Ramin İsayevin əmlakı müsadirə edilə bilər .....                     İrandan Zəngəzurla bağlı növbəti AÇIQLAMA .....                     Xadimələrə maşınını yudurdan Esmira Məmmədova işdən .....                     Bakıda qadın ərinin başına telefonla vuraraq öldürüb? .....                     Vəkili "Oleq Bakinski"yə bəraət istədi .....                     Naxçıvanda tərxis olunan əsgərlər Bakıya qayıda bilmir .....                     Azərbaycanda 9 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri .....                     Rövşən Lənkəranskinin yaxını olan "qanuni oğru" axtarışa verildi .....                     "Bundan sonra küsmək, ayrılmaq yoxdur" .....                     Yaxın Şərqin təhlükəsizliyini yalnız iki qüvvə təmin edə bilər .....                     Rusiyanı diz çökdürəcək qərar .....                     Şəxsi həyatla gündəmə gəlmək ayıb deyil?! .....                     İrəvanda kim kimi devirəcək? .....                     “TBC Kredit" BOKT-un lisenziyası onun öz istəyi ilə ləğv edilib .....                     Tiflis İrəvana rədd cavabı verib .....                     Rusiya-İran iş birliyi regiondakı problemlərin mənbəyidir .....                     Məşhur türk milyonçunun nikahı ləğv edildi .....                     “Rusiya Trampın ultimatumuna məhəl qoymadı və Ukraynanı vurmağa davam edir” .....                     “Məni şərləyib işdən çıxarmaq istəyirlər” .....                     "Allah telefon çıxardanın qapısını bağlasın" .....                     Azərbaycanın tələbi gündəmdə qalır .....                     Nazim Eynallı: Keçən il səsi ucadan çıxmışdı, indi də tüstüsü ərşə qalxıb... .....                     Wolt kuryerləri ayağa qalxdı: “Ya işimizi düzəldin, ya çantamızı qoyub gedirik!” .....                     Müəllim direktoru hədələyib? .....                     AMB “Azsığorta”ya icrası məcburi sərəncam verib .....                     Dövlət Şəhərsalma və Arxitektura Komitəsi işçilərinin qanunsuz əməlləri .....                     BƏXTİ QARA NAXÇIVAN: Bu istidə... .....                     “Nə oldu, Paşinyan?” ifası ilə məşhurlaşan Elçin həbs edildi .....                     Bu gün Oleq Bakinskinin məhkəməsi olacaq .....                     Zəfər Salnaməsindən rəqəmsal dövrə uzanan yol .....                     “FS Club Badam”da kisəçi işləyən şəxs müştərinin başına oyun açdı .....                     “Prior Credit BOKT”un rəhbərliyində dəyişiklik olub .....                     Azərbaycanda ABŞ-ın IAAI şirkətinin rəsmi hərrac mərkəzi açıldı .....                     ABŞ Cənubi Qafqaza Zəngəzur üzərindən qayıdır? .....                     Fransanın bu şəhəri “Stalinqrad” adından imtina edir: .....                     Bir həftə əvvəl yaradılan şirkət də .....                     Müğənni Rəqsanədən ETİRAF: .....                     Belçika parlamentindən Azərbaycana qarşı ədalətsiz və qərəzli qətnamə .....                     Xəstəxanada adam öldürən azərbaycanlılara 31 il həbs cəzası verildi .....                     “UNEC-in Dərbənd filialı ilə bağlı vəziyyət ali təhsil sistemində böhranın göstəricisidir” .....                 

Rusiyanın uğuru fəlakət, çöküşü fəsad - “Qoca qitə” yorulub, lakin geriyə yol yoxdur
Tarix: 25-08-2023, 14:13 | Çap et
Rusiyanın uğuru fəlakət, çöküşü fəsad
Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəyə başlamasının il yarımlıq müddətində savaşa Avropanın müxtəlif ölkələrində fərqli münasibətlər sezilməkdədir. Qərb mediasında Kiyevə hərbi, siyasi və humanitar dəstəyin davam etdiyi haqqında fikirlər səsləndirilməklə yanaşı, müharibədən bezginlik haqqında da söylənilənlər az deyil.

Bəzi müşahidəçilərin qənaətincə, qaçqınlar problemi, müharibənin gətirdiyi iqtisadi təsirlər, ərzaq məhsullarının qiymətlərində artımlar Qərb insanlarının təxminən yarısında yorğunluq yaradıb. Sosioloji sorğuların nəticələrinə görə, avropalılar müharibənin tez bitməsini və əvvəlki rahat nizamın bərpasını arzulayırlar. Müharibənin tez bitməsi Qərb siyasilərinin və siyasi dairələrinin bir çoxlarının da marağındadır.

DİA.AZ-ın məlumatına görə, Azərbaycan Media Hüququ İnstitutunun yaradıcısı, uzun illərdir Avropada yaşayan azərbaycanlı ictimai-siyasi fəal Rəşid Hacılı AYNA-nın mövzu ətrafındakı suallarını cavablandırarkən bildirib ki, Avropa Ukraynadakı müharibənin acı meyvələrini ən çox yeyən bölgədir:

- Ukraynanı və Rusiyanı çıxsaq, ən çox ziyan Avropa ölkələrinə dəyir. Ukraynanın 10 milyonlarla qaçqınına Avropa ölkələri qucaq açıb, qaçqınları yerləşdirib. Ev, gündəlik yaşayış, tibb, təhsil, sosial dəstəyin bütün formaları ilə təmin ediblər. İqtisadiyyatı və maliyyə imkanları məhv olmuş Ukraynaya milyardlarla yardım edirlər. NATO üzvü olan ölkələr kimi hərbi yardımlarda yaxından iştirak edirlər.

Savaş və bunun nəticəsində Rusiyadan gələn qaz və neftdən imtina enerji qiymətlərini artırıb. Koronavirus pandemiyasından onsuz da sarsılmış Avropa iqtisadiyyatını bu savaş böhran durumuna gətirib. Faktiki olaraq, Avropa həm Rusiya, həm də elə Ukraynadan daha sərfəli şərtlərlə aldığı önəmli mallardan məhrum olub. Məsələn, gübrələr, müxtəlif kimyəvi xammallar, metallar, ərzaq, başqa kənd təsərrüfatı məhsulları və s. qıtlığı yaranıb. Sonucda Avropa bu malları yeni bazarlardan daha baha qiymətə almaq məcburiyyətində qalıb. Malların daşınması üçün nəqliyyat xərcləri də artıb. Bütün bunlar Avropa ölkələrində bütün malların qiymətlərinin yüksəlməsinə, qarşısıalınmaz inflyasiyaya gətirib çıxardı.

Üstəlik, Rusiya kimi böyük bazar istehsalçıların və dilerlərin əlindən çıxıb. Sanksiyalar Rusiya ilə Avropa arasında böyük dəmir pərdə yaradıb. Məsələn, ABŞ üçün savaş bu qədər problemlər yaratmayıb. ABŞ Avropanın yaşadığı bu böhranlardan çox uzaqdır. ABŞ iqtisadiyyatının Rusiya və Ukrayna iqtisadiyyatı ilə elə də bağlılığı yoxdur. Enerjiyə gəldikdə isə, ABŞ özü enerji satıcısıdır və savaşa görə artan enerji qiymətlərindən faydalanan ölkələr sırasındadır. ABŞ Rusiya qazını Avropa bazarında əvəzləyən əsas ölkələrdən biridir.

Bütün bunlara əlavə olaraq, savaşın daha da alovlanacağı təqdirdə, məhz Avropa savaş teatrına çevrilmək riski ilə üz-üzədir. Rusiyanın Polşaya qarşı artan hədələri bu riskin xəyali olmadığını göstərir. Qeyd etdiyim bu amillər Avropa ölkələrinin bu savaşa, onun tərəflərinə, gedişat və sonuclarına münasibətin biçimlənməsində həlledici rol oynayır. Amma başqa amillər də var.

- Lakin hələ də Ukraynaya dəstək davam edir...

- Təbii ki, davam edir. Avropa hökumətlərinin savaş və tərəflərə münasibətini az-çox bilirik. Böyük Britaniya ilk gündən tam dəstək verdi və anti-Rusiya koalisiyasının formalaşmasında böyük rol oynadı. Sabiq Baş nazir Boris Consonun fəallığı sayəsində xeyli dərəcədə dəstək artdı. Ondan sonrakı hökumət başçıları da bu xətti davam etdirdilər. Polşa da ilk gündən Ukraynanın əsas dəstəkvericilərdən oldu və olaraq qalır.

Amma gördük ki, Avropanın böyük ölkələrinin hökumətləri sanki bir qədər tərəddüdlü idi. Hərbi dəstək məsələsini xüsusilə, çox ölçüb-biçirdilər. Bu siyasəti yürüdənlər daha çox Almaniya, sonra Fransa, İtaliya və İspaniya oldu. Bu ölkələrdə hətta bu gün də Ukraynaya ağır hücum silahları verilməsinə çəkingənliklə yanaşırlar. Düzdür, İspaniya “Leopard-2” tankları verdi. Fransa uzaqmənzilli raketlər verdi. Amma F-16-ların verilməsinə qarşı çıxınlar bu gün də var. Onlardan fərqli olaraq Niderland və Danimarka bu addımı atdı.

Sanki hələ Avropanın böyük ölkələri Rusiya ilə açıq və birbaşa konfrontasiyaya girməməyə üstünlük verir. Onlar bu savaşa daha çox cəlb olunmaqla savaş tərəfinə çevrilə biləcəkləri perspektivindən qorxurlar və müharibənin Rusiya ilə Ukrayna arasında qalması və mümkün qədər tez başa çatmasını istəyirlər.

- Bəs Avropa insanı Ukraynadakı müharibə barədə nə düşünür?

- Rusiya-Ukrayna savaşına ictimai rəy və onun ayrı-ayrı budaqları və dinamikasını izləmək çox maraqlıdır. Avropaboyu geniş, əhatəli ictimai rəy öyrənimləri savaşın başlanğıcında və bir ilinin tamamında gerçəkləşdirilib. Burada istinad etdiyim ictimai rəy öyrəniminin müəllifi Fransa oturumlu IfOP qurumudur. İctimai rəy öyrənimin gerçəkləşdirildiyi tarix 2023-cü ilin fevral ayıdır.

İctimai rəyin öyrənilməsi aşkar edir ki, zaman keçdikcə avropalıların savaşa diqqəti azalır. Başqa problemlər avropalıları daha çox məşğul etdikcə - özəlliklə, maliyyə problemləri və inflyasiya - savaş çoxları üçün ikinci plana keçir. Hətta bu savaşda Ukraynanın tərəfini tutanların da faizində azalma var.

Yuxarıda qeyd etdiyim kimi, rəqəmlər 6 ay öncənindir. Dinamikanın yönü onu deməyə əsas verir ki, rəqəmlər son 5-6 ayda neqativ yöndə dəyişməkdə davam edib. Rəy nəticələrinə görə, Birləşmiş Krallığın (Britaniya) əhalisinin 82 faizi Ukraynanın tərəfini tutur. Bu, Avropada ən yüksək faizdir. Britaniyada Rusiyanı bəyənənlərin faizi 15-dir. Ukraynanın tərəfini tutanların faizinə görə ikinci yerdə Polşa gəlir. Polyakların 79 faizi Ukraynanın, cəmi 9 faizi Rusiyanın yanındadır. 12 faiz isə neytral mövqedədir.

Rəyi öyrənilən ölkələr içində Ukraynanı dəstəkləyənlər sırasında üçüncü yerdə İspaniya (74 faiz), dördüncü yerdə Niderland (71 faiz), beşinci yerdə Fransa (64 faiz), 6-cı yerdə İtaliya (62), 7-ci yerdə Almaniya (61 faiz) gəlir. Almaniyada əhalinin 21 faizi Rusiya tərəfdarıdır. İtaliyada rusiyayönümlülərin faizi daha yüksəkdir – 23 faiz.

Görürük ki, özəlliklə iki ölkənin insanları daha çox Ukrayna yanlısıdır - Böyük Britaniya və Polşa. Hər iki ölkədə hökumətlər də əhali kimi Ukraynaya hərtərəfli dəstəkdə israrlıdır.

- Bunun səbəbləri maraqlıdır...

- Səbəblər fərqlidir. Böyük Britaniya savaş teatrından uzaqdadır və müharibənin nisbətən daha az təsir etdiyi ölkədir. Buna baxmayaraq, Britaniyanın dünya düzənindəki rolu və məsuliyyəti, hədəfləri öz sözünü deyir. Eynən, ABŞ kimi. Əksinə, Polşa savaşa çox yaxındadır və bir növ, davanın içindədir. Üstəlik, Rusiyanın ən çox hədələdiyi ölkə də məhz Polşadır.

Almanların, italyanların və fransızların savaşan tərəflərə münasibəti çox maraqlıdır. Bu ölkələr Avropanın aparıcı ölkələridir, Avropanın iqtisadiyyatının böyük hissəsi onlardadır. Ona görə də iqtisadi böhranı və formalaşmış iqtisadi bağların dağılmasını daha çox hiss edirlər. Bu ölkələr savaşın uzanmasının onların iqtisadiyyatı və deməli, maliyyə imkanları, sosial proqramları üçün fəsadlar törədəcəyinin daha çox fərqindədirlər.

Avropanın bu ölkələrinin hökumətləri savaşın bir an öncə bitməsində maraqlıdır. O üzdən, elə başlanğıcdan Ukraynaya hərbi dəstək verməkdə tərəddüd edirdilər. Onlar savaşda tərəf olmaqdan çəkinirlər. Üstəlik, bəziləri Ukraynaya yersiz ümidlər verib savaşı alovlandırmağa qarşıdır, Ukraynanın itkilərlə barışacağını və beləliklə daha tez atəşkəs əldə ediləcəyini hədəfləyirdilər. Çünki, onlar yaxşı bilirlər ki, Rusiya məğlub olmasa, işğal edib özünə birləşdirdiyi torpaqlardan çıxmayacaq. Və Rusiyanı qısa zamanda hərbi yöndən məğlub etmək də müşkül olacaq. Ən yaxşı halda, bu savaş illər aparacaq. Bu isə Avropa üçün fəlakət deməkdir. Rusiyanın tamamilə çöküb dağılmasının da fəsadlar mənbəyi olacağı düşüncəsi var.

Dediyim kimi, müharibə uzandıqca Avropa əhalisinin savaşla maraqlanma faizi azalır. Adamlar müharibəyə alışırlar, adi, gündəlik hadisə kimi qavramağa başlayırlar. Başqa məsələlər savaşın gündəmdəki yerini sıxışdırıb qırağa itələyir.

- Yəni ki, avropalılar müharibədən yorulublər – istər rəsmilər, istərsə də cəmiyyətlər?

- Baxın, savaşın ilk dönəmində bu mövzu 10 fransızdan səkkizinin gündəlik söhbətləri sırasında idi. Bir il keçəndən sonra 10 fransızdan 5-i bu mövzudan danışıb. Tam əminliklə demək olar ki, indi, savaşdan il yarım keçəndən sonra bu rəqəm daha da aşağıdır. Etiraf edək ki, medianın hesabına bu mövzu hələ də az-çox gündəmdə qalır.

Savaş başlayanda 82 faiz əhalinin Ukrayna yanlısı olduğu Fransada bir il sonra bu rəqəm 64 faizə düşüb. Almaniyada isə bu faiz 86-dən 61-ə enib. İtaliyada 80 faizdən 62-yə enib. Hətta Polşada faiz 91-dən 79-a düşüb. Bu ilin fevralından bəri bu faizlərin bütün Avropaboyu daha da azaldığını nəzərə almaq lazımdır.

Bu fonda Rusiyanın pis imicində də dəyişiklik olub. Fransada savaşın əvvəlində 21 faiz əhali Rusiyanı bəyənib. Bir il keçəndən sonra bu rəqəm 16 faizə enib. Maraqlıdır ki, bəzi ölkələrdə Rusiyanı bəyənənlərin faizi artıb. Almaniya, İspaniya və Polşada bu artım az olub. İtaliyada isə Rusiyanı bəyənənlərin faizi 13 faizdən 23 faizə yüksəlib.

Siyasi qüvvələr arasında da Ukrayna və Rusiyaya yönəlik münasibət fərqlidir. Sağ və sol mərkəzçi siyasi rəy daha çox Ukrayna yanlıdır. Sağçı radikallar, ultrasağçılar isə daha çox Rusiya tərəfindədirlər. Solçu radikallar içində də Putin Rusiyasının tərəfini tutanlar çoxdur.

Məsələn, Fransada Emmanuel Makronun seçicilərinin (mərkəzçilər) 87 faizi Ukraynanın yanında olduğu halda, bu, solçu melanşonçularda 62 faiz, qatı sağçı lepençilərdə 49 faiz, ultrasağçı erikzemmurçularda cəmi 47 faizdir. Sonuncuların 40 faizi Rusiyaya isti baxır. Marine Le Penin tərəfdarlarının 19 faizi rusofildir.

Oxşar durum Almaniyadadır. Hakim sol mərkəzçi partiya tərəfdarları arasında Ukraynaya simpatiya bəsləyənlər 76 faizdir. Ultrasağçı AfD və NDP-də isə 36 faiz. Bunların 41 faizi Rusiya simpatizanıdır. Alman radikal sağçılarının isə 30 faizinin Rusiyaya rəğbəti var.

İtaliyadakı hakim ultra sağçı partiyanın (Baş nazir Giorgia Meloni) tərəfdarlarının cəmi 56 faizi Ukraynaya rəğbət bəsləyir.

Rusiyaya qarşı sanksiyalar barəsində rəylər də maraqlıdır. Almanların cəmi 62 faizi sanksiyaları dəstəkləyir. İtalyanların 65 faizi, fransızların 67 faizi sanksiyaları dəstəkləyib.

Savaşın əvvəlində sanksiyalar qoyulması tərəfdarları Almaniyada 80 faiz (18 faiz azalma), İtaliyada 80 faiz (15 faiz azalma) olub. Son aylarda inflyasiyanın və qiymətlərin kəskin artımı səbəbindən sanksiyaları dəstəkləyənlərin faizinin azalacağına şübhə yoxdur.

- Kiyevə hərbi yardımla bağlı avropalıların düşüncəsi necədir?

- Ukraynaya hərbi yardım, silahlar verilməsi tərəfdarları savaşda Ukraynanın tərəfini tutanların, Rusiyaya sanksiyalar qoyulması və Ukraynaya maliyyə yardımları verilməsi tərəfdarlarınn faizindən aşağıdır. Yəni ki, Ukraynanı dəstəkləyənlərin heç də hamısı ona silah verilməsini istəmir.

Bu ilin fevralında polyakların 80, britaniyalıların 70, niderlandlıların 67, ispanların 60 faizi Ukraynaya silahlar verilməsini dəstəkləyib. İspanların 32 faizi buna “yox” deyib. Fransızlar, almanlar və italyanlar bu məsələdə daha çəkingəndirlər. Fransızların 54 faizi “hə”, 27 faizi “yox”, almanların 52 faizi “hə”, 41 faizi “yox”, italyanların isə 49 faizi “hə”, 42 faizi “yox” deyib.

Almaniyada dinamikaya fikir verin. Savaşın başlanğıcında Ukraynaya silah verilməsini 60 faiz əhali dəstəkləyib. Bir il sonra bu rəqəm 8 bal azalıb, 52 faiz olub. Silah verilməsi əleyhinə olanlar isə artıb. 2022-nin martında əleyhinə olanlar 28 faiz olub, bir il sonra 41 faiz. Fransada Ukraynaya silah vermək yanlıları bir ildə 65 faizdən 54 faizə düşüb.

Maraqlı faktlardan biri də odur ki, qadınlar kişilərdən fərqli olaraq, Ukraynaya silahlar verilməsinə daha çəkingən mövqedədirlər. Fransada kişilərin 62, qadınların isə 46 faizi, Almaniyada kişilərin 60, qadınların 43 faizi Ukraynaya silah verilməsini dəstəkləyir. Bu, qadınların ümumiyyətlə ordu, silah, zorakılıq və savaş məsələlərində çəkingən olmaları ilə izah edilir.

Ukraynaya silah verilməsinə gənclərə nisbətən yaşlı əhali daha rəğbətlə yanaşır. Niderlandda 65 yaşdan yuxarı əhalinin 82 faizi, 35 yaşdan aşağı əhalinin isə 56 faizi bunu dəstəkləyir. Böyük Britaniyada müvafiq olaraq yaşlıların 87, gənclərin 62 faizi, İspaniyada yaşlıların 70, gənclərin 47 faizi bunu dəstəkləyir.

Başqa Avropa ölkələrində də mövqelər buna yaxındır. Hipotez belədir ki, Avropada 35 yaşdan aşağı gənclər içində pasifizm ənənəyə çevrilir. Üstəlik, 65 və yuxarı yaşlılar Berlin divarları çökəndə 30-35 yaşlarında olublar. Onlar SSRİ ilə geopolitik qarşıdurma dövrünü görüblər və SSRİ-nin Avropa üçün təhlükə sayıldığı zamanları yaşayıblar. Bu baxımdan SSRİ-nin varisi olan Rusiyanın aqressivliyini daha çox başa düşürlər və ona qarşı daha döyüşkən ruhludurlar

Aşkar göründüyü kimi, ölkələrin ictimai rəyi hökumətlərin bu məsələdəki siyasətindən çox da fərqlənmir. Polşa hökuməti Ukraynaya ən çox hərbi dəstək verir və başqa Avropa hökumətlərini də buna çağırır.

- Bir də Ukraynanın Avropa Birliyi və NATO üzvlüyü məsələsi var. Buna baxış necədir?

- Ukraynanın Avropa Birliyi üzvlüyü perspektivinə ən skeptik yanaşan ölkələr məhz AB-nin böyük ölkələri - Almaniya, Fransa və İtaliyadır. Almanıya əhalisinin 48 faizi, Fransanın 45 faizi, İtaliyanın isə 37 faizi bunun əleyhinədir.

Çıxarıla bilən ümumi sonuc odur ki, savaşın neqativ təsirlərinə və öz problemlərinə, risklərə baxmayaraq avropalılar ümumən, ukraynalıları bu savaşla təkbaşına buraxmaqdan uzaqdırlar. Ukraynanı dəstəkləməyin mənəvi-əxlaqi, ədalət prinsiplərindən irəli gəlməsi ilə yanaşı, avropalılar Ukraynanın müdafiəsinin bütün Avropanın güvənliyi üçün önəmli olduğunu, geriyə yol və başqa vasitələr olmadığını anlayırlar.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ramin İsayevin əmlakı müsadirə edilə bilər - 15 il həbsi istənilir
Dünən, 23:43
İrandan Zəngəzurla bağlı növbəti AÇIQLAMA - “Dəhlizin yaradılması…”
Dünən, 23:41
Xadimələrə maşınını yudurdan Esmira Məmmədova işdən ÇIXARILDI
Dünən, 23:38
Bakıda qadın ərinin başına telefonla vuraraq öldürüb?
Dünən, 18:03
Vəkili "Oleq Bakinski"yə bəraət istədi
Dünən, 17:54
Naxçıvanda tərxis olunan əsgərlər Bakıya qayıda bilmir - NARAZILIQ VAR...
Dünən, 17:52
Azərbaycanda 9 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri - MƏLUM OLDU
Dünən, 17:48
Rövşən Lənkəranskinin yaxını olan "qanuni oğru" axtarışa verildi - Bu "sxodka"ya görə
Dünən, 17:45
"Bundan sonra küsmək, ayrılmaq yoxdur"
Dünən, 17:30
Yaxın Şərqin təhlükəsizliyini yalnız iki qüvvə təmin edə bilər - Azad İsazadə
Dünən, 17:27
Rusiyanı diz çökdürəcək qərar VERİLDİ
Dünən, 17:25
Şəxsi həyatla gündəmə gəlmək ayıb deyil?! – Aşıq Zülfiyyə bu dəfə susmadı
Dünən, 17:23
İrəvanda kim kimi devirəcək? - GƏLİŞMƏ
Dünən, 17:19
“TBC Kredit" BOKT-un lisenziyası onun öz istəyi ilə ləğv edilib
Dünən, 17:16
Tiflis İrəvana rədd cavabı verib
Dünən, 17:14
Rusiya-İran iş birliyi regiondakı problemlərin mənbəyidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:10
Məşhur türk milyonçunun nikahı ləğv edildi
Dünən, 17:08
“Rusiya Trampın ultimatumuna məhəl qoymadı və Ukraynanı vurmağa davam edir” - “The Hill”
Dünən, 17:03
“Məni şərləyib işdən çıxarmaq istəyirlər” – Kollecdə təzyiq iddiası
Dünən, 16:59
"Allah telefon çıxardanın qapısını bağlasın"
Dünən, 16:54
Azərbaycanın tələbi gündəmdə qalır - İLGİNC DETALLAR
Dünən, 16:52
Nazim Eynallı: Keçən il səsi ucadan çıxmışdı, indi də tüstüsü ərşə qalxıb... - VİDEO
Dünən, 16:47
Wolt kuryerləri ayağa qalxdı: “Ya işimizi düzəldin, ya çantamızı qoyub gedirik!” - TƏFƏRRÜAT
Dünən, 15:43
Müəllim direktoru hədələyib? - BU NƏDİ BELƏ?
Dünən, 15:39
AMB “Azsığorta”ya icrası məcburi sərəncam verib
Dünən, 15:28
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi işçilərinin qanunsuz əməlləri - İTTİHAM VAR...
Dünən, 15:27
BƏXTİ QARA NAXÇIVAN: Bu istidə... - GİLEY
Dünən, 15:23
“Nə oldu, Paşinyan?” ifası ilə məşhurlaşan Elçin həbs edildi - TƏFƏRRÜAT
Dünən, 13:03
Bu gün Oleq Bakinskinin məhkəməsi olacaq - hökm verilə bilər
Dünən, 13:01
Zəfər Salnaməsindən rəqəmsal dövrə uzanan yol - MƏQALƏ
Dünən, 11:58
“FS Club Badam”da kisəçi işləyən şəxs müştərinin başına oyun açdı - ŞOK TƏFƏRRÜAT
Dünən, 11:55
“Prior Credit BOKT”un rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Dünən, 11:06
Azərbaycanda ABŞ-ın IAAI şirkətinin rəsmi hərrac mərkəzi açıldı
Dünən, 11:05
ABŞ Cənubi Qafqaza Zəngəzur üzərindən qayıdır? - Barakın təşəbbüsünün pərdəarxası
Dünən, 11:03
Fransanın bu şəhəri “Stalinqrad” adından imtina edir: - Əhali razılaşmır
Dünən, 11:02
Bir həftə əvvəl yaradılan şirkət də - SATIŞA ÇIXARILDI
Dünən, 10:53
Müğənni Rəqsanədən ETİRAF: - “Fazil müəllim borclarımı ödəyib, mənə evlər aldı”
Dünən, 10:52
Belçika parlamentindən Azərbaycana qarşı ədalətsiz və qərəzli qətnamə – suverenliyimizə hücum!
Dünən, 10:48
Xəstəxanada adam öldürən azərbaycanlılara 31 il həbs cəzası verildi
Dünən, 10:46
“UNEC-in Dərbənd filialı ilə bağlı vəziyyət ali təhsil sistemində böhranın göstəricisidir” -EKSPERTDƏN İLGİNC AÇIQLAMA
Dünən, 10:40
Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 10:35
Qusara yeni prokuror təyin olundu - ƏMR
Dünən, 10:23
NƏHAYƏT: Bu evlərə “kupça” veriləcək - AKTUAL
Dünən, 10:22
Aİ səfirləri Rusiyaya qarşı 18-ci sanksiyalar paketini razılaşdırıblar - KİV
Dünən, 10:16
Əmək normalarının tətbiqi... - Ekspert danışır...
Dünən, 10:15
Azərbaycan Mərkəzi Bankı “Kabox”un lisenziyasını ləğv edib
Dünən, 10:10
Tovuzun icra, başçısı kartof alverinə girişib, sahələri ələ keçirib - AY MAŞALLAH...
Dünən, 10:09
Makronun Tiranadakı jestləri məğlubiyyətin rəmzidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 10:07
“Zəngəzur dəhlizi hərbiləşdirilmədən təhlükəsizliyə təminat mümkün deyil” - İlham İsmayıl
Dünən, 10:05
Katolikosun uzaqlaşdırılması “əməliyyatına” Arayik rəhbərlik edir… - Paşinyan narazıdır…
Dünən, 10:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru