Ermənistanda sülhü dəstəkləyənlərin sayı artır .....                     “Azərsun” çirkaba batmış duzu bizə yedizdirir .....                     Eldar Mahmudovun adamı, yoxsa təsadüfi fiqur? .....                     "Bu “Bəxt üzüyü-2” o biri “Bəxt üzüyü” deyil" .....                     “Azərişıq” ASC-nin vəzifəli şəxslərinə hökm oxundu .....                     Niyazi Bayramov Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” .....                     İrəvandan Zəngəzur açıqlaması: .....                     Manaf Ağayevin oğlu işdən çıxarıldı .....                     SOCAR rəsmisinin rumın qızla gizli eşq macərası... .....                     Azərbaycanda şirkətin səhmdarlarında pay bölgüsü dəyişib .....                     MİDA uşaqların oynadığı yaşıllıq sahəsini söküb, şarj stansiyası tikir .....                     Direktor müavininin meyiti kanaldan tapıldı .....                     Azərbaycan kürünü xaricə neçəyə satır? .....                     İpoteka evlərinin qiyməti gənc ailələr üçün əlçatmaz olur .....                     “Bank of Baku” vəfat etmiş qazinin kredit borcunu niyə SİLMİR? .....                     9 saylı türmədə nələr baş verir? .....                     Xankəndidəki “Nənə və baba” heykəli sökülür? .....                     “Xüsusilə vəzifəli şəxslər caduya aludə olanda insanlar inanırlar” .....                     Paşinyanın partiyası qurultaya gedir .....                     Problemli kreditlər sürətlə artır: nə baş verir? .....                     Gəncə İdman Sarayında tikinti işlərinin davamına .....                     "MİDA" MMC auditor seçdi .....                     AŞPA müəyyən güc mərkəzlərinin təsiri altındadır .....                     Müğənniyə qarşı QULDURLUQ ETDİLƏR .....                     Gəlininə qumbara atan qayınataya .....                     Putinin İrəvanla bağlı yeni planları var... .....                     “Tərəqqi” medallı həkim şəhid ailələri və qazilər adından saxtakarlıqda təqsirli bilindi, amma... .....                     “Niyə iki il ərzində şikayət eləmirdin?” .....                     Mərkəzi Neftçilər Xəstəxanası vergi borcu olan şirkəti qalib seçdi .....                     Pensiyasının artırılması üçün DSMF-yə müraciət etdi, “borclu çıxdı” .....                     İcra başçısı Məmməd Məmmədov 2 milyon manata bağ alıb? .....                     "Optimal Finance" BOKT vətəndaşları AZYAŞLI ÖVLADLARI İLƏ QORXUDUR .....                     “Müəllimlər üçün pul yığırlar, 50 manatı bəyənmirlər, 100-dən dəm vururlar” .....                     Müğənni Zaur Mikayılovdan şikayətləndi .....                     Məktəblərdə “təmir pulu” problemi: ayrılan büdcə hara gedir? .....                     "Kreml Cənubi Qafqazda nüfuzunu təhdidlə saxlamağa çalışır" .....                     "Biz bilməliyik ki, dostumuz və düşmənimiz kim olub" .....                     ABŞ Rusiya ilə ticarəti tam dayandıra bilər .....                     "Sevdiyim adamın hər şeyini görmək istəyirəm" .....                     Zibil məsələsi də “zibilə” dönüb .....                 

MƏMURLAR BİR AİLƏYƏ CƏHƏNNƏM ƏZABI YAŞADIR
Tarix: 5-12-2013, 15:12 | Çap et
MƏMURLAR BİR AİLƏYƏ CƏHƏNNƏM ƏZABI YAŞADIR
Azərbaycanda bəzi məmurların vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi halları davam edir. Onlar insanları sıxışdırmaq, təzyiqlər etmək, rahatlıqlarını pozmaqla məşğul olur, özlərindən aşağı səviyyədə dolanan insanlara qarşı sayğısız yanaşırlar. Bu da sonda xalqın dövlətdən narazı salınması ilə nəticələnir. Hər hansısa bir vəzifəyə təyin olunan bəzi məmurlar həmin vəzifənin əbədi olacağını zənn edərək vəzifə səlahiyyətlərindən şəxsi maraqları naminə istifadə etməklə ictimai maraqları nəzərə almır. Sonda bu şəxsin etdiyi hər hansısa bir özbaşınalıq aşağı təbəqənin zərbə almasına gətirib çıxarır.

Bu cür çıxılmaz vəziyyətdən biri də paytaxt Bakının mərkəz hissəsində-Yasamal rayonunda yaranıb. Burda bir ailə demək olar ki, bəzi məmurlar tərəfindən “gözümçıxdıya” salınıb. Söhbət Yasamal rayonunun Hüseyn Cavid prospekti, ev 1-də yaşayan ailədən gedir. Redaksiyamıza müraciət edən, həmin ünvanda yaşayan, uzun illər şəkərli diabet xəstəliyindən əziyyət çəkən Məlahət Babayeva artıq bu ünvanda yaşamağın imkansız olduğunu deyir. Məlahət Babayeva deyir ki, artıq o ailəsilə birlikdə bərbad vəziyyətdə yaşayır. Səbəb isə rayonda bəzi məmurların onlara qarşı amansız mövqeyidir.

Yasamal məmurları ailə ilə prinsip aparır

Şikayətçinin dediyinə görə, o ailəsi ilə birlikdə uzun illərdir ki, həmin evdə yaşayır. Amma, son bir neçə ildə Yasamal rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyinin məmurları tərəfindən sıxışdırılır. Belə ki, birliyin rəhbərliyi prospektdəki bütün zibil yeşiklərini həmin ünvana, həyətin qarşısına qoydurub. Nəticədə Məlahət Babayevanın mənzilinin qarşısı zibilxanaya çevrilib: “Özüm 10 ildir ki, şəkərli diabet xəstəsiyəm və yaşamağım “insulin” iynəsindən asılıdır. Tez-tez təngnəfəsliyim tutur, nəfəs almağım çətinləşir. Zibilxananın bizim mənzilin qarşısına köçürülməsi vəziyyətimi daha da ağırlaşdırır. Şəhərin mərkəzində mənzilimdə həşəratlardan dayana bilmirik. Ev təmiz antisanitar vəziyyətə düşüb. Dəfələrlə həyətimin qarşısını pul verib təmizlətdirmişəm ki, natəmizlik aradan qalxsın. Amma, heç bir faydası yoxdur. Əksinə, Mənzil Kommunal Təsərrüfatı Birliyi mənzilimin qarşısını daha da biabırçı vəziyyətə salıb”.

Məlahət xanım deyir ki, bir neçə il əvvəl evinin qarşısında cəmi bir zibil yeşiyi quraşdırılıb ki, bura da bütün məhəllə sakinləri zibil töküblər. Bununla bağlı xahiş edib ki, vəziyyəti ağır olduğu üçün zibil yeşiyini başqa yerə köçürsünlər. Amma, əksinə, xahişdən sonra həmin ərazini əməlli-başlı zibilxana ediblər: “Ağır xəstə olduğum üçün xahiş etdim ki, həmin zibil yeşiyini qapımın ağzından götürüb bir az kənara qoysunlar. Bu kiminsə xoşuna gəlmədi və evimin qarşısını tam zibilxanaya çevirdilər. İndi başqa məhəllələrdəki zibil yeşiklərini də gətirib qoyublar qapımın ağzına. Nə iydən evə girmək olur, nə həşəratlardan yaşamaq. Vəziyyətimiz tam acınacaqlıdır. Heç kim də bizim vəziyyətimizi nəzərə almır. Tam çarəsiz vəziyyətdə qalmışıq. Əvvəllər yalnız öz məhəlləmizin sakinləri həmin yeşiyə zibil atırdısa, indi bütün prospekt mənzilimin qarşısını zibilxana edib. Heç kimə heç nə deyə bilmirəm”.

Milyonçular məhəlləsində zibilliklər içərisində yaşayan ailə

Məlahət xanım deyir ki, məhəllədəki sakinlərin əksəriyyəti imkanlı məmurlar olduğundan Mənzil Kommunal Təsərrüfatı Birliyi onlara söz deyə bilmir və onların evlərinin qarşısındakı zibil yeşiklərini yığışdırıb. Əvəzində isə həmin zibil yeşiklərini bir yerə-onun evinin qarşısına gətirib qoyublar: “Məmurların evlərindən başqa burda “Ağ çiçəyim” gül mağazası, “Sevimli dad” kolbasa və sosis mağazası və iki iri restoran var. Həmin obyektlərin də zibilləri bura atılır: “Heç bir obyektin qarşısına zibil yeşiyi qoymurlar. Hamısı bizim qapının girişindədir. “Sevimli dad”ın vaxtı keçmiş malları, tullantı, iylənmiş ətlər bu zibil yeşiyinə atılır. Artıq dözə bilmirik. Evdə hamımız xəstəliyə tutulmuşuq. 6 nəfərlik ailə üzvümdən biri də sağlam deyil. Zibil yeşikləri bura qoyulandan hamımız yoluxucu xəstəliklərə tutulmuşuq. Zibilliyin bütün bakteriyaları, həşəratlarla birlikdə bizim evə dolur. Artıq belə yaşamaqdan iyrənirik. Məhəllədəki 3-4 mərtəbəli villaların yaxınlığı qalır, bütün zibil yeşiklərini bizim həyətə gətirib qoyurlar. Bu qədər də saymamazlıq da olmaz axı? Biz də insanıq, biz də bu ölkənin vətəndaşlarıyıq, bizim də Azərbaycanda, doğma vətənimizdə yaşamağa haqqımız var. Amma, məmurlar bizə bu haqqı çox görürlər. İmkan vermirlər ki, xəstə vəziyyətdə də olsa öz evimizdə sakit yaşayaq”.

2 və 3 yaşlı körpələr bakterioloji xəstəliyə düçar olub

Məlahət xanımın dediyinə görə, zibil yeşikləri hərdən bilərəkdən yandırılır da. Zibillər yananda isə bütün bakteriyalar evə dolur, nəinki həyətdə, heç evdə də nəfəs almaq olmur. Evdə iki azyaşlı nəvəm var. Nəvələrimin birinin 3, digərinin isə 2 yaşı var. Demək olar ki, həmin zibilliyin üfunət və bakteriyalarından hər həftə onları xəstəxanalarda yatırdırıq. Hər həftə bir xəstəlik tapırlar. Hər ikisi zibil yeşiklərinin üfunətindən bakterioloji xəstəliklər tapıb. İkisinin də bağırsağında bakteriyalar var və müalicə olunmalarına baxmayaraq onları bu bakteriyalardan azad edə bilmirik. Günümüz xəstəxanalarda uşaq müalicə etdirməklə keçir. Evimdə sakit, problemsiz yaşaya bilmirəm”.

Evi olan ailə kirayə köçmək məcburiyyətində qalıb

Məlahət Babayeva deyir ki, yaşadığı ərazidə 3 yaşayış binası var. Həmin binaların həyətlərində isə zibil yeşikləri qoymaq üçün kifayət qədər ərazi var. Amma, icra məmurları bu binaların həyətlərindəki zibil yeşiklərini də onların mənzillərinin qarşısına köçürüb: “Burada 525-ci məhəllənin də zibillərini gətirirlər. Çünki, həmin məhəllənin də zibil yeşikləri həyətlərdən götürülüb və bizim qapıya qoyulub. İndi ərazidəki restoranlar da, 3 yaşayış binasının sakinləri də, “Sevimli dad” mağazası, “Ağ çiçəyim” gül salonu və yaxınlıqdakı məmurlar da zibillərini onun evinin qarşısına tökür, özü də pərakəndə halda: “Buna kim dözər? Məmurlar niyə belə öznaşınalıqlar edirlər bilmirəm. Artıq iş o həddə çatıb ki, az qalırıq evi bağlayıb gedib başqa ərazidə kirayədə yaşayaq. Evin ola-ola bu qədər ailə üzvlərimlə kirayə ev axtarmaq məcburiyyətində qalmaq biabırçılıqdı”.

Ailə “bomj”lar və küçə itlərinin qorxusundan evinə gedə bilmir

Şikayətçi DİA.AZ-a deyir ki, zibil yeşiklərinin onun evinin qarşısına qoyulması buranı bomjların da məskəninə çevirib: “Axşamlar burda bir biabırçı vəziyyət yaranır ki, artıq evimizə də getməyə qorxuruq. Təsəvvür edin, axşam saatlarında zibil yeşiklərinin ətrafı küçə itləri ilə dolu olur. Həmin itlər bu zibil yeşiklərini eşib-tökür, “Sevimli dad”ın atdığı iylənmiş ətləri yeşikdən çıxarı sürüyür. Ətrafı üfunət iyi götürür. Hələ bu harasıdır. Axşam bir də evə gələndə görürsən ki, qapının qarşısında iki-üç nəfər zibillikdə eşələnən, səfil həyatı yaşayanlar yatıblar. Onlar da zibillikdən nəsə axtarır tapır, onu yeyir, spirtli içki qəbul edib yıxılır qapının ağzına. Hava qaralanda neçə dəfələrlə olub ki, onları görüb qorxmuşuq, uşaqları onların qorxusundan həyətə buraxa bilmirik. Nəvələrim təmiz hava üzünə həsrət qalıb”.

Zibillərin yandırılması iki dəfə ailəni ölümlə üz-üzə qoyub

Ev sahibi bildirir ki, zibilliyin onun evinin qarşısında olması nəticəsində iki dəfə evi yanma təhlükəsilə üzləşib: “İki dəfə zibil yeşiklərində güclü yanğın olub. Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən dəstəsinin köməyi ilə söndürülüb. Hər iki hadisə zamanı az qalıb ki, alov bizim və qonşuların evlərinə keçsin. Lakin yanğınsöndürənlər bunun qarşısını alıb. Zibil yeşikləri qoyulan yerdə uzunömürlü şam ağacları var idi. Yanğın zamanı həmin ərazidəki onlarla şam ağacları yandı”.

Çarəsiz qalan Məlahət Babayeva ailəsilə birlikdə prezident İlham Əliyev və onun xanımı Mehriban Əliyevaya müraciət edib və ailə üzvlərinin bu bəladan qurtarması, zibil yeşiklərinin ərazidən götürülməsi üçün onlardan yardım istəyir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistanda sülhü dəstəkləyənlərin sayı artır - AMMA...
Bu gün, 11:44
“Azərsun” çirkaba batmış duzu bizə yedizdirir - Masazır gölünə qarışan KANALİZASİYA
Bu gün, 11:40
Eldar Mahmudovun adamı, yoxsa təsadüfi fiqur? – Xəlil Göyüşovun qaranlıq əlaqələri
Bu gün, 11:34
"Bu “Bəxt üzüyü-2” o biri “Bəxt üzüyü” deyil"
Bu gün, 11:29
“Azərişıq” ASC-nin vəzifəli şəxslərinə hökm oxundu
Bu gün, 11:26
Niyazi Bayramov Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” - İLGİNC FAKTLAR...
Bu gün, 11:05
İrəvandan Zəngəzur açıqlaması: - Başladı, Mehridə dağlar dağıdılır
Bu gün, 11:02
Manaf Ağayevin oğlu işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 10:46
SOCAR rəsmisinin rumın qızla gizli eşq macərası... - FOTO
Bu gün, 10:38
Azərbaycanda şirkətin səhmdarlarında pay bölgüsü dəyişib
Bu gün, 10:33
MİDA uşaqların oynadığı yaşıllıq sahəsini söküb, şarj stansiyası tikir - Sakinlərdən ETİRAZ
Bu gün, 10:31
Direktor müavininin meyiti kanaldan tapıldı - TƏFƏRRÜAT
Bu gün, 10:16
Azərbaycan kürünü xaricə neçəyə satır? - AÇIQLAMA
Bu gün, 10:14
İpoteka evlərinin qiyməti gənc ailələr üçün əlçatmaz olur - NƏ ETMƏLİ?
Bu gün, 10:11
“Bank of Baku” vəfat etmiş qazinin kredit borcunu niyə SİLMİR? – Deputatlardan ETİRAZ
Bu gün, 10:05
9 saylı türmədə nələr baş verir? - müəmmalı görüş, dustaqlardan etiraz
Bu gün, 09:58
Xankəndidəki “Nənə və baba” heykəli sökülür? - “Ciddi memarlıq üslubu yoxdur, ona görə də..”
Bu gün, 09:54
“Xüsusilə vəzifəli şəxslər caduya aludə olanda insanlar inanırlar” - Tahir Kərimli
Bu gün, 09:50
Paşinyanın partiyası qurultaya gedir - KİV
Bu gün, 09:43
Problemli kreditlər sürətlə artır: nə baş verir? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 09:41
Gəncə İdman Sarayında tikinti işlərinin davamına daha 377 min manat vəsait ayrılıb
Bu gün, 09:34
"MİDA" MMC auditor seçdi - QALİB, MƏBLƏĞ
Bu gün, 09:28
AŞPA müəyyən güc mərkəzlərinin təsiri altındadır - FAKT BUDUR
Bu gün, 09:26
Müğənniyə qarşı QULDURLUQ ETDİLƏR - TƏFƏRRÜAT
Bu gün, 09:22
Gəlininə qumbara atan qayınataya - 15 il yarım həbs!
Bu gün, 09:11
Putinin İrəvanla bağlı yeni planları var... - GƏLİŞMƏ
Bu gün, 09:07
“Tərəqqi” medallı həkim şəhid ailələri və qazilər adından saxtakarlıqda təqsirli bilindi, amma... - MƏHKƏMƏ
Bu gün, 07:51
“Niyə iki il ərzində şikayət eləmirdin?” - Həbsdə olan politoloqun məhkəməsi
Bu gün, 07:48
Mərkəzi Neftçilər Xəstəxanası vergi borcu olan şirkəti qalib seçdi - TƏFƏRRÜAT
Bu gün, 07:46
Pensiyasının artırılması üçün DSMF-yə müraciət etdi, “borclu çıxdı” - BU NƏDİ BELƏ?
Bu gün, 07:43
İcra başçısı Məmməd Məmmədov 2 milyon manata bağ alıb? - AY MAŞALLAH...
Bu gün, 07:41
"Optimal Finance" BOKT vətəndaşları AZYAŞLI ÖVLADLARI İLƏ QORXUDUR - DƏRƏBƏYLİK
Bu gün, 07:38
“Müəllimlər üçün pul yığırlar, 50 manatı bəyənmirlər, 100-dən dəm vururlar” - GİLEY
Bu gün, 07:34
Müğənni Zaur Mikayılovdan şikayətləndi - “Yenə ölkə prezidentinə müraciət edək?"
Bu gün, 07:28
Məktəblərdə “təmir pulu” problemi: ayrılan büdcə hara gedir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:25
"Kreml Cənubi Qafqazda nüfuzunu təhdidlə saxlamağa çalışır" – Qərb mediası
Bu gün, 07:23
"Biz bilməliyik ki, dostumuz və düşmənimiz kim olub" - Nurəddin Mehdixanlı
Bu gün, 07:18
ABŞ Rusiya ilə ticarəti tam dayandıra bilər - KİV
Bu gün, 07:14
"Sevdiyim adamın hər şeyini görmək istəyirəm" - Pərvin Abıyeva
Bu gün, 07:12
Zibil məsələsi də “zibilə” dönüb - NƏ ETMƏLİ?
Bu gün, 07:09
GDU-da nə işlər çevrilir... - İLGİNC FAKTLAR
Bu gün, 07:04
Naxçıvana gedənlər erməni sərhədçisini görməmək üçün... - AKTUAL
Bu gün, 07:01
"Bunlar dar gündə bizi daha da sıxışdırırlar..." - Naxçıvanda ETİRAZ
Bu gün, 06:58
3 illik zəmanət vermişdilər... - GUYA...
Bu gün, 06:45
Xalq artisti görün, nədə ittiham olunur - NARAZILIQ VAR...
Bu gün, 06:31
Bu bank müştərilərinin DÜŞMƏNİDİR? - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 06:28
'Azneft' işçisi AĞIR DURUMDA: Amma KİMƏ NƏ? - MÜRACİƏT
Bu gün, 06:09
"Xarici Münaqişələr Nazirliyi" - AKTUAL
Dünən, 18:03
Vergi borcu olan şirkət məktəblilər üçün hədiyyə paketi satacaq – Direktoru “Bakubus”da işləyir
Dünən, 18:02
Siqaret əvəzinə başqa ZƏHƏR – Xaricdə qadağan olunan məhsul Azərbaycanda reseptsiz satılır!
Dünən, 17:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru