Şabranda fermerlər "su" deyib nalə çəkir... - ŞİKAYƏT VAR
Tarix: 6-07-2016, 09:59 | Çap et
 Artıq neçə müddətdir ki, Şabran Suvarma Sistemləri İdarəsinin yarıtmaz fəaliyyəti yerli fermerlərin işində ciddi problemlər yaradır. Bu barədə bizimdovr.az-a daxil olan məlumatlarda xəbər verilir. Qeyd etməliyik ki, bu idarənin fəaliyyətində yer almış neqativ hallar barədə ötən saylarımızda müvafiq tənqidi materialla çıxış etmişdik. Həmin yazıda da qeyd olunmuşdu ki, bu gün bir çox digər regionlarda oldiğu kimi, Şabran rayonunda da kənd təsərrüfatının inkişaf etdirilməsi baxımından vacib məsələlərdən biri də meliorativ tədbirlərin vaxtında və effektiv şəkildə həyata keçirilməsidir. Belə ki, məhz suvarma işlərinin düzgün aqrotexniki qaydada həyata keçirilməsi torpaqların məhsuldarlığını yüksəldir, onun münbitliyini artırır. Rayon iqtisadiyyatının əsasını məhz kənd təsərrüfatının təşkil etməsi səbəbindən, bu sahədə məhsuldarlığın daim yüksəldilməsi üçün Şabran Suvarma Sistemləri İdarəsinin fəaliyyəti də xüsusi əhəmiyyət kəsb edir. Lakin redaksiyamıza daxil olan məlumatlarda bu idarənin rəisi Adil Şamilovun öz fəaliyyətində ciddi qanun pozuntularına yol verdiyi iddia olunur. Bildirilir ki, rəhbərlik tərəfindən idarənin maddi-texniki bazasının möhkəmləndirilməsi, işin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə ayrılan dövlət vəsaitlərinin mənimsənilməsi hallarına geniş yer verilir. İdarənin balansında olan texnika, avadanlıq və mexanizmlərin köhnəlməsi adı ilə onların balansdan çıxarılaraq satılması nəticəsində külli-miqdarda pul əldə olunur. Həmin texnikanın yeniləri ilə əvəz olunması isə aydındır ki, dövlətə böyük xərclər bahasına başa gəlir. Güc transformatorlarının, elektrik mühərriklərinin, nasos aqreqatlarının əsaslı təmiri adı altında külli miqdarda dövlət maliyyəsi hesabdan çıxarılaraq xərclənsə də, əslində bu avadanlıqlara texnik xidmət də çox aşağı səviyyədədir. Buna görə də, hazırda rayonda 17000 hektardan artıq suvarılan ərazilərə xidmət etməli olan Şabran Suvarma Sistemləri İdarəsinin resurs və imkanları heç zaman tam səfərbər vəziyyətdə olmur. Bu durumun əsas məsuliyyəti isə əlbəttə ki, idarənin rəisi Adil Şamilovun və baş mühəndis Xalid Məmmədovun üzərindədir. Həmçinin bizimdovr.az-a daxil olan məlumatlarda bildirilir ki, melioratorlar tərəfindən bir çox vacib suvarma tədbirləri vaxtında həyata keçirilmir, görülən işlər isə keyfiyyətsiz və az effektli olur. Suvarma kanallarında, kollektor-drenaj şəbəkəsində lildən təmizləmə işləri də yarımçıq görülür. Fermerlər, şəxsi təsərrüfat sahibləri iddia edirlər ki, 70-dən artıq əməkdaşı olan bu idarənin işçiləri mütəmadi olaraq yerlərdə müxtəlif özbaşnalıqlara yol verir, nəticədə isə ayrı-ayrı əkin sahələrinin və təsərrüfatların susuz qalmasına səbəb olurlar. Bundan başqa daxil olan məlumatlarda bildirilir ki, Şabran Suvarma Sistemləri İdarəsinin balansında olan 15-dən artıq texnika, o cümlədən traktorlar, yük avtomobilləri daha çox bəzi yerli sahibkarların şəxsi təsərüffatlarında istismar olunur. İdarəyə məxsus maşınların özəl sahibkarlıq subyektlərində işləməsini isə, baş mühəndis Xalid Məmmədov həmin texnikaları icarəyə verməklə təmin edir və buna görə hər texnikaya üçün gündə 100-150 manat icarə haqqı alır. Təbii ki, bu zaman əldə olunan gəlirlər də idarənin hesabına deyil müəssisə rəhbərlərinin ciblərinə daxil olur.
İddialara görə, Şabran Suvarma Sistemləri İdarəsinin fəaliyyəti ketdikcə tənəzzülə uğramaqdadır. Bu isə yerli sakinlərin işlərinə və ümumilikdə rayonun iqtisadi göstəricilərinə olduqca mənfi təsir göstərir. Buna görə də rayonun kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan sakinlərinin, yerli fermerlərin fikrincə, əgər vəziyyətə müvafiq dövlət qurumları tərəfindən təcili müdaxilə olunmazsa, yaxın vaxtlarda Şabranda bu göstəricilər daha da aşağı düşəcək.
Qarşı tərəfin də məsələyə münasibətini öyrənə bilərik.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Yerdə min hoqqa verən İranın GÖYDƏ BULUD DAVASI
Bu gün, 06:09 |
|
|
|
• Zəngəzur həll edildi, növbədə oradır – Daha bir tarixi əraziyə qayıdış anonsu
Bu gün, 06:06 |
|
|
|
• Alyaskada ABŞ-Rusiya sammiti və ya arxa plandakı Ukrayna - NƏ BAŞ VERİR?
Bu gün, 05:48 |
|
|
|
• Bakı nəhənglərin oyununa girib... - İNCƏLƏMƏ
Bu gün, 05:46 |
|
|
|
• Məhkəmə Roza Zərgərliyə BƏRAƏT VERDİ - QALMAQAL
Bu gün, 05:30 |
|
|
|
• Vergi borcu olan şirkət icra hakimiyyətinin 430 min manatlıq tenderini uddu - FOTO
Bu gün, 05:27 |
|
|
|
• Təhsil sisteminin TƏHLÜKƏLİ CÜTLÜYÜ - İTTİHAM VAR...
Bu gün, 05:24 |
|
|
|
• Əziz Quliyev azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır - NARAZILIQ VAR...
Bu gün, 05:21 |
|
|
|
• Məhkəmə İkinci Qarabağ Müharibəsinin yeganə qadın şəhidi Arəstə Baxışova ilə bağlı hökm verib - TƏFƏRRÜAT
Bu gün, 05:15 |
|
|
|
• Röyanın keçmiş həyat yoldaşı “Çudo Peçkan”ın fəaliyyətini bərpa etmək istəyir - belə deyirlər...
Bu gün, 05:11 |
|
|
|
• Xaraba günə qalan ŞABRAN... - AXI NİYƏ?..
Bu gün, 05:06 |
|
|
|
• Bu da generalın TENDER ORTAĞI
Bu gün, 05:02 |
|
|
|
• Azərbaycanda zamin üçün ölüm də qurtuluş deyil - FAKT BUDUR!
Bu gün, 04:59 |
|
|
|
• “Aqroservis” ASC-də TOTAL İSLAHATLAR - İLGİNC İDDİA
Bu gün, 04:58 |
|
|
|
• İran niyə Zəngəzur dəhlizinin açılmasını istəmir? - ŞƏRH
Bu gün, 04:50 |
|
|
|
• Atası partiyanı Günay Ağamalıya təhvil verir? - Yaxın günlərdə...
Bu gün, 04:47 |
|
|
|
• Dövlət qurumları avtomobilləri kimdən alırlar? - ARAŞDIRMA
Bu gün, 04:45 |
|
|
|
• Vaxt gələcək, hər kəs Pezeşkiana "sağ ol" deyəcək - HƏQİQƏTƏN DƏ...
Bu gün, 04:38 |
|
|
|
• "Amma qəlbləri yoxdur axı..."
Bu gün, 04:35 |
|
|
|
• ABŞ siyahı yaydı: Azərbaycan ilk SIRADA - SİYAHI
Bu gün, 04:31 |
|
|
|
• Azərbaycan - Ermənistan Bəyannaməsi Tramp üçün çox vacibdir - Dövlət Departamenti
Bu gün, 04:24 |
|
|
|
• Elşad Məmmədovun barəsində olan cinayət işi üzrə istintaq başa çatdı - TƏFƏRRÜAT
Dünən, 18:28 |
|
|
|
• Vaşinqton anlaşmasında nəzərə çarpan MÜHÜM NÜANS - AYDIN OLUR Kİ...
Dünən, 18:25 |
|
|
|
• Mərkəzi Bank ən çox şikayət edilən sığorta şirkətlərini açıqlayıb - SİYAHI
Dünən, 18:10 |
|
|
|
• Rusiya acizlikdən Azərbaycana qarşı yalnız çirkli oyunlar oynaya bilər - Mixail Qonçar
Dünən, 18:08 |
|
|
|
• “Rusiya Cənubi Qafqazı asanlıqla itirməyəcək” - İranın Azərbaycandakı keçmiş səfiri də “xoruzlandı”
Dünən, 18:03 |
|
|
|
• Sərxoş kişi yarışda idmançıları geridə qoydu - GÖZLƏNİLMƏZ
Dünən, 17:59 |
|
|
|
• "Buna susa, göz yuma bilmərəm"
Dünən, 17:54 |
|
|
|
• Artak Beqlaryandan Bakıdakı erməni məhbuslarla bağlı ÇAĞIRIŞ
Dünən, 17:52 |
|
|
|
• İmtahan müəmması: Suallar satılıb, yoxsa şagirdlər bir-birindən köçürüb? - BU NƏDİ BELƏ?
Dünən, 17:48 |
|
|
|
• İş adamı Süleyman Babayev həbs edilib - Milyonlarla vergidən yayınma ittihamı
Dünən, 17:44 |
|
|
|
• Azərbaycanın Ukraynaya humanitar dəstəyi davamlı olacaq - ÇÜNKİ...
Dünən, 17:39 |
|
|
|
• Misir Mərdanov yeni vəzifəyə təyin oluna bilərmi? - ÖZÜ DEYİR Kİ...
Dünən, 17:33 |
|
|
|
• “Ermənicə bilirəm, İrəvanda səfir işləməyə hazıram” – Hafiz Hacıyev
Dünən, 17:31 |
|
|
|
• Azərbaycanda 16 sığorta agentinin lisenziyasının qüvvəsi 1 aylıq dayandırılıb - SİYAHI
Dünən, 17:23 |
|
|
|
• Zakir İbrahimov nazir təyin olunur? - İLGİNC İDDİA
Dünən, 17:20 |
|
|
|
• Şərtlərə cavab verən təklif tapılmadı - TENDER LƏĞV EDİLDİ
Dünən, 17:18 |
|
|
|
• Sülh sazişindən sonra müharibə filmləri necə çəkilməlidir? - “Mənə görə deyil”
Dünən, 17:13 |
|
|
|
• Azərbaycanlı turist bir meyvəyə görə BIÇAQLANDI
Dünən, 17:10 |
|
|
|
• Ermar Məmmədyarov İrəvana səfir gedə bilər: - "Necə məsləhətdir..."
Dünən, 17:07 |
|
|
|
• "Razin"dəki "Akkord"un binasında FACİƏ: - 17 yaşlı qız 10-cu mərtəbədən düşüb öldü
Dünən, 15:44 |
|
|
|
• Qaro Paylan Ərdoğana müraciət etdi - “Ermənistanla sərhədi dərhal açın”
Dünən, 15:39 |
|
|
|
• Doğrudanmı, sülh sazişi gecikib? - İNCƏLƏMƏ
Dünən, 15:35 |
|
|
|
• Türkiyə-Ermənistan sərhədləri açıla bilərmi? - ŞƏRH
Dünən, 15:33 |
|
|
|
• Yay bitməyə tələsir: Bazara da bahalaşma gəlir - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 15:23 |
|
|
|
• Ermənistan-ABŞ birgə hərbi təlimləri başladı
Dünən, 15:22 |
|
|
|
• Pezeşkianın sözləri SEPAH-ı silkələdi: - Bakıya görə İrana gözlənilməz zərbə
Dünən, 15:18 |
|
|
|
• İran Zəngəzur dəhlizinin adının dəyişdirilməsinə etiraz etdi - KİV
Dünən, 15:12 |
|
|
|
• Bu il Bakı ilə İrəvan arasında sülh müqaviləsi imzalanacaq? – ASTROLOQDAN PROQNOZ
Dünən, 15:08 |
|
|
|
• Xəzər və Suraxanı tibb mərkəzlərinə yeni direktorlar təyin olunub - FOTO
Dünən, 15:05 |
|
|
|
|