Türkiyədə valyuta böhranı: Ərdoğan “payız imtahanından” keçəcəkmi? - GƏLİŞMƏ
Tarix: 25-11-2021, 10:38 | Çap et
 Türkiyə bazarları növbəti dəfə böyük valyuta böhranı ilə üzləşib. Baş verənlər ölkədə ciddi etirazla qarşılanıb, bəzi şəhərlərdə vətəndaşlar böhrana etiraz olaraq aksiyaları keçiriblər.
Ekspertlər iddia edirlər ki, son valyuta böhranı ilə 1994-cü il ildə qeydə alınan iqtisadi böhran arasında ciddi oxşarlıqlar var. 1993-cü ildə Turqut Özalın ölümündən sonra Süleyman Dəmirəl Prezident, Tansu Çillər Baş nazir seçildi. O zaman Çillərin uğursuz maliyyə siyasəti üzündən Türkiyədə bir gündə dollar 14 faiz bahalaşdı. Budəfəki artım isə öz miqyasına görə onu da geridə qoyub.
Türkiyəli iqtisadçı ekspert Güldəm Atabay AYNA-ya şərhində deyib ki, Türkiyə hökuməti təcili iqtisadi islahatlara başlamalıdır: “Baş verənlər bir daha göstərdi ki, hökumət maliyyə siyasətinə yenidən baxmalıdır. Lakin görünən odur ki, Türkiyə iqtidarı buna getmyəcək. Ən azından bu niyyəti ortada yoxdur. Prezident Rəcəb Tayyib Ərdoğanın son açıqlamalarına nəzər salanda bunu aydın görmək olur. Normalda bazarların gözlədiyi ilk şey həm inflyasiyanın artması, həm də məzənnələrdə ciddi artımın dayandırılmasıdır, lakin bu, yalnız faiz dərəcələrinin artırılması ilə mümkündür. Bunun başqa yolu yoxdur”.
Onun sözlərinə görə, bunun baş verəcəyi az inandırıcıdır: “Hətta bundan sonra maliyyə siyasətində dəyişiklik olsa da, qısa müddət ərzində sabitliyi təmin etmək mümkün olmayacaq. Çünki faiz artırılsa belə, yenidən azalmayacağına heç bir təminat yoxdur. Çox təəssüf ki, hökumət etimadı itirib və baş verənlərin kökündə həm də bu amil dayanır. Türkiyənin bu problemi birdəfəlik həll etməsinin bir yolu var. Bu yol da iqtisadiyyatda şəffaflığı təmin etməkdən və vətəndaşların hökumətə olan inamını geri qaytarmaqdan keçir. AKP iqtidarı bundan nəticə çıxarmalıdır. Əks halda Türkiyə daha ciddi problemlər gözləyəcək”.
Atabay əlavə edib ki, iqtisadi müstəvidə baş verənlər siyasi həyata da təsirsiz ötüşmür: “Əgər bir ölkə qısa müddət ərzində ciddi iqtisadi böhranla üz-üzə qalırsa, ilk növbədə məsuliyyəti hökumət daşıyır. Hökumət isə inadkarlıq edir və oxşar kursun davamında israrlıdır. Belə bir vəziyyət isə siyasi həyata da təsir göstərəcək. Nəticə çox pis ola bilər. Son aksiyalar göstərdi ki, artıq ciddi etirazlar var. Erkən seçkilər, hətta hakimiyyət dəyişikliyi də mümkündür”.
Azərbaycanlı iqtisadçı ekspert Xalid Kərimli isə AYNA-ya açıqlamasında bildirib ki, Türkiyə böhranı dünya iqtisadiyyatında baş verənlərlə bilavasitə əlaqəlidir: “Hazırda dünyada qlobal infilyasiya müşahidə olunur. Bunun fonunda ABŞ dollarının qiyməti artır və digər valyutalara zərbə vurur. Digər səbəb Türkiyənin tədiyyə balansı ilə bağlıdır. Türkiyə ixrac ölkəsi olduğu kimi, həm də idxal ölkəsidir. Dünya bazarında baş verən bahalaşmalar bu ölkəyə də təsirsiz ötüşmür. İlin sonlarına doğru Türkiyə şirkətləri yüklənir və bu da öz təsirini göstərir. Turizmdən daxil olan gəlirlərin azalması da iqtisadi vəziyyəti gərginləşdirir”.
“Hazırda Türkiyə Mərkəzi Bankının müstəqilliyi də şübhə altına düşüb. Mərkəzi Bankın sədrinin tez-tez dəyişməsi, bu qurumun müstəqilliyini itirməsi, siyasi hakimiyyətin sifarişlərini icra etməsi bu qəbildəndir. Eyni zamanda bu qurum böhrana adekvat reaksiya vermir. Faiz dərəclərini artırmaq əvəzinə, bunun əksini edir. Təbii ki, nəticədə ajiotaj yaranır və əhali sürətlə yığımlarını dollara çevirməyə çalışır. Bu gün baş verənləri Çillər dövrü ilə müqayisə edirlər. Lakin həmin dövrlə indiki dövr arasında fərqlər mövcuddur. Bunu nəzərə almaq lazımdır”.
Müsahibimiz hesab edir ki, baş verənlər Türkiyəni iqtisadi cəhətdən zəiflətsə də, siyasi böhrana gətirib çıxarmayacaq: “Yəqin ki, Türkiyə hökuməti müəyyən qabaqlayıcı addımlar atacaq. Düzdür, inflyasiya fonunda əhalinin gəlirləri azalacaq. Lakin bunun siyasi dəyişiklərə gətirib çıxaracağını düşünmürəm”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dünyanın yükünü daşıyan ADY-ni bataqlığa kim sürükləyir?! - GÖRÜNƏNİ ODUR Kİ...
Dünən, 18:07 |
|
|
|
• Gömrük sistemində rütbə ədalətsizliyi - NARAZILIQ VAR...
Dünən, 18:06 |
|
|
|
• Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfəri TƏKLİF OLUNDU
Dünən, 17:58 |
|
|
|
• ABŞ 100 il müddətinə Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif edib - Səfir
Dünən, 17:44 |
|
|
|
• Çimərliyə maşınla girənlərə sərt sözlər: - “Əllərinə bir az pul keçib, görməmişlər…”
Dünən, 17:42 |
|
|
|
• Paşinyan belçikalı həmkarı ilə sülh prosesini müzakirə etdi
Dünən, 17:35 |
|
|
|
• Nazirlik texnikasını yeniləyir: 3 milyonluq satınalma yekunlaşdı - QALİBLƏR
Dünən, 17:28 |
|
|
|
• Təmir-tikinti materialları bazarı “od tutub yanır” – Qiymətlər kəllə çarxa çıxdı!
Dünən, 17:25 |
|
|
|
• Rüfət Səfərovun məhkəməsində ittiham aktı elan olunub
Dünən, 17:21 |
|
|
|
• Dəfn müavinəti də hamıya veriləcək: - “Yaxın zamanda...”
Dünən, 17:08 |
|
|
|
• Rusiyanın miqrasiya siyasətində sərt dəyişikliklər: - Çinlilər artır, Qafqazlılar sıxışdırılır
Dünən, 17:02 |
|
|
|
• “Trampın növbəti şousu” - Sky News
Dünən, 17:00 |
|
|
|
• AzTV-nin keçmiş sədrinin qardaşı oğlunun vəsatəti təmin olunmadı - TƏFƏRRÜAT
Dünən, 16:53 |
|
|
|
• Moskvadan Bakıya qarşı yeni plan: ruslar soydaşlarımıza qətl əmrini necə verib? – ŞOK detallar
Dünən, 16:50 |
|
|
|
• Hərbi prokurora müavin təyin olunub - ƏMR
Dünən, 16:47 |
|
|
|
• Paşinyan 6 dəfə çağırdı, Makron niyə qəbul etmir? - GƏLİŞMƏ
Dünən, 16:04 |
|
|
|
• Mümkün müharibə təkcə Yaxın Şərq üçün yox, ABŞ üçün də ciddi təhlükə mənbəyidir
Dünən, 16:03 |
|
|
|
• Zelenski Yuliya Sviridenkoya Ukraynanın Baş naziri postunu təklif edib - KİV
Dünən, 15:59 |
|
|
|
• Milli Məclisdə məmurlara etiraz: - “Hamıya oğru kimi baxırlar”
Dünən, 15:58 |
|
|
|
• Rusiyadakı biznesi təhlükə altında olan sabiq məmurlar kimlərdir? - TƏFƏRRÜAT
Dünən, 15:53 |
|
|
|
• Azərbaycanlı blogerə Rusiyada cinayət işi açıldı - BAŞLARI QAÇIB...
Dünən, 15:46 |
|
|
|
• Cənubi Qafqazda dönüş nöqtəsi: Aİ Ermənistan–Azərbaycan sülhünü dəstəkləyir - NƏ BAŞ VERİR?
Dünən, 15:44 |
|
|
|
• "Dənizkənarı Bulvar İdarəsi”nin sabiq sədrinin məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Dünən, 15:31 |
|
|
|
• PKK silahı atdı... QƏLƏMİ TUTDU... - DAHA TƏHLÜKƏLİ...
Dünən, 14:35 |
|
|
|
• "AccessBank"ın səhmdar kapitalı azalıb, borcu artıb - HESABAT
Dünən, 14:26 |
|
|
|
• “PAŞA Bank”da yeni təyinat - BUNDAN SONRA...
Dünən, 13:03 |
|
|
|
• “Beynəlxalq Bankı”ın mənfəəti azaldı - DETALLAR
Dünən, 13:01 |
|
|
|
• Paşinyan 3 il ərzində 6-cı dəfə Makronu Ermənistana dəvət edib
Dünən, 12:58 |
|
|
|
• "Analar, oğlunuza tərbiyə verin, qadın qul deyil" - ETİRAZ
Dünən, 12:57 |
|
|
|
• Deputat Aqil Abbas ailəsi ilə birlikdə Ağdama köçmək istədiyini bildirib
Dünən, 12:48 |
|
|
|
• "Paşinyanın başqa yolu qalmayıb, Ermənistan Rusiyadan uzaqlaşacaq" - ŞƏRH
Dünən, 12:39 |
|
|
|
• Cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:36 |
|
|
|
• Razi Nurullayevdən yeni məmurlara etiraz: - “Hamıya oğru kimi baxırlar”
Dünən, 12:31 |
|
|
|
• "Evimizdə xəyanət mövzusu gündəmə gəlməyib, səhvini üzünə vurmamışam" - Yaşar Nurininin həyat yoldaşı
Dünən, 12:28 |
|
|
|
• Kremlin Karapetyan planı: - Rusiya öz əlaltılarını indi də Ermənistanda hərəkətə keçirir
Dünən, 12:26 |
|
|
|
• Üfüqdə görünən sülh: danışıqlar belə davam edərsə... - GƏLİŞMƏ
Dünən, 12:23 |
|
|
|
• Hindistanlı turistlərin Azərbaycana səfəri kəskin artıb – Boykot işə yaramayıb
Dünən, 12:10 |
|
|
|
• TRT-nin Azərbaycan səhvi: Ərdoğan cəzalandırdı? - VİDEO
Dünən, 12:05 |
|
|
|
• Putin Ukrayna müharibəsində ona pul toplayan azərbaycanlıları da hədəfə alır - FOOD CİTY-yə BASQIN GÖZLƏNİLİR
Dünən, 11:55 |
|
|
|
• Cahid Şahbazovla bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 11:53 |
|
|
|
• 36 ilin işçisi ixtisara salınır: HARA GETSİN BƏS? - MÜRACİƏT
Dünən, 11:50 |
|
|
|
• DİM sədri yenə ekspertlərin BOSTANINA DAŞ ATDI - Mediada işimizi müzakirə edənlər sanki paralel həyatda yaşayır
Dünən, 11:43 |
|
|
|
• “Təəssüf ki, bəzən yalnız ehsan süfrəsinə görə yasa gələnlər olur” -İLAHİYYATÇIDAN AÇIQLAMA
Dünən, 11:40 |
|
|
|
• Türkiyə bazaları Azərbaycana GƏLİR, ölkəmiz NATO-ya ÜZV OLUR – Rusiya ŞOKDA!
Dünən, 11:37 |
|
|
|
• Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək
Dünən, 11:35 |
|
|
|
• Ukraynada hərbi vəziyyətin müddəti uzadılır
Dünən, 11:31 |
|
|
|
• Azərbaycan və yeni Suriya: Bakı Yaxın Şərqin yeni düzənini necə formalaşdırır - İNCƏLƏMƏ
Dünən, 11:30 |
|
|
|
• NDU-da QALMAQAL: “Dekan bizə cinsi əlaqə təklif etdi” - ŞOK TƏFƏRRÜAT
Dünən, 11:23 |
|
|
|
• Tender bazarının daha bir ”XODGEDƏNİ”: ”SAFFİRA PLUS”... - DETALLAR
Dünən, 11:15 |
|
|
|
• “Söz verdiyim kimi vəzifəmdən gedirəm, qoy sevincləri artıq olsun” - ANAR
Dünən, 11:10 |
|
|
|
|