Putin Ukrayna müharibəsində ona pul toplayan azərbaycanlıları da hədəfə alır .....                     Cahid Şahbazovla bağlı .....                     36 ilin işçisi ixtisara salınır: HARA GETSİN BƏS? .....                     DİM sədri yenə ekspertlərin BOSTANINA DAŞ ATDI .....                     “Təəssüf ki, bəzən yalnız ehsan süfrəsinə görə yasa gələnlər olur” .....                     Türkiyə bazaları Azərbaycana GƏLİR, ölkəmiz NATO-ya ÜZV OLUR .....                     Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək .....                     Ukraynada hərbi vəziyyətin müddəti uzadılır .....                     Azərbaycan və yeni Suriya: Bakı Yaxın Şərqin yeni düzənini necə formalaşdırır .....                     NDU-da QALMAQAL: “Dekan bizə cinsi əlaqə təklif etdi” .....                     Tender bazarının daha bir ”XODGEDƏNİ”: ”SAFFİRA PLUS”... .....                     “Söz verdiyim kimi vəzifəmdən gedirəm, qoy sevincləri artıq olsun” .....                     Müştərini döyən “Uber”in sürücüsünə hökm oxundu .....                     Rövşən Rzayev və Əli Həsənli şirkətin işçilərinə çox maaş yazıb sonra geri alırlar? .....                     “Kontakt Home” müştəriyə əzik kondisioner satdı .....                     "Rusiyaya uzaqmənzilli zərbələr endiriləcək" .....                     Ərzaq bazarının monopolist şirkəti "Azərsun" medianı kababxanalara qaytarır .....                     İşəgötürən bu halda maddi və mənəvi məsuliyyət daşıyır .....                     Ağlar günə qoyulan QUSAR TƏHSİLİ... .....                     "Cahid Şahbazova cinayət işi açılıb" .....                     "Qızlar əncir yarpağında çölə çıxsalar bundan abırlıdır" .....                     Abbas şikayətini geri götürmək üçün pul alıb .....                     Dövlət Radiotezliklər İdarəsinin qızılgül, qərənfil, əklil almaq istəyi baş tutmadı .....                     Düşünürdüm ki, Putin sözünün üstündə duran adamdır .....                     Qaxda günlük ev qiymətləri “OD-TUTUB yanır” .....                     9 saylı türmədə nələr baş verir? .....                     “Sədərək Yusif”in oğlunun evindən oğurluq edən qadınla bağlı qərar ləğv edildi .....                     Fazil Mustafaya sui-qəsd edənlərin ailəsi ondan imdad diləyib? .....                     Paşinyan Bakı və Ankaraya “təslim” oldu .....                     Karapetyan HƏBSDƏ OLSA BELƏ... .....                     Bu məktəbə direktor təyin olundu .....                     "Azersun”un əməkdaşı HƏBS OLUNACAQMI? .....                     Türkiyə telekanalında tarixi torpaqlarımız KÜRDLƏRƏ PEŞKƏŞ OLUNDU .....                     Naxçıvanda səhiyyə sistemi İFLAS EDİB .....                     Nikol Paşinyan Brüsselə işgüzar səfərə yollanıb .....                     Kibercinayətkarlardan görünməmiş əməllər: DTX ifşa etdi .....                     100 manatlıq holdinqdə müştəriyə belə KƏF GƏLİRLƏR... .....                     Bakıda daha bir ENDİRİM FIRILDAĞI .....                     Rusiya kəşfiyyatı MARIQDA YATIB... .....                     Bu halda İŞ DAYANDIRILIR... .....                 

Görüşdülər, amma Rusiya və Amerika barışmadı... - NƏ BAŞ VERİR?
Tarix: 10-12-2021, 08:34 | Çap et
Görüşdülər, amma Rusiya və Amerika barışmadı...
Bayden - Putin görüşündən sonra Vaşinqtonla Moskva arasında vəziyyət daha da gərginləşib. Hesab olunur ki, Ukrayna səhnə olmaqla, Rusiya-NATO arasında hər an hərbi əməliyyatlar başlaya bilər. Moskva NATO-dan Şərqə doğru genişlənməyəcəyinə hüquqi qarantiya olacaq saziş tələb edir. Moskvanın Birləşmiş Ştatlara ünvanladığı notanın ardınca, dekabrın 10-da NATO-Rusiya görüşünün anonsu verilib. Ekspertlər deyir ki, razılıq əldə olunmasa, 1962-ci ilin Kuba böhranı təkrarlana bilər.

Lakin məsələnin çox maraqlı bir cəhəti var. Bu da ondan ibarətdir ki, bu gərginlik Azərbaycanın xeyrinədir. Əvvəla, ona görə ki, Ermənistana sahib duracaq güclərin hamısının başları qarışıb. Ermənistandakı məlum təşviş ən çox buna görədir. Ermənilər Azərbaycanın Laçın dəhlizini bağlayacağından və ya Zəngəzur dəhlizini Ermənistansız açacağından ehtiyat edirlər. Prezidentimizin xəbərdarlığı erməniləri ciddi qorxuya salıb. İkincisi, Azərbaycanın müxalifət liderlərindən birinin də dediyi kimi, Ukrayna ikinci dəfə Azərbaycanın вЂ?’qanının arasına’’ girib...

Bəs görəsən, durumun məhz bu cür dəyərləndirilməsinə ekspertlər nə deyirlər? Ukraynada böhran olarsa, bu, Qarabağdakı və Güney Qafqazdakı prosesləri necə təsirləndirəcək?

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan politoloq Tofiq Abbasov bildirdi ki, Rusiya ilə Amerika Birləşmiş Ştatları arasındakı münasibətlər daim böhranla müşayiət edilir: “Bəzi hallarda isə ilginc bir ilıq münasibətlər çıxır. Rəhbərlər görüşürlər, müxtəlif beynəlxalq tədbirlərin meydanlarında da onların münasibətlərində bəzi hallarda bir konsensus yaranır. Ancaq bunlar hamısı epizodik xarakter daşıyan göstəricilərdir. Çünki bu iki dövlətin arasında antaqonizm münasibətləri hökm sürür. Yəni orada barışmazlıq hər şeydən üstündür və hər şeyin fövqündədir. Ona görə də mən, sadəcə, təəccüb edirəm ki, bəzi mənbələr, bəzi mətbuat, media orqanları, eləcə də siyasi ekspertlər güman edirdilər ki, Baydenlə Putinin görüşü nəyisə köklü şəkildə dəyişə bilər. Heç nə dəyişilən deyil, burada bir xüsusi göstəriş var. Bu da ondan ibarətdir ki, Qərb və xüsusilə də anqlo-sakson siyasi elitası əgər bir məqsədi öz qarşılarına qoyurlarsa, sona qədər gedirlər. Heç vaxt arxayınlaşmırlar. Necə ki, Sovet İttifaqı çökəndə ata Buş konqresdə çıxış elədi və bütün amerikanları təbrik etdi ki, biz soyuq müharibədə qalib gəldik, bu, hər bir amerikalının qələbəsidir. Onunla bərabər bütün Qərb dövlətlərinin öncülləri, siyasi liderləri, siyasi elitasının üzdə olan personaları bu məsələdən ləzzət aldılar. Çünki bu mübarizə uzun müddət çəkdi və əsas hesablamalar Sovet İttifaqının iqtisadi baxımdan çökməsi üçün aparılmışdı. İndi də Rusiya Federasiyasının parçalanması artıq Qərb institutlarının ən aktual gündəliklərindəndir. Bu, sirr deyil, çünki əgər həqiqətən də indi bu münasibətlərdə sərtləşmə davamlı olsa, istisna etmirəm ki, məhz Ukrayna zəminində orada KTMT ilə BMT qüvvələri və ya ABŞ-Rusiya qüvvələri üz-üzə gəlsinlər. Bu olmayacaq, ancaq hər halda, Rusiyanın B planı var. Açıq şəkildə Ukraynaya müdaxilə etməsə də, daxildən prosesləri qaynadacaq, onları öz məcrasından çıxaracaq ki, artıq özünün bufer zonasını təmin etsin. Vaxtilə Qorbaçovla Reyqan danışanda, sonra böyük Buş da bu proseslərə qatıldı, orada razılıq əldə edilmişdi ki, Sovet ölkəsi Avropanın mərkəzindən və şərqindən öz silahlı qüvvələrini çıxarır, o ölkələrə azadlıq, sərbəstlik və suverenlik verir ki, onlar azad inkişaf etsinlər. Əgər bu baş verəcəksə, onda NATO heç bir addım belə Şərqə doğru atmayacaq. Ancaq biz bundan sonra şahidi olduq ki, postsovet respublikalarının ən azı üçü artıq NATO-nun üzvüdür. Keçmiş sovet müttəfiqləri Bolqarıstan, Rumıniya indi NATO-nun fəal üzvləridir və bu prosesdə Polşa ən böyük canfəşanlıq göstərir. Ona görə də mən burada kompromis üçün əsas görmürəm. Çünki bunlar barışmaz mövqedən çıxış edən rəqiblərdir, onların hamısının hədəfləri var. Təbii ki, burada silah-sursat və arsenallar əsas rolu oynayacaq”.

Azərbaycanla bağlı baş verəcəklərə gəlincə, politoloq bildirdi ki, Ermənistan nəinki ciddi şəkildə dəstəklənmir, bir subyekt belə hesab edilmir: “Mən əminəm ki, orada proseslər lap belə gözlənilməz tərzdə inkişaf etməyə başlasa belə, Azərbaycanın burada mövqeləri zəifləməyəcək. Çünki Ermənistan bir subyekt kimi artıq heç bir tərəfdən adekvat qarşılanmır. Onlar Ermənistana sivil dövlət kimi, təsir göstərmə qabiliyyəti olan bir subyekt kimi baxmırlar. Ermənistanın müdafiəsinə duranlar ayrı-ayrı qruplardır. Fransanın özündə belə mən deməzdim ki, sərasər bütün qüvvələr hamısı Ermənistanı dəstəkləyir. Xeyr, belə deyil, Amerikada və digər ölkələrdə olduğu kimi orada bəzi lobbiçi qüvvələr var, onlar dəstəkləyirlər. Ermənistan artıq özünü doğrultmayan bir dövlət kimi ən pis göstəricini nümayiş etdirir. Çünki Ermənistan kimi bir vəziyyətdə olan ikinci bir dövlət yoxdur. Birincisi, bunlar, ömür boyu qışqırırdılar, bağırırdılar ki, blokadadırlar, indi Azərbaycan və Türkiyə onlara yaxşı inteqrasiya formatları təklif edir. Bunlar yenə də umu-küsü edirlər. Özlərini elə aparırlar ki, sanki müharibəni Azərbaycan yox, onlar udublar. Ona görə də Ermənistanla bağlı burada elə bir ciddi dəyişikliklər olmayacaq. Yaddan çıxartmayaq ki, hər halda, Türkiyə NATO-nun üzvüdür. NATO-nun daxilində də hər hansı bir hərəkətlər olarsa, mən əminəm ki, Türkiyə bu prosesdə Azərbaycanı ayağa verməyəcək. Digər tərəfdən, Türkiyənin orada özünün də mətin bir mövqeyi, səsi var”.

Politoloq Ukrayna sərhədlərində dəyişikliklər baş verə biləcəyini istisna etmir: “Bu prosesdə çox təəssüf və təəccüb doğuran odur ki, Nuland kimi siyasətçilər yenidən Ukraynanın milli maraqlarını hərraca çıxardırlar. Ukraynanın daxilində çox təzadlı , çox ağrılı proseslər gedir. Ukrayna xalqı bu işlərin hamısından əziyyət çəkir. Biz kənardan baxırıq, bəli, orada demokratiya var. Demokratiyanın ən bariz göstəricisi işgüzarlıq sərbəstliyidir, Ukraynada bu cüzi şəkildə var. Amma Ukrayna bütövlüklə oliqarxlarla idarə olunur. Biz görürük ki, Zelenskinin hakimiyyəti nə dərəcədə güclüdür və ya özünü doğruldur. Zelenskinin vəziyyəti çox ağırdır, ona artıq lətifə obrazı kimi baxırlar. Ona görə də bu oliqarxların əlində olan ölkədə vahid idarəçilik yoxdur deyə, müxtəlif bölgələrdə özünəməxsus siyasət aparırlar. Yerlərdə oliqarxlarla kriminal ünsürlər də birləşiblər. Bu bəlkə də üzə çıxmır. Amma Ukrayna mən deyərdim ki, postsovet respublikaları içərisində bu baxımdan ən əlverişsiz vəziyyətdə olan respublikadır. Çünki orada daxildə mal və varidat sona qədər bölüşdürülməyib. Onların bədbəxtliyi bundadır. Bu bölüşdürmə ətrafında da amansız mübarizə gedir. O oliqarxların da bəziləri artıq xarici qüvvələrlə əlaqədədirlər, oradan təlimat alırlar. Rusiyadan təlimat alan qüvvələr də var. Amma Qərb də demokratiya alətini işə salanda heç vaxt o millətlərin, xalqların vəziyyətini fikirləşmir, bunu özünə dərd eləmir. Onların fəaliyyəti ən sıx şəkildə Rusiyanın sərhədlərinə yaxınlaşmaqdır. Təbii ki, orada proseslər kritik bir tərzdə cərəyan edə bilər”.

T.Abbasov əminliklə qeyd etdi ki, Qərblə Rusiya arasındakı gərginlikdən Ermənistan heç nə udmayacaq: “Çünki Ermənistan heç bir plan əsasında xüsusi nəzərdən keçirilmir. Normal dövlət hesab olunmur. Düzdür, orada amerikalılar işləyirlər, qərbpərəst qüvvələr var. Ancaq Ermənistanın özünün də daxildəki vəziyyəti son dərəcə acınacaqlı və kritikdir. Çünki birincisi vahid hakimiyyət yoxdur. Nikol Paşinyan hətta son parlament seçkilərində udsa da, o, prosesləri cilovlaya bilmir, nəzarəti bütünlüklə əlində saxlaya bilmir. Ölkənin idarəçiliyi, ümumiyyətlə, İrəvanda deyil, İrəvandan kənarda baş verir. Nikol Paşinyan özü də təlimatlar alır. Ona görə də hesab edirəm ki, burada Azərbaycanın mövqeyi həqiqətən də güclüdür”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Putin Ukrayna müharibəsində ona pul toplayan azərbaycanlıları da hədəfə alır - FOOD CİTY-yə BASQIN GÖZLƏNİLİR
Bu gün, 11:55
Cahid Şahbazovla bağlı RƏSMİ AÇIQLAMA
Bu gün, 11:53
36 ilin işçisi ixtisara salınır: HARA GETSİN BƏS? - MÜRACİƏT
Bu gün, 11:50
DİM sədri yenə ekspertlərin BOSTANINA DAŞ ATDI - Mediada işimizi müzakirə edənlər sanki paralel həyatda yaşayır
Bu gün, 11:43
“Təəssüf ki, bəzən yalnız ehsan süfrəsinə görə yasa gələnlər olur” -İLAHİYYATÇIDAN AÇIQLAMA
Bu gün, 11:40
Türkiyə bazaları Azərbaycana GƏLİR, ölkəmiz NATO-ya ÜZV OLUR – Rusiya ŞOKDA!
Bu gün, 11:37
Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək
Bu gün, 11:35
Ukraynada hərbi vəziyyətin müddəti uzadılır
Bu gün, 11:31
Azərbaycan və yeni Suriya: Bakı Yaxın Şərqin yeni düzənini necə formalaşdırır - İNCƏLƏMƏ
Bu gün, 11:30
NDU-da QALMAQAL: “Dekan bizə cinsi əlaqə təklif etdi” - ŞOK TƏFƏRRÜAT
Bu gün, 11:23
Tender bazarının daha bir ”XODGEDƏNİ”: ”SAFFİRA PLUS”... - DETALLAR
Bu gün, 11:15
“Söz verdiyim kimi vəzifəmdən gedirəm, qoy sevincləri artıq olsun” - ANAR
Bu gün, 11:10
Müştərini döyən “Uber”in sürücüsünə hökm oxundu
Bu gün, 11:09
Rövşən Rzayev və Əli Həsənli şirkətin işçilərinə çox maaş yazıb sonra geri alırlar? - İTTİHAM VAR
Bu gün, 11:07
“Kontakt Home” müştəriyə əzik kondisioner satdı - FOTO
Bu gün, 11:02
"Rusiyaya uzaqmənzilli zərbələr endiriləcək" - Zelenski
Bu gün, 11:00
Ərzaq bazarının monopolist şirkəti "Azərsun" medianı kababxanalara qaytarır - BU NƏDİ BELƏ?
Bu gün, 10:46
İşəgötürən bu halda maddi və mənəvi məsuliyyət daşıyır - Ekspert danışır...
Bu gün, 10:35
Ağlar günə qoyulan QUSAR TƏHSİLİ... - İTTİHAM VAR...
Bu gün, 10:30
"Cahid Şahbazova cinayət işi açılıb" - TƏFƏRRÜAT
Bu gün, 10:27
"Qızlar əncir yarpağında çölə çıxsalar bundan abırlıdır" - Xalq artisti
Bu gün, 10:23
Abbas şikayətini geri götürmək üçün pul alıb - AÇIQLAMA
Bu gün, 10:21
Dövlət Radiotezliklər İdarəsinin qızılgül, qərənfil, əklil almaq istəyi baş tutmadı
Bu gün, 10:17
Düşünürdüm ki, Putin sözünün üstündə duran adamdır - Tramp
Bu gün, 10:16
Qaxda günlük ev qiymətləri “OD-TUTUB yanır” - REPORTAJ
Bu gün, 10:14
9 saylı türmədə nələr baş verir? - NARAZILIQ VAR...
Bu gün, 10:08
“Sədərək Yusif”in oğlunun evindən oğurluq edən qadınla bağlı qərar ləğv edildi - TƏFƏRRÜAT
Bu gün, 10:04
Fazil Mustafaya sui-qəsd edənlərin ailəsi ondan imdad diləyib? - Deputat danışdı
Bu gün, 10:01
Paşinyan Bakı və Ankaraya “təslim” oldu – İki ölkədən təxribat siqnalı
Bu gün, 09:57
Karapetyan HƏBSDƏ OLSA BELƏ... - təşkilat yaradır...
Bu gün, 09:55
Bu məktəbə direktor təyin olundu - ƏMR
Bu gün, 09:51
"Azersun”un əməkdaşı HƏBS OLUNACAQMI? - Ortada sübut-dəlil olsa da...
Bu gün, 09:34
Türkiyə telekanalında tarixi torpaqlarımız KÜRDLƏRƏ PEŞKƏŞ OLUNDU - AXI NİYƏ?
Bu gün, 09:28
Naxçıvanda səhiyyə sistemi İFLAS EDİB - Əgər yolun xəstəxanalara düşərsə...
Bu gün, 09:24
Nikol Paşinyan Brüsselə işgüzar səfərə yollanıb - KİV
Bu gün, 09:18
Kibercinayətkarlardan görünməmiş əməllər: DTX ifşa etdi - TƏFƏRRÜAT
Bu gün, 09:12
100 manatlıq holdinqdə müştəriyə belə KƏF GƏLİRLƏR... - GİLEY
Bu gün, 09:10
Bakıda daha bir ENDİRİM FIRILDAĞI - BU DA FAKT!
Bu gün, 08:59
Rusiya kəşfiyyatı MARIQDA YATIB... - Diqqətli olmalıyıq ki...
Bu gün, 08:50
Bu halda İŞ DAYANDIRILIR... - DİQQƏT!
Bu gün, 08:46
`Azəriqaz`-da yeni QAYDA: “Xoşun gəlmirsə, ərizəni yazıb çıx” - BU NƏDİ BELƏ?
Bu gün, 08:41
Şaranın Bakıdan ayrılan kimi Əliyevə yazdığı məktubda bu sözü... - AKTUAL
Bu gün, 07:03
“Taxta bazarın”dakı yanğın tam söndürülüb
Bu gün, 07:01
Pensiya yaşı ilə bağlı mühüm məsələ: azaldıla bilər – Bu halda
Bu gün, 06:05
Rusiya bazarı bizim üçün BAĞLANIR - NƏ ETMƏLİ?
Bu gün, 05:53
İlqar Mirzəyevin oğlundan ürək dağlayan paylaşım - "Əmin ol ki..."
Bu gün, 05:50
"Jurnalistlərin məhkəmə prosesini izləmələrinə imkan yaradılsaydı, əla olardı" - ÇAĞIRIŞ
Bu gün, 05:23
Rusiya öz qoyunlarının qulağına əriştə asa bilər - amma bizim bu sürü ilə yollarımız çoxdan ayrılıb
Bu gün, 05:16
Bakıda taxta bazarında güclü yanğın - FOTO, VİDEO
Bu gün, 05:01
Bu gün onların şəhadətə ucalmasından 5 il ötür - ANIM
Bu gün, 04:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru