Azərbaycanda kanal direktoru vəzifəsindən ayrıldı .....                     İştirakçı olmadı, dövlət qurumunun tenderi .....                     Abşeronda antiterror əməliyyatı şəhidləri anılıb .....                     Əhali ilə banklar arasında çəkişmə: 340 min iş məhkəmədə .....                     Bakıda yağan güclü yağışın fəsadı: avtomobilə dəyən ziyanı sığorta şirkəti ödəməlidir .....                     Paşinyan İrəvanla Bakı arasında faktiki sülhün bərqərar olduğunu bildirib .....                     “Oskar”a təqdim olunan filmimiz nüfuzlu mükafatı qazana BİLƏR? .....                     Ermənistanda rusiyapərəst hakimiyyət qurub Qarabağı qaytarmağa çalışan keşişlər zindanda belə istirahət edir... .....                     “Bolmart”da müştəriləri endirimlə belə aldadırlar .....                     Paşinyan yeni hücuma hazırlaşır: “Müharibə” anonsu verildi .....                     Eyni şirkət Xocalıda yenidənqurma işlərinin qalibi oldu .....                     10 milyonluq Azərbaycan üçün 125 deputat kifayət etmir .....                     Azərbaycanın mebel şirkətinin dövlətə 3,8 milyon manatdan çox vergi borcu var .....                     Ermənistan Azərbaycanla sülh müqaviləsinin imzalanacağı yer barədə məsləhətləşmələrə hazırdır .....                     Ölkənin `ƏN BÖYÜK` mobil operatorundan XIRDA DƏLƏDUZLUQ... .....                     “Qarabağdan tülkü kimi sivişib aradan çıxmışdı, orada “əjdahaya dönüb” .....                     AZƏRİQAZ-da peşəkar işçiyə TƏZYİQ OLUNUR .....                     Xaçmazda Qarabağ Qazisi həbs olundu .....                     Konqresdə anti-Azərbaycan isteriyası .....                     Azərbaycanda məktəblər distant təhsilə keçə bilər .....                     Rövşən Rüstəmov nəyə nail olmaq istəyir .....                     Hərbi hissənin ərazisini özəlləşdiriblər... .....                     “İran sərhədləri açmaq istəyirsə, əvvəlcə təhlükəsizliyi təmin etməlidir” .....                     "Utanmaz-utanmaz bildirdilər ki, hara istəyirsən şikayət et, bizə heç kəs heç nə edə bilməz" .....                     Diabetli şəkər xəstələrinə dövlətin ayırdığı dərman və preparatlar niyə verilmir .....                     “Ricon” MMC aylardır işçilərin maaşını vermir .....                     "Sərhədlərin açılması üçün artıq siyasi qərar qəbul olunub" .....                     Gəncə təhsili 'GÜL VURUR': Təmirli məktəbdə təmir pulu YIĞIMI .....                     Sülhə Ağ ev TƏMİNATI .....                     Sentyabrda sülh sazişi?... .....                     “Efirlər toyxanadır, danışanda da deyirlər ki, işçilərimizin maaşlarını siz verəcəksiz?” .....                     İsveç Baltik dənizi üzərində Rusiya qırıcılarının fotolarını dərc etdi .....                     "İcra hakimiyyətlərinin funksiya və səlahiyyətlərinin dəqiqləşdirilməsi zərurəti var" .....                     Quru sərhədlərin açılması ilə bağlı mühüm anons .....                     ABŞ "TikTok" üzərində nəzarəti saxlayacaq .....                     Polşa Rusiya qırıcılarının onlara aid neft platformasının üzərindən uçduğunu açıqlayıb .....                     Neftçilər Günü... .....                     Bu gün Azərbaycanda Dövlət Suverenliyi günüdür .....                     Psixoloqdan yazıçıya cavab: .....                     AQTA “Slavyanka” sularını laborator analizlərə cəlb edib .....                 

Qüdrətli dünya gücləri kosmosda savaşı “məşq edirlər”
Tarix: 24-02-2018, 09:46 | Çap et
Qüdrətli dünya gücləri kosmosda savaşı “məşq edirlər”
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Herbert Makmasterin “ulduz müharibələri” ilə bağlı açıqlaması çoxdan unudulmuş mövzunu yenidən gündəmə gətirib. Trampın köməkçisi deyib ki, ABŞ kosmik müdafiəsinə daha çox maliyyə ayırmağa hazırlaşır. O deyib ki, 2019-cu il maliyyə ilində kosmik müdafiə imkanlarının maliyyələşməsi üçün əlavə olaraq 1, sonrakı beş ildə isə 8 milyard dolların ayrılması nəzərdə tutulur.

Ancaq Makmaster deyib ki, bunun günahkarı ABŞ-ın düşmənləridir. Sitat: “Kosmos artıq yer, dəniz və hava kimi hərbi domen olub. Biz konflikti kosmosa daşımaq istəmirik, amma əgər burada savaş yaşansa, ABŞ buna hazır olacaq. Kosmosda gərginlik ABŞ-ın düşmənləri ucbatından artır”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Makmasterin fikirlərini şərh edən “Vətən Arsenalı” jurnalının kommersiya direktoru, hərbi ekspert Aleksey Leonkov deyib ki, ABŞ-da ani qlobal zərbə konsepsiyası çərçivəsində kosmosun hərbiləşdirilməsinin bir neçə layihəsi var".

Onun sözlərinə görə, ABŞ Yer kürəsinə “Allahın əsası” ilə kosmosdan ani zərbənin vurulmasını planlaşdırır. Sitat: “ABŞ orbitə elə aparatları çıxarmaq istəyir ki, Yer kürəsinə ”Allahın əsası" adlı sərt gövdəli ərintilərdən ibarət oxlar ata bilsin. Onlar hesablayırlar ki, əgər bu oxları yaşayış məntəqələri, məsələn, Moskva kimi şəhərlərə atsalar, onlar saniyədə yeddi kilometrə qədər sürətlə uçacaqlar və kinetik zərbə alınacaq. Bu halda, nüvə partlayışından fərqli olaraq, heç bir ionlaşdırıcı yoluxma olmayacaq, amma genişmiqyaslı dağıntılar olacaq. Aydındır ki, belə oxları vurmaq praktik olaraq mümkün deyil, çünki dünyada hava hücumundan müdafiə sistemləri hələ heç bir meteoridi vurmayıb".

Əlbəttə, yaşlı nəslə “kosmos müharibələri” haqda xəbərlər xeyli tanışdır. Bu məlumatların yenidən dövriyyəyə buraxılması istər-istəməz sual doğurur: Məqsəd nədir? Doğrudanmı, həqiqətən kosmos müharibələri ola bilər? Yoxsa Amerika Rusiyanı SSRİ ilə olduğu kimi, silahlanma yarışına cəlb etmək istəyir?

Siyasi Şərhçi Şahin Cəfərli deyir ki, bu tip açıqlamalara və bəyanatlara hərfi mənada yanaşmaq, “müharibə başlayacaq” deyə həyəcanlanmaq o qədər də doğru deyil, hərçənd, belə bir ehtimalı tam istisna etmək də olmaz. Ekspertin fikrincə, böyük dövlətlər hərbi sahə başda olmaqla, istənilən sahədə öz strateji planlaşdırmalarını bütün mümkün ehtimalları nəzərə alaraq qururlar: “General Makmasterin ”ABŞ kosmosda müharibəyə hazır olmalıdır" açıqlamasına da bu kontekstdə yanaşmaq lazımdır. Məlumdur ki, Donald Trampın iqtidara gəlişindən sonra ABŞ-ın siyasətində militarist xətt yenidən önə çıxıb. Obama dövründə hərbi büdcənin və ordunun ixtisarı aparılırdı, Tramp isə hər cür sekvestri dayandıraraq hərbi büdcəni də, ordunun say tərkibini də artırmağa başladı. Respublikaçıların hələ seçki öncəsi - 2016-cı ilin iyulunda elan etdikləri seçki platformasında yazılmışdı ki, onlar hakimiyyətə gələcəkləri təqdirdə, ABŞ Ronald Reyqan dövründə olduğu kimi, “güc göstərməklə sülhə nail olmaq” konsepsiyasına qayıdacaq. Bu konsepsiya (“Peace through strength”) 2017-ci ilin dekabrında Trampın elan etdiyi yeni Milli Təhlükəsizlik Strategiyasında da altı cızılmaqla əksini tapıb".

Ş.Cəfərli deyir ki, Herbert Makmaster strategiya barədə məlumat verərkən dövlətlərin geosiyasi rəqabətinin yenidən başladığını bəyan edib: “Strategiyanın mətni açıqlandıqdan sonra bu bəyanatın məğzini anlamaq mümkün oldu. Belə ki, yeni strategiyada 2001-ci ilin 11 sentyabr olayından sonra ilk dəfə olaraq terrorizm ABŞ-ın təhlükəsizliyinə 1 saylı təhdid kimi qeyd edilməyib və onun yerini dövlətlər alıb. Şimali Koreya və İran düşmən dövlətlər kimi, Rusiya və Çin isə qlobal miqyasda ABŞ-ın dəyərlərini və maraqlarını sarsıtmağı hədəfləyən rəqib dövlətlər kimi göstərilib. Pentaqon da öz növbəsində bu ana strategiyaya uyğun olaraq yeni milli müdafiə və nüvə strategiyaları hazırlayıb. Həmin sənədlərdə də Rusiya və Çin ABŞ hegemonluğuna və mövcud dünya düzəninə təftişçi yanaşan başlıca təhdid mənbələri kimi qeyd olunub”.

Ş.Cəfərli bildirir ki, kosmik fəzanın militaristləşdirilməsi 1967-ci il tarixli beynəlxalq müqavilə ilə qadağan olunsa da, böyük dövlətlər (ABŞ, Çin və Rusiya) öz rəqiblərinin bu sahədə üstünlüyü ələ keçirəcəyindən ehtiyatlanaraq kosmosun hərbiləşdirilməsi yönündə ciddi hazırlıq işləri aparırlar və ehtimal olunan savaş zamanı düşmənin peyk sistemlərini məhv etməyi sınaqdan keçirirlər: “Məsələn, ABŞ 2006-cı ildə fəzaya buraxdığı eksperimental casus peyki ilə bir neçə saat sonra əlaqəni itirmişdi. 2008-ci ilin yanvarında NASA dövlət rəhbərliyinə xəbər verdi ki, həmin peyk aktivləşərək Yerə yaxınlaşır. Təhlükə bu idi ki, peykin yanacaq çənində 450 litr yüksək toksikliyə malik gidrozin kimyəvi maddəsi var idi və o, hər hansı yaşayış məntəqəsinə düşə bilərdi. Pentaqon vəziyyətdən çıxış yolu kimi peyki atmosferin yuxarı qatlarında vurmağı təklif edir və siyasi rəhbərlikdən buna icazə alır. Nəticədə peyk ABŞ raket hücumundan müdafiə sisteminin SM-3 raketi ilə vurulur. Rusiya o vaxt bu olayın təsadüfi olduğuna şübhə ilə yanaşaraq ABŞ-ın əslində SM-3 raketi ilə düşmən peyklərini dəqiqliklə vurmağın mümkün olub-olmadığını öyrənmək istədiyini bildirmişdi. Onların fikrincə, bu eksperiment göstərir ki, tamamilə müdafiə xarakterli olduğu bildirilən raket hücum məqsədilə də istifadə oluna bilər. Hazırda bu raketin yeni modifikasiyaları ABŞ-ın qlobal raket hücumundan müdafiə sisteminin əsasını təşkil edir. ABŞ-ı narahat edən budur ki, Çin son dövrlər bu sahədə ciddi tərəqqiyə nail olub. Heç də təsadüfi deyil ki, yuxarıda qeyd etdiyimiz hadisədən, yəni amerikalıların öz peykini atmosferin yuxarı qatlarında vurmasından bir il əvvəl - 2007-ci ilin yanvarında Çin ordusu özünün sıradan çıxmış peykini 800 km yüksəkdə SC-19 raketi ilə uğurla vura bilmişdi. Çin bu addımı ilə nümayiş etdirmişdi ki, istənilən hündürlükdə bu tip hədəfləri vurmaq imkanına malikdir. Rusiyanın da bu sahədə tədqiqatları və praktik addımları var. Rusiyanın hərbi doktrinasında kosmos ölkənin müdafiə strategiyasının vacib komponenti adlandırılır. Moskva da peyk əleyhinə vasitələrə malikdir və düşmən peyklərini radioelektron üsulla zərərsizləşdirməyə qadir olduğunu da bildirir. 2015-ci ilin martında Rusiya Plesetsk kosmodromundan fəzaya 3 peyk buraxıb. Amerikalılar şübhələnir ki, bu peyklər digər kosmik obyektləri sıradan çıxarmaq üçün ”kamikadze" kimi istifadə oluna bilər".

Ş.Cəfərlinin sözlərinə görə, hazırda dünyada yalnız üç dövlət - ABŞ, Çin və Rusiya kosmosdakı peykləri vurmaq imkanına malikdir: “Sual yarana bilər ki, bu məsələ niyə bu qədər vacibdir? Ona görə ki, müharibə baş verəcəyi halda, bu dövlətlərdən biri digərinin kommunikasiya peyklərini sıradan çıxararsa, ordunun idarə edilməsində ciddi problemlər yaranacaq. Özünün orbital qruplaşmasını itirən ölkə peyk rabitəsindən, kosmik kəşfiyyat imkanından və naviqasiya sistemlərindən məhrum olacaq, bu isə müasir ordu üçün ağır problemlərə gətirib çıxara və məğlubiyyətlə nəticələnə bilər. Belə olan halda, yüksək dəqiqliyə malik raketləri hədəfə yönəltmək mümkün olmayacaq, aviasiyanın effektiv işinə də əngəllər yaranacaq. Ona görə də, qlobal güclər ”sülh istəyirsənsə, müharibəyə hazır ol" məntiqi ilə bu sahəyə diqqəti artırır".
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda kanal direktoru vəzifəsindən ayrıldı - BUNDAN SONRA...
Bu gün, 11:06
İştirakçı olmadı, dövlət qurumunun tenderi - LƏĞV OLUNDU
Bu gün, 11:03
Abşeronda antiterror əməliyyatı şəhidləri anılıb - FOTOLAR
Bu gün, 11:00
Əhali ilə banklar arasında çəkişmə: 340 min iş məhkəmədə - Borclar silinə bilər
Bu gün, 10:55
Bakıda yağan güclü yağışın fəsadı: avtomobilə dəyən ziyanı sığorta şirkəti ödəməlidir - TƏFƏRRÜAT
Bu gün, 10:51
Paşinyan İrəvanla Bakı arasında faktiki sülhün bərqərar olduğunu bildirib - "Sülh budur"
Bu gün, 10:46
“Oskar”a təqdim olunan filmimiz nüfuzlu mükafatı qazana BİLƏR? – Kino xadimlərindən AÇIQLAMA
Bu gün, 10:22
Ermənistanda rusiyapərəst hakimiyyət qurub Qarabağı qaytarmağa çalışan keşişlər zindanda belə istirahət edir... - “Hraparak”
Bu gün, 10:19
“Bolmart”da müştəriləri endirimlə belə aldadırlar - NARAZILIQ VAR...
Bu gün, 10:07
Paşinyan yeni hücuma hazırlaşır: “Müharibə” anonsu verildi - “Fakt”
Bu gün, 10:03
Eyni şirkət Xocalıda yenidənqurma işlərinin qalibi oldu - 7 milyonluq müqavilə bağlanıb
Bu gün, 10:01
10 milyonluq Azərbaycan üçün 125 deputat kifayət etmir - ONA GÖRƏ DƏ...
Bu gün, 09:56
Azərbaycanın mebel şirkətinin dövlətə 3,8 milyon manatdan çox vergi borcu var
Bu gün, 09:52
Ermənistan Azərbaycanla sülh müqaviləsinin imzalanacağı yer barədə məsləhətləşmələrə hazırdır - Mirzoyan
Bu gün, 09:49
Ölkənin `ƏN BÖYÜK` mobil operatorundan XIRDA DƏLƏDUZLUQ... - AXI NİYƏ?
Bu gün, 09:44
“Qarabağdan tülkü kimi sivişib aradan çıxmışdı, orada “əjdahaya dönüb” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:35
AZƏRİQAZ-da peşəkar işçiyə TƏZYİQ OLUNUR - BU NƏDİ BELƏ?
Bu gün, 09:25
Xaçmazda Qarabağ Qazisi həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 09:20
Konqresdə anti-Azərbaycan isteriyası - Görünəni odur ki...
Bu gün, 09:11
Azərbaycanda məktəblər distant təhsilə keçə bilər – Qərar gözlənilir
Bu gün, 07:41
Rövşən Rüstəmov nəyə nail olmaq istəyir - NARAZILIQ VAR...
Bu gün, 07:38
Hərbi hissənin ərazisini özəlləşdiriblər... – SABİQ MƏMURLAR HAQDA ŞOK İDDİALAR
Bu gün, 07:31
“İran sərhədləri açmaq istəyirsə, əvvəlcə təhlükəsizliyi təmin etməlidir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:00
"Utanmaz-utanmaz bildirdilər ki, hara istəyirsən şikayət et, bizə heç kəs heç nə edə bilməz" - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 06:56
Diabetli şəkər xəstələrinə dövlətin ayırdığı dərman və preparatlar niyə verilmir - NARAZILIQ VAR...
Bu gün, 06:51
“Ricon” MMC aylardır işçilərin maaşını vermir – DAHA BİR ŞİKAYƏT
Bu gün, 06:48
"Sərhədlərin açılması üçün artıq siyasi qərar qəbul olunub" - ŞƏRH
Bu gün, 06:45
Gəncə təhsili 'GÜL VURUR': Təmirli məktəbdə təmir pulu YIĞIMI - BU NƏDİ BELƏ?
Bu gün, 06:41
Sülhə Ağ ev TƏMİNATI - İNCƏLƏMƏ
Bu gün, 06:35
Sentyabrda sülh sazişi?... - GƏLİŞMƏ
Bu gün, 06:30
“Efirlər toyxanadır, danışanda da deyirlər ki, işçilərimizin maaşlarını siz verəcəksiz?” - Xalq artisti
Bu gün, 06:28
İsveç Baltik dənizi üzərində Rusiya qırıcılarının fotolarını dərc etdi - “Reuters”
Bu gün, 06:23
"İcra hakimiyyətlərinin funksiya və səlahiyyətlərinin dəqiqləşdirilməsi zərurəti var" - deputat
Bu gün, 06:18
Quru sərhədlərin açılması ilə bağlı mühüm anons - AKTUAL
Bu gün, 06:15
ABŞ "TikTok" üzərində nəzarəti saxlayacaq - Tramp
Bu gün, 06:00
Polşa Rusiya qırıcılarının onlara aid neft platformasının üzərindən uçduğunu açıqlayıb - KİV
Bu gün, 05:55
Neftçilər Günü... - Müasir Azərbaycanın şanlı tarixi...
Bu gün, 00:13
Bu gün Azərbaycanda Dövlət Suverenliyi günüdür
Bu gün, 00:10
Psixoloqdan yazıçıya cavab: - “Heç bir bədii kitab psixoloqu əvəz edə bilməz”
Dünən, 18:02
AQTA “Slavyanka” sularını laborator analizlərə cəlb edib – Kəskin qoxunun səbəbi ARAŞDIRILIR
Dünən, 18:00
YAP-çı deputat GÜCÜNÜ belə göstərir - Həm də haqsız ola-ola...
Dünən, 17:57
Aİ Ermənistana 200 milyon avrodan çox vəsait ayıracaq
Dünən, 17:54
Aİ ilə Ermənistan arasında dialoq başlayıb - Qriqoryan
Dünən, 17:52
Naxçıvan Gömrük Komitəsinin sabiq sədri ölkədən qaçmaq istədi... - SƏHƏT HƏBİBBƏYLİ SƏRHƏDDƏN GERİ QAYTARILDI
Dünən, 17:50
Masazırda növbəti qanunsuz tikinti? - VİDEO
Dünən, 17:33
Azərbaycanda 11 sığorta agentinin lisenziyası bərpa edilib
Dünən, 17:31
Rayona "nəzarət edən" avtoritet həbs olundu: - hədə-qorxu, oğurluq...
Dünən, 17:27
Məktəb direktorunun evindən 14 min manatlıq qızıl oğurlanıb - TƏFƏRRÜAT
Dünən, 17:18
“İran sərhədlərin açılmasını istəyirsə, Azərbaycana qarşı təhdidlərə son verməlidir” - REAKSİYA
Dünən, 17:16
“Qarabağ” matçında saxta bilet TƏHLÜKƏSİ – “Qara bazar”ın fırıldaqçıları KİMDİR?
Dünən, 17:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru