Rövnəq Abdullayev böyük yeyinti faktında şübhəli bilinir - İttihamlar təsdiqlənərsə... - ARDNŞ rəhbərliyi istefaya göndəriləcək
Tarix: 29-09-2014, 11:46 |
Çap et
DİA.AZ: - Dövlət Neft Şirkətinin (ARDNŞ) rəhbərliyində total kadr islahatı gözlənilir. Bu şok məlumatı DİA.AZ-a çatdıran məlumatlı mənbə iddia edir ki, başda ARDNŞ prezidenti Rövnəq Abdullayev olmaqla, şirkətin iki vitse-prezidenti və şirkətin daha bir neçə yetkilisi vəzifələrindən azad olunacaq.
Mənbə diaaz.space-a bildirir ki, buna səbəb ARDNŞ-nin keçən ilki və bu ilin altı ayı ərzinə aid hesabatlarına yaranmış şübhələrdən dolayı maliyyə nazirliyinin və hesablama palatası ekspertlərinin birgə apardıqları uzunmüddətli təftişin nəticəsi zamanı ortaya çıxan ilginc məqamlardır.
Mənbə iddia edir ki, Rövnəq Abdullayev başda olmaqla bir neç ARDNŞ yetkilisinin dövlətin hesabına külli miqdarda gəlir əldə etdikləri təsbit olunub: «Bu vəsait isə məqsədli şəkildə dövlət büdcəsinə yönəldilməyib. Söhbət çox böyük rəqəmlərdən gedir. Hələlik qəti qərar yoxdur. Amma faktlar tam olaraq təsdiqini taparsa, çox sərt cəzalar da veriləcək».
Bütün maraqlı olan tərəfləri iddia ilə bağlı dinləməyə hazırıq…