İSLAMÇILAR MİTİNQƏ QƏRAR VERDİLƏR
Tarix: 29-09-2011, 12:06 |
Çap et
PARTİYA FÖVQƏLADƏ TOPLANTI KEÇİRDİ
DİA.AZ: - Bu gün Azərbaycan İslam Partiyasının (AİP) rəhbərliyi həbs olunan islamçıların hüquqlarının müdafiə komitəsi ilə birlikdə fövqəladə toplantı keçirib.
AİP-in mətbuat xidmətindən “Dünya” İnformasiya Agentliyinə (diaaz.space) verilən məlumata görə, toplantıda islamçıların məhkəmə istintaqının son iclasında dövlət ittihamçısının müttəhimlər üçün ədalətsiz və ağır cəza istəməsi kəskin tənqid olunub. AİP rəhbərliyi və müdafiə komitəsinin üzvləri prokurorun gözlənilməz mövqeyini, sifarişli həbslərin bu cür sonunclanmasına etiraz bildirərək, qanunsuzluğu pisləyiblər.
Toplantıda müdafiə komitəsinin və AİP-in atacağı addımlar haqqında qərar qəbul olunub. Belə ki, gələn həftə mətbuat konfransı keçiriləcək və kütləvi aksiyalara start veriləcəyi barədə müzakirələrə başlanılacaq.