Əli Həsənovun metodu ilə Əli Həsənovun yıxdığı medianı DİRÇƏLTMƏ PLANI... - NƏ BAŞ VERİR?
Tarix: 22-03-2021, 10:39 | Çap et
Prezidentin sabiq köməkçisi Əli Həsənov tarixdən ikili şəxsiyyət olan fransızların Jozef Füşesini, almanların isə Jozef Göbbelsini xatırladırdı. Onlar qədər hiyləgər, onlar qədər fəndgir və professional, zamanın nəbzini tutmağı bacaran biriydi Əli Həsənov. Və cümlə xəyanətlərə bais məmur kimi də işindən uzaqlaşdırıldı, azad mətbuatın qəssabı hesab edilərək tarixin qaranlıq dibliyinə göndərildi. Bununla da elan olundu ki, bitdi, medianın qara günlərinə son qoyuldu, nəfəsliklər açılır, jurnalistika dərindən ah çəkir, həm informasiya azadlığı, həm reklam bazarının liberallaşması, müstəqilləşməsi istiqamətində yeni era başlanır. Hətta KİVDF ləğv olundu, onun “üç müşketyor”dan biri olan rəhbəri Vüqar Səfərli qandallandı və mediada olan bir çoxlarının gözləri qamaşdı, işıldadı ki mətbuat üçün təzə səhifə açılır. Fəqət nə baş verdi? Biz bu müddət ərzində hansı dəyişiklikləri müşahidə etdik? Medianın reklam bazarının sərbəstləşməsi, azadlıqların verilməsi yönündə nə kimi addımlar atıldı? Deyərdik ki, heç nə, tamamilə heç nə, sadəcə, Azərbaycan mediası bu dəfə tragikomik “Kürdəmir qəzası” yaşadı. Anaxeber.info-nun bəzən daşı ağır olur, yazanda sözümüz xəncər kimi bəzilərinin ürəyinə saplanır. Bu, həmişə belə olub. Əvvəlki media emissarlarını, hakimiyyətin mətbu siyasətini həyat keçirənlərini də tənqid edəndə bizi boğmağa çalışdılar, anaxeber.az-ı blokladılar, indi də həqiqətləri söyləməyimiz kimlərinsə xoşuna gəlməyə bilər. Amma heç olmasa sələflərindən fərqlənərək tənqidlərimizin üzərinə süngü ilə gəlmək yerinə reallıqları həzm etsinlər, nəticələr çıxarsınlar, gerçək dəyişikliklər haqda fikirləşsinlər. Bəs bu gerçəkliklər nədir - biz yazaq, siz bir daha yada salın. İlk növbədə dediyimiz kimi hakimiyyətin yeni media siyasətində kompleks şəkildə islahatlar, dəyişikliklər həyata keçirilməyib. İqtidar mətbuata hələ də köləsi kimi baxmaqdadır və ələbaxımlılıq niyyətindən imtina etməyib. KİVDF-ni əvəzləyən MİA eyni funksiyanı yerinə yetirir, qəzetlərə sağ qala bilmək payı ayırır, bu da azmış kimi vahid vəsiqə və s. absurd təkliflər irəli sürür. Mətbuatın reklam bazarının inkişafı, azadlığı haqda hər hansı ideya ilə çıxış etməyən MİA-nın ağlına ancaq məhdudlaşdırıcı addımlar atmaq gəlir. Siz söz azadlığı, mətbuatın maliyyələşməsi, jurnalistlərin Qərb KİV-lərində olduğu kimi fəaliyyət göstərməsi barədə hansı yeniliklər təklif edirsiniz? MİA rəhbəri Əhməd İsmayılov nə zaman tənqidçi jurnalistlərlə görüşərək onların fikirlərini, yanaşmalarını öyrənib? Nə vaxt bizdən soruşub ki, onlayn KİV-in inkişafı üçün nələri dəyişmək lazımdır, ələbaxımlı siyasətdən əl çəkib azad reklam bazarını hansı şəkildə quraq? Bəlkə birdəfəlik etiraf edəsiniz, media üçün azad reklam bazarı onun azadlıqlarını buxovlamaq istəyənlər üçün bir öldürücü zərbə olardı?! Anaxeber.info yazır ki, medianın kurasiyası indi Prezidentin yeni köməkçisi, kifayət qədər populyarlıq və nüfuz qazanmış Hikmət Hacıyevdədir. Artıq Əli Həsənov və Vüqar Səfərli yoxdur. H.Hacıyev isə son dərəcə peşəkar kadrdır və mətbuatın problemlərini dərindən bilir, amma bu yöndə hakimiyyətin gördüyü işlər kafi deyil. Biz yenə prezidentin sabiq köməkçisinin ənənəvi idarəçilik modelinin qaldığını, köhnə siyahılarla iş aparıldığını görürük. Bunu medianın Ağdam səfəri və “Kürdəmir qəzası” da bir daha sübut etdi. Biz orada baş verənlərin təfsilatını yazmağa lüzum görmürük, sadəcə, məsələ hakimiyyətin yeni media siyasəti dediklərinin əslində heç bir təzəlikdən ibarət olmamasıdır. İstər Ağdam səfərində, istər ayrı-ayrı tədbirlərdə eyni yanaşmanı müşahidə etmək olar. Halbuki, ictimai rəyə təsiri olmayan, informasiya məkanında ciddi rola malik olmayan onlarla saytlar, qəzetlər maliyyələşdirilir. Axı onlar cəmiyyətə nə ötürür? Eyni zamanda onlarla müxbir, texniki işçi saxlayan, geniş ofisləri, redaksiyaları, avadanlıqları olan KİV-lər, media holdinqlər var, amma ictimai rəy yarada bilmir, yazdıqları gündəm olmur, səs-küylü materiallar, araşdırmalar təqdim etmirlər. Bəs bu qədər pullar hara gedir? Məsələn, yayılan xəbərlərə görə APA TV bağlanır, görünür maliyyəsi kəsilir. Əlbəttə, xeyli sayda jurnalist işini itirir. Amma hakimiyyətin yeni media siyasətini reallaşdıranlar baxımsız olan APA TV-də günah axtarmaq əvəzinə ona azadlıqlar verilməsi haqda düşünmürlər. Əgər APA TV-yə 30 faiz sərbəstlik, tənqid imkanı verilsə, efirə həqiqətləri az-çox söyləyə bilən siyasətçilər çıxarılsa, baxımlı internet kanala çevriləcək. Sən onun azadlığını boğ, başına şabaş səp, sonra de ki sizə bu qədər maliyyə veririk, niyə Avropada oturan hansısa youtuber təkbaşına baxış sayında çoxunuzu üstələyir? Bu, o deməkdir ki, iqtidarın Əli Həsənovdan sonra da mətbu siyasətində yuxarı-aşağı dəyişməyib və nəticədə onlayn tv sektorunun “aztv”sinə çevrilən apa tv baxımsız bir media olaraq sıradan çıxarılır. Bax, bizim mediada real dəyişikliklər dediyimiz budur - reklam bazarı azad olmalı, KİV tənqid etməli, informasiyanı yayma azadlığı olmalıdır. Əks təqdirdə çoxlu apa tv-lər bağlanacaq və ənənəvi komanda ilə işləmək siyasəti Ağdama gedərkən “Kürdəmir qəza”ları ilə təkrar olunacaq... Anaxeber.info
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azər Baxşəliyevin ölüm səbəbi başqa imiş - AÇIQLAMA
Bu gün, 17:16 |
|
|
|
• Fuad Poladovun adı bu küçəyə verildi: Sakinlərsə NARAZIDIR - BUNA GÖRƏ
Bu gün, 17:13 |
|
|
|
• Putinlə Şolts və Tramp arasında görüş planlaşdırılmır - Kreml
Bu gün, 17:09 |
|
|
|
• "Mənim ən yaxşı dostum, tərəf müqabilimdir..."
Bu gün, 16:35 |
|
|
|
• Orduya əmr verildi: - Yüksək döyüş hazırlığı
Bu gün, 16:33 |
|
|
|
• Petrosyanın ifşası tam da zamanında gerçəkləşdi - ŞƏRH
Bu gün, 16:32 |
|
|
|
• "Ermənistan tarixi üzrə dərslik Ermənistan Respublikası nöqteyi-nəzərindən yaradılmayıb" - Paşinyan
Bu gün, 16:29 |
|
|
|
• Tiran Xaçatryan nədə ittiham olunur? - DETALLAR
Bu gün, 16:14 |
|
|
|
• Putini qəzəbləndirən qərar geri “oxundu” - “Bloomberg”
Bu gün, 16:12 |
|
|
|
• Dünya müharibəsi Azərbaycan sərhədlərini aşdı: Bizi qarşıda nələr gözləyir? - İNCƏLƏMƏ
Bu gün, 16:09 |
|
|
|
• “Heç vaxt deməzdi ki, məndə bu problem var” - VİDEO
Bu gün, 16:07 |
|
|
|
• Cəmi 7 km qalıb: Müharibədə gözlənilməz dönüş - NƏ BAŞ VERİR?
Bu gün, 15:35 |
|
|
|
• Maşinist Həsənovun dələduzluq əməlləri: 1800 manat maaşa fəhlə... - TƏFƏRRÜAT
Bu gün, 15:32 |
|
|
|
• “Azərbaycan təyyarəsində pilotların səsləri olan qara qutu…” - Braziliya açıqladı
Bu gün, 15:29 |
|
|
|
• Ziddiyyətlərin balansı: İran Azərbaycana niyə düşmən kəsilib? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:24 |
|
|
|
• Qərb Rusiyanı ərəb qazı ilə “boğur” – Putinin əsas silahı əlindən alınır
Bu gün, 15:21 |
|
|
|
• “Qardaşımın 3 oğlunu da öldürəcəkdim” - 2 nəfəri öldürən Ziyanın MÜƏMMALI İFADƏSİ
Bu gün, 13:41 |
|
|
|
• YAP Mərkəzi Aparatı bələdiyyə seçkiləri ilə bağlı proqramını təqdim edib - FOTO
Bu gün, 13:38 |
|
|
|
• "Fərqi insan idi..."
Bu gün, 11:41 |
|
|
|
• 1047-ci gün: Rusiyanın itkiləri yeniləndi
Bu gün, 11:00 |
|
|
|
• “Nüvə bəyanatlarının” xronologiyasına nəzər salsaq... - Moskva “uduzmuş” vəziyyətdə olacaq
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycanda sabiq yüksək vəzifəli məmurun nəvəsi ağır qəza törətdi - Saatda 150…
Bu gün, 10:43 |
|
|
|
• Ukrayna 2024-cü ildə nə qədər ərazi itirib? - FOTO
Bu gün, 10:34 |
|
|
|
• Bakıda insident törədən idmançılar həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 10:32 |
|
|
|
• Vəkili erməni generalın həbsini təsdiqlədi
Bu gün, 09:16 |
|
|
|
• Rusiyanın Voronej vilayətində hərbi helikopter qəzaya uğrayıb
Bu gün, 09:14 |
|
|
|
• "Biz müəyyən həddə qədər Avropaya qaz ixrac edə bilərik..." - keçmiş nazir
Bu gün, 09:03 |
|
|
|
• Qanunsuz kosmetoloji fəaliyyətə görə klinika 20 min manat cərimələndi
Bu gün, 09:00 |
|
|
|
• Revanşist "Ayakve"dən Paşinyanla bağlı AÇIQLAMA - "Heç kimə sirr deyil ki..."
Bu gün, 08:58 |
|
|
|
• Binəva neftçinin ailəsi nə yedi... necə yedi... KİMİSƏ MARAQLANDIRMIR... - AXI NİYƏ?..
Bu gün, 08:51 |
|
|
|
• Fatimənin adından istifadə edib Rüfəti aldatdılar - AÇIQLAMA
Bu gün, 08:32 |
|
|
|
• Sanksiya hesabına milyardlar qazanırıq: KTMT-dən çıxsaq… - Balasanyan deyir ki...
Bu gün, 08:30 |
|
|
|
• Rusiyadan getməyə məcbur qalan ortaasiyalı miqrantlar yeni problemlərlə üzləşirlər - KİV
Bu gün, 07:05 |
|
|
|
• İrəvanla İranın gizli işbirliyi: Azərbaycan hansı addımı atacaq? - GƏLİŞMƏ
Bu gün, 07:02 |
|
|
|
• "Əliyev Putinə üstün gəlib və Kremli dalana dirəyib" - İNCƏLƏMƏ
Bu gün, 06:33 |
|
|
|
• Azər Baxşəliyev evindən bu gün son mənzilə yola salınacaq
Bu gün, 06:29 |
|
|
|
• NATO Britaniyanın raketdən müdafiə sistemində problemlər aşkarlayıb
Bu gün, 06:27 |
|
|
|
• "Mən yazıb özümü pis edirəm, sizin vecinizə deyil..." - Nura Suri
Bu gün, 06:22 |
|
|
|
• “Ermənistanı silahlandıran ABŞ-nin səmimiliyinə inanmaq çətindir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:19 |
|
|
|
• Gürcüstanda yeni nazirlik yaradıldı – 13-cü oldu
Bu gün, 00:09 |
|
|
|
• Bayden Messiyə “Azadlıq” medalı verəcək
Bu gün, 00:07 |
|
|
|
• "Toyda əlini göyə qaldırıb dedi ki, haqqımı halal etmirəm"
Dünən, 22:30 |
|
|
|
• Tehran Əsədi qoruya biləcək? – Onun üçün ən təhlükəsiz ölkə...
Dünən, 22:27 |
|
|
|
• Trampın yeni prezidentliyi Azərbaycana nə vəd edir? - AKTUAL
Dünən, 19:02 |
|
|
|
• Polşanın AB-yə sədrliyi dövründə Azərbaycan-Ermənistan... - GƏLİŞMƏ
Dünən, 19:00 |
|
|
|
• Deputatlara keçən ildən "miras qalan" qanun LAYİHƏLƏRİ
Dünən, 18:10 |
|
|
|
• Berbok və Barronun Suriyaya birgə səfəri “burada bizdə varıq” mənası daşıyır -ŞƏRH
Dünən, 18:03 |
|
|
|
• Varşavadan mesaj: - “Məqsəd Ukraynanın bu müharibədə qalib gəlməsidir”
Dünən, 18:00 |
|
|
|
• Dəməşq aeroportu yanvarın 7-dən beynəlxalq uçuşları bərpa edəcək
Dünən, 17:56 |
|
|
|
• AZAL-ın təyyarəsinin dərc olunmuş eksklüziv fotoşəkilləri xarici müdaxilə olduğunu göstərir - “AnewZ”
Dünən, 17:49 |
|
|
|
|