"Bank Avrasiya"nın xalis mənfəəti 3 mln. manata yaxın azalıb .....                     Sumqayıtda təşkilat sədri hücuma məruz qaldı: Polis hərəkətə keçdi .....                     3 il əvvəl başlayan sürüşmənin qarşısı niyə ALINMIR? .....                     Vaşinqton İrəvana necə "hamilik" edəcək? .....                     Azərbaycan Ordusunun Baş Qərargah rəisi NATO və tərəfdaş ölkələrin Baş Qərargah rəislərinin iclasında iştirak edib .....                     Bakıda restoranda baş verən cinayətin görüntüləri yayılıb .....                     Paşinyan Rusiyanın təhdidlərindən narahatdır .....                     316 saylı orta məktəbin yanındakı torpaq sahəsinə KİM GÖZ DİKİB? .....                     Blinken Mirzoyanla bunu razılaşdırıb: "Soros" bölgəyə gəlir .....                     Maaş azlığı, yoxsa alim riyakarlığı .....                     Ermənistan ordusunun Baş Qərargah rəisi .....                     Akif Marifliyə yeni vəzifə verildi .....                     Ruslardan ABSURD İDDİA... Qazaxlar susur: QARA QUTU açılana qədər... .....                     GDU-nun nəzdində Regional Kollecə yeni təyinatlar olub .....                     İrəvanın Aİ-ABŞ həmləsi: Ermənistan Trampa ümid edə bilərmi? .....                     "Quska"nın vəkilləri məhkəməyə gəlmədi .....                     Rusiyanın sülh prosesinə təsir imkanları məhduddur .....                     Goranboyda 10-cu sinif şagirdi evlənmək məqsədi ilə qaçırılıb .....                     Faiq Ağayevdən səs-küy yaradan fotosessiya .....                     Zelenskinin xanımı GÖRÜN HARADA dincəlir .....                     Bakı Ali Neft Məktəbinə yeni prorektor təyin olundu .....                     Britaniya və Fransa Ukraynaya qoşun göndərməyi müzakirə edirlər .....                     Rusiya Ermənistana qarşı hərəkətə keçdi .....                     "Məktəbin tikintisinə ayrılan maliyyə hara getdi, kimlər məsuliyyət daşıyır?" .....                     Hospital rəisindən Elçin Quliyevə şikayət .....                     Şəmkirin keçmiş icra başçısının oğlunu öldürən şəxs .....                     Sazişdən sonra Tramp Ermənistanı daha da gücləndirəcək... .....                     Sənubər Nəzərova Departament rəhbəri təyin edildi .....                     "Sabah kimisə öldürsə, yenə də sərbəst qala bilər..." .....                     Xırdalandan Sumqayıta gedənlər küçələrdə qalıb .....                     Məhkəmə Ağadadaş Ağayevin mülki iddiasına xitam verilməsi barədə qərar qəbul edib .....                     Neftçilərlə bərabər işçiləri daşıyan matrosların da maaşları yerində sayır... .....                     “Atamın qızıllarını Sevda verib Günaya” .....                     İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri dəyişib .....                     Müharibə olacaq, Zəngəzur dəhlizi... .....                     "Tramp üçün də əlavə başağrısı yaradırlar" .....                     Seçki ayında bələdiyyələr birləşir .....                     “Capital City” ilə KİMSƏ BACARA BİLMİR? .....                     "Rusiya İranın bu addımına qətiyyən razı olmaz" .....                     Bank 10 manat aylıq dövriyyəsi olan şirkətə 20 milyon dollar kredit ayırıb? .....                 

Rusiya “Batka”nı devirmək istəyir? – Minskdə skandal həbslər
Tarix: 15-06-2020, 07:59 | Çap et
Rusiya “Batka”nı devirmək istəyir?
Belarusda avqustun 9-na təyin olunmuş prezident seçkiləri yaxınlaşdıqca, siyasi proseslər qızışır. Ölkə prezidenti Aleksandr Lukaşenkodan əlavə 13 şəxs imzatoplama kampaniyasına başlayıb. Onların arasında Belarus Sosial-Demokrat Qramadası Partiyasının sədri Sergey Çereçen, ərinə seçkilərdə iştirak qadağan olunan Svetlana Tixanovskaya, həmçinin “Belqazprombank” idarə heyətinin sabiq sədri Viktor Babariko da var. Bu namizədlər arasında hazırda diqqətlər sonuncunun üzərinə yönəlib. Belə ki, “Belqazprombank” Belarusun sistem əhəmiyyətli 3 bankından biridir. Bankın səhmlərinin 49,82 faizi Rusiyanın “Qazprom” şirkətinə, 49,82 faizi ona məxsus “Qazprombank”a, 0,266 faizi “Qazprom transqaz Belarus”a, yalnız 0,098 faizi Belarus dövləti adına Energetika Nazirliyinə aiddir. Yəni faktiki olaraq, bank Rusiyaya məxsusdur.

İyunun 11-də Belarus Dövlət Nəzarət Komitəsinin maliyyə təhqiqatları departamentinin əməkdaşları bankın ofisinə gələrək, axtarış və həbslər həyata keçiriblər. Bankın rəhbərliyinə qarşı vergidənyayınma, xüsusilə iri həcmdə cinayət yolu ilə əldə olunmuş vəsaitlərin leqallaşdırılması maddələri ilə cinayət işi qaldırılıb.

Son 20 ildə “Belqazprombank”a Viktor Babariko rəhbərlik edib. May ayında o, prezident seçkilərinə qatılması ilə əlaqədar vəzifəsindən istefa verib. Babariko hesab edir ki, bank rəhbərliyinə qarşı başladılan cinayət işi “siyasi sifarişli”dir: “Mən bunu yolverilməz hesab edirəm. Çünki prezidentliyə namizədlərə qarşı hər hansı qeyri-qanuni təzyiq alətlərindən istifadə Belarus Respublikasının qanunvericiliyinə ziddir”.

İyunun 12-də Lukaşenko özü “Belqazprombank”da aparılan həbslərdən danışıb. O bildirib ki, qaldırılmış cinayət işi üzrə 15 nəfərədək adam həbs olunub: “Bu bankla bağlı təhqiqat 2016-cı ildən başlanıb. Pulların xaricə çıxarılması, xaricdə hesablar, əmlak aşkarlanıb – Kiprdə, Latviyada hesablar, Londonda mülklər... Lakin xaricilər bizə zəruri məlumatları yalnız ötən ilin dekabrında verdilər. Ondan sonra hüquq-mühafizə orqanları işi sürətləndirdilər, suallar yarandı. Allaha and içirəm ki, seçkiqabağı bu, mənə lazım deyil. Ona görə də bağıracam: yalnız zəif adam kimdənsə qorxub vəziyyəti gərginləşdirər. Mən heç kimdən qorxmuram”.

“Qazprom” və “Qazprombank” Minskdə baş verənlərə qəti etirazlarını bildiriblər. Onların birgə bəyanatında Belarus Mərkəzi Bankının “Belqazprombank” rəhbərliyini dəyişmək qərarını ölkə və Avrasiya İqtisadi İttifaqının qanunvericiliyinin pozulması kimi qiymətləndirilib: ““Belqazprombank”ın səhmdarları öz hüquqlarının müdafiəsi və qanuni maraqlarının qorunması üçün bütün hüquqi vasitələrdən istifadə edəcəklər. Həmçinin səhmdarlar müştərilərin maraqlarının müdafiəsi və bankın maliyyə stabilliyini təmin etmək üçün bütün zəruri tədbirləri həyata keçirirlər”.

“Belqazprombank”ın həbs olunan menecerlərindən 4 milyon dollardan yuxarı pul və 500 min dollarlıq qiymətli kağızlar götürülüb. Belarus Dövlət Nəzarət Komitəsinin yaydığı açıqlamada həbs olunan şəxslərin mütəşəkkil cinayətkar qrup halında fəaliyyət göstərdiklərinə dair tutarlı dəlillərə malik olduqları bildirilir. Açıqlamada həmçinin bu fəaliyyətdə V.Babarikonun da iştirakına dair sübutlarının olduğu qeyd edilir. Babariko isə bildirib ki, bütün gəlirləri qanunidir və onlara görə bütün vergilər ödənilib: “Mənim guya ki, cinayət iştirakçısı olduğumu deyirlər. Mənim bütün pulum və əmlakım qanuni yollarla əldə edilib, hamısı üçün vergi ödənilib”.

O həmçinin deyib ki, həbs olunanlar onun dostlarıdır və onlardan götürülən pullar da ona məxsusdur: “Mənim 3 dostumu tutub dindiriblər. Daha sonra onları şübhəli şəxs kimi saxlayıblar”.

Babariko bildirib ki, maliyyə vəsaitlərini hər ehtimala qarşı bölərək saxlamaları üçün dostlarına verib.

Lukaşenkonun mətbuat katibi Natalya Eysmont RBK-ya açıqlamasında artıq tutulan şəxslərin öz cinayətlərini etiraf etdiklərini və V.Babarikoya qarşı ifadə verdiklərini deyib.

Lukaşenkonun özü isə rəqibini “yaramaz” adlandırıb, onun prezident seçkilərinə məsuliyyətdən yayınmaq üçün qatıldığını bildirib: “Niyə başını soxub bu prosesə? Ona görə ki, gəlib qollarına qandal vurulacağını bilirdi. Bizdə, bildiyiniz kimi, vicdan məhbusu adını qazanmaq üçün siyasətə qatılmaq dəbdədir”.

Qeyd edək ki, hələ “Belqazprombank” rəhbərliyi həbs olunmazdan iki gün əvvəl Lukaşenko Rusiyadakı oliqarxların Belarusda müxalifəti maliyyələşdirdiklərini deyib: “Rusiya oliqarxlarının hesabına maliyyələşənlər anladılar ki, onlar Rusiya oliqarxlarının pulu ilə hakimiyyətə Belarusun radikal müxalifətini aparırlar”.

Belarus prezidentinin açıqlamalarına Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov cavab verib: “Oliqarxlar - siyasi iddiaları olan sahibkarlardır. Mənə bizim ölkəmizdə oliqarxların olduğuna, həmçinin onların Belarusda nə iləsə məşğul olduqlarına dair fakt məlum deyil”.

Mətbuat katibi həmçinin bildirib ki, Kremldə Belarusdakı prezident seçkiləri kampaniyasının gedişini böyük maraqla izləyirlər: “Bu seçkiləri ləkələyəcək nəsə görmürük”.

Qeyd edək ki, son aylarda Belarus prezidenti israrla Rusiyadan, “Qazprom”dan onlara satılan qazın qiymətinin aşağı salınmasını tələb edir. Rusiyanın qazı Avropaya Belarusdan daha ucuz satdığını deyən Lukaşenko dəfələrlə məsələ qaldırıb. Hətta prezident Vladimir Putin bu tələbə əməl olunmayacağını açıq bildirsə də, Belarus tərəfi geri çəkilmir. Bir müddət öncə “Qazprom” rəhbəri Aleksey Miller Belarusun qaza görə şirkətə 165 milyon dollar borcunun yığıldığını, onun ödənişinin təmin ediləcəyi halda yalnız gələn il üçün qazın qiymətinə yenidən baxılmasının mümkün olduğunu açıqlayıb. Belarus tərəfi isə heç bir borcunun olmadığını bəyan etməklə yanaşı, Rusiyadan hazırda alınan qazın qiymətinin aşağı salınmasını istəyib.

Belə görünür ki, Lukaşenko V.Babarikonun “Qazprom”un dəstəyi ilə seçkilərdə ona problem yarada biləcəyini hesablayaraq “Belqazprombank” rəhbərlərinin həbsini təşkil edib. Baş verənlər həmçinin Rusiyanın Belarusdakı seçkilərdə mövqeyinin heç də tam olaraq Lukaşenkodan yana olmadığından xəbər verir.
Musavat.com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Bank Avrasiya"nın xalis mənfəəti 3 mln. manata yaxın azalıb - HESABAT
Bu gün, 12:39
Sumqayıtda təşkilat sədri hücuma məruz qaldı: Polis hərəkətə keçdi - TƏFƏRRÜAT
Bu gün, 12:30
3 il əvvəl başlayan sürüşmənin qarşısı niyə ALINMIR? - Şəki sakinləri TƏHLÜKƏ ilə ÜZ-ÜZƏ
Bu gün, 12:28
Vaşinqton İrəvana necə "hamilik" edəcək? - Elçin Alıoğlu yazır...
Bu gün, 12:21
Azərbaycan Ordusunun Baş Qərargah rəisi NATO və tərəfdaş ölkələrin Baş Qərargah rəislərinin iclasında iştirak edib
Bu gün, 12:17
Bakıda restoranda baş verən cinayətin görüntüləri yayılıb - VİDEO
Bu gün, 12:15
Paşinyan Rusiyanın təhdidlərindən narahatdır - “Hraparak”
Bu gün, 12:13
316 saylı orta məktəbin yanındakı torpaq sahəsinə KİM GÖZ DİKİB? - İLGİNC İDDİALAR
Bu gün, 12:11
Blinken Mirzoyanla bunu razılaşdırıb: "Soros" bölgəyə gəlir - Seyidov danışdı
Bu gün, 12:01
Maaş azlığı, yoxsa alim riyakarlığı - REPLİKA
Bu gün, 11:59
Ermənistan ordusunun Baş Qərargah rəisi NATO iclasında iştirak edir
Bu gün, 11:56
Akif Marifliyə yeni vəzifə verildi
Bu gün, 11:52
Ruslardan ABSURD İDDİA... Qazaxlar susur: QARA QUTU açılana qədər... - NƏ BAŞ VERİR?
Bu gün, 11:50
GDU-nun nəzdində Regional Kollecə yeni təyinatlar olub - ƏMR
Bu gün, 11:48
İrəvanın Aİ-ABŞ həmləsi: Ermənistan Trampa ümid edə bilərmi? - Eurasiya.net
Bu gün, 11:43
"Quska"nın vəkilləri məhkəməyə gəlmədi - bu səbəbdən də...
Bu gün, 11:38
Rusiyanın sülh prosesinə təsir imkanları məhduddur - FAKT BUDUR!
Bu gün, 11:36
Goranboyda 10-cu sinif şagirdi evlənmək məqsədi ilə qaçırılıb - Polis İŞƏ QARIŞDI
Bu gün, 11:32
Faiq Ağayevdən səs-küy yaradan fotosessiya - FOTO
Bu gün, 11:30
Zelenskinin xanımı GÖRÜN HARADA dincəlir - ŞOK məlumat
Bu gün, 11:29
Bakı Ali Neft Məktəbinə yeni prorektor təyin olundu - ƏMR
Bu gün, 11:26
Britaniya və Fransa Ukraynaya qoşun göndərməyi müzakirə edirlər - "The Telegraph"
Bu gün, 11:19
Rusiya Ermənistana qarşı hərəkətə keçdi – Durum kəskinləşir
Bu gün, 11:16
"Məktəbin tikintisinə ayrılan maliyyə hara getdi, kimlər məsuliyyət daşıyır?" - SAKİNLƏR ÇARƏSİZDİR
Bu gün, 11:05
Hospital rəisindən Elçin Quliyevə şikayət - NARAZILIQ VAR...
Bu gün, 11:02
Şəmkirin keçmiş icra başçısının oğlunu öldürən şəxs vaxtından əvvəl azadlığa çıxmaq istəyir
Bu gün, 10:58
Sazişdən sonra Tramp Ermənistanı daha da gücləndirəcək... - AKTUAL
Bu gün, 10:55
Sənubər Nəzərova Departament rəhbəri təyin edildi - BUNDAN SONRA...
Bu gün, 10:54
"Sabah kimisə öldürsə, yenə də sərbəst qala bilər..." - İLGİNC İDDİA
Bu gün, 10:52
Xırdalandan Sumqayıta gedənlər küçələrdə qalıb - 10 dəqiqəlik interval bir saata qaldırılıb
Bu gün, 10:46
Məhkəmə Ağadadaş Ağayevin mülki iddiasına xitam verilməsi barədə qərar qəbul edib
Bu gün, 10:45
Neftçilərlə bərabər işçiləri daşıyan matrosların da maaşları yerində sayır... - ETİRAZ VAR...
Bu gün, 10:44
“Atamın qızıllarını Sevda verib Günaya” – 186 minlik ZƏRGƏRLİK İŞİ
Bu gün, 10:27
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri dəyişib - BUNDAN SONRA...
Bu gün, 10:12
Müharibə olacaq, Zəngəzur dəhlizi... - Danielyan
Bu gün, 10:07
"Tramp üçün də əlavə başağrısı yaradırlar" - deputat
Bu gün, 10:03
Seçki ayında bələdiyyələr birləşir - nələr dəyişəcək?
Bu gün, 09:56
“Capital City” ilə KİMSƏ BACARA BİLMİR? - "Başqa əlacımız qalmayıb..."
Bu gün, 09:41
"Rusiya İranın bu addımına qətiyyən razı olmaz" - ŞƏRH
Bu gün, 09:36
Bank 10 manat aylıq dövriyyəsi olan şirkətə 20 milyon dollar kredit ayırıb? - "Şlyapa Zahid"in məhkəməsi
Bu gün, 09:33
Şərifov getdi... o, tək qaldı: QALA BİLƏCƏKMİ? - Köhnə eşalonun SON QALASI...
Bu gün, 09:26
Amerika ordusu İranın QULAĞININ DİBİNDƏ... - Hər keçənə hürən molla rejimi bu dəfə LAL OLUB...
Bu gün, 09:16
Çimnaz Sultanova Milli Onkologiya Mərkəzində müalicə alırmış - TƏFƏRRÜAT
Bu gün, 09:10
İran Bakını qana boyamaq istəyir: təhlükə böyüdü – Sui-qəsd planında görün kimlər olub
Bu gün, 09:06
Nikol ABŞ sərhədçilərini gətirdi: Kreml cavab verəcək! - NƏ BAŞ VERİR?
Bu gün, 09:04
Azərbaycanda nəqliyyat şirkəti - LƏĞV EDİLİR
Bu gün, 09:00
ADAU ŞƏLALƏSİ... - Qurbanovun himayə etdiyi bu Şəlalənin səsi SONRA ÇIXACAQ...
Bu gün, 08:55
Cənab nazir... bax, bu evdir... 15 ildir QƏZALIDIR... AMMA... - Kəmaləddin Heydərova MÜRACİƏT...
Bu gün, 08:44
`Azəristiliktəchizat`ın işçiləri özlərindən `AMERİKA KƏŞF EDİBLƏR...` - Bir nəfər borclu var deyə... bütün bina sakinləri DONMALIDIR!
Bu gün, 08:37
Ermənistanda rus bazaları var: ABŞ hərbçiləri hara gələcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru