İran 2 aya nüvə dövlətinə çevrilə bilər iddiası - İsrailin təlaşına əsas varmı?
Tarix: 7-08-2021, 08:46 | Çap et
 İsrailin müdafiə naziri Beni Gans BMT Təhlükəsizlik Şurasına üzv dövlətlərin diplomatları ilə görüşdə bildirib ki, Tehran cəmi 10 həftəyə, yəni iki ay yarıma atom silahı yarada bilər. “Odur ki, hərəkət eləmək zamanıdır. Dünya iqtisadi sanksiyalar tətbiq eləməli və İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) qarşı operativ tədbirlər görməlidir”, - deyə o qeyd edib.
“Yeni Müsavat”ın məlumatına görə, İranın 10 aya nüvə dövlətinə çevrilməsi Tel-Əvivdə ciddi təşviş doğurub. Amma bunun nə dərəcədə real olduğunu proqnozlaşdırmaq çətindir. İsrailin İrana hücum etməyə hazır olub-olmadığı barədə suala cavab verən Gans “Bəli!” deyib. “Dəfələrlə təkrar edirəm, müdafiə qabiliyyətimizi qorumağa və artırmağa borcluyuq”, - İsrailin müdafiə naziri vurğulayıb.
Lakin hətta Qərb bir kənara, Rusiya buna imkan verərmi? İranın Ali dini lideri Əli Xameneyi də demişdi ki, nüvə silahı haramdır, çünki dinc insanların kütləvi məhvini nəzərdə tutur. O zaman İran İslam dövləti ona niyə can atsın ki?! İran Prezidenti İbrahim Rəisi də andiçmə mərasimindəki çıxışında deyib ki, ölkəsi nüvə silahı yaratmaq niyyətində deyil, ölkənin müdafiə strategiyasında buna yer yoxdur.
“İranın nüvə proqramı yalnız dinc məqsədlidir və Ali dini liderin fitvasına əsasən, nüvə silahları qadağandır və İranın müdafiə strategiyasında yeri yoxdur”, - Rəisi bildirib.
İranın nüvə silahına sahib olmaq istəyi təzə hadisə deyil. Ən azından, keçən əsrin 1950-ci illərindən Tehran ciddi şəkildə nüvə texnologiyası ilə maraqlanıb və atomdan dinc məqsədlər üçün yararlanmaq işində ABŞ ona texniki dəstək də verib. 1967-ci ildə Tehranda hətta 5 meqavat gücündə kiçik reaktoru olan Tehran Nüvə Tədqiqatı Mərkəzi fəaliyyətə başlamışdı. 1973-cü ildə İranı modern silahlara sahib ölkəyə çevirmək xəyalına düşmüş İran şahı çox iddialı şəkildə bəyan etmişdi ki, yaxın gələcəkdə ölkəsi 23 min meqavat nüvə enerjisi gücünə malik atom elektrik stansiyasına sahib olacaq. Atom sahəsi üzrə mütəxəssislərin bəzilərinin o vaxtlar İranı tərk etməsi və ağır iqtisadi çətinliklər ucbatından ölkə bir müddət atom enerjisi proqramlarını dayandırdı.
Siyasi ekspert Ramiyə Məmmədovanın sözlərinə görə, İsrail tərəfinin bu açıqlamasının ömrü uzun olmadı, İranın yeni prezidenti inaqurasiyada təkzib etdi: “Blinken də iranlılarla Vyanada görüşərkən topun indi Tehran tərəfdə olduğunu və nüvə proqramı ilə bağlı real addımlar atılmasının vacibliyini bildirmişdi. Amma bu müzakirələr az qala əsrlərlə davam edəcək. Çünki tərəflər kompromisə gələ bilmirlər. Ümumən İranın nüvə texnologiyası ilə maraqlanması, xüsusən, müasir imkanlar səviyyəsində uranın zənginləşdirilməsi məsələsinə diqqət yetirməsi 2002-2015-ci illərdə dünyanın ən inkişaf etmiş ölkələrində sürəkli beynəlxalq müzakirələrə və İrana qarşı müxtəlif sanksiyaların tətbiqinə səbəb olub. Amma Baydenin ABŞ prezidenti seçilməsi İran-ABŞ münasibətlərində sözsüz ki, müəyyən müsbət dəyişikliklərə yol açacaq. İsrailin ABŞ-a dəfələrlə çağırışlarına baxmayaraq, hiss olunur ki, Vaşinqton Tehrana qarşı sərt kurs götürmək istəmir. Bundan öncə də İsrail Amerikanın İrana qarşı tədbirlər görməyə çağırsa da, Bayden administrasiyası hələlik loyal xətt tutur”.
Siyasi təhlilçi İranın 10 həftə ərzində nüvə silahına sahiblənəcəyini gözləmir, hətta belə olsa da, Tehran rəsmi şəkildə bunu açıqlamaz. Ekspertin fikrincə, İrana qarşı sanksiyaların yumşaldılması istisna deyil.
Qeyd edək ki, israilli iş adamı Eyal Oferin sahibi olduğu İngiltərə mərkəzli “Zodiac Maritime” dənizçilik şirkətinə məxsus “M/T Mercer Street” gəmisi iyunun 29-da Tanzaniyadan BƏƏ-yə gedərkən Hind okeanında hücuma məruz qalıb. İnsident nəticəsində iki nəfər heyət üzvü həlak olub. İsrail hökuməti baş verənlərdə İranı ittiham etsə də, qonşu ölkənin rəsmiləri bütün iddiaları rədd edib. “Yeni Müsavat”


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakıda qadın ərinin başına telefonla vuraraq öldürüb?
Bu gün, 18:03 |
|
|
|
• Vəkili "Oleq Bakinski"yə bəraət istədi
Bu gün, 17:54 |
|
|
|
• Naxçıvanda tərxis olunan əsgərlər Bakıya qayıda bilmir - NARAZILIQ VAR...
Bu gün, 17:52 |
|
|
|
• Azərbaycanda 9 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri - MƏLUM OLDU
Bu gün, 17:48 |
|
|
|
• Rövşən Lənkəranskinin yaxını olan "qanuni oğru" axtarışa verildi - Bu "sxodka"ya görə
Bu gün, 17:45 |
|
|
|
• "Bundan sonra küsmək, ayrılmaq yoxdur"
Bu gün, 17:30 |
|
|
|
• Yaxın Şərqin təhlükəsizliyini yalnız iki qüvvə təmin edə bilər - Azad İsazadə
Bu gün, 17:27 |
|
|
|
• Rusiyanı diz çökdürəcək qərar VERİLDİ
Bu gün, 17:25 |
|
|
|
• Şəxsi həyatla gündəmə gəlmək ayıb deyil?! – Aşıq Zülfiyyə bu dəfə susmadı
Bu gün, 17:23 |
|
|
|
• İrəvanda kim kimi devirəcək? - GƏLİŞMƏ
Bu gün, 17:19 |
|
|
|
• “TBC Kredit" BOKT-un lisenziyası onun öz istəyi ilə ləğv edilib
Bu gün, 17:16 |
|
|
|
• Tiflis İrəvana rədd cavabı verib
Bu gün, 17:14 |
|
|
|
• Rusiya-İran iş birliyi regiondakı problemlərin mənbəyidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:10 |
|
|
|
• Məşhur türk milyonçunun nikahı ləğv edildi
Bu gün, 17:08 |
|
|
|
• “Rusiya Trampın ultimatumuna məhəl qoymadı və Ukraynanı vurmağa davam edir” - “The Hill”
Bu gün, 17:03 |
|
|
|
• “Məni şərləyib işdən çıxarmaq istəyirlər” – Kollecdə təzyiq iddiası
Bu gün, 16:59 |
|
|
|
• "Allah telefon çıxardanın qapısını bağlasın"
Bu gün, 16:54 |
|
|
|
• Azərbaycanın tələbi gündəmdə qalır - İLGİNC DETALLAR
Bu gün, 16:52 |
|
|
|
• Nazim Eynallı: Keçən il səsi ucadan çıxmışdı, indi də tüstüsü ərşə qalxıb... - VİDEO
Bu gün, 16:47 |
|
|
|
• Wolt kuryerləri ayağa qalxdı: “Ya işimizi düzəldin, ya çantamızı qoyub gedirik!” - TƏFƏRRÜAT
Bu gün, 15:43 |
|
|
|
• Müəllim direktoru hədələyib? - BU NƏDİ BELƏ?
Bu gün, 15:39 |
|
|
|
• AMB “Azsığorta”ya icrası məcburi sərəncam verib
Bu gün, 15:28 |
|
|
|
• Dövlət Şəhərsalma və Arxitektura Komitəsi işçilərinin qanunsuz əməlləri - İTTİHAM VAR...
Bu gün, 15:27 |
|
|
|
• BƏXTİ QARA NAXÇIVAN: Bu istidə... - GİLEY
Bu gün, 15:23 |
|
|
|
• “Nə oldu, Paşinyan?” ifası ilə məşhurlaşan Elçin həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 13:03 |
|
|
|
• Bu gün Oleq Bakinskinin məhkəməsi olacaq - hökm verilə bilər
Bu gün, 13:01 |
|
|
|
• Zəfər Salnaməsindən rəqəmsal dövrə uzanan yol - MƏQALƏ
Bu gün, 11:58 |
|
|
|
• “FS Club Badam”da kisəçi işləyən şəxs müştərinin başına oyun açdı - ŞOK TƏFƏRRÜAT
Bu gün, 11:55 |
|
|
|
• “Prior Credit BOKT”un rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Bu gün, 11:06 |
|
|
|
• Azərbaycanda ABŞ-ın IAAI şirkətinin rəsmi hərrac mərkəzi açıldı
Bu gün, 11:05 |
|
|
|
• ABŞ Cənubi Qafqaza Zəngəzur üzərindən qayıdır? - Barakın təşəbbüsünün pərdəarxası
Bu gün, 11:03 |
|
|
|
• Fransanın bu şəhəri “Stalinqrad” adından imtina edir: - Əhali razılaşmır
Bu gün, 11:02 |
|
|
|
• Bir həftə əvvəl yaradılan şirkət də - SATIŞA ÇIXARILDI
Bu gün, 10:53 |
|
|
|
• Müğənni Rəqsanədən ETİRAF: - “Fazil müəllim borclarımı ödəyib, mənə evlər aldı”
Bu gün, 10:52 |
|
|
|
• Belçika parlamentindən Azərbaycana qarşı ədalətsiz və qərəzli qətnamə – suverenliyimizə hücum!
Bu gün, 10:48 |
|
|
|
• Xəstəxanada adam öldürən azərbaycanlılara 31 il həbs cəzası verildi
Bu gün, 10:46 |
|
|
|
• “UNEC-in Dərbənd filialı ilə bağlı vəziyyət ali təhsil sistemində böhranın göstəricisidir” -EKSPERTDƏN İLGİNC AÇIQLAMA
Bu gün, 10:40 |
|
|
|
• Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 10:35 |
|
|
|
• Qusara yeni prokuror təyin olundu - ƏMR
Bu gün, 10:23 |
|
|
|
• NƏHAYƏT: Bu evlərə “kupça” veriləcək - AKTUAL
Bu gün, 10:22 |
|
|
|
• Aİ səfirləri Rusiyaya qarşı 18-ci sanksiyalar paketini razılaşdırıblar - KİV
Bu gün, 10:16 |
|
|
|
• Əmək normalarının tətbiqi... - Ekspert danışır...
Bu gün, 10:15 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı “Kabox”un lisenziyasını ləğv edib
Bu gün, 10:10 |
|
|
|
• Tovuzun icra, başçısı kartof alverinə girişib, sahələri ələ keçirib - AY MAŞALLAH...
Bu gün, 10:09 |
|
|
|
• Makronun Tiranadakı jestləri məğlubiyyətin rəmzidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:07 |
|
|
|
• “Zəngəzur dəhlizi hərbiləşdirilmədən təhlükəsizliyə təminat mümkün deyil” - İlham İsmayıl
Bu gün, 10:05 |
|
|
|
• Katolikosun uzaqlaşdırılması “əməliyyatına” Arayik rəhbərlik edir… - Paşinyan narazıdır…
Bu gün, 10:02 |
|
|
|
• “Güllübulağ”ın rəhbəri ilə bağlı daha bir QƏRAR - TƏFƏRRÜAT
Bu gün, 10:00 |
|
|
|
• Paşinyanın Kremlə “duz-çörək” xatırlatmasının sirri - Ermənistan qorxur, yoxsa...
Bu gün, 09:52 |
|
|
|
• Paşinyan bir həftəlik məzuniyyətə çıxıb
Bu gün, 09:41 |
|
|
|
|