Azərbaycanda məktəblər distant təhsilə keçə bilər .....                     Rövşən Rüstəmov nəyə nail olmaq istəyir .....                     Hərbi hissənin ərazisini özəlləşdiriblər... .....                     “İran sərhədləri açmaq istəyirsə, əvvəlcə təhlükəsizliyi təmin etməlidir” .....                     "Utanmaz-utanmaz bildirdilər ki, hara istəyirsən şikayət et, bizə heç kəs heç nə edə bilməz" .....                     Diabetli şəkər xəstələrinə dövlətin ayırdığı dərman və preparatlar niyə verilmir .....                     “Ricon” MMC aylardır işçilərin maaşını vermir .....                     "Sərhədlərin açılması üçün artıq siyasi qərar qəbul olunub" .....                     Gəncə təhsili 'GÜL VURUR': Təmirli məktəbdə təmir pulu YIĞIMI .....                     Sülhə Ağ ev TƏMİNATI .....                     Sentyabrda sülh sazişi?... .....                     “Efirlər toyxanadır, danışanda da deyirlər ki, işçilərimizin maaşlarını siz verəcəksiz?” .....                     İsveç Baltik dənizi üzərində Rusiya qırıcılarının fotolarını dərc etdi .....                     "İcra hakimiyyətlərinin funksiya və səlahiyyətlərinin dəqiqləşdirilməsi zərurəti var" .....                     Quru sərhədlərin açılması ilə bağlı mühüm anons .....                     ABŞ "TikTok" üzərində nəzarəti saxlayacaq .....                     Polşa Rusiya qırıcılarının onlara aid neft platformasının üzərindən uçduğunu açıqlayıb .....                     Neftçilər Günü... .....                     Bu gün Azərbaycanda Dövlət Suverenliyi günüdür .....                     Psixoloqdan yazıçıya cavab: .....                     AQTA “Slavyanka” sularını laborator analizlərə cəlb edib .....                     YAP-çı deputat GÜCÜNÜ belə göstərir .....                     Aİ Ermənistana 200 milyon avrodan çox vəsait ayıracaq .....                     Aİ ilə Ermənistan arasında dialoq başlayıb .....                     Naxçıvan Gömrük Komitəsinin sabiq sədri ölkədən qaçmaq istədi... .....                     Masazırda növbəti qanunsuz tikinti? .....                     Azərbaycanda 11 sığorta agentinin lisenziyası bərpa edilib .....                     Rayona "nəzarət edən" avtoritet həbs olundu: .....                     Məktəb direktorunun evindən 14 min manatlıq qızıl oğurlanıb .....                     “İran sərhədlərin açılmasını istəyirsə, Azərbaycana qarşı təhdidlərə son verməlidir” .....                     “Qarabağ” matçında saxta bilet TƏHLÜKƏSİ .....                     "Heç bir qabarıq fərq olmayan din xadimi kimi efirə estetik zövq gətirməyi Allah mənim vasitəmlə reallaşdırıb" .....                     Suriyada İŞİD liderlərindən biri zərərsizləşdirilib .....                     "Ay bədbəxt yığınaq, mən elə seçicilərimin davasını edirəm də, seçicilərimə cavab vermirlər" .....                     Şəhidin adına olan kənd məktəbi niyə BƏRBAD GÜNDƏDİR? .....                     DMA da DTA-nın yolunu gedir: .....                     Ermənistan Sərhəd Qoşunlarının komandanı vəzifəsindən uzaqlaşdırılıb .....                     Regionu qarışdıran bəyanat: bu şəhərə işarə edildi .....                     “Narkomanların sayı statistikadan çoxdur” .....                     “Paşa Sığorta”nın İdarə Heyətinin üzvlərindən biri vəzifəsindən ayrılır .....                 

Türkiyədə anti-Amerika əhval-ruhiyyə güclənməkdədir
Tarix: 8-02-2018, 09:01 | Çap et
Türkiyədə anti-Amerika əhval-ruhiyyə güclənməkdədir
Türkiyədə keçirilən sosioloji sorğuların nəticələrinə görə, Vaşinqtonun PYD/YPG-nı açıq şəkildə dəstəkləməsi anti-Amerika əhval-ruhiyyənin artmasına gətirib çıxarıb. Tədqiqat göstərib ki, Türkiyə əhalisinin böyük bir hissəsi ABŞ-a qarşıdır. Bu haqda "Anadolu” agentliyi yazıb. Sorğu Türkiyənin 26 əyalətində 2000-ə yaxın insan arasında keçirilib.

"Optimar” şirkətinin apardığı tədqiqat zamanı bəlli olub ki, Birləşmiş Ştatlara qarşı əhalinin 71 faizi çıxış edib, 22,7 faiz qismən anti-Amerika mövqeyi sərgiləyib, cəmi 5,4 faiz bəyan edib ki, amerikalıların əleyhinə deyillər. Rəyi soruşulanların 58 faizi bəyan edib ki, beynəlxalq qüvvələr – ABŞ, İsrail və Avropa ölkələri İŞİD-in Suriya və İraqda mövqelərinin möhkəmlənməsində iştirakçı olublar. Türkiyə və Rusiyanın yaxınlaşması ilə bağlı sualın cavabında respondentlərin 62 faizi bunu pozitiv hal kimi qiymətləndirib. 22 faiz isə bu yaxınlaşmanın neqativ nəticələri ola biləcəyini vurğulayıb. Respondentlərin 15,5 faizi heç bir fikir səsləndirməyib. Sosioloji şirkətin rəhbəri Hilmi Daşdəmir bildirib ki, "Optimar” Yaxın Şərq və xarici siyasət üzrə sorğular keçirməkdə ixtisaslaşıb. Yeni tədqiqata istinad edən Daşdəmir bildirib ki, anti-Amerika əhval-ruhiyyə pik həddədir. "Sorğunun nəticələri göstərir ki, ABŞ-Türkiyə münasibətləri gərginləşmək üzrədir. Səbəb də Birləşmiş Ştatların FETÖ və PYD-yə olan münasibətidir”, - deyə sosioloq vurğulayıb.

Fətullah Gülənin lideri olduğu FETÖ qruplaşması 2016-cı il iyulun 15-də Türkiyədə baş tutmayan dövlət çevrilişinin təşkilatçısı olub. PYD və YPG isə PKK terror təşkilatının Suriya qanadı hesab edilir. Bu qruplaşma Türkiyənin Suriyada həyata keçirdiyi terror əleyhinə mübarizədə əsas hədəf hesab edilir. Türkiyə PKK terror qruplaşmasına qarşı 30 ildən artıqdır ki, mübarizə aparır. Bu illər ərzində separatçılar 40 mindən artıq insanın ölümünə səbəb olublar. ABŞ və Avropa İttifaqı bu qruplaşmanı terrorçu adlandırsa da, qeyri-rəsmi yardımlar göstərməkdə davam edirlər. Bundan əlavə, qruplaşma üzvlərinə Avropa ölkələrində məmnuniyyətlə sığınacaq verilir.

Daşdəmir, həmçinin 2016-cı ildə keçirilən sorğunun nəticələrindən də danışıb: "O zaman biz soruşurduq ki, sizcə, 15 iyul qiyamının arxasında kimlər durur. Bu suala cavab olaraq 36,9 faiz FETÖ-nü, 25 faiz Birləşmiş Ştatlar və FETÖ-nü, yalnız 5,6 faiz ABŞ-ı göstərmişdi”. H.Daşdəmirin sözlərinə görə, getdikcə daha az insan Türkiyə və Birləşmiş Ştatlar arasında münasibətlərin qalmasını istəyir: "2015-ci ildə biz sual qoymuşduq ki, "Türkiyə hansı ölkə ilə əməkdaşlıq etsin”. Bu suala cavab olaraq 23 faiz ABŞ-ı göstərmişdi. Lakin indi onların sayı 13 faizə düşüb. İnsanlar getdikcə daha çox Çin və Rusiya kimi ölkələrlə əməkdaşlığın tərəfdarıdır”.
Bundan əlavə, AGS Global adlı başqa bir şirkət də bu yaxınlarda keçirdiyi sorğunun nəticələrini elan edib. 393 biznesmen arasında keçirilən sorğunun nəticələrinə görə, 66 faiz Birləşmiş Ştatlara qarşı neqativ mövqedə olduğunu bildirib. 13 faiz pozitiv, 21 faiz isə ikili münasibətdə olduğunu qeyd edib. Biznesmenlərin böyük əksəriyyəti ABŞ-a qarşı neqativ mövqelərini onunla əsaslandırıblar ki, bu ölkə etibar doğurmur. AGS Global-ın rəhbəri Əhməd Gülər bildirib ki, Qərb ölkələri yeni Türkiyəyə köhnə nöqteyi-nəzərdən baxırlar. Birləşmiş Ştatlar və Avropa İttifaqı ölkələrinin ziddiyyətli və bir-birinə əks bəyanatları, eləcə də bu ölkələrdə liderlik böhranı türk biznesmenlərində onlara qarşı mövqenin dəyişməsinə gətirib çıxarıb. Xüsusən də Donald Trampın prezident seçilməsindən sonra vəziyyət mənfiyə doğru dəyişib. Qərbdə baş verən böhranlar fonunda Rusiyada sabit vəziyyət biznesmenlər arasında pozitiv əhval-ruhiyyənin yaranmasına gətirib çıxarıb. Ə.Gülərin qənaətincə, Türkiyədə anti-Amerika əhval-ruhiyyənin güclənməsinin digər bir səbəbi dünya iqtisadi və siyasi mərkəzinin Asiya-Sakit Okean regionuna doğru irəliləməsidir.

A&G sosioloji təşkilatının baş direktoru Adil Gur hesab edir ki, anti-Amerika əhval-ruhiyyənin artması ilə yanaşı, anti-Rusiya mövqeyi xeyli zəifləyib: "Anti-Rusiya mövqeyi 20 il bundan əvvəl xeyli güclü idi. ABŞ-ın PYD, YPG, PKK və FETÖ-nü açıq şəkildə dəstəkləməsi son illər bu ölkəyə qarşı münasibətin mənfiyə doğru dəyişməsinə gətirib çıxarıb. Bu əhval-ruhiyyə Türkiyənin Afrində "Zeytun budağı” əməliyyatı fonunda Amerikanın PKK-nı dəstəkləməsindən sonra daha da güclənib. Türkiyənin ciddi şəkildə narazılıqlarına baxmayaraq, ABŞ bu qruplaşmalara silah və sursat çatdırmaqda davam edir. Açıq şəkildə bəyan edir ki, bunlar PKK-nın filialları deyil. Əksinə, ABŞ-ın İŞİD-ə qarşı mübarizəsində etibarlı müttəfiqidirlər”. Gur bildirib ki, Türkiyədə yaşayan kürdlərin 82 faizi ABŞ-ı dost və müttəfiq hesab etmir. "Onlar bildirilər ki, Amerika PYD-ni öz maraqlarına uyğun olaraq müdafiə edir. Türkiyənin 87 faiz yaşlı sakini hesab edir ki, PYD PKK-nın davamçısıdır”.

Türkiyə mediası yazır ki, separatçı terror təşkilatı PKK/PYD-YPG 19 ölkədən silah alır. Suriyadakı terrorçuların silahlarını Amerika Birləşmiş Ştatları və çoxmillətli koalisiyaya üzv 19 ölkədən aldıqları bildirilib. Bu silahlar taktiki və strateji olaraq ikiyə ayrılır. Taktiki silahlar terror təşkilatı İŞİD-lə mübarizədə, strateji olanlar isə Türkiyəyə qarşı istifadə edilir. İz azdırmaq üçün bu mürəkkəb silah sistemlərinin üzərindən istehsalçı ölkə və şirkətlərin seriya nömrələri silinir. Ona görə həm tədarükçüləri tapmaq çətinləşir, həm də terrorun miqyası günbəgün artır.

Xatırladaq ki, bu yaxınlarda keçirilən başqa bir sorğu da ABŞ-a qarşı neqativ mövqeni ortaya qoyub. Türkiyənin nüfuzlu Kadir Has Universitetinin keçirdiyi sorğunun nəticələrinə görə, Türkiyə üçün Azərbaycandan sonra ən önəmli ölkə Şimali Kipr Türk Cümhuriyyəti (43) və bir qədər qəribə olsa da, Rusiya (30) olub. Birləşmiş Ştatlar və İsrail Türkiyə üçün ən böyük xarici təhdid kimi göstərilib. Araşdırmaya qatılanların 64 faizi ABŞ-ı Türkiyə üçün təhdid kimi gördüyünü açıqlayıb. Respondentlər Gürcüstanı (30), Pakistanı (28,9), Çini (18) və İranı da (17,8) dost kimi görür. Əvəzində, Türkiyənin NATO üzrə müttəfiqləri isə ilk səkkizliyə belə düşə bilməyib. ABŞ 15, Almaniya 14, Fransa isə 11 faizdə qərarlaşıb.
\\kaspi.az\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda məktəblər distant təhsilə keçə bilər – Qərar gözlənilir
Bu gün, 07:41
Rövşən Rüstəmov nəyə nail olmaq istəyir - NARAZILIQ VAR...
Bu gün, 07:38
Hərbi hissənin ərazisini özəlləşdiriblər... – SABİQ MƏMURLAR HAQDA ŞOK İDDİALAR
Bu gün, 07:31
“İran sərhədləri açmaq istəyirsə, əvvəlcə təhlükəsizliyi təmin etməlidir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:00
"Utanmaz-utanmaz bildirdilər ki, hara istəyirsən şikayət et, bizə heç kəs heç nə edə bilməz" - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 06:56
Diabetli şəkər xəstələrinə dövlətin ayırdığı dərman və preparatlar niyə verilmir - NARAZILIQ VAR...
Bu gün, 06:51
“Ricon” MMC aylardır işçilərin maaşını vermir – DAHA BİR ŞİKAYƏT
Bu gün, 06:48
"Sərhədlərin açılması üçün artıq siyasi qərar qəbul olunub" - ŞƏRH
Bu gün, 06:45
Gəncə təhsili 'GÜL VURUR': Təmirli məktəbdə təmir pulu YIĞIMI - BU NƏDİ BELƏ?
Bu gün, 06:41
Sülhə Ağ ev TƏMİNATI - İNCƏLƏMƏ
Bu gün, 06:35
Sentyabrda sülh sazişi?... - GƏLİŞMƏ
Bu gün, 06:30
“Efirlər toyxanadır, danışanda da deyirlər ki, işçilərimizin maaşlarını siz verəcəksiz?” - Xalq artisti
Bu gün, 06:28
İsveç Baltik dənizi üzərində Rusiya qırıcılarının fotolarını dərc etdi - “Reuters”
Bu gün, 06:23
"İcra hakimiyyətlərinin funksiya və səlahiyyətlərinin dəqiqləşdirilməsi zərurəti var" - deputat
Bu gün, 06:18
Quru sərhədlərin açılması ilə bağlı mühüm anons - AKTUAL
Bu gün, 06:15
ABŞ "TikTok" üzərində nəzarəti saxlayacaq - Tramp
Bu gün, 06:00
Polşa Rusiya qırıcılarının onlara aid neft platformasının üzərindən uçduğunu açıqlayıb - KİV
Bu gün, 05:55
Neftçilər Günü... - Müasir Azərbaycanın şanlı tarixi...
Bu gün, 00:13
Bu gün Azərbaycanda Dövlət Suverenliyi günüdür
Bu gün, 00:10
Psixoloqdan yazıçıya cavab: - “Heç bir bədii kitab psixoloqu əvəz edə bilməz”
Dünən, 18:02
AQTA “Slavyanka” sularını laborator analizlərə cəlb edib – Kəskin qoxunun səbəbi ARAŞDIRILIR
Dünən, 18:00
YAP-çı deputat GÜCÜNÜ belə göstərir - Həm də haqsız ola-ola...
Dünən, 17:57
Aİ Ermənistana 200 milyon avrodan çox vəsait ayıracaq
Dünən, 17:54
Aİ ilə Ermənistan arasında dialoq başlayıb - Qriqoryan
Dünən, 17:52
Naxçıvan Gömrük Komitəsinin sabiq sədri ölkədən qaçmaq istədi... - SƏHƏT HƏBİBBƏYLİ SƏRHƏDDƏN GERİ QAYTARILDI
Dünən, 17:50
Masazırda növbəti qanunsuz tikinti? - VİDEO
Dünən, 17:33
Azərbaycanda 11 sığorta agentinin lisenziyası bərpa edilib
Dünən, 17:31
Rayona "nəzarət edən" avtoritet həbs olundu: - hədə-qorxu, oğurluq...
Dünən, 17:27
Məktəb direktorunun evindən 14 min manatlıq qızıl oğurlanıb - TƏFƏRRÜAT
Dünən, 17:18
“İran sərhədlərin açılmasını istəyirsə, Azərbaycana qarşı təhdidlərə son verməlidir” - REAKSİYA
Dünən, 17:16
“Qarabağ” matçında saxta bilet TƏHLÜKƏSİ – “Qara bazar”ın fırıldaqçıları KİMDİR?
Dünən, 17:03
"Heç bir qabarıq fərq olmayan din xadimi kimi efirə estetik zövq gətirməyi Allah mənim vasitəmlə reallaşdırıb" - İlahiyyatçı
Dünən, 16:58
Suriyada İŞİD liderlərindən biri zərərsizləşdirilib - “Əl Ərəbiyyə”
Dünən, 16:56
"Ay bədbəxt yığınaq, mən elə seçicilərimin davasını edirəm də, seçicilərimə cavab vermirlər" - deputat
Dünən, 16:51
Şəhidin adına olan kənd məktəbi niyə BƏRBAD GÜNDƏDİR? - “Bura Suriya deyil, Siyəzəndir”
Dünən, 16:48
DMA da DTA-nın yolunu gedir: - Payızda yay düşərgəsi təşkil edəcək
Dünən, 16:41
Ermənistan Sərhəd Qoşunlarının komandanı vəzifəsindən uzaqlaşdırılıb - KİV
Dünən, 16:38
Regionu qarışdıran bəyanat: bu şəhərə işarə edildi – Yeni müharibə
Dünən, 16:33
“Narkomanların sayı statistikadan çoxdur” - Nail Kəmərli
Dünən, 16:30
“Paşa Sığorta”nın İdarə Heyətinin üzvlərindən biri vəzifəsindən ayrılır - BUNDAN SONRA...
Dünən, 16:26
Xanım deputat qadın qətli törədənlərə ömürlük həbs cəzası verilməsini təklif edib
Dünən, 16:24
Ermənistan İctimai Radiosunun təxribatı - Sülhə arxadan zərbə
Dünən, 16:19
AİHM-in qərarı Ermənistanın hüquqi-siyasi tarixində yeni mərhələdir - AKTUAL
Dünən, 16:14
Mourinyo “Qarabağ”a məğlubiyyətdən danışıb - Olmamalı idi...
Dünən, 16:09
Hərbi prokurorun müavini işdən çıxarıldı - Yeni təyinat
Dünən, 16:00
Böyürtkənli torpaq haqqında sevgi dolu kitab
Dünən, 15:55
Məktəblilərin gündəlik həyatına baxanda görünən mənzərə - Saysız-hesabsız tapşırıqlar altında əzilmək...
Dünən, 15:50
Məktəblərdə rüşvətlə bağlı şok açıqlama: Günahkar VALİDEYNLƏRDİR - Günahkar VALİDEYNLƏRDİR
Dünən, 15:48
Manatın məzənnəsi 2030-cu ilə kimi sabit qalacaq - “The Economist"
Dünən, 15:45
Mikayıldan Tolikə CAVAB - “O, sözümü səhv çatdırıb...”
Dünən, 15:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru