SƏLİM MÜSLÜMOVUN ADAMLARI NARAZILIQ YARADIR
Tarix: 21-11-2013, 14:09 | Çap et
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi ilə bağlı zaman-zaman şikayətlər səslənib. Füzuli Ələkbərovdan yadigar qalan şikayətlər deyəsən, yeni nazir Səlim Müslümovun dövründə də davam etdirilir. Əgər belə olmasaydı, Tibbi Sosial Ekspert Komissiyaları (TSEK) ilə bağlı vətəndaş narazılıqları aktual olaraq qalmazdı. Sabiq nazir Füzuli Ələkbərovun rəhbərliyi dövründə bir çox TSEK sədrlərinin fəaliyyətlərində yol verdikləri qanunsuzluqlara görə məsuliyyətə cəlb olunması, barələrində cinayət işinin açılmasının şahidi olmuşuq.
Belə TSEK sədrlərindən biri də Vahid Gülmalıyev idi ki, bu şəxs rəhbərilk etdiyi 11 saylı Tibbi Sosial-Ekspert Komissiyasında rüşvətxorluğa görə həbs edildi. Əlbəttə bir vəzifə sahibinin həbs edilməsi və yerinə başqa bir məmurun təyin olunması vətəndaşlarda ümid yaradır ki, bəlkə bu vaxta kimi olan problemlər, qanunsuzluqlar aradan qalxar. Amma yeni təyin olunan vəzifə sahibi sələfindən geri qalmayanda onda haqlı narazılıqlar kəllə-çarxa çıxır.
Tia.az-a yazılı şəkildə müraciət edən Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbə massiv 2, keçid 5, ev 33-də yaşayan Safura Tağıyeva 11 saylı Tibbi Sosial Ekspert Kommissiyasından şikayətçidir. Vətəndaş bildirir ki, qızı Abbasova Gülnurə Rəfail qızı ağır xəstədir. Səhhəti ilə əlaqədar yataqdan qalxa bilmir. Gülnurə Abbasova 2002-cil ildə övladını dünyaya gətirəndən sonra ayaqları tutulub. O vaxtdan etibarən Gülnurə Abbasova övladı ilə birgə anasının himayəsində qalıb. Səfura Tağıyeva məktubunda bildirir ki, qızımın ayaqlarının tutulması ilə bağlı olaraq əlaqədar qurumlar indiyə qədər qızım və mənim haqqımda tək ana kimi maraqlanmayıb və şikəst qızımın gələcək taleyini həll etməyib. Səfurə Tağıyeva Azərbaycan Respublikası əmək və əhalinin sosial müfafiəsi nazirinə, Azərbaycan Respublikasının Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban Əliyevaya, Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Surxay oğlu Mikayılova dəfələrlə qızının durumu barədə müraciət etdiyini bildirdi. Qızının tezliklə ayağa qalxmasına yardım etməyi və I qrup əlillik dərəcəsinin verilməsini xahiş edib. Lakin bu müraciətlərin heç bir nəticəsi olmayıb. Uzun illər 11 saylı TSEK sədri Gülnurə Abbasovaya saxta arayış verərək II qrup təyin edib. Bundan başqa Abbasova oğlu və anası ilə birgə dayılarının evində yaşayır. Onu heç bir mənzillə təmin etməyiblər.
Tağıyeva qızı Gülnurə Abbasovaya birinci dərəcə əlillik müəyyən edilməsi barədə Respublika Tibbi-Sosial Ekspertiza mərkəzinin direktoru Hüseyn Tahirova müraciət edib. Mərkəz direktoru məsələnin araşdırılması, nəticəsi barədə ərizəçiyə və Nazirliyə cavab verilməsini xahiş etmişdi. Lakin Tahirovun xahişi də yerinə yetirilməmiş qalıb. Hazırda Səfurə Tağıyeva "Gündəlik Bakı” qəzeti vasitəsilə ölkə başçısı İlham Əliyevə müraciət edib. Müraciətdə bildirilir ki, qızının neçənci qrup olmasını müəyyən etmək üçün Qaradağ rayonu 11 saylı TSEK-dən səyyar tibbi ekspert göndərməsini xahiş edib. Lakin bu məsələ də həllini tapmır. Artıq Qaradağ rayonunda hamı bilir ki, əlillik dərəcəsi almaq üçün hökmən nə isə verməlisən. Tələb olunan ünvanına çatmadıqda isə əlillik dərəcəsinin verilməsi prosesi həyata keçirilmir. Bütün bunlar onu göstərir ki, həqiqi əlillər qalıb kənarda, saxta yollarla əlillik vəsiqəsi qazananlar dövlətdən müavinət və başqa imtiyazlar alırlar. Bu isə onu deməyə əsas verir ki, Qaradağ rayonunda özbaşınalıq, qanunsuzluq hökm sürür. Ümumiyyətlə, Qaradağ TSEK-in qanunsuz fəaliyyəti rayon camaatını cana gətirib. 11 saylı TSEK sədri əksər hallarda əmək qabiliyyətini itirən şəxs barəsində əlillik dərəcəsini təyin etməkdən boyun qaçırır. Hər dəfə bir bəhanə ilə əlillik dərəcəsi almaq istəyən şəxslərin tələbləri yerinə yetirilmir.
Tağıyeva Səfurə müraciətində ölkə başçısından xahiş edir ki, 11 saylı TSEK-sədrinin qanunsuz fəaliyyəti araşdırılsın və bu məsələyə hüquqi qiymət verilsin: "11 saylı TSEK-in qanunsuz hərəkətləri ucbatından qızım, nəvəm və mən hələ də əziyyət çəkirik. Xahiş edirik bu məsələnin həlli üçün müvafiq göstərişlərinizi verəsiniz”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "İsrail İrana qarşı cadu və cinlərdən də istifadə edib..." -TEHRAN MERİ
Bu gün, 09:22 |
|
|
|
• "Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" - Sabir Rüstəmxanlı
Bu gün, 09:19 |
|
|
|
• Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək - GÖZLƏNTİ
Bu gün, 08:37 |
|
|
|
• Böyük sülhə daha neçə zirvə qaldı? - GƏLİŞMƏ
Bu gün, 08:34 |
|
|
|
• İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı - NƏ BAŞ VERİR?
Bu gün, 08:32 |
|
|
|
• Çinin okeandakı fəaliyyəti: - ABŞ-la qarşıdurmaya hazırlıq...
Bu gün, 08:30 |
|
|
|
• Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var - Rusiya bölgəni tamamilə itirəcəkmi?
Bu gün, 08:28 |
|
|
|
• "Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" - ÇÜNKİ...
Bu gün, 07:32 |
|
|
|
• Dollarla bağlı təhlükə: vəziyyət dəyişir – Üç mühüm məqam
Bu gün, 07:29 |
|
|
|
• Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür - “The Telegraph”
Bu gün, 07:26 |
|
|
|
• Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:48 |
|
|
|
• Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR - FAKT BUDUR!
Bu gün, 06:45 |
|
|
|
• Dövlət qurumu 8 milyona nələr alacaq? - SİYAHI, DETALLAR
Bu gün, 06:41 |
|
|
|
• Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI - milyonlarla pul xərclənmişdi...
Bu gün, 06:22 |
|
|
|
• Bakıdan Moskvanı qorxuya salan həmləalındı – Buna görə ermənilər hədəfə
Bu gün, 06:15 |
|
|
|
• Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb - KİV
Bu gün, 06:12 |
|
|
|
• Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb - Görünəni odur ki...
Bu gün, 05:31 |
|
|
|
• “Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur - GİLEY
Bu gün, 05:29 |
|
|
|
• Bəlkə biz də rus malını BOYKOT EDƏK? - Elə gətirdikləri toyuq əti...
Bu gün, 05:25 |
|
|
|
• Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... - BU NƏDİ BELƏ?
Bu gün, 05:22 |
|
|
|
• Rus dilində tədris buna görə ləğv olunacaq - AÇIQLAMA
Bu gün, 05:16 |
|
|
|
• Düyməyə basıldı: Revanşistlər təxribata başladı - AKTUAL
Bu gün, 05:14 |
|
|
|
• Xaraba günə qalan Ağstafa... - VİDEOFAKT
Bu gün, 05:11 |
|
|
|
• "İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" - Şahlar Əsgərovdan ETİRAZ
Bu gün, 05:05 |
|
|
|
• Sumqayıtda kürəkən öz qayınatasını öldürüb - TƏFƏRRÜAT
Bu gün, 05:02 |
|
|
|
• "Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." - AXI NİYƏ?..
Bu gün, 04:58 |
|
|
|
• "Kimdir bu şirkətin rəhbəri?" - NARAZILIQ VAR...
Bu gün, 04:55 |
|
|
|
• Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... - ŞƏRH
Bu gün, 04:38 |
|
|
|
• Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... - GƏLİŞMƏ
Bu gün, 04:35 |
|
|
|
• "Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." - Etibar Məmmədov
Bu gün, 04:30 |
|
|
|
• "Baxırsan, amma son dəfə..."
Bu gün, 04:25 |
|
|
|
• Tovuz döyüşlərindən 5 il ötür - UNUTMARIQ!
Bu gün, 01:56 |
|
|
|
• PKK silahını ona görə yandırır ki... - AKTUAL
Dünən, 18:01 |
|
|
|
• Qabil Məmmədovun məhkəməsi BAŞLADI - TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• Məhərrəmliklə bağlı vəziyyət dəyişdi – Nə baş verir?
Dünən, 17:55 |
|
|
|
• Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi - TENDER NƏTİCƏSİ
Dünən, 17:47 |
|
|
|
• Dövlətin dərman pulları kimlərə gedir? - ARAŞDIRMA
Dünən, 17:46 |
|
|
|
• Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Dünən, 17:42 |
|
|
|
• 10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı - TENDER LƏĞV EDİLDİ
Dünən, 17:40 |
|
|
|
• Xalq artisti TƏƏSSÜFLƏNDİ - “Sənət yox, pul arxasınca gedirlər”
Dünən, 17:37 |
|
|
|
• Rusiya Ukraynaya hava zərbələrini niyə intensivləşdirib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:32 |
|
|
|
• “Autsorsinq” Zəngəzur dəhlizinə nə vəd edir? - 12 BƏND
Dünən, 17:27 |
|
|
|
• Həyasızlığın pik həddi və ya Moskalkovanın absurd ittihamları
Dünən, 17:25 |
|
|
|
• Məhkəmə dövlətə 3 milyondan çox borcu olan iki şirkət rəhbərinə niyə şərti cəza verdi? - TƏFƏRRÜAT
Dünən, 17:19 |
|
|
|
• Bu universitetin prorektoru vəzifəsindən azad olundu - FOTO
Dünən, 17:15 |
|
|
|
• "Balaəli özünə pullu sponsor axtarır" - Yaşar Qafanlı
Dünən, 17:12 |
|
|
|
• Ruslar etiraf etdilər: - Dərman almağa pul tapa bilmirik
Dünən, 17:08 |
|
|
|
• "Mənim pulum 1 il orada qaldı, axırda 4 manat 20 qəpik pul verdilər..." - ÖZBAŞINALIQ...
Dünən, 17:00 |
|
|
|
• “Sinəsini açana Xalq artisti adı verirlər” – Tanınmış sənətkardan qalmaqallı açıqlama
Dünən, 16:50 |
|
|
|
• SİYASƏT VƏ BİZNES ARASINDA "KÖLGƏ" FİQUR... - Və ya güclü, amma "səssiz" OLİQARX
Dünən, 16:46 |
|
|
|
|