Əhmədov tək-tək onlara hədə zəngləri edib... .....                     İrəvandakı qondarma “soyqırımı” abidəsi sökülür? .....                     Araik Arutyunyan Paşinyanın Qafandakı rəsmi tədbirdəki çıxışını şərh etdi... .....                     Şərur Rayon İcra Hakimiyyəti kompüter, printer, ofis dolabı alır .....                     Rəqqasə bədənindəki tatuları .....                 

Trampın yeni sanksiya təhdidinə laqeyd görünən Kreml narahat olmalıdırmı? - GƏLİŞMƏ
Tarix: 25-01-2025, 03:19 | Çap et
Trampın yeni sanksiya təhdidinə laqeyd görünən Kreml narahat olmalıdırmı?
Bu həftə keçirilən inauqurasiya mərasimindən və ötən ilin noyabrında baş tutan prezident seçkisindən çox əvvəl Donald Tramp Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq üçün vasitəçi olacağını vəd etmişdi. Lakin o, üç ildən artıqdır ki davam edən bu müharibəni necə dayandıracağı barədə təfərrüatı demirdi.

Yanvarın 22-də, prezidentliyə başladıqdan iki gün sonra Tramp Rusiyanı danışıqlara cəlb etmək üçün əl atacağı vasitəni açıqlayıb: Moskva müqavimət göstərərsə, ona əlavə sanksiyalar tətbiq etmək.

ABŞ prezidenti "Truth Social" sosial media platformasındakı paylaşımında yazmışdı: "Əgər biz razılaşma əldə etməsək, tezliklə, Rusiyanın ABŞ və digər iştirakçı ölkələrə satdığı hər şeyə yüksək vergilər, rüsumlar və sanksiyalar tətbiq etməkdən başqa bir seçimim qalmayacaq".

Trampın keçmişdə Putini tərifləməsi, ABŞ-nin Ukraynaya göndərdiyi yardımlara tənqidi yanaşması və döyüşlərin tez bir zamanda sona çatdırılmasına olan açıq həvəsi Ukrayna tərəfdarları arasında narahatlıq yaradıb. Onlar Trampın bir razılaşma uğrunda Kiyevin maraqlarını qurban verə biləcəyindən və nəticədə Rusiyanı gücləndirə biləcəyindən narahatdırlar.

Lakin bu həftə Tramp sərt danışıb. Onun yanvarın 22-də etdiyi paylaşımı Trampın Rusiya ilə bağlı kəskin şərhlərinin ən sonuncusudur. Daha əvvəl o, müharibənin Rusiyanı məhv etdiyini və Putinin sülh üçün gec olmadan addım atmalı olduğunu irəli sürən bir sıra kəskin açıqlamalar verib.

Kremlin laqeydliyi - "Düşmən bizim qapımızdadır?"
Trampın sərgilədiyi bu ton və məzmun Kiyevi və onu Rusiyaya təzyiq göstərməyə təşviq edən Qərb tərəfdarlarını məmnun salıb. Ukraynanın xarici işlər naziri Andrey Sibiqa prezident Trampın şərhlərinin "güclü siqnal" göndərdiyini bildirib.

Ancaq Moskva yeni sanksiya təhdidinin təsirli olmayacağı yanaşmasını nümayiş etdirir. Putinin sözçüsü Dmitri Peskov yanvarın 23-də bildirib ki, Kreml Trampın sanksiyalarla bağlı təhdidində "xüsusilə yeni bir element görmür".

Kremlə yaxın televiziya aparıcısı Vladimir Solovyov da eyni şəkildə, lakin daha sərt ifadələrlə məsələni kiçildib və rusiyalılara narahat olmamağı tövsiyə edib. O, "Telegram"da yerləşdirdiyi videoşərhdə belə deyib: "Nə, Rusiya ilə bu cür danışmaq olarmı? Nə, biz müharibəni uduzuruq? Düşmən qapılarımıza qədər gəlib?".

Solovyovun bu şərhi Putinin müharibənin Rusiyanın xeyrinə getdiyinə dair açıq-aydın özünəinamını təkrarlayır.

Lakin bu yanaşmanın altında hər iki məsələyə dair narahatlıqlar gizlənə bilər və bəzi mütəxəssislər Trampın yeni sanksiya təhdidinin bu narahatlıqları daha da gücləndirəcəyini bildirib.

London Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun Rusiya və Avrasiya üzrə baş elmi işçisi Naycel Quld-Deyvis AzadlıqRadiosuna verdiyi müsahibədə belə deyib: "Düşünürəm ki, bu, həqiqətən də, Kremli sarsıdacaq".

O bildirib ki, ABŞ prezidenti "demək olar, mümkün olan ilk anda öz mövqeyini ortaya qoyur".

Quld-Deyvis əlavə edib ki, Tramp son şərhlərində müharibəni sona çatdırma məsələsini "Putini güzəştə getməyə məcbur etmək" şəklində qurub: "Bu, Ukraynanı güzəştə getməyə məcbur etmək tonunda deyil".

"Onun üçün bu, mövcudluq məsələsidir"
Yanvarın 23-də "Reuters" "vəziyyətdən xəbərdar" beş mənbəyə istinadən bildirib ki, "Putin Rusiyanın müharibə iqtisadiyyatındakı saxtakarlıq və əyriliklərdən daha çox narahat olmağa başlayıb". Məlumatda Rusiya Mərkəzi Bankının direktorunun keçmiş müavini Oleq Vyuqinin fikrinə istinad edilib. "Rusiyanın, əlbəttə ki, münaqişəyə diplomatik son qoymaq üçün iqtisadi maraqları var", - o deyib.

Artan iqtisadi problemlər "Rusiyanın elitası arasında müharibənin diplomatik həllinin arzuolunan olduğu görüşünü gücləndirib", – "Reuters" anonimlik şərti ilə danışan iki mənbəyə istinadən yazıb.

Bəzi analitiklər isə bu məsələyə şübhəli yanaşırlar. Onların fikrincə, iqtisadi çətinliklər, hətta Ukraynanın işğal olunan 20 faizlik hissəsində qeyri-rəsmi nəzarətə fürsət verən atəşkəs və ya sülh müqaviləsi Putini Ukraynanı zəbt etmə məqsədindən əl çəkməyə vadar etməyəcək.

Karneqi Fondunun Rusiya və Avrasiya Mərkəzinin baş elmi işçisi Tatyana Stanovaya X hesabındakı paylaşımında yazıb ki, Rusiya iqtisadiyyatındakı çətinliklərin Moskvanı müharibəni dayandırmağa sövq etməsi inandırıcı deyil: "Biz iqtisadi narahatlıqların Putinin Ukrayna ilə bağlı planlarına təsirini həddindən artıq şişirtməkdən qaçmalıyıq. Fikrimcə, iqtisadi vəziyyətdən asılı olmayaraq, Putin müharibəni Rusiya şərtləri ilə sona çatdırmağa davam edəcək. Onun üçün bu, mövcudluq məsələsidir. O, 'dost Ukrayna' olmadan Rusiyanın uzunmüddətli mövcudluğunun risk altında olduğuna dərindən inanır".

İkinci dərəcəli sanksiyalar və "kölgə donanması"
Skeptiklər Putinin 2022-ci ilin fevralında Ukraynaya qarşı tammiqyaslı hücuma başladığı gündən bəri tətbiq olunan ardıcıl Qərb sanksiyalarının Rusiyanı zəiflətmədiyini vurğulayır. Başqa bir sual isə Bayden administrasiyasının Trampın inauqurasiyasından 10 gün əvvəl tətbiq etdiyi sanksiyalardan sonra daha hansı cəzalandırıcı addımların qalmasıdır. ABŞ rəsmiləri Baydenin son sanksiyalarını Rusiyaya qarşı ən əhəmiyyətli məhdudlaşdırıcı addımlar kimi qiymətləndiriblər.

Naycel Quld-Deyvis güclü potensial sanksiyaların hələ də mövcud olduğunu düşünür.

"Birləşmiş Ştatlar ikinci dərəcəli sanksiyalar kimi unikal və qorxulu bir silaha malikdir", - o deyib. Tədqiqatçı bildirib ki, bu sanksiyalar Rusiyaya deyil, digər ölkələrə və qurumlara yönəldilir. Bunun məqsədi isə həmin ölkələr və ya qurumların Moskvaya müharibəni sürdürməyə kömək edən əməliyyatlar aparmasına mane olmaqdır. Vaşinqton və Qərb həmçinin Rusiyanın "kölgə donanması" üzərində sanksiyaları artıra bilər. Bu, sanksiyalardan yan keçmək və neft gəlirlərini saxlamaq üçün istifadə edilən köhnə və sığortasız gəmilərdir.

Rusiya geniş sanksiyaları və texnologiya qadağalarını Çin, Qazaxıstan, Özbəkistan və Qırğızıstan kimi üçüncü ölkələrdəki vasitəçilərin köməyi ilə yüngülləşdirə bilib. Yeni Amerika Təhlükəsizlik Mərkəzinin sanksiyalar üzrə mütəxəssisi Reyçel Ziemba bu ölkələrin ikinci dərəcəli sanksiyalara həssas və dayanıqsız ola biləcəyini qeyd edib. Xüsusilə Çin Rusiyaya ikili istifadə texnologiyalarının göndərilməsi və neft alınması sahəsində mühüm rol oynayıb.

"Tramp administrasiyası Rusiyanın hərbi təchizat zəncirlərinə dəstək verən və Rusiyadan neft alan Çin banklarına sanksiya tətbiq etməyə hazırdırmı və bu məsələdə Bayden administrasiyasından daha çox iş görəcəkmi? Bunun nə qədərini ritorika, nə qədərini real addım təşkil edir, bu, hələ açıq sualdır", –o əlavə edib.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İrandan Zəngəzur dəhlizinə daha bir “alternativ” təklifi: “Cilfa-Emənistan-Qara dəniz marşrutu” - TƏFƏRRÜAT
Bu gün, 14:11
"Artıq prosesə Donald Tramp vasitəçilik edir... - Çox güman ki, müharibə olmayacaq"
Bu gün, 14:07
Rayon rəhbəri bu il ali məktəbə qəbul olan şəhid övladlarını təbrik edib
Bu gün, 14:05
İsrail Suriya və İsrail arasında təhlükəsizlik sazişinin yeni detallarını açıqlayıb
Bu gün, 14:01
"Aygün Bəylərin qızı 1 ildir mənimlə danışmır"
Bu gün, 13:39
İlkin Süleymanovun kassasiya şikayəti üzrə məhkəmənin vaxtı bilinib
Bu gün, 13:37
Zelenski Xüsusi Əməliyyatlar Mərkəzinə yeni rəis təyin edib
Bu gün, 13:34
"Qudalar agentliyi" su sistemini necə çökdürür: şok faktlar - daha bir ailə üzvünə də vəzifə verdilər!
Bu gün, 13:32
Çin Ukraynaya sülhməramlılar göndərmək niyyətində deyil
Bu gün, 13:22
Mən sovet adamıyam - Lukaşenko
Bu gün, 13:14
Ermənilər ayağa qalxdı: Sevda Əlizadənin İrəvandakı konserti ləğv edildi - FOTOLAR
Bu gün, 13:08
Dövlət qurumu 13 milyonluq tender keçirir - DETALLAR
Bu gün, 13:05
Azərbaycanda iranlı qadın tələbələrin fahişəlik şəbəkəsi ilə bağlı yeni şok faktlar - 16 gənc qız...
Bu gün, 12:59
Mirzoyan erməni səfirləri ilə Vaşinqton razılaşmalarının həyata keçirilməsini müzakirə edib
Bu gün, 12:55
Azərbaycan Mərkəzi Bankına təyinat olub - FOTO
Bu gün, 12:53
FHN rüşvət aldığı üçün “Sədərək” 8 ildə 10 dəfə yanıb – Jurnalist
Bu gün, 12:47
Qazax–Tovuz təhsilində “rüşvət mexanizmi”: sistemli böhran - İTTİHAM VAR...
Bu gün, 12:31
Milli Məclisin payız sessiyasında hansı qanun layihələrinin müzakirəsi gözlənilir - ARAŞDIRMA
Bu gün, 12:27
Azərbaycanla sülh əsas məqsədimizdir - Mirzoyan
Bu gün, 12:16
Ermənistan ordudan imtina edir? - “Nezavisimaya qazeta”
Bu gün, 12:15
“GL Group”da yeni təyinat - FOTO
Bu gün, 12:14
“Azəristiliktəchizat” bu şirkətlə 4,3 milyon manatlıq - MÜQAVİLƏ BAĞLADI
Bu gün, 12:12
Rusiya Azərbaycanın “qonşuluq dərsini” mənimsəyə biləcəkmi? - AKTUAL
Bu gün, 12:11
Üçtərəfli əməkdaşlıq regional təhlükəsizliyə də töhfə verəcək - MƏQALƏ
Bu gün, 12:05
Tarixə düşən üçtərəfli əməkdaşlıq formatı - İsrafil Kərimovun yazısı
Bu gün, 12:03
Əfqanları Avropaya qanunsuz daşıyan azərbaycanlı saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 12:02
ABŞ Ukraynaya verdiyi uzaqmənzilli raketlərin təsirini şişirdib - "Telegraph"
Bu gün, 11:57
Bu il Cənubi Qafqaz ölkələrinə nə qədər turist səfər edib? - SİYAHI
Bu gün, 11:51
Ukrayna və Litva uzaqmənzilli pilotsuz uçuş aparatları yaratmaq niyyətindədirlər
Bu gün, 11:44
Hansı tikintilər əsassız və ya özbaşına tikili sayıla bilər? – Ali Məhkəmədən yeni qərar
Bu gün, 11:33
“Azəriqaz”ın 1 milyon manata yaxın vergi borcu var
Bu gün, 11:28
“Bakı Baş Səhiyyə Mərkəzi”ndən açıq-aşkar qanunsuzluq – İcarə adı altında milyonlar talanır
Bu gün, 11:20
“Direktor Mehriban Abasquliyevaya şikayət edəndə bizə qapını göstərirdi” - Perinatal Mərkəzdə 7 körpənin öldüyü yanğınla bağlı məhkəmə
Bu gün, 11:14
İnsanların sağlamlığı ilə oynayırlar... - GİLEY
Bu gün, 11:12
Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməyən “RR TRAVEL COMPANY” iki yüz min manatlıq tədbiri necə təşkil edəcək - TƏFƏRRÜAT
Bu gün, 11:00
Abbas Əhmədov tək-tək onlara hədə zəngləri edib... - BU NƏDİ BELƏ?
Bu gün, 10:50
İrəvandakı qondarma “soyqırımı” abidəsi sökülür? – Ermənistanda sensasion iddia
Bu gün, 10:45
Araik Arutyunyan Paşinyanın Qafandakı rəsmi tədbirdəki çıxışını şərh etdi... - "Armenian Tayms"
Bu gün, 10:39
Şərur Rayon İcra Hakimiyyəti kompüter, printer, ofis dolabı alır
Bu gün, 10:34
Rəqqasə bədənindəki tatuları BELƏ GÖSTƏRDİ
Bu gün, 10:31
İrəvan Bakı qarşısında silah öhdəliyi götürüb - “Armenian report”
Bu gün, 10:14
Azərbaycandakı iri tekstil şirkətinin rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Bu gün, 10:09
"Sədərək"dəki yanğına görə sahibkarlara dəymiş ziyanı kim ödəyəcək? - AKTUAL
Bu gün, 10:06
"Bizim üçün təhdid ya Xəzərdən, ya da havadan ola bilər" - ONA GÖRƏ DƏ...
Bu gün, 10:02
Bakıda daha bir İran aşiqi həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 09:55
Rusiya Ermənistandakı vətəndaşlarının gəlirlərinə nəzarətə başlayır - İLGİNC
Bu gün, 09:51
"Xaricdən maşın sifariş versəm, bundan tez gələr" - ETİRAZ VAR...
Bu gün, 09:43
"Evlərimiz AAAF Park-dan ALINSIN, dövlətin balansına keçsin!" - sakinlər TƏLƏB ETDİ!!!
Bu gün, 09:34
İsmayıllıda MEŞƏNİN İÇİNDƏ EV... - BU REKLAM DEYİL... ÖZBAŞINALIQ FAKTIDIR!
Bu gün, 09:11
Böyük Britaniyada “pəncərədən əl çıxarmaq” 5 min funt, Azərbaycanda isə 40 manat cərimədir
Bu gün, 09:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru