Kürdəmirdəki korrupsiya təftişi Abşeron rayonunda icra olunarsa… - Zakir Fərəcovun işçiləri həbs oluna bilər
Tarix: 14-01-2015, 10:59 |
Çap et
DİA.AZ: - Keçən günlərdə məlumat verərək bildirmişdik ki, Abşeron rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcov olduqca ağır dönəmlərini yaşayır. Buna səbəb rayona ayrılan vəsaitlərin xərclənməsində ehtimal olunan yeyinti faktlarıdır. Belə ki, RİH adından verilən maliyyə hesabatlarında çox ciddi əskiklər ortaya çıxıb ki, bu da Zakir Fərəcov üçün başağrısına çevrilib.
Bu barədə DİA.AZ-ı bilgilndirən Abşeron RİH-dəki mötəbər mənbənin xəbərinə görə, kifayət qədər qayğılı və təlaşlı görünən Zakir Fərəcovun çətin bir situasiya ilə üz-üzə qalması onun iş rejimini də əməlli-başlı pozub.
Mənbənin diaaz.space-a söylədikləri: «Təbii ki, belə bir ittihamın məsuliyyəti çox ağırdır. Əgər Kürdəmir rayonunda atılan addım Abşeronla bağlı da atılarsa, o zaman rayon İH-nin xeyli sayda işçisinin həbsi gözləniləndir.
Bu zaman Zakir Fərəcov üçün isə ən yaxşı qurtuluş yolu yalnız və yalnız vəzifəsini itirməsi ola bilər».
Mənbə iddia edir ki, yaxın günlərdə bu durumla bağlı qəti qərar veriləcək.
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq…