Azərbaycanlı blogerə Rusiyada cinayət işi açıldı .....                     Cənubi Qafqazda dönüş nöqtəsi: Aİ Ermənistan–Azərbaycan sülhünü dəstəkləyir .....                     "Dənizkənarı Bulvar İdarəsi”nin sabiq sədrinin məhkəməsi başlayıb .....                     PKK silahı atdı... QƏLƏMİ TUTDU... .....                     "AccessBank"ın səhmdar kapitalı azalıb, borcu artıb .....                     “PAŞA Bank”da yeni təyinat .....                     “Beynəlxalq Bankı”ın mənfəəti azaldı .....                     Paşinyan 3 il ərzində 6-cı dəfə Makronu Ermənistana dəvət edib .....                     "Analar, oğlunuza tərbiyə verin, qadın qul deyil" .....                     Deputat Aqil Abbas ailəsi ilə birlikdə Ağdama köçmək istədiyini bildirib .....                     "Paşinyanın başqa yolu qalmayıb, Ermənistan Rusiyadan uzaqlaşacaq" .....                     Cənub-şərq küləyi əsəcək .....                     Razi Nurullayevdən yeni məmurlara etiraz: .....                     "Evimizdə xəyanət mövzusu gündəmə gəlməyib, səhvini üzünə vurmamışam" .....                     Kremlin Karapetyan planı: .....                     Üfüqdə görünən sülh: danışıqlar belə davam edərsə... .....                     Hindistanlı turistlərin Azərbaycana səfəri kəskin artıb .....                     TRT-nin Azərbaycan səhvi: Ərdoğan cəzalandırdı? .....                     Putin Ukrayna müharibəsində ona pul toplayan azərbaycanlıları da hədəfə alır .....                     Cahid Şahbazovla bağlı .....                     36 ilin işçisi ixtisara salınır: HARA GETSİN BƏS? .....                     DİM sədri yenə ekspertlərin BOSTANINA DAŞ ATDI .....                     “Təəssüf ki, bəzən yalnız ehsan süfrəsinə görə yasa gələnlər olur” .....                     Türkiyə bazaları Azərbaycana GƏLİR, ölkəmiz NATO-ya ÜZV OLUR .....                     Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək .....                     Ukraynada hərbi vəziyyətin müddəti uzadılır .....                     Azərbaycan və yeni Suriya: Bakı Yaxın Şərqin yeni düzənini necə formalaşdırır .....                     NDU-da QALMAQAL: “Dekan bizə cinsi əlaqə təklif etdi” .....                     Tender bazarının daha bir ”XODGEDƏNİ”: ”SAFFİRA PLUS”... .....                     “Söz verdiyim kimi vəzifəmdən gedirəm, qoy sevincləri artıq olsun” .....                     Müştərini döyən “Uber”in sürücüsünə hökm oxundu .....                     Rövşən Rzayev və Əli Həsənli şirkətin işçilərinə çox maaş yazıb sonra geri alırlar? .....                     “Kontakt Home” müştəriyə əzik kondisioner satdı .....                     "Rusiyaya uzaqmənzilli zərbələr endiriləcək" .....                     Ərzaq bazarının monopolist şirkəti "Azərsun" medianı kababxanalara qaytarır .....                     İşəgötürən bu halda maddi və mənəvi məsuliyyət daşıyır .....                     Ağlar günə qoyulan QUSAR TƏHSİLİ... .....                     "Cahid Şahbazova cinayət işi açılıb" .....                     "Qızlar əncir yarpağında çölə çıxsalar bundan abırlıdır" .....                     Abbas şikayətini geri götürmək üçün pul alıb .....                 

İki supergücün Ukraynada toqquşması nə ilə nəticələnəcək? - Bayden-Putin görüşünə proqnoz
Tarix: 9-12-2021, 09:15 | Çap et
İki supergücün Ukraynada toqquşması nə ilə nəticələnəcək?
Rusiyanın Ukrayna ilə sərhədə qoşun toplaması fonunda ABŞ prezidenti Co Baydenlə rusiyalı həmkarı Vladimir Putin arasında yüksək səviyyəli zirvə görüşündən sonra gərginliyin azalacağı gözlənilir. “Yeni Müsavat” xəbər verir ki, iki saatdan çox videoformatda regional məsələlər ətrafında müzakirə aparılıb.

Hələlik isə bunun əlamətləri görünmür və deyəsən, tərəflər hansısa ciddi anlaşma əldə etməyiblər. Danışıqlar barədə Kremlin yaydığı məlumatda deyilir ki, prezidentlər İkinci Dünya müharibəsi illərindəki müttəfiqlik münasibətlərini yada salıblar. Və 2 saatlıq danışıqların əsas hissəsi Ukraynadaxili böhranla bağlı problem olub. Putin Kiyevin “destruktiv xətt” yürütdüyünü bildirib, eyni zamanda NATO-nun şərqə doğru genişlənməyəcəyinə dair möhkəm təminat tələb edib.

Ağ Evin yaydığı məlumatda isə deyilir ki, prezident Bayden Rusiyanın Ukrayna sərhədləri boyu hərbi fəallığından narahatdır. Əlavə edib ki, baş verənlər Avropanı da həyacanlandırır. “Bayden aydın şəkildə mesaj verib ki, Birləşmiş Ştatlar və müttəfiqləri hərbi eskalasiya baş verərsə, buna qarşı qətiyyətli iqtisadi və digər tədbirlərlə cavab verəcəklər”,- məlumatda deyilir. Eyni zamanda danışıqların ardınca Dövlət Departamenti bəyan edib ki, prezident Bayden NATO-nun şərqə doğru genişlənməyəcəyinə dair Rusiya tərəfinə heç bir təminat verməyib.

Hazırda hərbi hazırlıqlar davam edir və ABŞ dövlət katibinin müavini Viktoriya Nuland bəyan edib ki, iki ölkə prezidentləri arasında aparılmış danışıqlara baxmayaraq, Vaşinqtonda Rusiyanın Ukrayna sərhədlərinə yeni ordu birlikləri cəmləşdirmək planları barədə məlumat var.

Bundan başqa, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi təqdirində Baydenin Rusiyanı beynəlxalq maliyyə ödənişləri sistemi olan SWIFT-dən kəsməklə hədələməsi də gözləntilər arasındadır.

Amerikanınsesi-nin şərhindən görmək olur ki, ABŞ Rusiyanın Ukraynaya hücum edəcəyindən ciddi şəkildə qorxur və bunun olmaması üçün Putinə yalvarmağa belə hazırdır. Çünki Ukrayna Rusiya üçün qaladır, Amerika üçünsə qapı. Putin Ukraynanı tam olaraq nəzarətə götürməsə, Amerika və NATO onu çökdürəcək, içdən parçalayacaq. Zatən 2004-cü ildən bəri Amerikanın Ukraynada qurduğu “demokratiya teatrları” Rusiyanı ciddi zədələmişdi.

Yuşşenko kimi bivec bir siyasətçinin narıncı inqilab yolu ilə hakimiyyətə gətirilməsi, 2014-cü ildə növbəti Maydan hərəkatı teatrı qurub Petro Poroşenkonu prezident seçdirmək Rusiyanın MDB məkanındakı nüfuzuna, xarizmasına böyük zərbə idi. Putin Ukraynadakı demokratiya teatrının dekorasiyası arxasında rejissor kürsüsünü - hansı ki, o kürsüdə ABŞ oturub - darmadağın etməyi qarşısına məqsəd qoyub. 2014-cü ildə Krımın ilhaqından sonra Qərbdən Rusiyaya, Putinə, onun komandasına xeyli təzyiq oldu, sanksiyalar tətbiq edildi, neftin dünya bazar qiyməti az qala 10 dəfə aşağı salındı, rubl dəyərdən düşdü, Rusiya iqtisadiyyatı iflic halına gəldi, lakin Putin Ukrayna ilə bağlı tutduğu mövqeyindən geri çəkilmədi.

Qərb bunun fərqindədir. Bu cür israrçı və ölkəsi üçün prinsipial mövqeyindən geri çəkilməyən liderlə - Putinlə dil tapmağa çalışır. Sanksiyalar işə yaramır, neftin dünya bazar qiymətini ucuzlaşdırmaqla Putini zəiflətmək olmur, inqilab ssenariləri işə yaramır. Bəs bu iki nəhəng dövlətin Ukraynada toqquşması nə ilə nəticələnəcək?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun “Yeni Müsavat”a bildirdiyinə görə, Kremlin məntiqindən belə çıxır ki, Ukrayna və ya Gürcüstan NATO-ya üzv olsalar, bu iki ölkə Rusiya tərəfindən yenidən cəzalandırılacaq: “ABŞ və Avropa Ukraynanın müdafiəsini gücləndirmək istəyirsə, bu ölkənin NATO-ya üzvlüyü məsələsini sürətləndirməlidir. NATO-nun 2008-ci ilin aprel ayında Buxarest sammitində Gürcüstanın və Ukraynanın Şimali Atlantika Blokuna üzvlüyü qərarı verilsəydi, Rusiya nə Gürcüstana müdaxilə edib Abxaziya və Cənubi Osetiyanı işğal edər, nə də Krımı ilhaq etməklə Ukrayna ərazisində növbəti separatçı bölgə yaradardı. O zaman Vaşinqton Gürcüstan və Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləyərkən Fransa və Almaniya bunun əleyhinə çıxdılar”.

Politoloq hesab edir ki, Ukraynanı qorumağın başqa bir variantı da var: “ABŞ və müxtəlif Avropa ölkələri Ukraynada hərbi bazalar yaradırlar. Bu amil də Rusiyanı Ukraynaya hərbi müdaxilədən çəkindirə bilər. Ukrayna müxtəlif ölkələrdən modern silahlar və hərbi texnika alıb. Rusiyada şübhələnirlər ki, Ukrayna prezidenti orduya Donbasa daxil olmağa əmr verə bilər. Rusiya buna cavab olaraq Ukrayna ilə sərhədə qoşun toplayıb. Bu, Kremlin Kiyevə qarşı həm də psixoloji savaşıdır. Kreml bu yolla Kiyevə mesaj yollayır ki, əgər Ukrayna ordusu Donbasda genişmiqyaslı hərbi əməliyyata başlasa Rusiya ordusu Donbasa daxil olacaq və burada pasport payladığı vətəndaşlarını qoruyacaq. Bəzi mülahizələrə görə, Rusiya Donbasla kifayətlənməyəcək, Ukraynanın Mariupol və Odessa şəhərlərini də ələ keçirəcək”.

Siyasi ekspert Ramiyə Məmmədova Bayden-Putin görüşünü qeyri-müəyyənlik adlandırır və nəticəsiz hesab edir. Onun qəzetimizə dediyinə görə, Rusiya üstün tərəfi kimi görünməkdədir: “Amerika Ukrayna üçün bundan artığını edə bilmədiyini göstərdi. Düzdür, Kiyevə dəstəyini nümayiş etdirdi və müharibəyə rəvac verilmədi, amma tərəflər anlaşa bilmədilər. Yəni Putin qoşunlarını Ukrayna sərhədlərindən çəkmək öhdəliyi götürmədi. Əksinə, hələ bir müddət də gərginlik yaşanacaq. Rusiya qulağının dibində bütün sanksiyalara tab gətirərək Ukraynanı əldən verməməyə çalışacaq. Necə ki, Suriyada Əsəd rejimini axıra qədər müdafiə etdi. Ona görə Ukrayna prezidenti Zelenskinin Putinlə danışıqlar apararaq vəziyyəti sakitləşdirməsi daha uyğun seçim olardı”.

Təhlilçi hesab edir ki, ümumilikdə ABŞ Ukrayna məsələsində acı bağırsaq kimi uzanan siyasətindən vaz keçməlidir: “Konkret qərar qəbul etmək zamanıdır. Bayden ya bu ölkəni tam müdafiə edir, onu birdəfəlik Rusiyanın caynağından qurtarır, ya da ukraynalılara deyir ki, gedin, ruslarla dil tapın. Çünki ABŞ bu ritorika ilə Rusiyanı geriə oturda bilməyəcək. Hərçənd Putin də müharibə etmək istəmir, amma qabarma-çəkilmə siyasəti yürüdür, hərbi müdaxilə adı ilə xox gələ bilir”.

Siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, Bayden Putinə Ukraynaya hərbi müdaxilə olacağı təqdirdə, güclü iqtisadi sanksiyaların tətbiq ediləcəyini deyib, Moskvanı diplomatiyaya qayıtmağa" dəvət edib: “Vaşinqton da bilir ki, Rusiya Ukraynaya hərbi müdaxilə etməyəcək. Lakin gərginlik davam edəcək. Rusiya davamlı hərbi müdaxilə görüntüsü yaradacaq, ABŞ sanksiyalar və digər addımlarla xəbərdarlıqlar edəcək. Ukrayna sərhədlərinə ordu toplayan Putin bununla Kiyevin separatçılara hücumunu əngəlləmək, Baydenin ”rus təhlükəsi"nə qarşı avropalı müttəfiqlərini toplamaq siyasətini izləyəcək. Hələ ki hər ikisi istədiyini alır".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanlı blogerə Rusiyada cinayət işi açıldı - BAŞLARI QAÇIB...
Bu gün, 15:46
Cənubi Qafqazda dönüş nöqtəsi: Aİ Ermənistan–Azərbaycan sülhünü dəstəkləyir - NƏ BAŞ VERİR?
Bu gün, 15:44
"Dənizkənarı Bulvar İdarəsi”nin sabiq sədrinin məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Bu gün, 15:31
PKK silahı atdı... QƏLƏMİ TUTDU... - DAHA TƏHLÜKƏLİ...
Bu gün, 14:35
"AccessBank"ın səhmdar kapitalı azalıb, borcu artıb - HESABAT
Bu gün, 14:26
“PAŞA Bank”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 13:03
“Beynəlxalq Bankı”ın mənfəəti azaldı - DETALLAR
Bu gün, 13:01
Paşinyan 3 il ərzində 6-cı dəfə Makronu Ermənistana dəvət edib
Bu gün, 12:58
"Analar, oğlunuza tərbiyə verin, qadın qul deyil" - ETİRAZ
Bu gün, 12:57
Deputat Aqil Abbas ailəsi ilə birlikdə Ağdama köçmək istədiyini bildirib
Bu gün, 12:48
"Paşinyanın başqa yolu qalmayıb, Ermənistan Rusiyadan uzaqlaşacaq" - ŞƏRH
Bu gün, 12:39
Cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:36
Razi Nurullayevdən yeni məmurlara etiraz: - “Hamıya oğru kimi baxırlar”
Bu gün, 12:31
"Evimizdə xəyanət mövzusu gündəmə gəlməyib, səhvini üzünə vurmamışam" - Yaşar Nurininin həyat yoldaşı
Bu gün, 12:28
Kremlin Karapetyan planı: - Rusiya öz əlaltılarını indi də Ermənistanda hərəkətə keçirir
Bu gün, 12:26
Üfüqdə görünən sülh: danışıqlar belə davam edərsə... - GƏLİŞMƏ
Bu gün, 12:23
Hindistanlı turistlərin Azərbaycana səfəri kəskin artıb – Boykot işə yaramayıb
Bu gün, 12:10
TRT-nin Azərbaycan səhvi: Ərdoğan cəzalandırdı? - VİDEO
Bu gün, 12:05
Putin Ukrayna müharibəsində ona pul toplayan azərbaycanlıları da hədəfə alır - FOOD CİTY-yə BASQIN GÖZLƏNİLİR
Bu gün, 11:55
Cahid Şahbazovla bağlı RƏSMİ AÇIQLAMA
Bu gün, 11:53
36 ilin işçisi ixtisara salınır: HARA GETSİN BƏS? - MÜRACİƏT
Bu gün, 11:50
DİM sədri yenə ekspertlərin BOSTANINA DAŞ ATDI - Mediada işimizi müzakirə edənlər sanki paralel həyatda yaşayır
Bu gün, 11:43
“Təəssüf ki, bəzən yalnız ehsan süfrəsinə görə yasa gələnlər olur” -İLAHİYYATÇIDAN AÇIQLAMA
Bu gün, 11:40
Türkiyə bazaları Azərbaycana GƏLİR, ölkəmiz NATO-ya ÜZV OLUR – Rusiya ŞOKDA!
Bu gün, 11:37
Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək
Bu gün, 11:35
Ukraynada hərbi vəziyyətin müddəti uzadılır
Bu gün, 11:31
Azərbaycan və yeni Suriya: Bakı Yaxın Şərqin yeni düzənini necə formalaşdırır - İNCƏLƏMƏ
Bu gün, 11:30
NDU-da QALMAQAL: “Dekan bizə cinsi əlaqə təklif etdi” - ŞOK TƏFƏRRÜAT
Bu gün, 11:23
Tender bazarının daha bir ”XODGEDƏNİ”: ”SAFFİRA PLUS”... - DETALLAR
Bu gün, 11:15
“Söz verdiyim kimi vəzifəmdən gedirəm, qoy sevincləri artıq olsun” - ANAR
Bu gün, 11:10
Müştərini döyən “Uber”in sürücüsünə hökm oxundu
Bu gün, 11:09
Rövşən Rzayev və Əli Həsənli şirkətin işçilərinə çox maaş yazıb sonra geri alırlar? - İTTİHAM VAR
Bu gün, 11:07
“Kontakt Home” müştəriyə əzik kondisioner satdı - FOTO
Bu gün, 11:02
"Rusiyaya uzaqmənzilli zərbələr endiriləcək" - Zelenski
Bu gün, 11:00
Ərzaq bazarının monopolist şirkəti "Azərsun" medianı kababxanalara qaytarır - BU NƏDİ BELƏ?
Bu gün, 10:46
İşəgötürən bu halda maddi və mənəvi məsuliyyət daşıyır - Ekspert danışır...
Bu gün, 10:35
Ağlar günə qoyulan QUSAR TƏHSİLİ... - İTTİHAM VAR...
Bu gün, 10:30
"Cahid Şahbazova cinayət işi açılıb" - TƏFƏRRÜAT
Bu gün, 10:27
"Qızlar əncir yarpağında çölə çıxsalar bundan abırlıdır" - Xalq artisti
Bu gün, 10:23
Abbas şikayətini geri götürmək üçün pul alıb - AÇIQLAMA
Bu gün, 10:21
Dövlət Radiotezliklər İdarəsinin qızılgül, qərənfil, əklil almaq istəyi baş tutmadı
Bu gün, 10:17
Düşünürdüm ki, Putin sözünün üstündə duran adamdır - Tramp
Bu gün, 10:16
Qaxda günlük ev qiymətləri “OD-TUTUB yanır” - REPORTAJ
Bu gün, 10:14
9 saylı türmədə nələr baş verir? - NARAZILIQ VAR...
Bu gün, 10:08
“Sədərək Yusif”in oğlunun evindən oğurluq edən qadınla bağlı qərar ləğv edildi - TƏFƏRRÜAT
Bu gün, 10:04
Fazil Mustafaya sui-qəsd edənlərin ailəsi ondan imdad diləyib? - Deputat danışdı
Bu gün, 10:01
Paşinyan Bakı və Ankaraya “təslim” oldu – İki ölkədən təxribat siqnalı
Bu gün, 09:57
Karapetyan HƏBSDƏ OLSA BELƏ... - təşkilat yaradır...
Bu gün, 09:55
Bu məktəbə direktor təyin olundu - ƏMR
Bu gün, 09:51
"Azersun”un əməkdaşı HƏBS OLUNACAQMI? - Ortada sübut-dəlil olsa da...
Bu gün, 09:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru