Sergey Lavrov Ermənistana səfər edəcək .....                     Banan marketlərdə niyə bahalanır? .....                     Cahangir Əsgərov "Premium Bank"dan nə qədər qazanır? .....                     Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi .....                     Ermənistan Rusiya hərbi bazasının ölkədən çıxarılması məsələsini müzakirə etmir .....                     Keçmiş başçının direktor qızı işdən çıxarıldı .....                     Sumqayıtda şəkər xəstələri dərman ala bilmir .....                     “Adam gərək özü deməsin ki, xalq yazıçısı olmaq istəyirəm...” .....                     Karlen İskəndərovun cinayət işi .....                     Şimşək çaxacağı ehtimalı var .....                     Erməni ordusu hələ də özünü bərpa edə bilməyib .....                     Dilbər Sadayeva Kaşpirovski rolunda .....                     Müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olmaq istəyən bir qrup vətəndaşla görüş keçirilib .....                     Veysəloğlu Şirkətlər Qrupu Asiya İnkişaf Bankının 58-ci illik toplantısında iştirak edib .....                     Perinatal Mərkəzdə 7 körpənin öldüyü yanğınla bağlı məhkəmədə .....                     Məzahir Pənahovla bağlı DAHA BİR İDDİA... .....                     Sanksiya şoku: Polşa Azərbaycan üçün nəzərdə tutulan yükü müsadirə etdi .....                     Şəki təsərrüfatlarında TƏHLÜKƏ .....                     “Məni uşaq evinə qoydu, erməniyə əsir düşdüm” .....                     Ağrı dağında gözümüz yoxdur .....                     “Azmade Group”un törəmə şirkətinin direktoru dəyişib .....                     Sarımsaq Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? .....                     Koçaryan Avropaya qarşı çıxdı: .....                     Mingəçevir şəhər Yaşıllaşdırma İdarəsinə “gül satan qız” əslində kimdi .....                     Qusar xətəxanası ətrafında problem bitmir .....                     500 ilin söhbətindən FAYDA ÇIXARANLAR... .....                     Nizami məhkəməsinin öz məcəlləsi var? .....                     "Azərbaycanda bu serialın adını çəkəndə hamı üzünü bağlayır" .....                     Hindistanda türk markalarına boykot: .....                     Naxçıvanın istilik sistemləri yenidən qurulacaq .....                     Naxçıvanda dəyişən nəsə yoxdur: Talıbovun əlaltısı YENƏ DƏ HÖKM VERƏCƏK .....                     “Bu sözümdən sonra nazirlik əməkdaşlarını işdən çıxartdılar...” .....                     "Sərhədlər açılmalıdır" .....                     Azərbaycan şirkəti dividendlərin ödənilməini müzakirəyə çıxaır .....                     Toyda ona hücum edildiyi deyilən aktrisadan AÇIQLAMA: .....                     Elşad Mirinin etiraz etdiyi sünnət görün uşaqlara necə FAYDALI İMİŞ .....                     2024-cü il büdcəsinin icrası haqqında sənəd parlamentə daxil olub .....                     *Gəncə Şərab – 1” ASC səhmdarlarını .....                     Fəthullah Gülən ölməyibmiş .....                     “Ziraat Bank Azərbaycan”da yeni təyinat .....                 

Cenevrə razılaşması təhlükə altındamı? - GƏLİŞMƏ
Tarix: 10-07-2021, 09:59 | Çap et
Cenevrə razılaşması təhlükə altındamı?
ABŞ prezidenti Co Bayden və Rusiya lideri Vladimir Putin dünən axşam telefonla danışıblar.

Ovqat.com ABŞ prezidentinin mətbuat xidmətinə istinadən məlumat verir ki, prezidentlər beynəlxalq gündəlikdə dayanan bir sıra məsələlərlə yanaşı, Rusiyadan ABŞ maraqlarına qarşı yönələn kiberhücumlar barədə də fikir mübadiləsi aparıblar.

Söhbət zamanı Bayden və Putin Cenevrədə keçirilən görüşdən sonra "öz komandalarının birgə işini yüksək qiymətləndiriblər". Liderlər vurğulayıb ki, bu birgə fəaliyyət BMT Təhlükəsizlik Şurasında Suriyadakı transsərhəd humanitar yardımın uzadılmasına dair qətnamə qəbul etməyə imkan verib.

ABŞ və Rusiya liderlərinin kibercinayətkarlıq məsələlərini müzakirəsi zamanı Bayden həmkarını Rusiya ərazisindən həyata keçirilən “qəsb virusları”ndan istifadə etməklə haker hücumlarına qarşı tədbirlər görməyə çağırıb. Amerika tərəfi kiberhücumlara qarşı Rusiya ilə əməkdaşlıq etməyə hazır olduğunu bəyan edib.

Telefon danışığından sonra Ağ evdə brifinq keçirən Bayden Rusiya prezidenti Vladimir Putinlə söhbətlərinin uğurlu alındığını bildirib. "Hər şey yaxşı getdi. Mən nikbinəm", - o, jurnalistlərin sualını cavablandırarkən belə deyib.

Jurnalistlərin ABŞ-ın rus kiberhücumlarına cavab verib-verməyəcəklərinə və bununla bağlı hansı tədbirlər görəcəyi dair sualına Baydenin cavabı çox qısa olub: "Bəli". Amma Amerika prezidenti öz “bəli”sinin nə mənaya gəldiyinə aydınlıq gətirməyib.

Bayden brifinqdə ABŞ-ın başqa ölkələrdən kibercinayətkarlara qarşı mübarizədə kömək gözlədiyi fikrini təkrarlayıb. O, həmçinin bildirib ki, Putinlə söhbət zamanı "bir ölkədə baş verən hadisələr ikinci ölkəyə təsir göstərirsə, kommunikasiya kanallarının yaradılması məsələsini” müzakirə edib.

Ağ evin görüşlə bağlı açıqlamasında bildirilir ki, Bayden Putinlə danışarkən, Rusiya Federasiyasını “qəsb virusları”ndan istifadə edən hakerlərə qarşı tədbirlər görməyə çağırıb.

“Prezident Bayden Rusiyada fəaliyyət göstərən və “qəsbkar” viruslardan istifadə edən qrupların fəaliyyətini dayandırmaq üçün tədbirlər görülməsinin lazım olduğunu vurğulayıb və qəsb proqramının yaratdığı qlobal təhlükə ilə mübarizəni davam etdirməyə qərarlı olduğunu deyib”, - Ağ evin açıqlamasında bildirir.


Bəyanatda həmçinin ABŞ-ın kiberhücumlara qarşı qorunmaq üçün bütün lazımi tədbirləri görəcəyi də qeyd olunur: "Birləşmiş Ştatlar öz xalqını və strateji əhəmiyyətli infrastrukturu qorumaq üçün bütün lazımi tədbirləri alacaq".

Məlumata görə, telefon danışığından bir gün əvvəl Ağ evin nümayəndəsi Cen Psaki media əməkdaşları ilə söhbətində bildirmişdi ki, “Rusiya hakimiyyəti öz ərazisində xarici şirkətləri qəsb edən hakerlər hücumlarına müqavimət göstərə bilməsə, Vaşinqton özü bu məsələnin həlli ilə məşğul olacaq”. Psaki eyni zamanda ABŞ-ın bu məsələ ilə bağlı Rusiyanın yüksək vəzifəli rəsmiləri ilə əlaqə saxladığını da əlavə etmişdi. Sözçünün bu fikirlərindən aydın olur ki, Baydendən əvvəl də ABŞ yetkililəri Rusiyanın yüksək səlahiyyətli rəsmiləri ilə bu məsələni müzakirə edib və yəqin ki, tərəflər ortaq məxrəcə gəldikdən sonra prezidentlər müzakirələri sürdürüblər.

ABŞ-ı prezidentlər səviyyəsində danışıqlar aparmağa qərar verəcək qədər narahat edən kiberhücumlardan sonuncusu iyulun 3-də baş vermişdi. Məlumata görə, ABŞ-da yerləşən “Kaseya” şirkəti potensial olaraq çox miqyaslı kiber hücumlara məruz qalmışdı. Haker hücumu “Kaseya” ilə birbaşa və ya dolayısı ilə əlaqəli şirkətlərə də təsir etmişdi. Qlobal biznes sahəsində internet xidmət təminatçısı olan “Kaseya” öz müştərilərinin proqramlarına uzaqdan nəzarət edir.

“Kaseya” kiberhücumdan sonra “Bloomberg” agentliyi kibertəhlükəsizlik sahəsində mütəxəssislərə istinadən xəbər vermişdi ki, hakerlər ondan 70 milyon dollarlıq bitkoin tələb ediblər. Ağ evin sözçüsü Psaki də cümə günü brifinqdə bildirmişdi ki, Baydenin Putinlə söhbəti zamanı "bu hücuma da ciddi diqqət ayrılıb".

Məlumatların bu hissəsinə qədər bütün oxlar ABŞ və Rusiya prezidentləri arasında söhbətin ortaq məxrəcə gəlməklə bitdiyini göstərir. Baydenin də telefon danışığından sonra dilə gətirdiyi sözlər hər şeyin yağ-bal kimi getdiyini təsdiqləyir. Di gəl ki, telefon danışığından dərhal sonra baş verən bir başqa hadisə vəziyyətin göründüyü qədər sadə olmadığından xəbər verir.

Belə ki, prezidentlərin danışıqlarından qısa müddət sonra Rusiyadan Ukrayna Donanmasının veb saytına hücum baş verib. Saytı ələ keçirən hakerlər orada “Sea Breeze-2021” hərbi təlimləri barədə saxta mesajlar yayıblar.

Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidmətinin bildirdiyinə görə, bu hücumun arxasında hansısa haker cinayətkarlar deyil, Kremlin özü dayanır.

"Rusiya Ukraynaya qarşı məqsədyönlü şəkildə informasiya əməliyyatları aparır. Bu hərəkətlərə Mərkəzi tabeçilikdə olan kibercinayətkarlığın, kəşfiyyat orqanlarının və Kremlin bütün təbliğat maşınının dəstəyi ilə Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin informasiya-psixoloji əməliyyatlarının strukturları cəlb edilib. İyulun 9-da Ukrayna Silahlı Qüvvələri Hərbi-Dəniz Qüvvələrinin veb-portalına təcavüzkar dövlət strukturlarının haker hücumu olub", - deyə məlumatda bildirilir.

Bəyanatda həmçinin Qara dənizdə davam edən “Sea Breeze-2021” təlimləri ilə əlaqəli bəzi sənədlərin və əsasən saxta mesajların yayımlandığı vurğulanıb. "Yayımlanan sənədlərin heç biri Ukrayna Silahlı Qüvvələrinin informasiya və telekommunikasiya sistemlərindən məlumat sızması nəticəsində əldə edilməyib", - deyə mətbuat xidməti bildirib.

Müdafiə Nazirliyinin məlumatına görə, dünənki kiberhücum nəticəsində Ukrayna Hərbi Dəniz Donanmasının saytı öz fəaliyyətini müvəqqəti olaraq dayandırıb: “Hazırda təhlükə aradan qaldırılıb və saytın fəaliyyəti yaxın vaxtlarda bərpa olunacaq".

Bəyanatda həmçinin bildirilib ki, Ukrayna Müdafiə Nazirliyinin rəsmi veb-portalına qarşı da uğursuz “DDoS-hücum” halları qeydə alınıb. Ukrayna Müdafiə Nazirliyinin iddiasına görə, hazırda səlahiyyətli strukturlar “internetdəki məlumat resurslarını lazımi səviyyədə qorumaq üzərində işləyirlər”.

Nəzərə alsaq ki, Ukrayna ABŞ-ın rəhbərliyi altında fəaliyyət göstərən NATO tərəfdaşıdır və Qara dənizdə keçirilən “Sea Breeza-2021” hərbi təlimləri Şimali Atlantik Alyansının bölgəyə nəzarətini artırmaq məqsədi daşıyır, Rusiyadan Ukrayna Silahlı Qüvvələrinə və onun strukturlarına edilmiş kiberhücumların yalnız Kiyevə qarşı yönəldiyini düşünmək sadəlövhlük olardı. Üstəlik, bu kiberhücumların Bayden və Putin arasında dünən baş tutan telefon söhbətindən dərhal sonra həyata keçirilməsi Moskvanın sözlü vədinə “əməli sədaqəti”ni nümayiş etdirir. Bütün bunlar isə Baydenlə Putin arasındakı telefon danışığının müsbət nəticələndiyi barədə irəli sürülən fikirlərin daxili auditoriya üçün səsləndirildiyini göstərir.

Xatırladaq ki, Baydenlə Putin arasında iyunun 16-da Cenevrədə keçirilən görüşdə əldə edilən razılaşmaya görə, tərəflər bir-birinə qarşı kiberhücumları və dezinformasiya siyasətlərini dayandıracaqdılar. Bu görüşdən sonra ABŞ mediası həqiqətən də Rusiyaya qarşı təbliğati hücumlarına ara vermişdi. Hətta Rusiyaya əleyhinə bir çox qərar almasına baxmayaraq, Trampı “ağ yuyub qara sərən”, az qala onu Moskvanın agenti adlandıran ABŞ mediası Putinlə bir sıra önəmli məsələlərdə orta məxrəcə gələn Baydenə eyni “həssasiyyətlə” yanaşmır, əksinə onun addımlarını müdafiə edir. Sözsüz ki, bu ikili standartın bir səbəbi ABŞ-ın ana mediasının qlobalistlərə yaxınlığı və Baydenin də onların təmsilçisi olmasıdırsa, digər səbəb Vaşinqtonun Rusiyanı Çindən ayırıb zərərsizləşdirməsi strategiyası ilə əlaqədardır. Baydenin bütün bu səylərinə baxmayaraq, Rusiyanın ABŞ maraqlarına qarşı kiberhücum və desinformasiya siyasətini dayandırmaması Cenevrə görüşündə əldə olunan razılaşmanın həyata keçirilməsi perspektivini şübhə altına alır.

Ovqat.com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sergey Lavrov Ermənistana səfər edəcək
Bu gün, 13:07
Banan marketlərdə niyə bahalanır? – Səbəbi bilindi
Bu gün, 13:06
Cahangir Əsgərov "Premium Bank"dan nə qədər qazanır? - Rəqəmlər
Bu gün, 13:01
Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi - YENİ TƏYİNAT
Bu gün, 13:00
Ermənistan Rusiya hərbi bazasının ölkədən çıxarılması məsələsini müzakirə etmir - Simonyan
Bu gün, 12:58
Keçmiş başçının direktor qızı işdən çıxarıldı - SƏBƏBİ
Bu gün, 12:51
Sumqayıtda şəkər xəstələri dərman ala bilmir - NARAZILIQ VAR...
Bu gün, 12:47
“Adam gərək özü deməsin ki, xalq yazıçısı olmaq istəyirəm...” - Xalq yazıçısından İRAD
Bu gün, 12:45
Karlen İskəndərovun cinayət işi - MƏHKƏMƏ OLDU
Bu gün, 12:41
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:39
Erməni ordusu hələ də özünü bərpa edə bilməyib - Köçəryan
Bu gün, 12:31
Dilbər Sadayeva Kaşpirovski rolunda - Bakıda peyda olan "Pudokina" kimdir?
Bu gün, 12:26
Müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olmaq istəyən bir qrup vətəndaşla görüş keçirilib - VİDEO
Bu gün, 12:22
Veysəloğlu Şirkətlər Qrupu Asiya İnkişaf Bankının 58-ci illik toplantısında iştirak edib - FOTO
Bu gün, 12:17
Perinatal Mərkəzdə 7 körpənin öldüyü yanğınla bağlı məhkəmədə şahidlər ifadə verib
Bu gün, 12:08
Məzahir Pənahovla bağlı DAHA BİR İDDİA... - 400 min manata yaxın vəsaitin taleyi bilinmir
Bu gün, 12:06
Sanksiya şoku: Polşa Azərbaycan üçün nəzərdə tutulan yükü müsadirə etdi - TƏFƏRRÜAT
Bu gün, 11:58
Şəki təsərrüfatlarında TƏHLÜKƏ – Meyvələri məhv edən XƏSTƏLİK yayıldı
Bu gün, 11:53
“Məni uşaq evinə qoydu, erməniyə əsir düşdüm” - Münəvvər Kələntərlinin oğlu bomj vəziyyətində yaşayır
Bu gün, 11:44
Ağrı dağında gözümüz yoxdur - Köçəryan
Bu gün, 11:33
“Azmade Group”un törəmə şirkətinin direktoru dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:31
Sarımsaq Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? – Marketlərdə 3,2 dəfə baha satılır
Bu gün, 11:27
Koçaryan Avropaya qarşı çıxdı: - “Ermənistan üçün ən yaxşısı Aİ-dən uzaq durmaqdır”
Bu gün, 11:21
Mingəçevir şəhər Yaşıllaşdırma İdarəsinə “gül satan qız” əslində kimdi - İLGİNC FAKTLAR...
Bu gün, 11:13
Qusar xətəxanası ətrafında problem bitmir - Bu dəfə də xəzinadar cəzalandırıldı
Bu gün, 11:06
500 ilin söhbətindən FAYDA ÇIXARANLAR... - Ya rusbaşdı, ya da qumbaş…
Bu gün, 10:58
Nizami məhkəməsinin öz məcəlləsi var? - ETİRAZ VAR...
Bu gün, 10:55
"Azərbaycanda bu serialın adını çəkəndə hamı üzünü bağlayır" - VİDEO
Bu gün, 10:50
Hindistanda türk markalarına boykot: - LC Waikiki, Mavi, Koton və Trendyol siyahıda
Bu gün, 10:46
Naxçıvanın istilik sistemləri yenidən qurulacaq – 1,6 milyon manat sərf olunacaq
Bu gün, 10:41
Naxçıvanda dəyişən nəsə yoxdur: Talıbovun əlaltısı YENƏ DƏ HÖKM VERƏCƏK - BU NƏDİ BELƏ?..
Bu gün, 10:38
“Bu sözümdən sonra nazirlik əməkdaşlarını işdən çıxartdılar...” - Əməkdar artist
Bu gün, 10:33
"Sərhədlər açılmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 10:31
Azərbaycan şirkəti dividendlərin ödənilməini müzakirəyə çıxaır - TOPLANTI
Bu gün, 10:28
Toyda ona hücum edildiyi deyilən aktrisadan AÇIQLAMA: - “İçki aləmidir, özlərini itirsələr də...”
Bu gün, 10:26
Elşad Mirinin etiraz etdiyi sünnət görün uşaqlara necə FAYDALI İMİŞ - HƏKİMDƏN AÇIQLAMA
Bu gün, 10:14
2024-cü il büdcəsinin icrası haqqında sənəd parlamentə daxil olub
Bu gün, 10:08
*Gəncə Şərab – 1” ASC səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 10:04
Fəthullah Gülən ölməyibmiş - KİV
Bu gün, 10:03
“Ziraat Bank Azərbaycan”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 09:58
“Unibank”da üç əsas məsələni müzakirəyə çıxarılır - YIĞINCAQ
Bu gün, 09:54
Neftçalada şəhid anası qohumları tərəfindən döyüldü - TƏFƏRRÜAT
Bu gün, 09:43
Paşinyan sülh sazişini niyə imzalamır? - AKTUAL
Bu gün, 09:41
Qriqoryanın dili Tehranda açıldı: “Zəngəzur dəhlizi” adlanan məsələ Ermənistanın... - GƏLİŞMƏ
Bu gün, 09:40
Paşinyan Əliyevi niyə kofe içməyə dəvət etdi? - Tirana görüşünün pərdəarxası
Bu gün, 09:34
Bakıda moped sərnişini faciəvi şəkildə öldü - FOTO
Bu gün, 09:23
Ermənilər Qüdsə də “sahib çıxmaq” istəyir - GƏRGİNLİK
Bu gün, 09:18
Qusar Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxsinə elektron qolbaq taxıldı - TƏFƏRRÜAT
Bu gün, 09:14
Vətəndaş 50 qəpiklik yola 50 manatlıq əsəb xərcləyir - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:10
Sahib Məmmədov sabiq deputatın vəzifəsini əlindən aldı - FOTO
Bu gün, 09:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru