Xəlil Arslanovu 19 il həbs gözləyir .....                     Münasibətini bitirmək istəyən müğənni açıq-saçıq görüntüləri ilə şantaj olundu .....                     Qanında infeksiya olduğu halda “Berlin” klinikasında əməliyyat etdilər .....                     Pensiyalarla bağlı VACİB TƏKLİF .....                     Məktəb direktoru rəsmən FİTNƏ TÖRƏDİR .....                     İki Cəbrayılovun dağıtdığı BİR RAYON .....                     Ordubad rayonunda ŞÜBHƏLİ TENDERLƏR .....                     Suraxanıda ÖZBAŞINALIQ: Başçı görmürmü? .....                     Paşinyan hələ gözləmə mövqeyindədir .....                     “Avroviziya” münsiflərimizin adları qalmaqal yaratdı .....                     "Mənim məzhəbim, təriqətim də hamısı eşqdir" .....                     Müğənni Mirkamil əməliyyat olundu .....                     Bank əmanətləri: Güvəndiyimiz qalxan, yoxsa aşağı faizli tələ? .....                     Paytaxtın tarixi görkəmi məhv edilir, keçmişi silinir .....                     Köçəryan güclü deyil, Rusiya hələlik Paşinyanla davam edir .....                     Mətbəx masasında əməliyyat: Yaxud xəstələr niyə xəstəxanada ölür? .....                     Ukrayna Rusiya ilə memorandum imzalaya bilər .....                     "Ermənistanın siyasi isteblişmenti ölkənin gələcəyini yalnız Rusiyada görür" .....                     Azərbaycanda şair xərçəngdən vəfat etdi .....                     Məşhur müğənni AZERCELL-i İFŞA ETDİ .....                     Erməni terrorçuları şərti sərhəddə .....                     Rusiya və Ukrayna ən qısa müddətdə atəşkəslə bağlı danışıqlara başlayacaq .....                     “Qocalanda bunu sənə karyera verməyəcək” .....                     Fransanın Bakıda casus oyunları: Martin Ryan onlarla azərbaycanlını Fransa kəşfiyyatına təhvil verib .....                     Camaatımız nə istəyir? .....                     İcra başçıları nə qədər maaş alır? .....                     "Belə mənəvi durum Qalib xalqa yaraşmır...” .....                     Şəmkir İcra Hakimiyyəti milyonluq tender keçirir .....                     “Nar”ın dəstəyi ilə hazırlanan Jest dili tətbiqi tezliklə istifadəyə veriləcək .....                     Bakının mərkəzində söküntü başlayır .....                     Ermənistanın prezident iqamətgahının arxasında yük maşını partlayıb .....                     SSRİ bayrağı qaldıran Saleh Səmədovun oğlu da işdən çıxarıldı .....                     Ukrayna Rusiya ilə sərhəddəki əhalini kütləvi şəkildə köçürür .....                     Makronun yalanı ifşa edildi, Avropa səfərbər oldu .....                     Şərtlər Avropadan Azərbaycanla sağlam münasibətlər qurmağı tələb edir .....                     Rəşadı buna görə ürəyindən vurdular... .....                     Bank kartlarından kütləvi oğurluq: .....                     Paşinyan BUNU ANLADIĞINDAN... .....                     Zakir Həsənov Tel-Əvivdə İsrail müdafiə naziri ilə görüşüb .....                     Moskva regionda yenidən aktivləşib .....                 

Rusiya Mərkəzi Asiyanın nəzarətindən çıxmasına necə yanaşacaq? - TƏHLİL
Tarix: 11-08-2021, 08:58 | Çap et
Rusiya Mərkəzi Asiyanın nəzarətindən çıxmasına necə yanaşacaq?
Mərkəzi Asiya ölkələrinin dövlət başçıları tarixi, mədəni, dini və milli əsasda birləşmək, öz fəaliyyətlərini əlaqələndirmək və vahid mövqedən çıxış etmək istiqamətində mühüm addım atıblar. Belə ki, avqustun 6-da Türkmənistanın kurort şəhəri olan Azavada Mərkəzi Asiya dövlət başçılarının sayca dördüncü sammiti keçirilib. Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan və Qırğızıstan dövlət rəhbərlərinin iştirak etdiyi sammitdə çox mühüm siyasi-iqtisadi əhəmiyyət kəsb edən bəyannamə qəbul edilib.

Xatırladaq ki, sammitin müntəzəm keçirilməsi təşəbbüsü ilə 2017-ci ildə Özbəkistan prezidenti Şövkət Mirzoyev çıxış edib. İlk sammit 2018-ci ilin martında NurSultanda, ikinci 2019-cu ilin noyabrında Daşkənddə, üçüncü 2020-ci ilin avqustunda Bişkekdə(əslində videoformatda və qeyri-rəsmi), dördüncü isə Avazada keçirilib. Rusiya mətbuatının böyük qıcıq və narazılıqla işıqlandırdığı sammit çox isti və mehriban atmosferdə keçib. Dövlət başçıları bərabərhüquqlu, qarşılıqlı hörmət və yaxşı qonşuluq siyasəti üzərində qurulan münasibətləri daha da dərinləşdirmək, regional problemlərin həllində birgə mövqe sərgiləmək, bütün dövlətlərin iqtisadi maraqlarına cavab verən layihələrin icrasında aktiv iştirak etmək barədə öz iradələrini ifadə ediblər. Bəyannamədə prezidentlər regionda atom silahından azad zonaya dair müqavilənin icrasında fəal əməkdaşlığa, analoji zonalarla əlaqələri genişləndirməyə hazır olduqlarını qeyd ediblər.

Mərkəzi Asiya dövlət başçıları Əfqanıstanda vəziyyətin tezliklə nizama düşməsini regionda təhlükəsizlik və stabilliyin möhkəmlənməsi üçün əsas faktorlardan biri hesab edirlər. Onlar əfqan cəmiyyətində vətəndaş sülhü və razılığın əldə olunması üçün öz dəstəklərini əsirgəməyəcəklər.

Sammitdə BMT Baş katibinin Mərkəzi Asiya regionu üzrə xüsusi nümayəndəsi Natalya German da iştirak edib.

Rusiya mətbuatı bəyan edir ki, dövlət başçıları yeni regional birlik yaratmağı planlayırlar. Bunun sübutu kimi sammitin institutlaşdırılması, onun vahid simvolunun yaradılması, həmçinin Mərkəzi Asiyanın 21-ci əsrdəki inkişafı məqsədilə yaxın qonşuluq, dostluq və əməkdaşlıq haqqında sazişin imzalanması qərarlarını qeyd edirlər. Sammitin yekunu olaraq bütün ölkələrin xarici işlər idarələrinə 2022-2024-cü illəri əhatə edən regional əməkdaşlıq haqqında Yol xəritəsinin razılaşdırılması işini qısa müddətdə başa çatdırmaq tapşırılıb.

Dövlət başçıları yalnız azad bazar deyil, dəniz limanlarına çıxışı təmin edəcək vahid nəqliyyat sisteminin yaradılması barədə razılığa gəliblər. Söhbət Mərkəzi Asiya-Cənubi Avropaya çıxış imkanı verən Qara dəniz, Mərkəzi Asiya-Yaxın Şərq, Mərkəzi Asiya-Çin, Mərkəzi Asiya-Hindistan marşrutlarında gedir.

Rusiya tərəfi Mərkəzi Asiya ölkələrinin müstəqil siyasət yürütmək istiqamətində birgə fəaliyyətlərin gücləndirilməsi prosesinin hərəkətverici qüvvəsinin Qazaxıstan və Özbəkistan olduğunu bəyan edir. Bu iddianın reallıq payı xeyli yüksəkdir: bu iki ölkə iqtisadi-siyasi inkişaf baxımından regionun digər dövlətlərindən xeyli irəli gedə biliblər. Onların ABŞ və Avropa ilə Rusiyanın arzulamadığı qədər yaxın və əhatəli siyasi-iqtisadi əlaqələri yaranıb, getdikcə də dərinləşir. Təsadüfi deyil ki, regional iqtisadi proseslərin tam nəzarətə götürülməsi təşəbbüsləri də bu iki dövlətin başçısından gəlib. Qazaxıstan prezidenti Qasımcomərd Tokayev vahid regional nəqliyyat kommunikasiyalarının yaradılması ideyasının müəllifidir. Onun sammitdə verdiyi məlumata görə, Dünya Bankı bu kommunikasiyaların inkişafının Mərkəzi Asiya ölkələrinin hamısında Ümumi Daxili Məhsulun ən azı 15 faiz artmasına gətirib çıxaracağı qənaətindədir.

Özbəkistanın dövlət başçısı Şövkət Mirzoyev isə regionun yaşıl enerji və müasir texnologiyaların tətbiq olunduğu zonaya çevrilməsi, bölgədəki iqtisadi, ekoloji problemlərin vahid mərkəzdən idarə olunmaqla həllinin təmin edilməsi təşəbbüsü ilə çıxış edib. Bu baxımdan, o, bölgədəki su ehtiyatlarından hamının bərabər əsaslarla istifadəsinə nail olunmasını təklif edir.

Maraqlıdır ki, region üçün mühüm əhəmiyyət daşıyan regional marşrutların hamısı Əfqanıstan üzərindən keçməlidir. Bu isə onların reallaşması üçün Əfqanıstanda daxili müharibənin başa çatmasını tələb edir. Hazırda Taliban Əfqanıstanın Mərkəzi Asiya ölkələri ilə olan bütün sərhədinə nəzarət edir.

Rusiya ekspertləri hesab edirlər ki, Transəfqan dəmir yol xəttinin çəkilməsi region ölkələrindən daha çox ABŞ-ın maraqlarına cavab verir. 2005-ci ildə ABŞ-ın Con Hopkins Universiteti tərəfindən Böyük Mərkəzi Asiya konsepsiyası irəli sürülüb. Konsepsiya keçmiş SSRİ-yə daxil olan ölkələrin Əfqanıstan və Cənubi Asiya ölkələri ilə birliyinin yaradılmasını nəzərdə tutur. Ruslar hesab edirlər ki, Mərkəzi Asiya ölkələrinin başlatdığı proses bu konsepsiyanın həyata keçirilməsidir. Və bu prosesdə aparıcı və təşəbbüskar Qazaxıstandır.

Qazaxıstan Mərkəzi Asiya dövlətlərinin birliyini formalaşdırmaqla yanaşı, Ukrayna üzərindən Avropaya çıxışı təmin edəcək Transxəzər beynəlxalq nəqliyyat marşrutunun aktiv təşəbbüskarıdır. Bu da Rusiyanın həm Mərkəzi Asiyadakı, həm də Ukrayna ilə bağlı planlarına zidd olan prosesdir.

Bir neçə ay öncə Rusiya mətbuatında Qazaxıstanın şimalının ona məxsus olmadığına dair çoxsaylı məqalələr, rəylər yayımlandı. Rus ekspertlər Qazaxıstan adlı dövlətin Rusiya tərəfindən yaradıldığını iddia etməklə, Şimali Qazaxıstanın geri alınmalı olduğunu əsaslandırmağa çalışırdılar. Belə görünür ki, Rusiya Qazaxıstanın Mərkəzi Asiyanı Şimal qonşunun çəngindən almaq planlarına bu ölkənin ərazisində separatizm ocağı yaratmaqla mane olmaq niyyətindədir.

Qazaxıstan, Türkmənistan, Özbəkistan və Qırğızıstanın Türkiyə və Azərbaycanla yaxınlaşması, Türk Dövlətləri Birliyinin formalaşdırılması təkliflərinə isti yanaşması da Rusiyanı qıcıqlandıran proseslərdən biridir. Yalnız Mərkəzi Asiyanın türk dövlətləri deyil, Tacikistan, Əfqanıstan kimi ölkələr də Azərbaycan və Türkiyə ilə siyasi-iqtisadi əlaqələrin dərinləşdirilməsinə çalışırlar. Bu baxımdan, “Taliban”ın Əfqanıstanda aktivləşməsindən sonra Tacikistan prezidenti İmomali Rahmonun Azərbaycanın dövlət başçısı İlham Əliyevə zəng vuraraq onu ölkəsinə səfərə dəvət etməsi diqqət çəkir. Telefon danışığı barədə yayılan rəsmi məlumatda Tacikistan prezidentinin azərbaycanlı həmkarına Əfqanıstandakı proseslə bağlı ölkəsinin sərhədlərinda yaranmış vəziyyətə dair ətraflı məlumat verdiyi qeyd edilir. Azərbaycanın Türkiyənin yaxın siyasi dəstəyi ilə öz torpaqlarını Ermənistanın işğalından azad etməsindən sonra Mərkəzi Asiya ölkələrinin bu iki dövlətlə yaxınlaşmağa can atması da Rusiyanı ciddi şəkildə narahat edən prosesdir.

Mərkəzi Asiya ölkələrinin irəli sürdükləri və Rusiyanın öz maraqlarına zidd hesab etdiyi regional iqtisadi layihələrdən biri Çin-Qırğızıstan-Özbəkistan dəmiryol xəttidir. Daha bir antiRusiya layihəsi Türkmənistandan təklif edilir. Bu ölkə Türkmənistan-Çin qaz boru xəttinin tikintisi başa çatdıqdan sonra Tacikistan və Qırğızıstanı qazla tam təmin etməyə hazır olduğunu bəyan edib. Bu isə hər iki ölkənin yeganə qaz təchizatçısı olan Moskvanı narahat etməyə bilməz.

Rusiya ekspertləri, ictimai-siyasi xadimləri Mərkəzi Asiya dövlətlərini nankorluqda, Rusiyanın onlar üçün yaratdığı “təhlükəsizlik çətiri”nin qədrini bilməməkdə ittiham edirlər. Onların fikrincə, Mərkəzi Asiya bütünlüklə Rusiyanın nüfuz dairəsidir və digər dövlətlərin orada fəallaşmasına yol vermək Rusiyanın dövlət maraqlarını satmağa bərabərdir.

Siyasi şərhçi Asif Nərimanlının fikrincə, Mərkəzi Asiya ölkələrinin Rusiyanın nöqteyi-nəzərincə mərkəzdənqaçma xəttini tutması dəyişən geosiyasi reallıqlar və bu proseslərdə Türkiyənin aktivləşməsindən qaynaqlanır: “II Qarabağ müharibəsində Türkiyənin Cənubi Qafqazda və Mərkəzi Asiyada güc balansına təsir etdiyini gördük. Müharibədən dərhal sonra baş verənlər Türk Şurasına üzv ölkələrin həm energetika, həm hərbi, həm də digər istiqamətlər üzrə inteqrasiyasını dərinləşdirmək niyyətini ortaya qoyur və bununla bağlı konkret addımlar atılır. Bütün bunların fonunda Türk Şurasının beynəlxalq təşkilata çevrilməsi planı var. Yaranmış situasiya Mərkəzi Asiya ölkələri üçün Rusiya qarşısında alternativ imkanlarını artırır. Bu ölkələr alternativ imkandan Rusiyanın təsirini azaltmaq üçün istifadə edirlər, lakin böyük tabloda məsələnin ”Bir kəmər, bir yol" layihəsinin tərkib hissəsi olduğunu görünür. Avrasiyada siyasi və iqtisadi mənzərəni dəyişdirəcək, həm də geosiyasi balansa təsir edəcək layihə üzrə Mərkəzi Asiya ölkələrindən keçməklə Azərbaycan və Türkiyəyə, oradan da Avropaya uzanan Orta Dəhlizin əsas marşrut olaraq seçildiyini görürük. Bu prosesdə Türkiyənin missiyası Orta Dəhliz üzərində yerləşən ölkələri bir çatı altına toplamaqdır və Ankaranın Türk Şurasını beynəlxalq təşkilata çevirmək planı da bundan qaynaqlanır. Burada Türkiyənin strateji maraqları olduğu kimi, “Bir kəmər, bir yol” layihəsinin müəlliflərinin də maraqları var və bu, həm Ankaranın, həm də Mərkəzi Asiya ölkələrinin əlini gücləndirir".

A.Nərimanlı hesab edir ki, Mərkəzi Asiya ölkələrinin Rusiyanın təsirini azaltmaq cəhdlərinin nəticə verəcəyini proqnozlaşdırmaq mümkündür: “Lakin bu prosesin kifayət qədər ağrılı keçəcəyi də məlumdur. Proseslərdə tərəf kimi çıxış edən üç ölkə var: Türkiyə, Rusiya və ABŞ. ABŞ Qarabağ münaqişəsinin həllindən sonra Türkiyədən Mərkəzi Asiyaya uzanan marşruta nəzarət etmək və Çinə qarşı mübarizədə istifadə etmək istəyir. Bayden-Ərdoğan görüşündən sonra Ankara və Vaşinqtonun problemləri həll etməsələr belə, bəzi razılaşmalar əldə etməsi, ardınca ABŞ-ın Əfqanıstanda Türkiyənin qalmasına yaşıl işıq yandırması da bundan qaynaqlanırdı. Türkiyənin əsas hədəfi Mərkəzi Asiya ölkələrini öz orbiti ətrafında birləşdirmək və qeyd etdiyimiz Orta Dəhlizə hakim olmaqdır. Bunun üçün indi ABŞ-la anlaşmış kimi görünsə də, gələcəkdə əsas tərəfdaşı Şərqdə Çin, Qərbdə Böyük Britaniya olacaq. Rusiyanın önündə iki yol var: birincisi, Çinə qarşı ABŞ-la birləşmək; ikincisi, Cənubi Qafqazda olduğu kimi Mərkəzi Asiyanı da Türkiyə ilə paylaşmaq; Moskvanın hər iki istiqamətdə hərəkət etdiyini görürük. Birincisi, ABŞ-ın Əfqanıstandan çıxmasından sonra Mərkəzi Asiyada rus bazalarından istifadə etməsi mümkün ola bilər və ruslar bununla həm Türkiyənin, həm də Çinin ”yumşaq qarnı" olan Mərkəzi Asiyada qarşısını alır, o cümlədən “Bir kəmər, bir yol” layihəsində Orta Dəhlizin aktuallığını arxa plana keçirməklə, özünün yerləşdiyi Şimal Dəhlizini aktuallaşdırır. İkincisi, Rusiya Türkiyə ilə birlikdə hərəkət edir. Bu, geosiyasi dəyişiklikdə proseslərdən kənarda qalmamaq, güclülərin qarşısında yox, yanında yer almaq məqsədindən irəli gəlir. O cümlədən Çinlə əməkdaşlığı dərinləşdirir. ABŞ-ın Əfqanıstandan çıxmasından sonra Mərkəzi Asiyanın təhlükəsizliyini də Türkiyə ilə birlikdə təmin etmək istəyir. Moskvanın ikili strategiyasını görürük və bu, daha çox mübarizənin nəticəsinə uyğun tərəf seçmək, eləcə də proseslərin yekununda daha qazanclı çıxmağa hesablanıb. Fikrimcə, Rusiya Mərkəzi Asiya ölkələrinin mərkəzdənqaçma siyasətinə nə qədər qarşı çıxsa da, dəyişən reallıqları qəbul etməyə məcbur olacaq və bölgəni Türkiyə ilə birlikdə paylaşacaq. Qarşıdakı dövrdə Türk Şurası ilə Rusiya ittifaqları arasında əməkdaşlığın olacağı da istisna deyil".
“Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xəlil Arslanovu 19 il həbs gözləyir - BUNA GÖRƏ
Bu gün, 06:23
Münasibətini bitirmək istəyən müğənni açıq-saçıq görüntüləri ilə şantaj olundu - "Daha sonra öyrəndim ki.."
Bu gün, 06:20
Qanında infeksiya olduğu halda “Berlin” klinikasında əməliyyat etdilər –Vətəndaş həkimi ittiham edir
Bu gün, 06:09
Pensiyalarla bağlı VACİB TƏKLİF – Mərhələli olaraq…
Bu gün, 06:05
Məktəb direktoru rəsmən FİTNƏ TÖRƏDİR - VİDEOFAKT
Bu gün, 06:02
İki Cəbrayılovun dağıtdığı BİR RAYON - AXI NİYƏ?..
Bu gün, 05:57
Ordubad rayonunda ŞÜBHƏLİ TENDERLƏR - Əgər bir araşdıran olsa...
Bu gün, 05:50
Suraxanıda ÖZBAŞINALIQ: Başçı görmürmü? - VİDEO
Bu gün, 05:42
Paşinyan hələ gözləmə mövqeyindədir - NƏ BAŞ VERİR?
Bu gün, 05:34
“Avroviziya” münsiflərimizin adları qalmaqal yaratdı - SİYAHI
Bu gün, 05:30
"Mənim məzhəbim, təriqətim də hamısı eşqdir" - ETİRAZ
Bu gün, 05:26
Müğənni Mirkamil əməliyyat olundu
Bu gün, 05:23
Bank əmanətləri: Güvəndiyimiz qalxan, yoxsa aşağı faizli tələ? - ARAŞDIRMA
Bu gün, 00:46
Paytaxtın tarixi görkəmi məhv edilir, keçmişi silinir - MALƏSƏF...
Bu gün, 00:41
Köçəryan güclü deyil, Rusiya hələlik Paşinyanla davam edir - GƏLİŞMƏ
Bu gün, 00:38
Mətbəx masasında əməliyyat: Yaxud xəstələr niyə xəstəxanada ölür? - AKTUAL
Bu gün, 00:36
Ukrayna Rusiya ilə memorandum imzalaya bilər - KİV
Bu gün, 00:30
"Ermənistanın siyasi isteblişmenti ölkənin gələcəyini yalnız Rusiyada görür" - FAKT BUDUR!
Bu gün, 00:27
Azərbaycanda şair xərçəngdən vəfat etdi
Bu gün, 00:24
Məşhur müğənni AZERCELL-i İFŞA ETDİ - 4 günə necə bitə bilər?
Bu gün, 00:20
Erməni terrorçuları şərti sərhəddə
Bu gün, 00:13
Rusiya və Ukrayna ən qısa müddətdə atəşkəslə bağlı danışıqlara başlayacaq - Tramp
Dünən, 22:17
“Qocalanda bunu sənə karyera verməyəcək”
Dünən, 21:23
Fransanın Bakıda casus oyunları: Martin Ryan onlarla azərbaycanlını Fransa kəşfiyyatına təhvil verib - SENSASİON İFADƏ
Dünən, 21:19
Camaatımız nə istəyir? - AKTUAL
Dünən, 19:02
İcra başçıları nə qədər maaş alır? - MƏBLƏĞ
Dünən, 19:01
"Belə mənəvi durum Qalib xalqa yaraşmır...” - Ekspert son günlərin amansız qətlləri haqda həyəcan təbili çaldı..
Dünən, 18:52
Şəmkir İcra Hakimiyyəti milyonluq tender keçirir
Dünən, 18:47
“Nar”ın dəstəyi ilə hazırlanan Jest dili tətbiqi tezliklə istifadəyə veriləcək
Dünən, 18:37
Bakının mərkəzində söküntü başlayır - nə qədər kompensasiya veriləcək...
Dünən, 18:30
Ermənistanın prezident iqamətgahının arxasında yük maşını partlayıb - KİV
Dünən, 17:19
SSRİ bayrağı qaldıran Saleh Səmədovun oğlu da işdən çıxarıldı - QƏRAR
Dünən, 17:16
Ukrayna Rusiya ilə sərhəddəki əhalini kütləvi şəkildə köçürür
Dünən, 17:13
Makronun yalanı ifşa edildi, Avropa səfərbər oldu – Yeni təhlükə
Dünən, 17:09
Şərtlər Avropadan Azərbaycanla sağlam münasibətlər qurmağı tələb edir - Zülfüqarov
Dünən, 17:06
Rəşadı buna görə ürəyindən vurdular... - Şok fakt açıqlandı
Dünən, 17:03
Bank kartlarından kütləvi oğurluq: - Problemi necə həll etmək olar?
Dünən, 17:00
Paşinyan BUNU ANLADIĞINDAN... - AKTUAL
Dünən, 16:55
Zakir Həsənov Tel-Əvivdə İsrail müdafiə naziri ilə görüşüb
Dünən, 16:52
Moskva regionda yenidən aktivləşib - Rusiya sülh danışıqlarına müdaxilə etməkdə maraqlıdır
Dünən, 16:50
“SOCAR Midstream Operations” şirkətində yeni təyinat - BUNDAN SONRA...
Dünən, 16:48
“Sülh yollarının kəsişməsi” kimi alternativ təkliflər süni bəhanələrdir -RƏY
Dünən, 16:43
Məşhuri-CAHAN: Dövlətdən YEDİYİ BƏLLİ... - Amma QUSDUĞU BƏLLİ DEYİL...
Dünən, 16:35
Hansı rayonda kredit götürmək daha sərfəlidir? – Tam siyahı
Dünən, 16:32
"Evə daxil oldum, bıçağı göstərdim, pul tələb etdim" - MƏHKƏMƏ
Dünən, 16:30
"Bakı Metropoliteni"nin 2 əməkdaşı İSTEFA VERDİ - TƏFƏRRÜAT
Dünən, 16:25
Saatlıda ƏMƏLİYYAT: Polis Əbəlfəzi həbs etdi
Dünən, 16:22
“Hadisənin intihar, yoxsa sui-qəsd olduğunu öyrənmək çətin deyil” – Hüquqşünas danışdı
Dünən, 16:19
"Bu yolla pul qazanmaq əxlaqsızlıqdır" - Tahir Kərimli OD PÜSKÜRDÜ
Dünən, 16:16
Rüfəti əsgər yoldaşı qətlə yetiribmiş... - TƏFƏRRÜAT
Dünən, 16:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru