HACIBALA ABUTALIBOVUN BALA-BALA YEDİYİ BAKI
Tarix: 18-11-2013, 08:56 | Çap et
Bakının Leninsayağı meri - Hacıbala Abutalıbov
Hacıbala Abutalıbov! O, kimdir? Bakının xilaskarı, yoxsa “qənimi?” Fizik, yoxsa Bakı şəhər icra başçısı? Xalqın, hökumətin, yoxsa... kimin adamı? Dövlətə, yoxsa özünə işləyən adam?..
Bu cür sualların sayını artırmaq da olardı. Buna ehtiyac varmı? Əsla. Sadəcə, Bakıda baş verənləri müşahidə etməklə, cənab H.Abutalıbovun kimliyini, nə işlə məşğul olduğunu araşdırmaqla verilən bu sayaq sualların qarşılığında konkret cavablar tapmaq mümkündür.
Doğrudan da Hacıbala Abutalıbov kimdir?
Tarixə ekskursiya etsək, qəhrəmanımız 1944 – cü il may ayının 13 – də Krasnovodsk şəhərində anadan olmuşdur. Təbii ki, azərbaycanlıdır. Bakı Dövlət Universitetinin fizika fakültəsində 1960 – 65 – ci illərdə təhsil almışdır. Deyilənlərə görə, heç də pis tələbə olmayıb.
Xarakterindəki qeyri – adilik onu universiteti bitirdikdən sonra Ordubad şəhər orta məktəbində müəllim kimi çalışmağa sövq etmişdir. O az bir müddətdə Rayon Xalq Təhsili Şöbəsində baş metodist vəzifəsinə qədər ucala bilmişdir. O, əslən Ordubaddan olsa da, rayonda əmək fəaliyyətini davam etdirməsinə yalnız 3 il səbri çatmışdır.
1968-ci ildə H.Abutalıbov Azərbaycan Elmlər Akademiyası Fizika İnstitutunda elmi işçi kimi fəaliyyətini davam etdirir. İnstitutda nisbətən yüksək sayılan vəzifəyə yalnız 1989- cu ildə yüksəlir. Bu, Akademiyanın Fizika İnstitutu “Yarımkeçiricilərin kvant elektronikası labaratoriyası”nın müdiri vəzifəsi olur.
Onu istər tələbəlik illərindən, istərsə də Akademiyada çalışdığı dövrlərdən tanıyanlar inana bilmirlər ki, Hacıbala müəllim elmə yox deyib, icra strukturunda çalışmağa razılıq verib. Çünki cənab Abutalıbovun fizika sahəsində nailiyyətləri az olmamışdır. İndi o, fizika – riyaziyyat elmləri
doktorudur. Onun ən böyük nailiyyəti bu günə qədər etdiyi 20 – dən çox ixtiradır.
“Elmi sahədə çalışmaq onu bezdirmişdi”
Amma həyat öz işini görür. Nəhayət Abutalıbov Fizika İnstitutundakı laboratoriyadakı kolbalardan bezir və icra strukturunda çalışmağa başlayır. 1995 – ci ildə elmə əlvida deyərək Suraxanı rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə irəli çəkilməsini müxtəlif cür qeyd edənlər var. Abutalıbovu tanıyanlaradan biri həmin illəri belə xatırlayır.
- Hacıbala müəllimin davranışlarından hiss etmək olurdu ki, o, elmi sahədə işləməkdən bezib.
Bəziləri bunu “taleyin qisməti” kimi qəbul etsələr də, hadisəni başqa cür yozanlar da az deyildir. Qeyd edilir ki, H. Abutalıbov sözügedən vəzifəni almaq üçün dəfələrlə ya özü, ya da tanışları vasitəsilə ölkə rəhbərliyinin hüzuruna “elçiliyə” gedib. Bu zaman onun, hətta, yalvarışlı səslərlə hansısa vəzifəyə təyin olunmasını istəməsi barədə də söz – söhbətlər dolaşır. O, istəyinə nail olur.
Heykəlləşdirilən Suraxanı
Etiraf etmək lazımdır ki, Bakı şəhərində parkların salınması, bəzi yolların asfaltlaşdırılması – bu kimi digər abadlıq işlərini ilkin olaraq Suraxanı rayonunda H.Abutalıbov həyata keçirib. Hacıbala müəllim məhz bu rayonda çalışarkən özünün qısa müddətə iş görmək bacarığını nümayiş etdirə bilib. Parkları çox az bir vaxtda yaradıb. Küçələri (əsasən mərkəzi küçələri) abadlaşdırmaq istiqamətində fəal iş aparıb. Amma bu işlərdə qüsurları da olub.
Məsələn, onun yaratdığı parklarda müxtəlif cür heyvanların, quşların heykəlləri qoyulub. İlk vaxtlar ərazidə yaşayan əhalinin bu işlər xoşuna gəlsə də, sonradan icra hakimini tənqid atəşinə tutmağa başladılar.
Ağsaqqallar və ziyalılar yaradılan parkların heyvan və quş heykəllərinə görə tanınmasına etiraz ediblər. Onlar dəfələrlə bildiriblər ki, hər hansı parka heyvanların, quşların heykəlini qoymaqdansa və buraları həmin dilsiz məxluqların adı ilə tanıtmaqdansa daha mötəbər və təqdirəlayiq addımlar atmaq mümkündür. Belə ki, salınan parklara Qarabağ uğrunda savaşda şəhid olmuş hər hansı qəhrəmanımızın adını vermək mümkün idi. Lakin nədənsə Hacıbala müəllim gah atəşgah düzəldir, gah park salıb oraya qartal və s. canlıların heykəllərini qoydurur.
Rayon ərazisinin bir qisminin, hansılar ki, mərkəzi küçədə yerləşir, gözəgəlimli yerdədir, abadlaşdırılması, nisbətən könüldən uzaq düşən yerlərin bərbad halda qalması səsləndirilən narazılıqların içərisində özünə yer alırdı.
Leninsayağı təbliğat ustası
Elə indinin özündə hamını mat – məəttəl qoyan bir iş var. O da təbliğatla bağlıdır. Suraxanı rayon İH-in başçısı vəzifəsində çalışarkən Hacıbala müəllim qısa zaman ərzində özünü kifayət qədər təbliğ edə bildi. Bu təbliğatın fonunda narazılıqlar eşidilməz oldu. O, kasıb geyimli, kommunistlərin ölməz lideri Leninsayağı hərəkətlərilə bir növ hakim komandada yeni obraz yaratmağa çalışdı. Onun hərəkətləri qısa zaman kəsiyində tanınmasına, hətta, ölkə rəhbərliyi səviyyəsində diqqət mərkəzinə gəlməsinə yol açdı. Beləliklə də Hacıbala müəllim Baş nazirin müavini vəzifəsinə irəli çəkildi.
Hələ o zaman NK-nın binasında cənabımızla görüşdə olmuş bir tikinti şirkətinin məsul işçisinin sonradan bəhs etdiyi xatirə yada düşür. Həmin iş adamı bu görüşdən heç nə anlamadığını söylədi və H. Abutalıbovla görüşü zamanı birincinin kabinetdə var – gəl etməsini anlaya bilmədiyini dedi.
Bakı şəhərinin başçısı
Hökumətdə təmsil olunması qısa zaman kəsiyini əhatə etdi. 2001-ci ildə H. Abutalıbov Bakı şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edildi. Həmin ana qədər sələfi Rəfael Allahverdiyevin olduqca gözəl insan, işinin bilicisi olduğunu dilə gətirən Hacıbala müəllim, onun yerini tutduqdan sonra tamam başqa cür danışmağa başladı. Şəhərin bərbad hala salınmasından danışdı, söz verdik ki, Bakıda 70-ci illərin ab-havasını duymağımıza yardımçı olacaq. Ümumiyyətlə, Hacıbala müəllim bəzi fikirlərində qəbahətlərə yol verir. Məsələn, XXI əsrin Astanasında olduğumuz bir dövrdə 30 il əvvəlki Bakı bizim nəyimizə lazım idi ki? Əlbəttə ki, heç nəyimizə. Doğurdan da əgər 70-ci illərin Bakısının ab – havası qayıtsaydı, indi şəhərin küçələri yuyulmalı idi. Hərçənd, bu günə qədər hansısa küçənin yuyulduğunu görməmişik.
İcra hakimi kimi fəaliyyətə başladığı ilk günlərdə Hacıbala müəllimin işi – peşəsi şəhər ərazisində fontanlar yaratmaqdan ibarət olub. Bəzi parkları da alayarımçıq təmir etdirdi. İndi ərsəyə gətirilən fontanların bir qismi işləmir, parklarda isə əvvəlki vəziyyət yaranmaqdadır. Hər rayon ərazisində bir neçə fontanı işə salmaq səbəbindədir ki, onun ünvanına “fontan mer” ifadəsini işlətməyə başladılar. Görünür, bu ifadə onun xoşuna gəldi. Sonra gözünə
Kasıb butkalar
sataşdı. Əhalinin kasıb təbəqəsinin bir tikə çörək qazandığı budkalar şəhər rəhbərliyinin yaratmaq istədiyi 70 – ci illərin Bakısının görkəminə uyğun gəlmədi. Onun tapşırığı ilə hər bir rayonun ərazisində bir neçə maşın və qaldırıcı maşınlar işə başladılar. Kasıbın və onun külfətinin göz dikdiyi köşklər beləcə göyə qaldılıb, maşınlara qoyuldu və “köşk qəbiristanlığına” aparıldı. Bu hadisə kütləvi hal alarkən şəhər rəhbərliyi çıxış yolu tapdı. Hamıya ticarət etmək üçün yer veriləcəyi vədini dilə gətirdi. El – obada deyildiyi kimi: “kim zirək çıxdı qazandı, kim əfəl çıxdı
uzandı”. Bəziləri bazarda alver etmək üçün yerlə təmin olundular, bəziləri isə evlərinə qapılıb başlarına gələn bu müsibətin səbəbkarına qarğışlar səsləndirməyə başladılar. Beləliklə də H. Abutalıbov ikinci ləqəbini qazandı – “budka mer”.
Yolların asfaltlanması
Zaman – zaman ölkə başçısının xoşuna gəlmək üçün fontan tikdirib, park saldıran, budka sökən Hacıbala müəllim yeni nə isə etməli idi. Özü də elə iş görməliydi ki, bu , ilk növbədə ölkə başçısının gözünə dəysin. Necə deyərlər, rəhbərliyin yanında özünə yer etmək üçün vacib olan işlər görmək lazımdır. Odur ki, küçələri sürətli şəkildə asfaltlanmasına, daha dəqiq desək, bəzi küçələrin asfalt örtüyü ilə bəzədilməsinə başlanıldı. Bilirsinizmi, şəhərin başçısı nə etdi?
Olduqca sadə görünən addım atdı. İlk növbədə prezidentin gündəlik istifadə etdiyi yolları asfaltladı. Gözəlcə rənglədi, bir növ gözəgəlimli kosmetik iş gördü. Bunun üçün “sağ ol” qazandı. Sonra prezident maşınının arabir hərəkət etdiyi digər yollar asfaltlandı. Yenə bir “sağ ol” qazandı.
Daha sonra o, heç nə etmədi. O vaxta qədər ki, əhali arasında şəhərin mərkəzi küçələrindən savayı digər yerlərin bərbadlığı ilə bağlı narazıçılıq baş qaldırdı. Xəbər dövlət başçısına qədər gəlib çatdı. Bu dəfə H. Abutalıbov prezidentin göstərişi ilə bəzi küçələri asfaltlanmasına, rənlənməsinə başladı. Bu ərəfədə çox gülməli bir vəziyyət yarandı. Küçələrin asfaltlanması yağmurlu günlərə təsadüf etdiyindən, yollara çəkilən ağ boyalar qısa müddətdə silinib yoxa çıxdı. Hər yağış yağanda şəhərin küçələri ağappaq oldu. Sanki şəhər merinin gördüyü işlər köpüklənirlər. Beləliklə də H. Abutalıbova üçüncü ad da verildi – köpüklü yol ustası.”
İşıq dirəkləri
Yollar yeniləşən ərəfədə Bakı şəhərində istifadə edilən tramvaylar Hacıbala müəllimin xoşuna gəlmədi. Baxmayaq ki, tramvaylar onun “dediyi” 70 – ci illərin Bakısının əsas nəqliyyat vasitəsi idi. Beləliklə də uzunluğu 10 metrlərlə ölçülən tramvay xətləri qazılıb çıxarıldı, metalların hara aparıldığı qaranlıq qaldı, bu nəqliyyat vasitəsi üçün nəzərdə tutulan park ləğv edildi və kifayət qədər şəhər sakini işsiz qaldı.
İşıq dirəkləri əməliyyatından daşırarkən olduqca maraqlı məlumatlar var. Bildirilir ki, köhnə dirəklərin yerinə yenilərinin quraşdırılması işinə Hacıbala müəllimin qardaşı rəhbərlik edir. Bu köhnə dirəklər material və həcminə görə yenidən yenilərdən qiymət baxımından bahalıdır. Nəticələr elan edilərkən şəhər rəhbərinin qardaşının bu əməliyyatdan kifayət qədər qazanc əldə etməsi gün kimi aydın oldu. İşıq dirəkləri işində qardaşına külli ixtiyar verib onun yaxşıca qazanmasına şərait yaratdığı barədə ictimaiyyət arasında kifayət qədər ciddi münasibət formalaşdırıldı. Qənaət hasil edildi ki, şəhər rəhbəri iqtidardakıların heç birini özünə yaxın buraxmasa da, öz yaxınlarını himayəyə almaq kimi bir xüsusiyyətə malikdir.
Bir məqamı da qeyd edək ki, o, şəhər ərazisində reklam lövhələrinin hazırlanması, yerləşdirilməsi işini də yaxın bir qohumun kurasiyasına verib. Həmin qohum da digər reklamçıları yaxına buraxmır.
Açıqlanan bu kimi hallar istər iqtidarda olanların, istərsə də ictimaiyyət nümayəndələrinin diqqətini “təmiz şəhər rəhbəri” sandıqları şəxsə yönəltdi. Hətta, maliyyə naziri belə şəhərdə aparılan asfaltlaşma işi ilə bağlı iradlarını bildirdi. Planda nəzərdə tutulan işlərin görülməsi üçün ayrılan pulların müqabilində bir növ effektli yolsalmanın aparılmadığına işarə vurdu. Daha sonralar H.Abutalıbovun digər işləri nəzarətdə saxlanılmağa başladı.
Hacıbala müəllim, axı XX əsrin 70 – ci
illərində göydələn yox idi!
Şəhərin siması tam dəyişib. Əvvəllər nisbətən geniş və boş olan ərazilərdə hündür mərtəbəli evlər inşa edilirdisə, indi bütün mərkəzi küçələrdə göydələnlərin sıralandığını görürük. Geofiziklər bu tip tikililərin təhlükəliliyi barədə dəfələrlə xəbərdarlıq etsələr də, fizik Hacıbala müəllimi inandıra bilmədilər. Kim bilir, bəlkə də əvvəlcədən söyləniləcək haqlı iradların təkzibetmə mövqeyini qarşısına məqsəd qoyduğundandır ki, hər gün şəhərin tinlərində yeni göydələnlərin bünövrəsi qurulur, binalar ucaldılır.
Təəccüblüsü odur ki, dövlət başçısından başqa heç kəsi saya salmadığı görüntüsü yaradan H.Abutalıbov 70 – ci illərin Bakısı ilə bağlı vədinə xilaf çıxır, şəhərə yöndəmsiz görünüş verir. Bu barədə də çox yazılıb və çox deyilib. Kimisi hər göydələn tikintisi üçün ayrılan yerin yüz minlərlə dollara satdığından danışır, kimisi də inşa ediləcək hündür mərtəbəli evlərdə bir neçə mərtəbəyə şərik çıxmaqdan söhbət açır. Real olanı isə Bakıda göydələnlər inşa etmək üçün alınan torpaqlara görə tikinti şirkətlərinin kifayət qədər yüksək məbləğləri ödəmələridir.
Bəzən tikinti üçün lazım olan sənədlər tam qaydasında olmadığı bir halda da göydələnlər inşa edilib. Onlara “gözün üstə qaşın var” deyən olmayıb. Lakin şəhərdən kənar ərazilərdə alayarımçıq sənədləşmə ilə özünə bir daxma tikən əhalinin kasıb təbəqəsinin bu əməli dərhal onun gözünə sataşıb. “Kasıbın canı çıxsın” deyib, qəpik – qəpik yığdığının müqabilində tikdirdiyi daxmaları verib “buldozerin ağzına”.
Göydələnlərlə bağlı narahatlıq doğuran digər məsələlər isə tikintinin standartlara cavab verməməsi və ya sürüşmə zonasınad yerləşməsidir. Tikinti zamanı yol verilən inşaat qanunsuzluqları və bünövrələr qazılarkən məsələyə laqeyd yanaşılması bu tip evlərdə yaşayışın maksimal təhlükəliliyini artırmaqdadır. Mütəxəssislərin fikrincə, ancaq beton dirəklər halında ucaldılan, ensiz divarları olan bu cür evlər zəlzələyə davamlı ola bilməz. Bir ara isə inşaat zamanı istifadə edilən materialların keyfiyyətsizliyi barədə danışıldı. Buraya bəzi tikililərin sürüşmə və
sürüşməyə meylli ərazilərdə inşa edildiyini də əlavə etsək, onda həmin evlərdə mənzil alanların öz ayaqları ilə o dünyaya doğru addım atdıqları ehtimalı üzə çıxır. Nərimanov prospektində baş verən sürüşmə halını götürək. Ərazinin aşağı hissəsində yeni bir tikilinin özülü qazıldığı bir anda ərazi sürüşdü. Şəhər rəhbəri iddia etdi ki, sən demə, tikintinin sürüşməyə heç bir aidiyyatı yoxdur, əksinə, bu torpağın hərəkətə gəlməsinin qarşısını almaq üçün effektli vasitə sayıla bilər.
“Dostluq” parkının məhvinə fərman verən kimdir?
Tutduğu vəzifələrdə “parklar salan” kimi ad qazanmış H.Abutalıbov heç də “parkların hamisi” kimi qəbul edilə bilməz. Şəhərin yaşıllıq ərazilərindəki ağaclar gecələr kəsilir, səhərlər daşınır, yerində isə binalar, şadlıq evləri və ya ofislər tikilir. Nədənsə Hacıbala müəllim bunu görmür, bəlkə də görmək istəmir.
Onun, yox olmasını görməməzliyə vurduğu belə yerlərdən biri də “Dostluq” parkıdır. Bu park Şıxov çimərliyi ilə üzbəüz ərazidə yerləşir. Tarixinə gəldikdə isə, adi parklardan sayıla bilməz. Bu ərazinin park kimi salınmasının təşəbbüskarı Heydər Əliyev olub. Hələ Azərbaycan SSR KP MK-nın birinci katibi vəzifəsində çalışarkən belə bir parkın salınmasına təşəbbüs göstərib. Özü də burada ağaclar kütləvi şəkildə əkilməyib. Azərbaycanın qonağı olmuş mötəbər qonaqların hər biri parkda bir ağac əkirmişlər və qarşısına kim tərəfindən edildiyi barədə lövhə vurulurmuş. Elə parkın adı da buradan götürülüb.
Həmin park indi yoxdur. Burda evlər, villalar inşa edilib. Özü də həmin tikililər sıravi vətəndaşlara yox, iqtidar komandasına mənsub olanlara məxsusdur.
“Dostluq” parkı ilə bağlı olduqca ilginc məlumat almışıq. Mənbənin verdiyi məlumata görə, prezident İlham Əliyev həmin ərazidə olub. Onu müşayət edən BŞİH-nin başçısı Hacıbala Abutalıbovdan burada mövcud olmalı olan “Dostluq” parkının hara yoxa çıxmasını soruşub. Hazırcavab
şəhər rəhbərliyi isə, “sevimli prezidentimiz, inanın ki...” özünə haqq qazandırmağa başlayıb. Bildirib ki, parkın ərazisini BŞİH-in sabiq rəhbəri Rəfael Allahverdiyev yaşayış evlərinin tikintisi məqsədilə satıb. Bundan bərk hirslənən dövlət başçısı ərazidəki evlərin təcili sökülməsini əmr edib. İnşaat materiallarının BŞİH-in balansına keçirilməsini tapşırıb.
Tapşırığa dərhal əməl edilməsə də, bundan 6 saat sonra nəhayət ki, tədbir görülməyə başlanılıb. Ərazinin təmizlənməsi əməliyyatına bir sıra dövlət orqanları cəlb edilib. DİN əməkdaşları gün uzunu ərazidə olublar. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin də bir qrup əməkdaşları onlara qoşulublar. Çünki bu nazirlik ölkə ərazisindəki yaşıllıqlara cavabdeh sayılır. Mənbənin sözlərinə görə araşdırmalar zamanı bəlli olub ki, ərazidə tikinti işlərinin aparılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin razılığı olmayıb. Bundan əlavə mənbə bildirir ki, həqiqətən də ərazinin yaşayış binalarının tikintisi üçün ayrılması barədə R.Allahverdiyevin sərəncamı var. İndi vəziyyət gərgin hal alıb. “Dostluq” parkının yerində evlər inşa etdirmiş məmurlar H.Abutalıbovdan verdiyi sərəncamların arxasında durmasını tələb etmişlər. Şəhər rəhbəri isə tapşırığın dövlət başçısı tərəfindən verildiyini bəhanə gətirərək bunu bacarmayacağını demişdir.
Sizləri Bakını ölə-ölə sevən şəhər merimizin əməllərinin mində biri ilə tanış etdik. Biz hələ mülkü müdafiə obyektlərinin məhz şəhər merinin xeyir-duası ilə necə bar, masaj salonlarına çevrilməsini yazmırıq. Qoy o da qalsın gələn dəfəyə.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Trampın Ukrayna ilə bağlı PLANI VAR - KİV
Bu gün, 13:57 |
|
|
|
• Aqrar universitetdə rəsmən BAZAR AÇIBLAR... - "... əvvəlki rektorun ölənlərinə rəhmət oxuyurlar"
Bu gün, 13:55 |
|
|
|
• Trampın gəlini ABŞ Senatına namizədliyini geri götürüb
Bu gün, 13:22 |
|
|
|
• "Əməliyat etdirməyə gücümüz çatmır..." - Heydər Əliyev Fonduna MÜRACİƏT
Bu gün, 13:19 |
|
|
|
• “Söz savaşına çıxsaydılar yaxşı olardı, xanımlara bunu yaraşdırmadım” - ETİRAZ
Bu gün, 13:04 |
|
|
|
• Minimüharibə olacaq: ya məcburi, ya da… – Manukyan
Bu gün, 12:39 |
|
|
|
• "Vörkşoplar regionlarda da gənclərin yararlanması üçün əlçatan olmalıdır" - deputat
Bu gün, 12:37 |
|
|
|
• Azərbaycanın məşğulluq bazarında vəziyyət qadınların xeyrinə deyil - MALƏSƏF...
Bu gün, 11:17 |
|
|
|
• Elə qəzəllər var idi ki, onları “oğurlayırdım”... - Xalq artisti ETİRAF ETDİ
Bu gün, 11:15 |
|
|
|
• "Bizdə nə qədər problem olsa da... böyüklər heç vaxt bunu uşaqlara bildirməməlidir"
Bu gün, 11:13 |
|
|
|
• Aişə əl-Dibs Azad Suriyanın ilk yüksək səviyyəli qadın məmur oldu
Bu gün, 11:10 |
|
|
|
• Azərbaycan Prezidentinin bu səsini, çağırışlarını lazımınca qiymətləndirməyiblər - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:08 |
|
|
|
• Əsəddən sonra Suriyanı nələr gözləyir? - ARAŞDIRMA
Bu gün, 09:25 |
|
|
|
• “Qanunla qadağandır, müraciət etsinlər” - 35 yaşla bağlı problem
Bu gün, 09:19 |
|
|
|
• "Yaşamaq istəyirdi, amma..." - Vəfat edən aktyorun xanımından açıqlama
Bu gün, 09:09 |
|
|
|
• Bu necə olur, Məmməd Abbasbəyli? - Riskli vergi ödəyicisi, vergi borcu olan “İnpeks.N” MMC tenderdə qalib seçilib
Bu gün, 09:07 |
|
|
|
• Nazir xəstə heyvan məsələsindən necə yayınır? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 09:03 |
|
|
|
• Göyçay sakini dərdini KİMƏ DESİN? - VİDEO
Bu gün, 08:52 |
|
|
|
• “Nar” və “NETTY” ölkənin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdı - FOTO
Bu gün, 08:47 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma: Qaz uğrunda geosiyasi mübarizə - NƏ ETMƏLİ?
Bu gün, 08:41 |
|
|
|
• Estetik əməliyyatlar epidemiya şəklini alıb - Qazanan yalnız plastik cərrahlardır
Bu gün, 08:37 |
|
|
|
• Azərbaycanda şirkət açmağın xərci nə qədərdir?
Bu gün, 08:30 |
|
|
|
• Feministlərin “xaç anası”nı Emin Əmrullayevlə nə bağlayır? - 700 min, nazirlik, vəzifə…
Bu gün, 08:28 |
|
|
|
• "Xoşbəxtəmsə, söhbət bağlanıb..."
Bu gün, 08:23 |
|
|
|
• Pentaqon silahlanır - 12 milyarda 145 ədəd “F-35” sifariş verib
Bu gün, 08:21 |
|
|
|
• Avtomobil bazarında bu maşına tələbat artdı... - "Dəmir tabutlar"ın bahalaşma səbəbi budur...
Bu gün, 08:19 |
|
|
|
• Xankəndidə “cızılan plan” Tiflisə yönəldi - Bakı 4 tərəfli hədəfdə
Bu gün, 08:14 |
|
|
|
• “Bunsuz sülh olmayacaq!” - FAKT BUDUR!
Bu gün, 08:12 |
|
|
|
• Makronun təşəbbüsü keçmədi - AB liderləri razılaşmır
Bu gün, 08:09 |
|
|
|
• Sülh heç üfüqdə də görünmür - Azərbaycan və Ermənistan liderləri o zaman masaya oturacaqlar ki....
Dünən, 20:22 |
|
|
|
• Üçtərəfli görüşdə fiasko: - Son plan işə düşdü, o ərazilər vurulacaq
Dünən, 20:19 |
|
|
|
• Simvolik məbləğ: artan əmək haqqımız sevindirici deyil - FAKT BUDUR!
Dünən, 18:00 |
|
|
|
• Milli kimliyimizə təhlükə: - Öz dilində danışmağı ar bilən, fasonlu ədəbazlar...
Dünən, 17:56 |
|
|
|
• “Məktəb məsələsində hər kəs diqqətli olmalıdır” - deputat
Dünən, 17:53 |
|
|
|
• Ermənistanı Maskın “Starlink”i də xilas etməyəcək – İrəvanın 2025 dilemması
Dünən, 17:48 |
|
|
|
• “4 ildir Şuşada işləsəm də, müavinət ala bilmirəm...” - GİLEY
Dünən, 17:46 |
|
|
|
• Naxçıvanda ÇÖRƏK BÖHRANI: İşçilər tətil edir... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:43 |
|
|
|
• Xaçmaza yeni polis rəisi təyin olunub - ƏMR
Dünən, 17:43 |
|
|
|
• “Bu məsələ nəzarətdə saxlanılmalıdır, çünki böyükməkdə olan nəsil...” - Misir Mərdanov
Dünən, 16:31 |
|
|
|
• “Müəllimlər İnstitutunun açılması yanlış təşəbbüs idi...” - MÜTƏXƏSSİS
Dünən, 15:10 |
|
|
|
• Canilərə ən ağır cəza tələbi: terrorçuların mühakiməsindən gözləntilər - AKTUAL
Dünən, 15:02 |
|
|
|
• “Paşinyan ictimaiyyəti aldatmaq, sülh prosesini uzatmaq üçün...” - ŞƏRH
Dünən, 15:00 |
|
|
|
• Yeni il qabağı SEVİNDİRİCİ XƏBƏR açıqlandı - Artım ikirəqəmli OLACAQ
Dünən, 14:58 |
|
|
|
• Bəşər Əsədin həyat yoldaşının Moskvada xərçəngdən müalicəsi başlayıb
Dünən, 13:01 |
|
|
|
• MAHMUDOVLARI VİDEOKONFRANSLA DİNDİRİBLƏR! - Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı cinayət işi
Dünən, 12:57 |
|
|
|
• Paşinyan Makronu iki il ərzində 5-ci dəfə Ermənistana dəvət etsə də, səfər baş tutmur - KİV
Dünən, 12:50 |
|
|
|
• “Baha getmək üçün soyunmaq lazımdır, kaş ki...” - Mənzurə Musayeva
Dünən, 12:26 |
|
|
|
• Avropa Parlamentinin riyakar qətnaməsinin arxasında Makron durur - deputat
Dünən, 12:22 |
|
|
|
• Sement ixracı bu il Azərbaycana 48 milyon dollar - GƏLİR GƏTİRİB
Dünən, 12:12 |
|
|
|
• Polkovnik-leytenantın 14 yaşlı qızı Türkiyədə vəfat etdi
Dünən, 12:07 |
|
|
|
|