"Dənizkənarı Bulvar İdarəsi”nin sabiq sədrinin məhkəməsi başlayıb .....                     PKK silahı atdı... QƏLƏMİ TUTDU... .....                     "AccessBank"ın səhmdar kapitalı azalıb, borcu artıb .....                     “PAŞA Bank”da yeni təyinat .....                     “Beynəlxalq Bankı”ın mənfəəti azaldı .....                     Paşinyan 3 il ərzində 6-cı dəfə Makronu Ermənistana dəvət edib .....                     "Analar, oğlunuza tərbiyə verin, qadın qul deyil" .....                     Deputat Aqil Abbas ailəsi ilə birlikdə Ağdama köçmək istədiyini bildirib .....                     "Paşinyanın başqa yolu qalmayıb, Ermənistan Rusiyadan uzaqlaşacaq" .....                     Cənub-şərq küləyi əsəcək .....                     Razi Nurullayevdən yeni məmurlara etiraz: .....                     "Evimizdə xəyanət mövzusu gündəmə gəlməyib, səhvini üzünə vurmamışam" .....                     Kremlin Karapetyan planı: .....                     Üfüqdə görünən sülh: danışıqlar belə davam edərsə... .....                     Hindistanlı turistlərin Azərbaycana səfəri kəskin artıb .....                     TRT-nin Azərbaycan səhvi: Ərdoğan cəzalandırdı? .....                     Putin Ukrayna müharibəsində ona pul toplayan azərbaycanlıları da hədəfə alır .....                     Cahid Şahbazovla bağlı .....                     36 ilin işçisi ixtisara salınır: HARA GETSİN BƏS? .....                     DİM sədri yenə ekspertlərin BOSTANINA DAŞ ATDI .....                     “Təəssüf ki, bəzən yalnız ehsan süfrəsinə görə yasa gələnlər olur” .....                     Türkiyə bazaları Azərbaycana GƏLİR, ölkəmiz NATO-ya ÜZV OLUR .....                     Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək .....                     Ukraynada hərbi vəziyyətin müddəti uzadılır .....                     Azərbaycan və yeni Suriya: Bakı Yaxın Şərqin yeni düzənini necə formalaşdırır .....                     NDU-da QALMAQAL: “Dekan bizə cinsi əlaqə təklif etdi” .....                     Tender bazarının daha bir ”XODGEDƏNİ”: ”SAFFİRA PLUS”... .....                     “Söz verdiyim kimi vəzifəmdən gedirəm, qoy sevincləri artıq olsun” .....                     Müştərini döyən “Uber”in sürücüsünə hökm oxundu .....                     Rövşən Rzayev və Əli Həsənli şirkətin işçilərinə çox maaş yazıb sonra geri alırlar? .....                     “Kontakt Home” müştəriyə əzik kondisioner satdı .....                     "Rusiyaya uzaqmənzilli zərbələr endiriləcək" .....                     Ərzaq bazarının monopolist şirkəti "Azərsun" medianı kababxanalara qaytarır .....                     İşəgötürən bu halda maddi və mənəvi məsuliyyət daşıyır .....                     Ağlar günə qoyulan QUSAR TƏHSİLİ... .....                     "Cahid Şahbazova cinayət işi açılıb" .....                     "Qızlar əncir yarpağında çölə çıxsalar bundan abırlıdır" .....                     Abbas şikayətini geri götürmək üçün pul alıb .....                     Dövlət Radiotezliklər İdarəsinin qızılgül, qərənfil, əklil almaq istəyi baş tutmadı .....                     Düşünürdüm ki, Putin sözünün üstündə duran adamdır .....                 

Moskvadan gürcülərə təəccüblü jest: “Onsuz da oğurluq pullardır...” - TƏFƏRRÜAT
Tarix: 10-12-2021, 08:36 | Çap et
Moskvadan gürcülərə təəccüblü jest: “Onsuz da oğurluq pullardır...”
Moskva tezliklə 10 milyon avro ödəyəcək. Belə ki, Avropa İnsan Haqları Məhkəməsi (AİHM) 2006-cı ildə Rusiyadan deportasiya olunmuş Gürcüstan vətəndaşlarına təzminat təyin edib. “Exo Kavkaza”nın verdiyi məlumata görə, bu, Avropa Şurası Nazirlər Komitəsinin (AŞNK) nazir müavinləri səviyyəsində keçirilən iclasının yekunları üzrə məlum olub.

Avropa Şurasının saytında dərc olunan qərarda deyilir ki, ödəniş “istənilən halda ilin sonuna qədər” borclar üzrə hesablanmış faizlərlə birlikdə Avropa Şurasının bank hesabına ödənilməlidir. Təşkilat bildirir ki, Rusiya müvafiq anlaşma memorandumunu imzalamağa razılaşıb, lakin hələlik imzalamayıb. Eyni zamanda, Gürcüstan tərəfi artıq Avropa Şurasının Baş katibi ilə memorandum da hazırlayıb.

Nazirlər Komitəsi bu məsələni 2022-ci ilin martında, 1428-ci iclasında müzakirə etmək üçün toplanacaq. Bu ilin iyununda xəbər verildiyi kimi, AŞNK Rusiyanı bu ilin sentyabrın 6-dək öz vətəndaşlarına verilən kompensasiyanı birbaşa Gürcüstana ödəməyə və ya vəsaitlərin köçürülməsinə imkan verən anlaşma memorandumu imzalamağa çağırıb.

Bu ilin fevralında o zaman Gürcüstanın Ədliyyə Nazirliyinə rəhbərlik etmiş Qoça Lortkipanidze demişdi ki, Moskva 2006-cı ilin payızında Rusiyadan deportasiya edilmiş vətəndaşlara kompensasiya ödənilməsi məsələsinə baxılmasına qoşulmağa hazırdır. O, Moskvanın mövqeyini “irəliyə atılmış kiçik addım” adlandırıb.

AİHM Moskvanı 2019-cu ilin əvvəlində gürcü tərəfinə 10 milyon avro ödəməyə məcbur edib. Bir neçə gün əvvəl ədliyyə nazirinin müavini Beka Dzamaşvili bildirib ki, Rusiya deportasiya olunanların işində ilin sonuna qədər pul ödəməyə yazılı şəkildə razılaşıb: “Biz ümid edirik ki, o, bu dəfə öz öhdəliyini yerinə yetirəcək”.

Dzamaşvilinin sözlərinə görə, Rusiya öz öhdəliyini yerinə yetirdikdə, bu məbləğin birbaşa zərərçəkənlərə çatması üçün ictimaiyyətə əlavə prosedurlar ətraflı izah ediləcək: “Deportasiya edilənlərin işi ilə bağlı qərar 2019-cu ilin yanvarında Strasburq Məhkəməsi tərəfindən qəbul edilib və Rusiya o vaxtdan bu öhdəliyi yerinə yetirməyib. Bütün bu müddət ərzində Gürcüstanın Ədliyyə Nazirliyi Xarici İşlər Nazirliyi ilə birlikdə bu qərarın icrasını təmin etmək üçün fəal iş aparır. Biz Nazirlər Komitəsindəki avropalı həmkarlarımızla fəal əməkdaşlıq edirik və bu problemi həll etmək üçün praqmatik yol müəyyən etmişik - o, Rusiya tərəfindən Avropa Şurası Nazirlər Komitəsinin hesabına pul köçürməkdən və sonradan bu məsələ ilə bağlı bu məbləğin paylanması işindən ibarət olacaq”.

“Noyabr ayında bu məsələnin həlli ilə bağlı görüş keçirildikdən sonra biz bu məsələdə yaxşı irəliləyiş əldə etdik. Rusiya Federasiyası yazılı şəkildə bu öhdəliyi yerinə yetirməyə razılıq verdi. Artıq dekabr sessiyasında konkret müddət müəyyən edilib və Nazirlər Komitəsi Rusiyaya öhdəliklərini yerinə yetirmək üçün ilin sonuna qədər möhlət verib. Ümid edirik ki, heç olmasa, bu dəfə Rusiya bu öhdəliyi yerinə yetirəcək, bu isə o deməkdir ki, bu istiqamətdə bizim kifayət qədər irəliləyişimiz olacaq. Rusiya bu öhdəliyi yerinə yetirdikdə, bu məbləğin birbaşa zərərçəkənlərə çatması üçün hansı əlavə prosedurların olacağını ictimaiyyətə ətraflı izah edəcəyik”, - deyə Dzamaşvili bildirib.

Maraqlıdır, Rusiya niyə bu öhdəliyin yerinə yetirilməsinə yazılı razılıq verib? Onun AŞ-dakı yeri özü üçün bu qədər əzizdirmi? 10 milyon avro o qədər də kiçik məbləğ deyil, amma başqa bir şey daha vacibdir - onu ödəməklə Moskva Gürcüstana münasibətdə səhv və qanun pozuntusuna yol verdiyini etiraf edir və bunun əvəzini pulla ödəməyə hazırdır. Bu, Putinin açıq şəkildə qəbul etdiyi “fövqəlgüc” ideyası üçün alçaldıcıdır. Yəni Moskva AİHM-in bu qərarına əməl edəcək, yoxsa Avropa Şurası ilə münasibətləri gərginləşdirməyə üstünlük verəcək? Bir dəfə orada onun hüquqları artıq məhdudlaşdırılmışdı.

AYNA-nın suallarını tanınmış əcnəbi ekspertlər cavablandırıblar.

Rusiyalı analitik, “Qaydar” İqtisadi İnkişaf İnstitutunun baş eksperti Sergey Javoronkov:

“Rusiya adətən AİHM-in qərarlarına (o cümlədən Navalnı kimi səs-küylü işlərə) uyğun olaraq ödəniş edir, lakin AİHM qərarlarının icrasını, yəni müvafiq qərarların avtomatik ləğvini tanımır. Bir neçə il çəkmiş Rusiyanın Avropa Şurasında səsvermə hüququnun bərpası Putin üçün böyük diplomatik uğur oldu, o, eyni zamanda Rusiya vətəndaşlarının AİHM-in hüquqi müdafiəsini itirə biləcəyi ilə Avropa Şurasını şantaj etdi. Mənə elə gəlmir ki, indiki iş Rusiya Federasiyası üçün o qədər prinsipial əhəmiyyət kəsb edir ki, onun xatirinə yenidən Avropa Şurasından çıxa biləcəyini göz altına alsın”.

Gürcüstanlı politoloq, “Azad Rusiya” Fondunun Cənubi Qafqaz üzrə nümayəndəliyinin direktoru Yeqor Kuroptev:
“Bildiyimiz kimi, Putin Rusiyasında beynəlxalq müqavilələr, şifahi və ya yazılı razılaşmalar, Avropa Şurası və ya digər beynəlxalq qurumlar tamamilə heç nə demək deyil. Əgər buna baxmayaraq, Kreml Gürcüstana bu məbləği ödəyirsə, bu, təbii ki, Gürcüstan vətəndaşlarının Rusiya Federasiyasından deportasiyasındakı pozuntunun etirafına çevriləcək və deməli bu, Moskva üçün niyəsə sərfəlidir. Neft və digər resursların satışından nə qədər oğurladıqlarını nəzərə alsaq, onlar üçün bu məbləğ qəpik-quruşdur. AŞ-nin Putinə qarşı sanksiyaları da ağcaqanadın dişləməsi deyil, zəhlətökən səsinə bənzəyir. Ona görə də biz Moskvanın bu məsələdə xeyrini axtarıb tapmalıyıq.

Moskvada düşünüldüyü kimi xırda məsələlərdən ötrü Avropa ilə yenidən mübahisə etməyəcək? “Nord Stream 2”-də işlər gözlənildiyi üçün dalaşmaq istəmir? Moskva “3+3” formatını reallaşdırmaq naminə Kremlin işğal etdiyi Gürcüstanı buraya cəlb etmək üçün müəyyən “xeyirxahlıq” nümayiş etdirir? Oliqarx İvanişvilinin başçılıq etdiyi hazırkı Gürcüstan hökumətinə heç olmasa, bir uğurlu nəticə əldə etməyə kömək edir? Bəli, Moskva görür ki, bugünkü Gürcüstan Aİ və NATO-dan son 20 ildə heç vaxt olmadığı qədər uzaqdır, ona görə də Kremldən xırda güzəştlər tamamilə mümkündür.

Bu məqamlardan əsas olan hansısa birini seçməyə hazır deyiləm. Düşünürəm ki, ödəniş baş tutsa, bütün bu komponentlərin payı var və buna görə 10 milyon xərcləməyə dəyər. Onsuz da həmin pul oğurluqdur və bir-iki yeni ev tikintisinə xərcləyə bilərdirlər. Ödəniş olmasa, təəccüblənəcək və təhlil ediləcək bir şey də yoxdur. Amma bu, baş verərsə, Gürcüstan bunu bayram etməməli, bunun arxasında nələrin dayandığından ehtiyatlanmalıdır”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Dənizkənarı Bulvar İdarəsi”nin sabiq sədrinin məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Bu gün, 15:31
PKK silahı atdı... QƏLƏMİ TUTDU... - DAHA TƏHLÜKƏLİ...
Bu gün, 14:35
"AccessBank"ın səhmdar kapitalı azalıb, borcu artıb - HESABAT
Bu gün, 14:26
“PAŞA Bank”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 13:03
“Beynəlxalq Bankı”ın mənfəəti azaldı - DETALLAR
Bu gün, 13:01
Paşinyan 3 il ərzində 6-cı dəfə Makronu Ermənistana dəvət edib
Bu gün, 12:58
"Analar, oğlunuza tərbiyə verin, qadın qul deyil" - ETİRAZ
Bu gün, 12:57
Deputat Aqil Abbas ailəsi ilə birlikdə Ağdama köçmək istədiyini bildirib
Bu gün, 12:48
"Paşinyanın başqa yolu qalmayıb, Ermənistan Rusiyadan uzaqlaşacaq" - ŞƏRH
Bu gün, 12:39
Cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:36
Razi Nurullayevdən yeni məmurlara etiraz: - “Hamıya oğru kimi baxırlar”
Bu gün, 12:31
"Evimizdə xəyanət mövzusu gündəmə gəlməyib, səhvini üzünə vurmamışam" - Yaşar Nurininin həyat yoldaşı
Bu gün, 12:28
Kremlin Karapetyan planı: - Rusiya öz əlaltılarını indi də Ermənistanda hərəkətə keçirir
Bu gün, 12:26
Üfüqdə görünən sülh: danışıqlar belə davam edərsə... - GƏLİŞMƏ
Bu gün, 12:23
Hindistanlı turistlərin Azərbaycana səfəri kəskin artıb – Boykot işə yaramayıb
Bu gün, 12:10
TRT-nin Azərbaycan səhvi: Ərdoğan cəzalandırdı? - VİDEO
Bu gün, 12:05
Putin Ukrayna müharibəsində ona pul toplayan azərbaycanlıları da hədəfə alır - FOOD CİTY-yə BASQIN GÖZLƏNİLİR
Bu gün, 11:55
Cahid Şahbazovla bağlı RƏSMİ AÇIQLAMA
Bu gün, 11:53
36 ilin işçisi ixtisara salınır: HARA GETSİN BƏS? - MÜRACİƏT
Bu gün, 11:50
DİM sədri yenə ekspertlərin BOSTANINA DAŞ ATDI - Mediada işimizi müzakirə edənlər sanki paralel həyatda yaşayır
Bu gün, 11:43
“Təəssüf ki, bəzən yalnız ehsan süfrəsinə görə yasa gələnlər olur” -İLAHİYYATÇIDAN AÇIQLAMA
Bu gün, 11:40
Türkiyə bazaları Azərbaycana GƏLİR, ölkəmiz NATO-ya ÜZV OLUR – Rusiya ŞOKDA!
Bu gün, 11:37
Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək
Bu gün, 11:35
Ukraynada hərbi vəziyyətin müddəti uzadılır
Bu gün, 11:31
Azərbaycan və yeni Suriya: Bakı Yaxın Şərqin yeni düzənini necə formalaşdırır - İNCƏLƏMƏ
Bu gün, 11:30
NDU-da QALMAQAL: “Dekan bizə cinsi əlaqə təklif etdi” - ŞOK TƏFƏRRÜAT
Bu gün, 11:23
Tender bazarının daha bir ”XODGEDƏNİ”: ”SAFFİRA PLUS”... - DETALLAR
Bu gün, 11:15
“Söz verdiyim kimi vəzifəmdən gedirəm, qoy sevincləri artıq olsun” - ANAR
Bu gün, 11:10
Müştərini döyən “Uber”in sürücüsünə hökm oxundu
Bu gün, 11:09
Rövşən Rzayev və Əli Həsənli şirkətin işçilərinə çox maaş yazıb sonra geri alırlar? - İTTİHAM VAR
Bu gün, 11:07
“Kontakt Home” müştəriyə əzik kondisioner satdı - FOTO
Bu gün, 11:02
"Rusiyaya uzaqmənzilli zərbələr endiriləcək" - Zelenski
Bu gün, 11:00
Ərzaq bazarının monopolist şirkəti "Azərsun" medianı kababxanalara qaytarır - BU NƏDİ BELƏ?
Bu gün, 10:46
İşəgötürən bu halda maddi və mənəvi məsuliyyət daşıyır - Ekspert danışır...
Bu gün, 10:35
Ağlar günə qoyulan QUSAR TƏHSİLİ... - İTTİHAM VAR...
Bu gün, 10:30
"Cahid Şahbazova cinayət işi açılıb" - TƏFƏRRÜAT
Bu gün, 10:27
"Qızlar əncir yarpağında çölə çıxsalar bundan abırlıdır" - Xalq artisti
Bu gün, 10:23
Abbas şikayətini geri götürmək üçün pul alıb - AÇIQLAMA
Bu gün, 10:21
Dövlət Radiotezliklər İdarəsinin qızılgül, qərənfil, əklil almaq istəyi baş tutmadı
Bu gün, 10:17
Düşünürdüm ki, Putin sözünün üstündə duran adamdır - Tramp
Bu gün, 10:16
Qaxda günlük ev qiymətləri “OD-TUTUB yanır” - REPORTAJ
Bu gün, 10:14
9 saylı türmədə nələr baş verir? - NARAZILIQ VAR...
Bu gün, 10:08
“Sədərək Yusif”in oğlunun evindən oğurluq edən qadınla bağlı qərar ləğv edildi - TƏFƏRRÜAT
Bu gün, 10:04
Fazil Mustafaya sui-qəsd edənlərin ailəsi ondan imdad diləyib? - Deputat danışdı
Bu gün, 10:01
Paşinyan Bakı və Ankaraya “təslim” oldu – İki ölkədən təxribat siqnalı
Bu gün, 09:57
Karapetyan HƏBSDƏ OLSA BELƏ... - təşkilat yaradır...
Bu gün, 09:55
Bu məktəbə direktor təyin olundu - ƏMR
Bu gün, 09:51
"Azersun”un əməkdaşı HƏBS OLUNACAQMI? - Ortada sübut-dəlil olsa da...
Bu gün, 09:34
Türkiyə telekanalında tarixi torpaqlarımız KÜRDLƏRƏ PEŞKƏŞ OLUNDU - AXI NİYƏ?
Bu gün, 09:28
Naxçıvanda səhiyyə sistemi İFLAS EDİB - Əgər yolun xəstəxanalara düşərsə...
Bu gün, 09:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru