“Qiyamət ssenarisi” işə düşdü: Putinin cavabı gözlənilir .....                     Tramp Azərbaycanın “İbrahim sazişləri”nə qoşulması üçün şərt qoyub? .....                     Rusiya Azərbaycandan öncə Qazaxıstana SAVAŞ AÇIR? .....                     "Görkəmli şəxsin hətta şöhrətli ölümünə də paxıllıq edirlər..." .....                     "Heç olmasa, Türkiyədən öyrənin..." .....                     Vaxtilə ölkədən valyuta çıxarmaqda ittiham olunurdu... .....                     Prezident Administrasiyasının əməkdaşı vəfat etdi .....                     "Bir gün o yuxarıdan başıüstə yerə gələcəksən..." .....                     UEFA çətiri altında Azərbaycansayağı biabırçılıq .....                     “İran fars şovinizmindən çıxa bilmir, ya da istəmir” .....                     Rusiya Azərbaycanı ÇOXDAN İTİRİB... .....                     Deputatlarımızın MOSKVA QORXUSU .....                     Elm və Təhsil Nazirliyi günahkardır, yoxsa Səhiyyə Nazirliyi? .....                     FAKT BUDUR: Məhsul sahələrdə qalıb, alıcı tapılmır .....                     Gümrüdəki Rusiya hərbi bazası ilə bağlı məlumatların məqsədi nədir .....                     Azərbaycanı geri çəkilməyə məcbur etmək istəyirlər .....                     "Bu səfər mənim üçün ona görə də daha dəyərli oldu ki..." .....                     Şahin Şıxlinski könüllü təslim olub .....                     Banklardan kredit almaq daha da çətinləşdi: .....                     Parlaq rektorun füsunkar təklifinə qoşulaq: Leninə qayıdaq... .....                     "Miloşeviçin yolu ilə: Putin-Lavrov siyasətinin iflası" .....                     Rusiya sərt üzünü kimə göstərir? .....                     Naxçıvanda OĞRU ELƏ BAĞIRDI Kİ... .....                     CHP-dən Zəngəzur açıqlaması: Azərbaycanın nəzarətində olsun .....                     Bakının Yaxın Şərq planı: Nəyə hesablanıb? .....                     Bakı ilkə imza atdı, Türkiyənin yolu açıldı .....                     Azərbaycanda problemli kreditlər artır .....                     Ayaz Salayev Mədəniyyət Nazirliyinin Fəxri diplomuna layiq görüldü .....                     Zəngəzur sadəcə yol deyil .....                     Dövlət qurumu 4,4 milyona "Vest-Ltd"dən nələr aldı? .....                     Tehranda su qıtlığına görə daha bir problem: .....                     Qalmaqallı generalın qardaşı arvadına qarşı külli miqdarda dələduzluq edildi .....                     Həbsxanada dustaqdan 2 ədəd biz tapıldı .....                     Putin-Tramp dialoqu: Dünya buna köklənib... .....                     Bolqarıstandan azərbaycanlı iş adamına .....                     Dünyanı gəzdi, Azərbaycan-Gürcüstan sərhəddində ilişdi… .....                     Rusiya Köçəryanı yenidən aktivləşdirir: .....                     “Baku Steel Company”nin rəhbəri Kamal İbrahimovun bahalı maşın kolleksiyası .....                     ABŞ və Ermənistan birgə hərbi təlimlər keçirəcək .....                     Azərbaycan təyyarələri Zəngəzur üzərində: ermənilər təşvişə düşdü .....                 

Çin ipində oynayan mehriban düşmənlər: - Tehran-Ər-Riyad münasibətlərinin Cənubi Qafqaza sirayəti
Tarix: 23-06-2023, 15:48 | Çap et
Çin ipində oynayan mehriban düşmənlər:
İranla Səudiyyə Ərəbistanı Çinin vasitəsilə barışdıqdan sonra ikitərəfli münasibətləri keçmişi yaddan çıxarıb, gələcəyə baxmaq prinsipi ilə qurmağa başladılar.
Ancaq strateji “beyin hüceyrələri”ndə keçmişin izləri dərin izlər buraxıb, Tehranla Ər-Riyad bir-birinə qarşı jestlər etsələr də, ölkələrin xarici siyasət doktrinası dəyişməz olaraq qalır.
Bu doktrinanın dəyişəcəyi gözləntilərinə qapılmaq da mənasızdır, sadəcə olaraq, situativ gedişatlar iki dövləti bir-birinə yaxınlaşdırır.
Çin özünün ekspansiya siyasətini həmin yaxınlaşmanın arasına yerləşdirərək maraqlarını böyüdür, İranla Səudiyyə Ərəbistanı da Pekinin boy atan ağaclarının qol-budaqlarından yapışaraq irəliyə getməyi hədəfləyirlər.
Hədəflərə çatmaq üçün Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Tehrana səfər edərək Prezident İbrahim Rəisi və iranlı həmkarı Hüseyn Əmir-Abdullahianla görüşlər keçirdi.
Onun ayağı İran torpaqlarına dəyər-dəyməz Tehranın xarici siyasətindəki radikallığın qülləsi olan SEPAH ölkədəki aksiyaları təşkil edən 20 ölkə içərisində Səudiyyə Ərəbistanının olduğunu da iddia etdi.
Bu açıqlamanın müəllifi SEPAH-ın kəşfiyyat rəisi Məhəmməd Kazemidir, elə bununla da göründü ki, keçmiş gələcək siyasət üçün önəmli faktor olaraq qalır.
İran diplomatiyası üzərinə nizə qaldıran SEPAH üçün normal münasibətlər anlayışı yoxdur, o, öz enerjisini radikal yanaşmalardan və bununla bağlı anlayışlardan alır.
SEPAH gücünü sövdələşmələr və İran siyasətindəki səlahiyyətlərin mənimsənilməsi ilə qurduğu imperiya əsasında formalaşdırır. Buraya nəhəng biznes şəbəkəsindən tutmuş qara-qura işlərə qədər böyük bir areal daxildir.
Fərhanın Tehrana səfəri zamanı Əmir-Abdullahianla mətbuat konfransı zamanı insidentin yaşanması xəbərləri də yayılıb, bu qalmaqal, həqiqətən, baş veribsə, səbəbi yenə SEPAH-dır.
“Iran International” yazır ki, iyunun 17-də Fərhanla Əmir-Abdullahian arasında danışıqların yekununda keçiriləcək mətbuat konfransının yeri qəfil dəyişdirilib.
İran XİN otağın dəyişdirilməsinin səbəbini texniki problemlə əlaqələndirir.
Hərçənd, sosial şəbəkələrdə müzakirə gedir ki, Səudiyyə Ərəbistanının nümayəndə heyəti SEPAH-ın Qüds Qüvvələrinin həlak olan komandanı Qasım Süleymaninin portretinin asıldığı məkanda media önünə çıxmaqdan imtina edib.
Görünür ki, İranda SEPAH başda olmaqla Səudiyyə Ərəbistanına qarşı istehzalı mövqenin dirçəlməsində maraqlı olanlar var. Səudiyyə Ərəbistanından olan nümayəndə heyətinin həssaslığı nəzərə alınmayaraq Qasım Süleymaninin portretinin asılması da elə radikal qüvvələrin əl işi kimi görünür.
İranla Səudiyyə Ərəbistanı arasındakı münasibətlərdə keçmiş düşmənçiliyə eyham vuran baxışlar qalacaq, Fərhanın Tehrana səfəri regionda sülh yolunda inkişaf kimi qiymətləndirilsə də, tərəflərin Yəmənlə bağlı baxışları dəyişmir. Hərçənd, sülhdən danışmaq da yersizdir, uzun müddətdir Yəməndə bir-birinə qarşı proksi müharibə aparan İranla Səudiyyə Ərəbistanı əks tərəfləri dəstəkləməyə davam edəcəklər.
Yəni münasibətlər “mehriban düşmən” müstəvisində qalacaq, diplomatik münasibətlər bərqərar olsa da, strateji yanaşmalardakı bazalardan əl çəkilməyəcəyini görmək mümkündür.
Çin üçün də mütləq barışıq lazım deyil, idarəolunan nizamlanma prosesi onun genişlənmə siyasəti üçün kifayət edir - ən azından, indi üçün.
Çünki Çin ABŞ-nin Yaxın Şərq siyasətindəki axsamalardan dolayı qlobal nizama alternativ baxış təqdim etməyə çalışır. Buna görə də İranla Səudiyyə Ərəbistanı arasında mübahisələr qalsa da, onları bir araya gətirən formullar Çin üçün diplomatik qələbə sayıla bilər.
Çin-Səudiyyə Ərəbistanı-İran üçbucağındakı diplomatiya Cənubi Qafqaz regionunda da təsirlər yaratmaqdan uzaqda deyil.
Nəzərə almalıyıq ki:
- Səudiyyə Ərəbistanı Azərbaycanın dəstəkçisidir, Ermənistanla münasibətləri yoxdur;
- Çin Azərbaycanın və Gürcüstanın geoiqtisadi önəmlərindən pay götürməyi davam etdirmək niyyətindədir;
- İran Ermənistanı strateji müttəfiqi kimi görür, Gürcüstanda proksi qüvvə formalaşdırmağa cəhd edir;
- İran Zəngəzur dəhlizinin Azərbaycan və Türkiyə üçün strateji əhəmiyyətinə maneə yaratmaq istəyir.
İranın Cənubi Qafqaz siyasəti Səudiyyə Ərəbistanından fərqli olaraq daha dinamikdir və aktual gündəliyə söykənir, ona görə də Tehran çalışacaq ki, Çini öz tərəfinə çəksin.
Səudiyyə Ərəbistanı isə Azərbaycan-Türkiyə müttəfiqliyindən əldə edəcəyi dividendləri Ermənistanın və İranın maraqları naminə xərcləməkdə maraqlı deyil.
İstənilən vəziyyətdə, Cənubi Qafqaz platforması İranla Səudiyyə Ərəbistanındakı münasibətlərin normallaşması fonunda yeni ssenarilərə hazırlaşmalıdır.
Aqşin Kərimov - DİA.AZ










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Qiyamət ssenarisi” işə düşdü: Putinin cavabı gözlənilir - Soyuq Müharibədən bəri görünməmiş addım
Bu gün, 09:17
Tramp Azərbaycanın “İbrahim sazişləri”nə qoşulması üçün şərt qoyub? - İLGİNC
Bu gün, 09:15
Rusiya Azərbaycandan öncə Qazaxıstana SAVAŞ AÇIR? - NƏ BAŞ VERİR?
Bu gün, 09:10
"Görkəmli şəxsin hətta şöhrətli ölümünə də paxıllıq edirlər..." - REAKSİYA
Bu gün, 09:05
"Heç olmasa, Türkiyədən öyrənin..." - AQTA-nın nəzərinə...
Bu gün, 07:30
Vaxtilə ölkədən valyuta çıxarmaqda ittiham olunurdu... - İNDİ İSƏ ...
Bu gün, 07:12
Prezident Administrasiyasının əməkdaşı vəfat etdi
Bu gün, 07:05
"Bir gün o yuxarıdan başıüstə yerə gələcəksən..." - ETİRAZ VAR!
Bu gün, 07:03
UEFA çətiri altında Azərbaycansayağı biabırçılıq - Bağlı tualetlər, bunker media otaqları, sınıq, toz basmış oturacaqlar...
Bu gün, 06:00
“İran fars şovinizmindən çıxa bilmir, ya da istəmir” - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 05:57
Rusiya Azərbaycanı ÇOXDAN İTİRİB... - ƏSLİNDƏ...
Bu gün, 05:55
Deputatlarımızın MOSKVA QORXUSU - AXI NİYƏ?..
Bu gün, 05:48
Elm və Təhsil Nazirliyi günahkardır, yoxsa Səhiyyə Nazirliyi? - AKTUAL
Bu gün, 05:36
FAKT BUDUR: Məhsul sahələrdə qalıb, alıcı tapılmır - NƏ ETMƏLİ?
Bu gün, 05:20
Gümrüdəki Rusiya hərbi bazası ilə bağlı məlumatların məqsədi nədir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:18
Azərbaycanı geri çəkilməyə məcbur etmək istəyirlər - buna imkan vermək olmaz!
Bu gün, 05:05
"Bu səfər mənim üçün ona görə də daha dəyərli oldu ki..." - FOTO
Bu gün, 05:03
Şahin Şıxlinski könüllü təslim olub - həbsdən öncə İlham Əliyevə müraciət etmişdi
Bu gün, 04:58
Banklardan kredit almaq daha da çətinləşdi: - Yeni qaydalarda nələr var?
Dünən, 21:19
Parlaq rektorun füsunkar təklifinə qoşulaq: Leninə qayıdaq... - BU NƏDİ BELƏ?
Dünən, 21:17
"Miloşeviçin yolu ilə: Putin-Lavrov siyasətinin iflası" - "Deutsche Welle"
Dünən, 17:02
Rusiya sərt üzünü kimə göstərir?
Dünən, 16:51
Naxçıvanda OĞRU ELƏ BAĞIRDI Kİ... - MƏHKƏMƏ İSƏ...
Dünən, 16:45
CHP-dən Zəngəzur açıqlaması: Azərbaycanın nəzarətində olsun - AÇIQLAMA
Dünən, 16:26
Bakının Yaxın Şərq planı: Nəyə hesablanıb? - DETALLAR
Dünən, 16:14
Bakı ilkə imza atdı, Türkiyənin yolu açıldı – Nəsiminin şəhəri ilə bağlı mühüm QƏRAR
Dünən, 16:13
Azərbaycanda problemli kreditlər artır - NİYƏ?
Dünən, 16:00
Ayaz Salayev Mədəniyyət Nazirliyinin Fəxri diplomuna layiq görüldü
Dünən, 15:57
Zəngəzur sadəcə yol deyil - bu, həm də milli təhlükəsizlik məsələsidir
Dünən, 15:40
Dövlət qurumu 4,4 milyona "Vest-Ltd"dən nələr aldı? - SİYAHI, TENDER NƏTİCƏSİ
Dünən, 15:36
Tehranda su qıtlığına görə daha bir problem: - İctimai tualetlər bağlanır
Dünən, 15:29
Qalmaqallı generalın qardaşı arvadına qarşı külli miqdarda dələduzluq edildi - TƏFƏRRÜAT
Dünən, 15:25
Həbsxanada dustaqdan 2 ədəd biz tapıldı - Nə üçün hazırlamışdı?
Dünən, 15:21
Putin-Tramp dialoqu: Dünya buna köklənib... - Görünəni odur ki...
Dünən, 15:18
Bolqarıstandan azərbaycanlı iş adamına AĞIR ZƏRBƏ
Dünən, 12:54
Dünyanı gəzdi, Azərbaycan-Gürcüstan sərhəddində ilişdi… - deputatdan AÇIQLAMA
Dünən, 12:51
Rusiya Köçəryanı yenidən aktivləşdirir: - Xocalı canisi Moskvanı Ermənistanın “keçəlinə dərman” kimi təqdim edir
Dünən, 12:48
“Baku Steel Company”nin rəhbəri Kamal İbrahimovun bahalı maşın kolleksiyası - FOTO
Dünən, 12:32
ABŞ və Ermənistan birgə hərbi təlimlər keçirəcək
Dünən, 12:28
Azərbaycan təyyarələri Zəngəzur üzərində: ermənilər təşvişə düşdü – FOTO
Dünən, 12:23
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:19
Ənvər Seyidov vəfat etdi
Dünən, 12:16
"İmtahanlar saxtalaşdırıldı, övladımın haqqı tapdalandı" - ETİRAZ
Dünən, 12:12
“Rusiya diplomatiyası ölüb, yeganə dilləri müharibədir” - FAKT BUDUR...
Dünən, 11:47
İçərişəhərin Qala divarlarında təmir işləri aparılacaq - 4 milyonluq müqavilə
Dünən, 11:41
Portalda nasazlıq 200 minə yaxın dəyəri olan tenderi LƏĞVƏ SÜRÜKLƏDİ - TƏFƏRRÜAT
Dünən, 11:37
Ermənistan təyyarələri Azərbaycan səmasından istifadə edir? - Rəsmi açıqlama
Dünən, 11:35
Krım türkləri Moskvanı yandırdı... - Tofiq Zülfüqarovun şifrəli mesajının açması...
Dünən, 11:28
Şəki İnzibati Məhkəməsinin sədri Rüstəm Kərimli şəhid anasından nə istəyir - GİLEY
Dünən, 11:24
"Eyyub Yaqubov və Brilliant Dadaşovanın repertuarı bizi toy bazarına saldı…"
Dünən, 11:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru