Ermənistanın prezident iqamətgahının arxasında yük maşını partlayıb .....                     SSRİ bayrağı qaldıran Saleh Səmədovun oğlu da işdən çıxarıldı .....                     Ukrayna Rusiya ilə sərhəddəki əhalini kütləvi şəkildə köçürür .....                     Makronun yalanı ifşa edildi, Avropa səfərbər oldu .....                     Şərtlər Avropadan Azərbaycanla sağlam münasibətlər qurmağı tələb edir .....                     Rəşadı buna görə ürəyindən vurdular... .....                     Bank kartlarından kütləvi oğurluq: .....                     Paşinyan BUNU ANLADIĞINDAN... .....                     Zakir Həsənov Tel-Əvivdə İsrail müdafiə naziri ilə görüşüb .....                     Moskva regionda yenidən aktivləşib .....                     “SOCAR Midstream Operations” şirkətində yeni təyinat .....                     “Sülh yollarının kəsişməsi” kimi alternativ təkliflər süni bəhanələrdir .....                     Məşhuri-CAHAN: Dövlətdən YEDİYİ BƏLLİ... .....                     Hansı rayonda kredit götürmək daha sərfəlidir? .....                     "Evə daxil oldum, bıçağı göstərdim, pul tələb etdim" .....                     "Bakı Metropoliteni"nin 2 əməkdaşı İSTEFA VERDİ .....                     Saatlıda ƏMƏLİYYAT: Polis Əbəlfəzi həbs etdi .....                     “Hadisənin intihar, yoxsa sui-qəsd olduğunu öyrənmək çətin deyil” .....                     "Bu yolla pul qazanmaq əxlaqsızlıqdır" .....                     Rüfəti əsgər yoldaşı qətlə yetiribmiş... .....                     Maaşımız elə parklanmaya gedir .....                     Hansı rayonda kredit götürmək daha sərfəlidir? .....                     Kiyevdə FSB-nin 17 yaşlı agenti ifşa olundu: .....                     Ermənilər Qarabağa GERİ DÖNÜR? .....                     Sergey Lavrov Ermənistana səfər edəcək .....                     Banan marketlərdə niyə bahalanır? .....                     Cahangir Əsgərov "Premium Bank"dan nə qədər qazanır? .....                     Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi .....                     Ermənistan Rusiya hərbi bazasının ölkədən çıxarılması məsələsini müzakirə etmir .....                     Keçmiş başçının direktor qızı işdən çıxarıldı .....                     Sumqayıtda şəkər xəstələri dərman ala bilmir .....                     “Adam gərək özü deməsin ki, xalq yazıçısı olmaq istəyirəm...” .....                     Karlen İskəndərovun cinayət işi .....                     Şimşək çaxacağı ehtimalı var .....                     Erməni ordusu hələ də özünü bərpa edə bilməyib .....                     Dilbər Sadayeva Kaşpirovski rolunda .....                     Müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olmaq istəyən bir qrup vətəndaşla görüş keçirilib .....                     Veysəloğlu Şirkətlər Qrupu Asiya İnkişaf Bankının 58-ci illik toplantısında iştirak edib .....                     Perinatal Mərkəzdə 7 körpənin öldüyü yanğınla bağlı məhkəmədə .....                     Məzahir Pənahovla bağlı DAHA BİR İDDİA... .....                 

Baydenlə Taliban arasında gizli sövdələşmə - Vaşinqtonun yeni planı
Tarix: 13-07-2021, 08:32 | Çap et
Baydenlə Taliban arasında gizli sövdələşmə
Amerika hərbçilərinin Əfqanıstandan çıxarılması fonunda Çinin öz ordusunu bu ölkəyə yeritməklə bağlı imkanı yaranıb. “Yeni Müsavat” xəbər verir ki, bu sözləri “Foks Nyus”a müsahibəsində amerikalı ekspert Qordon Çan deyib. Onun sözlərinə görə, Çin üçün Əfqanıstan tapmacanın vacib hissələrindən biridir. O, bunun sayəsində Çin hərbçilərinin İran və ya Pakistan vasitəsilə Ərəbistan dənizinə giriş imkanı yaranacağını bildirib. Pentaqon nümayəndəsi Con Kirbi isə deyib ki, Talibanın Əfqanıstanda irəliləməsi, zorakılığın artması böyük narahatlıq yaradır. Onun sözlərinə görə, bu prosesi diqqətlə izləyir və əfqan partnyorlarımızla çalışırıq.

Prezident Co Bayden avqustun 31-dək ABŞ ordusunun Əfqanıstandan tam çıxacağını elan edib. Nəticədə radikal Taliban qüvvələri fəallaşaraq ölkənin müəyyən bölgələrini nəzarətə götürməkdə davam edir. Siyasi baxımdan bu hadisənin Orta Asiya dövlətlərinə təsir edəcəyi deyilir.

Siyasi ekspert, Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyevin “Yeni Müsavat”a bildirdiyinə görə, ABŞ-ın Orta Asiya regionuna nüfuz etməsi üçün Əfqanıstan tramplin rolunu oynamalı idi: “ABŞ-ın strateji planı olmasaydı, Əfqanıstandan belə tələm-tələsik çıxmazdı. Bu illər ərzində ABŞ bu bölgədə kifayət gədər kəşfiyyat işləri görüb. Hesab edirəm ki, ABŞ-ın Taliban liderləri ilə gizli sövdələşmələri olub. Rəsmən ABŞ silahlı qüvvələrini Əfqanıstan çıxartsa da, gizli şəbəkəsi fəaliyyətini davam etdirəcək”.

Politoloqun fikrincə, Orta Asiya respublikaları - Türkmənistan, Özbəkistan, Tacikistan, Qazaxıstan, Qırğızıstan Rusiyanın siyasi nüfuzu dairəsindədir, Vaşinqtonun yeni planı Moskvanın Orta Asiya dövlətlərindəki nüfuzunu zəiflətmək, Rusiyanın cənub bölgəsində gərginlik ocağı yaratmaq olacaq: “ABŞ Rusiyanın cənubunda onun Orta Asiya dövlətlərini demokratiya adı altında ələ keçirə bilmədi, bu baxımdan radikal Taliban qüvvələrinin vasitəsilə Türkmənistan, Özbəkistan və Tacikistanda stabilliyin pozulmasına cəhdlər ediləcəyini ehtimal edirəm. ABŞ öz gizli şəbəkəsini Talibanın nəzdində Tacikistan ərazisinə, oradan isə digər ölkələrə nüfuz etdirəcəyi ilə hədəfləyib. Bu baxımdan Rusiya silahlı qüvvələrini Tacikistan-Əfqanısan sərhədində gücləndirmək niyyətindədir”.

Bununla belə, A.Məsiyev zənn edir ki, ABŞ analitikləri yaxşı anlayır ki, Orta Asiya respublikalarında Türkiyənin nüfuzu artmaqdadır: “Bu hadisə ABŞ rəsmilərini narahat etməkdədir. Bu baxımdan Orta Asiya respublikalarında hərc-mərcliyin yaranması ABŞ-ın maraqlarına uyğun gəlir. Demokratiya ilə ələ keçirə bilmədiyi bölgələri xaos yaratmaqla nəzarət etmək planı işə düşəcək. Yaxın Şərqdə hərc-mərclik yaratmaq üçün İŞİD-in yarıdılması buna bariz numunədir. ABŞ bu planını həyata keçirmək üçün zahirən qüvvələrini Əfqanıstandan çıxarmaq qərarı verməli idi, həm də məsuliyyətdən qaçmaq üçün bu vacib amil idi. ABŞ bu addımı atmaqla radikal Taliban qüvvələrinin faktiki olaraq əl-qolunu açdı. Taliban qüvvələri müqavimət göstərilmədən Əfqanıstanın vilayətlərini, rayonlarını ələ keçirirsə, həmin bölgələrə nəzarət edirsə, asanlıqla müasir silah-sursatlar əldə edirsə, bu, onu göstərir ki, hansısa gözəgörünməyən qüvvənin himayəsindədir. Bir sözlə, ABŞ və Taliban arasında gizli sövdələşmənin olmasını zaman aşkarlayacaq”.

Yaxın Şərq siyasəti üzrə yazar Kənan Rövşənoğlu isə qeyd edir ki, “Əl-Qaidə”, İŞİD-dən fərqli olaraq Taliban yerli-milli bir qruplaşmadır, dünyaya yayılmaq iddiası olmayıb: ““Əl-Qaidə” və ya İŞİD isə İslam Xilafətini bərpa etmək hədəfini elan edib, buna görə də müxtəlif ölkələrdə təşkilatları olub, bütün dünyaya iddia ediblər. Taliban sovet işğalının son dövrlərində, siyasi islamlaşmanın təsiri ilə yaranmış yerli islamçı müqavimət qrupudur. Talibanın iddiası Əfqanıstanadır.

Məsələn, İŞİD Əfqanıstanda “əmirlik” elan etdikdən cəmisi bir neçə ay sonra Türkmənistana soxulmaq istədi və böyük qırğınlara səbəb oldu. Amma Talibanın bu günə qədər belə bir planı və ya hədəfi olmayıb.

Taliban rus-sovet işğalına qarşı islam üləmasının çağırışı, Pakistan və bəzi ərəb ölkələrinin dəstəyi ilə yaranıb, güclənmiş bir puştun təşkilatıdır. İlk hədəfi ruslar, ruslar çıxandan sonra yerli qruplar - yeri gəlmişkən, onların arasında Hikmətyarın və ya Burhanəddin Rəbbaninin islamçı partiyaları da olub. ABŞ işğalından sonra isə Amerika və beynəlxalq koalisiyaya qarşı savaşıb. Son illərdə Rusiya və Çin, eləcə də İranla yaxınlaşıb. Bu da ABŞ-a qarşı müttəfiq qazanmaq məqsədilə olub".

K.Rövşənoğlu istisna etmir ki, Taliban Əfqanıstanı tam nəzarətə götürsə, gələcəkdə Orta Asiyada islamçı silahlı qruplara təsiri olacaq: “Onsuz da Orta Asiya islamçı qruplarının ”ana vətəni", yəni düşərgələri Əfqanıstan olub. Amma Talibanın bu ölkələrə hərbi müdaxilə etməsi, hücumu gözlənilmir. Birincisi, etnik baxımdan Taliban-puştunlar yalnız Tacikistanda tərəfdar qazana bilər. Digər ölkələrdə elə də sosial dayağı ola bilməz. Dini baxımdan isə Talibanın qlobal cihad proqramı yoxdur, ən yaxşı halda məsələn, Əfqanıstandakı özbək cihadçıları öz tərəfinə çəkib Özbəkistana göndərə bilər, ya da Türkmənistana...

Amma özü birbaşa müdaxilə etməz, bu həm də Taliban üçün daha ağır nəticə doğura bilər. Nəzərə almaq lazımdır ki, Taliban 90-cı illərin təşkilatı deyil, 20 ildən çox hərbi-siyasi təcrübə qazanıblar. Həm də arxalarında ərəb dərin ağılı - Qətər var.

Amerikalılara gəlincə, ABŞ hələ 2010-cu ildə Talibanla danışıqlara yaşıl işıq yandırmışdı. O zaman Hillari Klinton təklif edirdi ki, real güc olaraq Talibanla masaya oturmaq lazımdır. Keçən il isə Tramp daha əvvəl başlayan danışıqları sürətləndirib Dohada Talibanla anlaşdı. Bunun əsas səbəbi Talibanın İran, Rusiya kimi ölkələrlə yaxınlaşması idi".

Ekspertin fikrincə, Talibanın 90-cı illərdəki kimi radikallığı gözlənilmir: “Müəyyən qədər reallıqları da nəzərə alacaqlar. Amma hər bir halda Əfqanıstan yenə də dinc, sakit inkişaf yoluna girməyəcək və ya bu yola girməsi prosesi ən azı bir müddətlik yubanacaq”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistanın prezident iqamətgahının arxasında yük maşını partlayıb - KİV
Bu gün, 17:19
SSRİ bayrağı qaldıran Saleh Səmədovun oğlu da işdən çıxarıldı - QƏRAR
Bu gün, 17:16
Ukrayna Rusiya ilə sərhəddəki əhalini kütləvi şəkildə köçürür
Bu gün, 17:13
Makronun yalanı ifşa edildi, Avropa səfərbər oldu – Yeni təhlükə
Bu gün, 17:09
Şərtlər Avropadan Azərbaycanla sağlam münasibətlər qurmağı tələb edir - Zülfüqarov
Bu gün, 17:06
Rəşadı buna görə ürəyindən vurdular... - Şok fakt açıqlandı
Bu gün, 17:03
Bank kartlarından kütləvi oğurluq: - Problemi necə həll etmək olar?
Bu gün, 17:00
Paşinyan BUNU ANLADIĞINDAN... - AKTUAL
Bu gün, 16:55
Zakir Həsənov Tel-Əvivdə İsrail müdafiə naziri ilə görüşüb
Bu gün, 16:52
Moskva regionda yenidən aktivləşib - Rusiya sülh danışıqlarına müdaxilə etməkdə maraqlıdır
Bu gün, 16:50
“SOCAR Midstream Operations” şirkətində yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 16:48
“Sülh yollarının kəsişməsi” kimi alternativ təkliflər süni bəhanələrdir -RƏY
Bu gün, 16:43
Məşhuri-CAHAN: Dövlətdən YEDİYİ BƏLLİ... - Amma QUSDUĞU BƏLLİ DEYİL...
Bu gün, 16:35
Hansı rayonda kredit götürmək daha sərfəlidir? – Tam siyahı
Bu gün, 16:32
"Evə daxil oldum, bıçağı göstərdim, pul tələb etdim" - MƏHKƏMƏ
Bu gün, 16:30
"Bakı Metropoliteni"nin 2 əməkdaşı İSTEFA VERDİ - TƏFƏRRÜAT
Bu gün, 16:25
Saatlıda ƏMƏLİYYAT: Polis Əbəlfəzi həbs etdi
Bu gün, 16:22
“Hadisənin intihar, yoxsa sui-qəsd olduğunu öyrənmək çətin deyil” – Hüquqşünas danışdı
Bu gün, 16:19
"Bu yolla pul qazanmaq əxlaqsızlıqdır" - Tahir Kərimli OD PÜSKÜRDÜ
Bu gün, 16:16
Rüfəti əsgər yoldaşı qətlə yetiribmiş... - TƏFƏRRÜAT
Bu gün, 16:13
Maaşımız elə parklanmaya gedir - AYNA-dan narazılıq
Bu gün, 16:10
Hansı rayonda kredit götürmək daha sərfəlidir? – Tam siyahı
Bu gün, 15:17
Kiyevdə FSB-nin 17 yaşlı agenti ifşa olundu: - Hərbi komissarlığı partlatmaq istəyirdi
Bu gün, 15:12
Ermənilər Qarabağa GERİ DÖNÜR? - Yoxsa, başqa planları var?
Bu gün, 14:26
Sergey Lavrov Ermənistana səfər edəcək
Bu gün, 13:07
Banan marketlərdə niyə bahalanır? – Səbəbi bilindi
Bu gün, 13:06
Cahangir Əsgərov "Premium Bank"dan nə qədər qazanır? - Rəqəmlər
Bu gün, 13:01
Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi - YENİ TƏYİNAT
Bu gün, 13:00
Ermənistan Rusiya hərbi bazasının ölkədən çıxarılması məsələsini müzakirə etmir - Simonyan
Bu gün, 12:58
Keçmiş başçının direktor qızı işdən çıxarıldı - SƏBƏBİ
Bu gün, 12:51
Sumqayıtda şəkər xəstələri dərman ala bilmir - NARAZILIQ VAR...
Bu gün, 12:47
“Adam gərək özü deməsin ki, xalq yazıçısı olmaq istəyirəm...” - Xalq yazıçısından İRAD
Bu gün, 12:45
Karlen İskəndərovun cinayət işi - MƏHKƏMƏ OLDU
Bu gün, 12:41
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:39
Erməni ordusu hələ də özünü bərpa edə bilməyib - Köçəryan
Bu gün, 12:31
Dilbər Sadayeva Kaşpirovski rolunda - Bakıda peyda olan "Pudokina" kimdir?
Bu gün, 12:26
Müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olmaq istəyən bir qrup vətəndaşla görüş keçirilib - VİDEO
Bu gün, 12:22
Veysəloğlu Şirkətlər Qrupu Asiya İnkişaf Bankının 58-ci illik toplantısında iştirak edib - FOTO
Bu gün, 12:17
Perinatal Mərkəzdə 7 körpənin öldüyü yanğınla bağlı məhkəmədə şahidlər ifadə verib
Bu gün, 12:08
Məzahir Pənahovla bağlı DAHA BİR İDDİA... - 400 min manata yaxın vəsaitin taleyi bilinmir
Bu gün, 12:06
Sanksiya şoku: Polşa Azərbaycan üçün nəzərdə tutulan yükü müsadirə etdi - TƏFƏRRÜAT
Bu gün, 11:58
Şəki təsərrüfatlarında TƏHLÜKƏ – Meyvələri məhv edən XƏSTƏLİK yayıldı
Bu gün, 11:53
“Məni uşaq evinə qoydu, erməniyə əsir düşdüm” - Münəvvər Kələntərlinin oğlu bomj vəziyyətində yaşayır
Bu gün, 11:44
Ağrı dağında gözümüz yoxdur - Köçəryan
Bu gün, 11:33
“Azmade Group”un törəmə şirkətinin direktoru dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:31
Sarımsaq Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? – Marketlərdə 3,2 dəfə baha satılır
Bu gün, 11:27
Koçaryan Avropaya qarşı çıxdı: - “Ermənistan üçün ən yaxşısı Aİ-dən uzaq durmaqdır”
Bu gün, 11:21
Mingəçevir şəhər Yaşıllaşdırma İdarəsinə “gül satan qız” əslində kimdi - İLGİNC FAKTLAR...
Bu gün, 11:13
Qusar xətəxanası ətrafında problem bitmir - Bu dəfə də xəzinadar cəzalandırıldı
Bu gün, 11:06
500 ilin söhbətindən FAYDA ÇIXARANLAR... - Ya rusbaşdı, ya da qumbaş…
Bu gün, 10:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru