“Almaniya və ABŞ Ukraynanı Rusiyaya satdı” – Ukrayna rəsmisi
Tarix: 16-07-2021, 11:49 | Çap et
 “Almaniya kansleri Angela Merkel Ukraynanın mənafeyini Rusiyanın satdı”. Ovqat.com xəbər verir ki, bu sərt bəyantı Ukrayna Prezident Aparatı rəhbərinin ştatdankənar müşaviri Oleksiy Arestoviç Ukrayna 24 tele-kanalına açıqlamasında bildirib. Onun sözlərinə görə, Ukrayna lideri Vladimir Zelenskinin bir neçə gün əvvəl Berlinə səfəri və ölkə kansleri ilə apardığı danışıqlar nəticəsiz qalıb. “Xanım Merkel yeddi ildir dayandı, amma sonunda Ukrayna maraqlarından Rusiya lehinə imtina etdi", - Arestoviç belə deyib. Müşavirin sözlərinə görə, Zelenski “Şimal axını-2” qaz kəmərinin inşası və "Ştaynmayer düsturu"nun tətbiqi də daxil olmaqla bir sıra məsələlər ətrafında Merkellə danışıqlar aparıb, amma tərəflər heç bir məsələdə "ümumi dil" tapa bilməyiblər. Arestoviç Ukraynanın öz tərəfdaşları tərəfindən Rusiya qarşısında yalnız buraxılmasının səbəblərinə də aydınlıq gətirib və bunu Çinin regionda artan nüfuzu ilə əlaqələndirib. Ukrayna rəsmisinin fikrincə, Qərb ölkələri Çinin artan nüfuzundan narahatdırlar və bu səbəbdən Rusiya ilə danışıqlara hazır olduqlarını bildirirlər. "Anladığım qədər, almanlar bunu öz milli maraqlarının qorunması adlandırırlar. Hətta Baydenin ətrafında da belə düşünən insanlar var və bunun bədəli Ukrayna üçün ağır ola bilər", - məsləhətçi fikirlərini bu cür yekunlaşdırıb. Qeyd edək ki, Zelenski 12 iyulda Berlində Merkel ilə bir araya gəlmiş, tərəflər Donbass probleminin həlli, Ukraynanın qarşı çıxdığı “Şimal axını-2” layihəsinin inşası, islahatlar və korrupsiyaya qarşı mübarizə məsələlərini müzakirə etmişdilər. Ukrayna Prezidenti "Şimal Axını 2" nin istifadəyə veriləcəyi təqdirdə, ölkəsinə 10-15 il davamlı qaz tədarükü təminatı tələb etmiş və eyni zamanda Rusiya qaz boru kəmərini Ukraynanın enerji təhlükəsizliyi üçün təhdid adlandırmışdı. Görüşdən sonra keçirilən keçirilən mətbuat konfransında Zelenski bildirmişdi ki, “Şimal Axını 2” layihəsinin inşası ilə bağlı fikir ayrılığına baxmayaraq, alman kansleri ilə danışıqların nəticələrindən məmnundur. İndi isə məlum olur ki, Almaniya kansleri nəinki Ukraynanın bu layihə ilə bağlı təkliflərini, hətta rəsmi Berlin tərəfindən hazırlanan "Ştaynmayer düsturu"nun tətbiqini belə yaxına buraxmır. Bu isə açıq-aşkar Ukraynanı Rusiyanın qucağına atmaq deməkdir. "Ştaynmayer düsturu" nə deməkdir? “Ştaynmayer düsturu” tanınmamış DXR və LXR tərəfindən nəzarət olunan ərazilərə Ukrayna daxilində xüsusi status verilməsini nəzərdə tutur. Almaniyanın keçmiş xarici işlər naziri, hazırda ölkənin prezidenti olan Frank-Volter Staynmayer tərəfindən hazırlanan bu təkliflə 2019-cu ildə həm Rusiya, həm də Ukrayna rəsmiləri razılaşmışdılar. Düsturda Kiyevin nəzarətində olmayan Donbassda seçki keçirilməsi və seçki ərəfəsində onun Ukrayna qanunları çərçivəsində müvəqqəti xüsusi status alması təklif edilirdi. Əgər ATƏT bu seçkiləri ədalətli və azad hesab edərsə, Donbassın xüsusi statusu haqqında qanun davamlı olaraq qüvvəyə minəcəkdi. Belə aydın olur ki, Zelenskinin Donbass məsələsində ən son həddə qədər güzəştə hazır olduğunu bildirməsinə baxmayaraq, Merkellə görüşündə onun bu “konstruktiv” mövqeyinə belə məhəl qoyulmayıb. Ümumiyyətlə, Ukraynanın son zamanlar təkcə Almaniya yox, bütün Qərb dövlətləri tərəfindən gözümçıxdıya salındığını görürük. Bu da istər-istəməz Kiyevdə ciddi narazılıqlar yaradır. Hökumət rəsmiləri narazılıqlarını açıq büruzə verməsələr də, ya ştatdankənar müşavirləri, ya da sabiq kadr tərəfindən tez-tez səsləndirirlər. Bir neçə gün bundan əvvəl Ukrayna Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbər kadrlarından biri, general-mayor Vasili Vovk NATO-nu Ukrayna siyasətində qorxaq davranmaqda günahlandırmışdı. O, “Sea Breeza-2021” hərbi təlimlərini şərh edərkən NATO-nu Krımı zorla Ukraynaya geri qaytarmağa kömək etməyə çağırmışdı. Vovkun fikrincə, “yalnız birgə məşqlər, zirvə görüşləri və qəhvə fasilələri yarımadanı geri qaytarmaq üçün kifayət deyil”. Vovk hesab edir ki, ABŞ öz qoşunlarını Krım ərazisinə göndərməli və fürsətləri əldən qaçmadan məsələni sona çatdırmalıdır. “Sevastopolu götürün, Simferopolda, Yaltaya, Ukraynaya aid olan hər yerə girin və bu torpaqları işğaldan azad edin. Sizin bizə edəcəyiniz kömək bu ola bilər”, - Vovk belə demişdi. Ovqat.com


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ramin İsayevin əmlakı müsadirə edilə bilər - 15 il həbsi istənilir
Dünən, 23:43 |
|
|
|
• İrandan Zəngəzurla bağlı növbəti AÇIQLAMA - “Dəhlizin yaradılması…”
Dünən, 23:41 |
|
|
|
• Xadimələrə maşınını yudurdan Esmira Məmmədova işdən ÇIXARILDI
Dünən, 23:38 |
|
|
|
• Bakıda qadın ərinin başına telefonla vuraraq öldürüb?
Dünən, 18:03 |
|
|
|
• Vəkili "Oleq Bakinski"yə bəraət istədi
Dünən, 17:54 |
|
|
|
• Naxçıvanda tərxis olunan əsgərlər Bakıya qayıda bilmir - NARAZILIQ VAR...
Dünən, 17:52 |
|
|
|
• Azərbaycanda 9 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri - MƏLUM OLDU
Dünən, 17:48 |
|
|
|
• Rövşən Lənkəranskinin yaxını olan "qanuni oğru" axtarışa verildi - Bu "sxodka"ya görə
Dünən, 17:45 |
|
|
|
• "Bundan sonra küsmək, ayrılmaq yoxdur"
Dünən, 17:30 |
|
|
|
• Yaxın Şərqin təhlükəsizliyini yalnız iki qüvvə təmin edə bilər - Azad İsazadə
Dünən, 17:27 |
|
|
|
• Rusiyanı diz çökdürəcək qərar VERİLDİ
Dünən, 17:25 |
|
|
|
• Şəxsi həyatla gündəmə gəlmək ayıb deyil?! – Aşıq Zülfiyyə bu dəfə susmadı
Dünən, 17:23 |
|
|
|
• İrəvanda kim kimi devirəcək? - GƏLİŞMƏ
Dünən, 17:19 |
|
|
|
• “TBC Kredit" BOKT-un lisenziyası onun öz istəyi ilə ləğv edilib
Dünən, 17:16 |
|
|
|
• Tiflis İrəvana rədd cavabı verib
Dünən, 17:14 |
|
|
|
• Rusiya-İran iş birliyi regiondakı problemlərin mənbəyidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:10 |
|
|
|
• Məşhur türk milyonçunun nikahı ləğv edildi
Dünən, 17:08 |
|
|
|
• “Rusiya Trampın ultimatumuna məhəl qoymadı və Ukraynanı vurmağa davam edir” - “The Hill”
Dünən, 17:03 |
|
|
|
• “Məni şərləyib işdən çıxarmaq istəyirlər” – Kollecdə təzyiq iddiası
Dünən, 16:59 |
|
|
|
• "Allah telefon çıxardanın qapısını bağlasın"
Dünən, 16:54 |
|
|
|
• Azərbaycanın tələbi gündəmdə qalır - İLGİNC DETALLAR
Dünən, 16:52 |
|
|
|
• Nazim Eynallı: Keçən il səsi ucadan çıxmışdı, indi də tüstüsü ərşə qalxıb... - VİDEO
Dünən, 16:47 |
|
|
|
• Wolt kuryerləri ayağa qalxdı: “Ya işimizi düzəldin, ya çantamızı qoyub gedirik!” - TƏFƏRRÜAT
Dünən, 15:43 |
|
|
|
• Müəllim direktoru hədələyib? - BU NƏDİ BELƏ?
Dünən, 15:39 |
|
|
|
• AMB “Azsığorta”ya icrası məcburi sərəncam verib
Dünən, 15:28 |
|
|
|
• Dövlət Şəhərsalma və Arxitektura Komitəsi işçilərinin qanunsuz əməlləri - İTTİHAM VAR...
Dünən, 15:27 |
|
|
|
• BƏXTİ QARA NAXÇIVAN: Bu istidə... - GİLEY
Dünən, 15:23 |
|
|
|
• “Nə oldu, Paşinyan?” ifası ilə məşhurlaşan Elçin həbs edildi - TƏFƏRRÜAT
Dünən, 13:03 |
|
|
|
• Bu gün Oleq Bakinskinin məhkəməsi olacaq - hökm verilə bilər
Dünən, 13:01 |
|
|
|
• Zəfər Salnaməsindən rəqəmsal dövrə uzanan yol - MƏQALƏ
Dünən, 11:58 |
|
|
|
• “FS Club Badam”da kisəçi işləyən şəxs müştərinin başına oyun açdı - ŞOK TƏFƏRRÜAT
Dünən, 11:55 |
|
|
|
• “Prior Credit BOKT”un rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Dünən, 11:06 |
|
|
|
• Azərbaycanda ABŞ-ın IAAI şirkətinin rəsmi hərrac mərkəzi açıldı
Dünən, 11:05 |
|
|
|
• ABŞ Cənubi Qafqaza Zəngəzur üzərindən qayıdır? - Barakın təşəbbüsünün pərdəarxası
Dünən, 11:03 |
|
|
|
• Fransanın bu şəhəri “Stalinqrad” adından imtina edir: - Əhali razılaşmır
Dünən, 11:02 |
|
|
|
• Bir həftə əvvəl yaradılan şirkət də - SATIŞA ÇIXARILDI
Dünən, 10:53 |
|
|
|
• Müğənni Rəqsanədən ETİRAF: - “Fazil müəllim borclarımı ödəyib, mənə evlər aldı”
Dünən, 10:52 |
|
|
|
• Belçika parlamentindən Azərbaycana qarşı ədalətsiz və qərəzli qətnamə – suverenliyimizə hücum!
Dünən, 10:48 |
|
|
|
• Xəstəxanada adam öldürən azərbaycanlılara 31 il həbs cəzası verildi
Dünən, 10:46 |
|
|
|
• “UNEC-in Dərbənd filialı ilə bağlı vəziyyət ali təhsil sistemində böhranın göstəricisidir” -EKSPERTDƏN İLGİNC AÇIQLAMA
Dünən, 10:40 |
|
|
|
• Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 10:35 |
|
|
|
• Qusara yeni prokuror təyin olundu - ƏMR
Dünən, 10:23 |
|
|
|
• NƏHAYƏT: Bu evlərə “kupça” veriləcək - AKTUAL
Dünən, 10:22 |
|
|
|
• Aİ səfirləri Rusiyaya qarşı 18-ci sanksiyalar paketini razılaşdırıblar - KİV
Dünən, 10:16 |
|
|
|
• Əmək normalarının tətbiqi... - Ekspert danışır...
Dünən, 10:15 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı “Kabox”un lisenziyasını ləğv edib
Dünən, 10:10 |
|
|
|
• Tovuzun icra, başçısı kartof alverinə girişib, sahələri ələ keçirib - AY MAŞALLAH...
Dünən, 10:09 |
|
|
|
• Makronun Tiranadakı jestləri məğlubiyyətin rəmzidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 10:07 |
|
|
|
• “Zəngəzur dəhlizi hərbiləşdirilmədən təhlükəsizliyə təminat mümkün deyil” - İlham İsmayıl
Dünən, 10:05 |
|
|
|
• Katolikosun uzaqlaşdırılması “əməliyyatına” Arayik rəhbərlik edir… - Paşinyan narazıdır…
Dünən, 10:02 |
|
|
|
|