İngiltərədə вЂ?COVID vəsiqələri’ icbari oldu
Tarix: 15-12-2021, 08:30 | Çap et
 DİA.AZ: - Britaniya parlamenti dekabrın 14-də çox qızğın debatların ardınca İngiltərə ərazisində COVID vəsiqələrini məcburi edən qanunu qəbul edib.
Hökumətin “B planı” adlandırdığı məhdudlaşdırıcı karantin tədbirlərinə dair bu qanunvercilik aktına qarşı 100-dək mühafizəkar millət vəkili “üsyan” edib.
DİA.AZ-ın məlumatına görə, BBC yazır ki, bu, Boris Conson baş nazir olandan bəri onun öz partiyasından onun əleyhinə ən böyük çıxış olub.
Lakin 99 mühafizəkarın hökumətin əleyhinə səs verməsinə baxmayaraq, qanun 243 səs fərqi ilə qəbul edilib.
Beləliklə, Britaniya Milli Səhiyyə Xidmətinin (NHS) tam vaksin olunanlara və ya koronavirus testinin nəticəsi mənfi olanlara verdiyi COVID vəsiqələri gecə klubları, bar və restoranlar da daxil bir çox böyük ictimai məkanlara giriş üçün icbari olacaq.
Millət vəkilləri habelə qapalı yerlərdə maska taxılmasını icbari edən tədbiri qəbul ediblər.
Bu qanun səsə qoyulmazdan əvvəl gecə klublarını idarə edən Night Time Industries qrupu narahatlığını bildirmişdi.
Assosiasiya bildirirdi ki, bu qaydaların qəbulu onun 2022-ci ildəki biznesini ciddi təsirləndirəcək. Qurum tədbirlər qəbul olunarsa, hökumətdən maliyyə dəstəyi istəyəcəyini bildirmişdi.
Gündəlik ev testləri müqabilində özünütəcridin aradan qaldırmasına dair müddəa parlamentdən mübahisəsiz və yekdilliklə keçib.
Səsvermədən az əvvəl baş nazir Boris Conson parlamentə qızğın müraciət etmişdi.
O öz partiyasından B planına qarşı çıxanlara müraciətlə demişdi ki, hökumətin bundan başqa seçimi yoxdur:
"Biz sadəcə olaraq ona arxayın ola bilmərik ki, Omikron yumşaq ola bilər”.
Conson bildirmişdi ki, Omikronun daha yüngül simptomlarla müşayiət olunması hələ elmi baxımdan tam isbat edilməyib və bu ştammın Delta variantından dəfələrlə yoluxucu olması xəstəxanaların “fəlakətli” şəkildə dolması ilə nəticələnə bilər.
Bu arada The Evening Standard qəzeti Omikron ştammının Londonda dominant varianta çevrildiyini yazır.
Son məlumata görə, indi Britaniya paytaxtındakı koronavirus yoluxmalarının 50 faizi Omikron ştammının payına düşür.
London xəstəxanalarındakı koronavirus pasientlərinin də sayı sıçrayışla artaraq 1360-a çatıb. Bu, mart ayından bəri ən yüksək göstəricidir.
Amma bu da xəbər verilir ki, xəstəxanaya düşənlərin əksəriyyəyi vaksin olunmayanlardır və onlar da əksərən Delta variantına yoluxublar.
Ekspertlər bildirirlər ki, Omikronun simptomları yumşaq olsa da, onun yüksək keçiciliyi yoluxmaları günə 200 min nəfərə çatdıra bilər.
London boyunca vaksinləmə məntəqələrində uzun növbələr yaranıb. Belə görünür ki, Omikron barədə xəbərlər çox sayda vaksin tərəddüdü keçirənləri son seçimə vadar edib.
Buna baxmayaraq, Britaniyada hələ də 2 milyonadək sakin ümumiyyətlə vaksin olunmayıb.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:36 |
|
|
|
• Razi Nurullayevdən yeni məmurlara etiraz: - “Hamıya oğru kimi baxırlar”
Bu gün, 12:31 |
|
|
|
• "Evimizdə xəyanət mövzusu gündəmə gəlməyib, səhvini üzünə vurmamışam" - Yaşar Nurininin həyat yoldaşı
Bu gün, 12:28 |
|
|
|
• Kremlin Karapetyan planı: - Rusiya öz əlaltılarını indi də Ermənistanda hərəkətə keçirir
Bu gün, 12:26 |
|
|
|
• Üfüqdə görünən sülh: danışıqlar belə davam edərsə... - GƏLİŞMƏ
Bu gün, 12:23 |
|
|
|
• Hindistanlı turistlərin Azərbaycana səfəri kəskin artıb – Boykot işə yaramayıb
Bu gün, 12:10 |
|
|
|
• TRT-nin Azərbaycan səhvi: Ərdoğan cəzalandırdı? - VİDEO
Bu gün, 12:05 |
|
|
|
• Putin Ukrayna müharibəsində ona pul toplayan azərbaycanlıları da hədəfə alır - FOOD CİTY-yə BASQIN GÖZLƏNİLİR
Bu gün, 11:55 |
|
|
|
• Cahid Şahbazovla bağlı RƏSMİ AÇIQLAMA
Bu gün, 11:53 |
|
|
|
• 36 ilin işçisi ixtisara salınır: HARA GETSİN BƏS? - MÜRACİƏT
Bu gün, 11:50 |
|
|
|
• DİM sədri yenə ekspertlərin BOSTANINA DAŞ ATDI - Mediada işimizi müzakirə edənlər sanki paralel həyatda yaşayır
Bu gün, 11:43 |
|
|
|
• “Təəssüf ki, bəzən yalnız ehsan süfrəsinə görə yasa gələnlər olur” -İLAHİYYATÇIDAN AÇIQLAMA
Bu gün, 11:40 |
|
|
|
• Türkiyə bazaları Azərbaycana GƏLİR, ölkəmiz NATO-ya ÜZV OLUR – Rusiya ŞOKDA!
Bu gün, 11:37 |
|
|
|
• Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək
Bu gün, 11:35 |
|
|
|
• Ukraynada hərbi vəziyyətin müddəti uzadılır
Bu gün, 11:31 |
|
|
|
• Azərbaycan və yeni Suriya: Bakı Yaxın Şərqin yeni düzənini necə formalaşdırır - İNCƏLƏMƏ
Bu gün, 11:30 |
|
|
|
• NDU-da QALMAQAL: “Dekan bizə cinsi əlaqə təklif etdi” - ŞOK TƏFƏRRÜAT
Bu gün, 11:23 |
|
|
|
• Tender bazarının daha bir ”XODGEDƏNİ”: ”SAFFİRA PLUS”... - DETALLAR
Bu gün, 11:15 |
|
|
|
• “Söz verdiyim kimi vəzifəmdən gedirəm, qoy sevincləri artıq olsun” - ANAR
Bu gün, 11:10 |
|
|
|
• Müştərini döyən “Uber”in sürücüsünə hökm oxundu
Bu gün, 11:09 |
|
|
|
• Rövşən Rzayev və Əli Həsənli şirkətin işçilərinə çox maaş yazıb sonra geri alırlar? - İTTİHAM VAR
Bu gün, 11:07 |
|
|
|
• “Kontakt Home” müştəriyə əzik kondisioner satdı - FOTO
Bu gün, 11:02 |
|
|
|
• "Rusiyaya uzaqmənzilli zərbələr endiriləcək" - Zelenski
Bu gün, 11:00 |
|
|
|
• Ərzaq bazarının monopolist şirkəti "Azərsun" medianı kababxanalara qaytarır - BU NƏDİ BELƏ?
Bu gün, 10:46 |
|
|
|
• İşəgötürən bu halda maddi və mənəvi məsuliyyət daşıyır - Ekspert danışır...
Bu gün, 10:35 |
|
|
|
• Ağlar günə qoyulan QUSAR TƏHSİLİ... - İTTİHAM VAR...
Bu gün, 10:30 |
|
|
|
• "Cahid Şahbazova cinayət işi açılıb" - TƏFƏRRÜAT
Bu gün, 10:27 |
|
|
|
• "Qızlar əncir yarpağında çölə çıxsalar bundan abırlıdır" - Xalq artisti
Bu gün, 10:23 |
|
|
|
• Abbas şikayətini geri götürmək üçün pul alıb - AÇIQLAMA
Bu gün, 10:21 |
|
|
|
• Dövlət Radiotezliklər İdarəsinin qızılgül, qərənfil, əklil almaq istəyi baş tutmadı
Bu gün, 10:17 |
|
|
|
• Düşünürdüm ki, Putin sözünün üstündə duran adamdır - Tramp
Bu gün, 10:16 |
|
|
|
• Qaxda günlük ev qiymətləri “OD-TUTUB yanır” - REPORTAJ
Bu gün, 10:14 |
|
|
|
• 9 saylı türmədə nələr baş verir? - NARAZILIQ VAR...
Bu gün, 10:08 |
|
|
|
• “Sədərək Yusif”in oğlunun evindən oğurluq edən qadınla bağlı qərar ləğv edildi - TƏFƏRRÜAT
Bu gün, 10:04 |
|
|
|
• Fazil Mustafaya sui-qəsd edənlərin ailəsi ondan imdad diləyib? - Deputat danışdı
Bu gün, 10:01 |
|
|
|
• Paşinyan Bakı və Ankaraya “təslim” oldu – İki ölkədən təxribat siqnalı
Bu gün, 09:57 |
|
|
|
• Karapetyan HƏBSDƏ OLSA BELƏ... - təşkilat yaradır...
Bu gün, 09:55 |
|
|
|
• Bu məktəbə direktor təyin olundu - ƏMR
Bu gün, 09:51 |
|
|
|
• "Azersun”un əməkdaşı HƏBS OLUNACAQMI? - Ortada sübut-dəlil olsa da...
Bu gün, 09:34 |
|
|
|
• Türkiyə telekanalında tarixi torpaqlarımız KÜRDLƏRƏ PEŞKƏŞ OLUNDU - AXI NİYƏ?
Bu gün, 09:28 |
|
|
|
• Naxçıvanda səhiyyə sistemi İFLAS EDİB - Əgər yolun xəstəxanalara düşərsə...
Bu gün, 09:24 |
|
|
|
• Nikol Paşinyan Brüsselə işgüzar səfərə yollanıb - KİV
Bu gün, 09:18 |
|
|
|
• Kibercinayətkarlardan görünməmiş əməllər: DTX ifşa etdi - TƏFƏRRÜAT
Bu gün, 09:12 |
|
|
|
• 100 manatlıq holdinqdə müştəriyə belə KƏF GƏLİRLƏR... - GİLEY
Bu gün, 09:10 |
|
|
|
• Bakıda daha bir ENDİRİM FIRILDAĞI - BU DA FAKT!
Bu gün, 08:59 |
|
|
|
• Rusiya kəşfiyyatı MARIQDA YATIB... - Diqqətli olmalıyıq ki...
Bu gün, 08:50 |
|
|
|
• Bu halda İŞ DAYANDIRILIR... - DİQQƏT!
Bu gün, 08:46 |
|
|
|
• `Azəriqaz`-da yeni QAYDA: “Xoşun gəlmirsə, ərizəni yazıb çıx” - BU NƏDİ BELƏ?
Bu gün, 08:41 |
|
|
|
• Şaranın Bakıdan ayrılan kimi Əliyevə yazdığı məktubda bu sözü... - AKTUAL
Bu gün, 07:03 |
|
|
|
• “Taxta bazarın”dakı yanğın tam söndürülüb
Bu gün, 07:01 |
|
|
|
|