Seçkidən dərhal sonra... - O DA GEDİR!
Tarix: 23-01-2020, 11:27 |
Çap et
DİA.AZ: - Dünən Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ilə bağlı yekun qərarın rəsmən elan olunacağı haqda informasiya vermişdik. Xəbərdə deyilirdi ki,
yeni dəyişiklik zamanı Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin hazırki sədri Əhməd Əhmədzadənin barəsində təkrarən təyinat qərarın verilməyəcək. Eyni zamanda o da vurğulanırdı ki, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin ləğv edilərək ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, ya da "Azərsu" ya birləşdiriləcəyi haqda informasiyalar yayılıb...
DİA.AZ-a daxil olan son məlumatlardan isə aydın olur ki, seçkilərdən sonra "vurulacaq" yüksək ranqlı məmur təkcə Əhməd Əhmədzadə deyil, onunla yanaşı Maliyyə Naziri postunu tutan Samir Şərifov da yola salına bilər.
Bu barədə mənbənin diaaz.space-a söylədikləri: "Samir Şərifov bir neçə dəfə hədəfə çevrilsə də, hər dəfəsində yayına bilib. Yenə də adı gündəmdədir. Kənardan baxanda da onun yeni komandada özünü diskomfort hiss etdiyini sezməmək olmur. Hətta Prezidentin son müşavirəsində də Samir Şərifovun xüsusi narahatçılığı diqqətdən yayınmamışdı. Bütün bunlar səbəbsiz deyil və yeni sistemdə onunla bağlı hər hansı plan mövcud deyil".
Samir Şərifovun yerinə kimin təyin ediləcəyi haqda isə dəqiq bilgilər yoxdur, sadəcə olara versiyalar var ki, bu barədə növbəti yazmızda geniş informasiyanı təqdim edəcəyik. Bizi izləməkdə davam edin...