Yeni təhlükə: BUĞDA BÖHRANI... .....                     Devalvasiyanın qarşısını belə almaq olar .....                     “Rabitə Tikinti” ASC-də yeni sədr və üzvlər seçiləcək .....                     Ərdoğanın bu sözləri Azərbaycanda haqlı narazılıq yaradıb .....                     Tikinti mafiyaları ilə ORTAQDIR .....                     Ermənistanda silaha olan həvəs... .....                     "Narkomaniya bəladır və hədəf də bizim uşaqlar, yeniyetmələr, gənclərdir" .....                     Alimlik adı almaqdan ötrü 22 min manatlıq macəra .....                     "Cəmiyyətdə bir çox sahələrdə savadsızlıq həddindən artıq çoxdur" .....                     Nazirlik BUNDAN İMTİNA ETMƏLİDİR .....                     Rusiyada sovet əsgərlərinin abidəsini təhqir edən azərbaycanlı saxlanıldı .....                     Əliyevin qatıldığı toplantıda İLK yaşandı .....                     “Avraam Razılaşmaları” Qafqaza gəlir: böyük siyahıda Azərbaycan da var .....                     Turizm Agentliyi nə etmək istəyir? .....                     Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR .....                     İki devalvasiyanın dərsi: Kölgə bazarı necə böyüyür? .....                     Qənirə Paşayevanın büstü hazırlandı .....                     Nazirin dostu olan məmur ƏRKÖYÜNLÜK EDİR .....                     Robert Köçəryanın atasının azərbaycanlı olması Ermənistanı qarışdırdı .....                     “Rəhimə xanım bizə bir dəfə zəng vurub dedi ki...” .....                     İlham Tahirovdan akademikin təklifinə sərt reaksiya .....                     Bakı və Brüssel arasında balans bərpa olundu .....                     ADSEA 8 milyonu hara xərclədi? .....                     Deputat, professor dolana bilmirsə, vətəndaş nə etsin? .....                     "Artıq Ermənistan tərəfi faktiki olaraq Azərbaycanın gücünü qəbullanıb..." .....                     "Adam heç bilmir ki, necə baş verdi..." .....                     İsrail və Suriya nümayəndələri Bakıda görüşüb .....                     İmtahanda nə baş verib? .....                     Leyla Əliyevanın qızı dünya çempionatında finala yüksəldi .....                     Prezident İlham Əliyevin Zirvə görüşü: .....                     Ermənilər daha bir mahnımızı oğurladı .....                     Elçin Quliyev generalı işdən çıxardı .....                     Lavrov və Rubio Rusiya-Ukrayna danışıqlarını müzakirə edib .....                     Qubada yaşayış evi sürüşmə təhlükəsi ilə ÜZ-ÜZƏ .....                     Rusiya ilə bundan sonra .....                     Bakı bunu tələb edir .....                     “Tərtər işi”nə görə Ali Məhkəməyə müraciət EDİLDİ .....                     “Mən o kişiyə qulaq asdım, hərəkəti pis hərəkətdir” .....                     Sabiq məhkəmə sədrinə 4615 manat pensiya hesablandı .....                     Azərbaycanlı aşpaz və kuryer adam OĞURLADI .....                 

“Taliban”la savaşdan kim qalib çıxacaq? - Sonun başlanğıcı, yoxsa?
Tarix: 8-07-2021, 10:44 | Çap et
“Taliban”la savaşdan kim qalib çıxacaq?
“Rusiya Əfqanıstandan Tacikistana gələn təhlükənin qarşısını almaq üçün hər şeydən, o cümlədən bu ölkədəki hərbi bazadan istifadəyə hazırdır”.

Bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib. O bildirib ki, Rusiya müttəfiqlərinə qarşı təcavüzkar davranışların qarşısını almaq üçün bütün vasitələrdən istifadəyə hazırdır.

Nazirin sözlərinə görə, Rusiya hökuməti Əfqanıstandakı vəziyyəti diqqətlə izləyir. Vəziyyət pisləşməyə doğru gedir. Bunu isə nazir ABŞ Ordusunun Əfqanıstandan tələsik çıxarılması ilə əlaqələndirib.

Qeyd edək ki, amerikalı hərbçilərin 90 faizi artıq Əfqanıstandan çıxıb. Özlərindən geriyə isə yüzlərlə texnika, silah-sursat qoyublar. Bölgələrdən gələn xəbərlərə görə, Əfqanıstanın Tacikistanla sərhədi boyunca getdikcə daha çox bölgə “Taliban” terrorçularının nəzarətinə keçir.

Rəsmi Düşənbə sərhədlərini qorumaq üçün tədbirləri gücləndirir. Mövcud vəziyyətlə əlaqədar qonşu ölkələrlə və Moskva ilə müzakirələr aparılır.

Artıq ölkənin Əfqanıstanla sərhədində yaranmış vəziyyətlə bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət edib. Bu barədə “RİA Novosti” məlumat yayıb. Məlumata əsasən, Tacikistanın təşkilat yanında daimi nümayəndəsi Həsən Sultonov respublikanın Əfqanıstandan gələn təhlükə ilə təkbaşına mübarizə apara bilməyəcəyini bəyan edib. O, KTMT ölkələrini sərhəd böhranının həlli üçün Tacikistana yardım etməyə çağırıb.

Ekspertlər Rusiyanın və KTMT-nin Tacikistanın sərhədlərini qorumaq üçün fəal hərəkətə keçəcəyini istisna etmir. Lakin Əfqanıstandan birbaşa təhdid ehtimalı birmənalı qiymətləndirilmir. Müstəqillik illərində Əfqanıstanın şimalındakı vəziyyətin və Tacikistana birbaşa təsirinin belə ağırlaşması ilk dəfə müşahidə olunur. Çihadçı təhlükəsi ilə baş-başa qalmaqdan qorxan həm Tacikistan əhalisi, həm də hakimiyyət arasında narahatlıq var.

Müasir Əfqanıstanın Tədqiqat Mərkəzinin direktoru Ömər Nəssar rəsmi Düşənbənin narahatlığını haqlı hesab edir. “Məsələ burasındadır ki, “Taliban” özü Mərkəzi Asiya ölkələri üçün birbaşa təhlükə yaratmır. Lakin “Taliban” Əfqanıstanda nəzarətində olan bütün ərazilərindəki radikal qruplarla müttəfiqlik münasibətləri saxlayır.

Ona görə də gələcəkdə bu qrupların Mərkəzi Asiya bölgəsinə müdaxilə etmək üçün həmin mahallardan istifadə edəcəyi istisna edilmir”-deyə Nəssar belə deyib.

Qeyd edək ki, Tacikistan Dövlət Təhlükəsizlik Şurasının iclasını çağıran Prezident İmoməli Rəhmon ehtiyatda olan 20 minlik hərbçinin Əfqanıstanla sərhəddə səfərbər edilməsi barədə göstəriş edib. Bundan əvvəl Tacikistanın dövlət başçısı Özbəkistan və Qazaxıstan prezidentləri, həmçinin Rusiyanın dövlət başçısı Vladimir Putin ilə telefon danışıqları aparıb. Rəsmi açıqlamaya görə, tərəflər təhlükəsizlik qurumları arasında təhlükəsizlik sahəsindəki ortaq addımlar və koordinasiya məsələlərini müzakirə etdi. Vladimir Putin Tacikistana həm ikitərəfli, həm də KTMT çərçivəsində lazımi dəstəyi verməyə hazır olduğunu bildirib.

“Oğuz” Müstəqil Araşdırmalar Qrupunun rəhbəri Vüqar Zifəroğlu Cebhe.info-ya açıqlamasında bildirib ki, “Taliban”ın Mərkəzi Asiyaya müdaxilə təhlükəsi realdır:

“Bunun baş verməsi üçün siyasi amillərlə yanaşı, ideoloji əsasları da var. İŞİD-in passiv fəaliyyətə keçməsindən sonra başqa radikal cərəyanların aktivləşməsinin şahidi olduq. Diqqət əsasən Suriyada fəaliyyət göstərən “Ən Nusrə”, “Ceyşullah” kimi terror təşkilkatlarına yönəlmişdi. Amma “Taliban”ın da fəallaşması mümkün idi. “Taliblər”in də əsas hədəfi həmişə Mərkəzi Asiya ölkələri olub. Bu mənada “Taliban” yaraqlılarının Mərkəzi Asiyaya keçmək ehtimalı hər zaman var. Bu ehtimalı heç zaman inkar etmək olmaz. Pakistanın Baş naziri İmran Xanın verdiyi açıqlamalar bu baxımdan diqqəti cəlb edir. İmran xan “taliblər”in Mərkəzi Asiyaya hansı şəkildə təhdid yaratdığına dair həyəcan siqnalı kimi qiymətləndirilə bilər. ABŞ-ın Əfqanıstandan çıxması iki ildir müzakirə olunur. Lakin ABŞ-ın Əfqanıstanı tamamilə tərk edəcəyi inandırıcı görünmür. Artıq daha bir hərbi bazanın yaradılması məsələsi gündəmə gəlir. Burada diqqəti digər vacib məqam Türkiyə amilidir.

Digəri isə 1980-ci illərin əvvəllərindən Əfqanıstanda möhkəmlənmək üçün Mərkəzi Asiyadan platsdarm kimi istifadə edən Rusiyadır. Bu bölgədə Rusiya və Türkiyənin öz maraqlarını nə dərəcədə və hansı şərtlər daxilində uzlaşdıracağını isə gələcək göstərəcək”.

Ekspert bildirib ki, Mərkəzi Asiya kifayət qədər ciddi bölgədir və Rusiyanın strateji maraq dairəsinə daxildir:

“Mən burada digər amil kimi İranı da qeyd etmək istərdim. Çünki İranın da Mərkəzi Asiyada ənənəvi maraqları mövcuddur. Biz yaxın perspektivdə Mərkəzi Asiyada ciddi proseslərin şahidi olacağıq”.

Qeyd edək ki, “Taliban”ın Mərkəzi Asiya üçün yaratdığı ən böyük təhlükələrdən biri adıçəkilən terror təşkilatının bu regionda “Vilayəti-Xorasan” adlı islam dövləti yaratmaq ideyasıdır. Bu ideologiya Mərkəzi Asiya dövlətlərinin ərazi bütövlüyü və suverenliyi üçün böyük təhlükə yaradır.

Vüqar Zifəroğlunun sözlərinə görə, Mərkəzi Asiya ölkələrində “Vilayəti-Xorasan” ideyasına dəstək verən kifayət qədər qüvvələr var. Yerlərdə “Taliban”a bağlı qüvvələrin mövcudluğu bölgə üçün problemə səbəb olub.

“Pakistan da məhz bu məsələni qabardır. Uzun illərdir Pakistan bu təhdiddən əziyyət çəkir. Ancaq Rusiya bunun qarşısını almağa qadir deyil. Rusiyanın bu problemi təkbaşına həll etməsi mümkün deyil. çünki Rusiya həmin regiona 1980-ci illərdə bir dəfə təkbaşına daxil olmuşdu. Amma ABŞ-ın dəstəyi və “Taliban”ın əli ilə məğlub olaraq Əfqanıstandan çıxdı. Üstəlik, Rusiyanın təsir vasitələrinin nə qədər güclü olması mübahisəlidir.

Bu regionu tanımaq və ora müdaxilə etmək baxımından ən şanslı iki ölkə var ki, onların biri Türkiyə, digəri isə Pakistandır. İmran xan da öz açıqlamasında da bölgədəki problemlərin həllində Türkiyənin böyük rolu ola biləcəyini vurğulamışdı. Lakin ABŞ Çin amilinə görə, Pakistanın Türkiyə ilə birlikdə Əfqanıstanda manevr imkanlarının artması və təsir imkanları əldə etməsinə razılıq vermir. Çünki Çinin Mərkəzi Asiyada dəstəklədiyi ən vacib ölkələrdən biri Pakistandır. Bu zaman Hindistanla münasibətlər məsələsi də gündəmə gəlir və Mərkəzi Asiyada maraqlar kəsişir. Baydenin Türkiyə Prezidenti Ərdoğanın Kabil hava limanını Pakistanla birgə mühafizə etmək təklifinə “yox” cavabı verməsi də Çin amili ilə bağlıdır. Rusiyanın həmin bölgədə Mərkəzi Asiya ölkələrini təsir imkanlarını saxlayır. Amma Çin faktoru çox önəmlidir. “Taliban”ın son dövrlər aktivləşməsi də Çinin təsirini arxa plana keçirmək məqsədi daşıyır. Lakin Əfqanıstanda Türkiyə-Pakistanın cütlüyünün önə çıxması ABŞ-la Çinin Mərkəzi Asiyada müəyyən razılaşmaya gəlməsinə səbəb ola bilər”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yeni təhlükə: BUĞDA BÖHRANI... - ARAŞDIRMA
Bu gün, 09:43
Devalvasiyanın qarşısını belə almaq olar - İqtisadçı görün, nə təklif edir
Bu gün, 09:39
“Rabitə Tikinti” ASC-də yeni sədr və üzvlər seçiləcək
Bu gün, 08:44
Ərdoğanın bu sözləri Azərbaycanda haqlı narazılıq yaradıb - AKTUAL
Bu gün, 08:06
Tikinti mafiyaları ilə ORTAQDIR - 1 İLƏ 100 MİLYON
Bu gün, 08:00
Ermənistanda silaha olan həvəs... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:43
"Narkomaniya bəladır və hədəf də bizim uşaqlar, yeniyetmələr, gənclərdir" - ÇAĞIRIŞ
Bu gün, 07:40
Alimlik adı almaqdan ötrü 22 min manatlıq macəra - TƏFƏRRÜAT
Bu gün, 07:38
"Cəmiyyətdə bir çox sahələrdə savadsızlıq həddindən artıq çoxdur" - partiya sədri
Bu gün, 07:31
Nazirlik BUNDAN İMTİNA ETMƏLİDİR - YOXSA...
Bu gün, 07:28
Rusiyada sovet əsgərlərinin abidəsini təhqir edən azərbaycanlı saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 07:24
Əliyevin qatıldığı toplantıda İLK yaşandı – Moskvada alınmamışdı, lakin…
Bu gün, 07:20
“Avraam Razılaşmaları” Qafqaza gəlir: böyük siyahıda Azərbaycan da var - GƏLİŞMƏ
Bu gün, 01:14
Turizm Agentliyi nə etmək istəyir? - TƏFƏRRÜAT
Bu gün, 01:09
Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR - ÖZBAŞINALIQDA
Bu gün, 01:06
İki devalvasiyanın dərsi: Kölgə bazarı necə böyüyür? - AKTUAL
Bu gün, 00:57
Qənirə Paşayevanın büstü hazırlandı - FOTOLAR
Bu gün, 00:48
Nazirin dostu olan məmur ƏRKÖYÜNLÜK EDİR - Deyir ki, toxunulmazdır...
Bu gün, 00:45
Robert Köçəryanın atasının azərbaycanlı olması Ermənistanı qarışdırdı - Siyasi xaosun dibi
Bu gün, 00:38
“Rəhimə xanım bizə bir dəfə zəng vurub dedi ki...” - Hacı İsmayılov
Bu gün, 00:27
İlham Tahirovdan akademikin təklifinə sərt reaksiya - “Dilimizi korlayan "parazit sözlər"i...”
Bu gün, 00:24
Bakı və Brüssel arasında balans bərpa olundu -ŞƏRH
Bu gün, 00:21
ADSEA 8 milyonu hara xərclədi? - Prezidentin açılışını etdiyi yolu görün nə hala saldılar
Bu gün, 00:17
Deputat, professor dolana bilmirsə, vətəndaş nə etsin? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:10
"Artıq Ermənistan tərəfi faktiki olaraq Azərbaycanın gücünü qəbullanıb..." - FAKT BUDUR!
Bu gün, 00:06
"Adam heç bilmir ki, necə baş verdi..." - VİDEO
Bu gün, 00:02
İsrail və Suriya nümayəndələri Bakıda görüşüb - CNN
Dünən, 23:58
İmtahanda nə baş verib? - Şagirdlər ağlayaraq çıxdı
Dünən, 23:55
Leyla Əliyevanın qızı dünya çempionatında finala yüksəldi - FOTO
Dünən, 23:51
Prezident İlham Əliyevin Zirvə görüşü: - Avropa liderləri Azərbaycanın yeni siyasi reallıqlarını qəbul edir
Dünən, 18:03
Ermənilər daha bir mahnımızı oğurladı - Xalq artistindən reaksiya (VİDEO)
Dünən, 17:47
Elçin Quliyev generalı işdən çıxardı
Dünən, 17:44
Lavrov və Rubio Rusiya-Ukrayna danışıqlarını müzakirə edib - FOTO
Dünən, 17:40
Qubada yaşayış evi sürüşmə təhlükəsi ilə ÜZ-ÜZƏ – Qəzalı ev niyə təmir olunmur?
Dünən, 12:37
Rusiya ilə bundan sonra NƏ OLACAQ?
Dünən, 12:28
Bakı bunu tələb edir – Putin Paşinyana ona görə qəzəbləndi
Dünən, 12:18
“Tərtər işi”nə görə Ali Məhkəməyə müraciət EDİLDİ - DETALLAR
Dünən, 12:10
“Mən o kişiyə qulaq asdım, hərəkəti pis hərəkətdir” - Ağsaqqal deputat
Dünən, 12:08
Sabiq məhkəmə sədrinə 4615 manat pensiya hesablandı - Narazı qaldı
Dünən, 12:04
Azərbaycanlı aşpaz və kuryer adam OĞURLADI - TƏFƏRRÜAT
Dünən, 11:33
Paytaxtda növbəti genişmiqyaslı təmizlik işləri aparılıb - FOTO
Dünən, 11:26
Qriqoryan Tehranda Əraqçı ilə görüşüb – Ermənistan-İran xəttində yeni mesajlar
Dünən, 11:24
İstanbulda nəticəsiz görüş və ya “biz ancaq ABŞ-la danışa bilərik”
Dünən, 11:21
“Putinin tankları palçığa batmasaydı, 5 saata Kiyevdə olardılar” - Tramp
Dünən, 11:13
Putin Trampla görüşənədək məsələni həll etməlidir: İki yoldan biri ilə - ŞƏRH
Dünən, 11:03
"O çörək sənə zəhər olsun"
Dünən, 10:58
“Sülh müqaviləsi imzalanandan sonra Rusiyanın 102-ci bazası Ermənistandan çıxarılacaq...”
Dünən, 10:57
Paşinyanın azərbaycanlılara dediyi sözlər – Yeni olan yeganə şey…
Dünən, 10:35
“Vopşe”, “tak çto”, “znaçit” kimi sözləri dilimizin lüğətinə daxil etməliyik - Nizami Cəfərovdan ABSURD TƏKLİF
Dünən, 10:27
İsrail Bakıda Türkiyə rəsmiləri ilə görüşən generalın adını açıqladı - “Times of İsrael”
Dünən, 10:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru