KÜRSÜSÜ OYNAQ OLAN MƏMURLAR HANSILARDIR?
Tarix: 13-09-2013, 13:25 | Çap et
 KİM HANSI VƏZİFƏDƏN YOLA SALINIR?
DİA.AZ: - Seçkidən sonra hökumət daxilində ciddi kadr islahatlarının aparılacağı proqnozlaşdırılır. Bununla bağlı mülahizələr yürüdən şərhçilər bildirirlər ki, seçkidən sonra bir neçə nazir, icra başçısı, komitə sədri, habelə digər vəzifələrdə çalışan şəxslər tutduqları görəvlərdən azad ediləcəklər. Hətta bəzi məmurların dövlətin əmlakını talamaqda ittiham olunaraq həbs ediləcəyi də yayılan məlumatlar arasındadır.
Keçən seçki təcrübələrindən də görmüşük ki, hər dəfə hökumət tərkibində kadr dəyişiklikləri olur, müxtəlif vəzifələri tutan şəxslər işlərini itirirlər. Sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin, hazırda həbsdə yatan sabiq nazirlər Əli İnsanov və Fərhad Əliyevin timsalında çox şeylərin şahidi olmuşuq və onların vəzifədən alınması da prezident seçkilərindən sonraya təsadüf edib. Ehtimal edilir ki, bu dəfə də eyni proses təkrarlanacaq və bir neçə yüksək vəzifəli məmur postundan gedəcək.
Vəzifədən uzaqlaşdırılmağa real namizədlər sırasında isə kənd təsərrüfatı naziri İsmət Abasovun, maliyyə naziri Samir Şərifovun, vergilər naziri Fazil Məmmədovun, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovun, Suraxanının icra hakimi İlqar Abbasovun, Cəbrayıl rayonunun icra başçısı Mahmud Quliyevin, Nəsimi rayonunun rəhbəri Nəsib Məhəməliyevin, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədovun, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin rəhbəri Rüfət Aslanlının və başqalarının adları daha çox çəkilir.
Özəl mənbələrdən əldə etdiyimiz informasiyaya əsasən, adı qeyd olunan şəxslərin seçkidən sonra vəzifələrini itirmək şansları çox böyükdür. Mənbənin sözlərinə görə, bu məmurların fəaliyyətində ciddi nöqsanlar mövcuddur, baş verən bütün işlərdən isə yuxarı orqanların məlumatı var: В«İsmət Abasovun gələcək karyera taleyi böyük sual altındadırВ». Mənbənin açıqlamasına görə, İsmət Abasov kənd təsərrüfatı naziri postundan uzaqlaşdırılsa, daha kiçik vəzifə ilə təsəlli tapa bilər: В«Belə ki, dolaşan xəbərlərə görə, nazirin Suraxanı Rayon İcra Hakimiyyətinə başçı qoyulması gözlənilir. Rayonun hazırkı rəhbəri İlqar Abbasovun seçkidən sonra işdən uzaqlaşdırılacağı yuxarılarda dəqiqləşdirilib. İsmət Abasovu onun yerinə qoymaq istəyirlərВ».
Qaynağın iddiasına görə, yuxarıda adları hallanan digər məmurların isə ümumiyyətlə, işsiz qalacağı deyilir: В«Həmin məmurların fəaliyyəti ayrı-ayrılıqda təftiş edilsə, heç birinin işi qənaətbəxş deyil. Qərib Məmmədovun rəhbərliyi altında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi demək olar ki, fəaliyyətsiz bir quruma çevrilib. Komitənin yerlərdəki şöbələrində rüşvətxorluq baş alıb gedir. Lap elə qurumun özündə də əyri işlərlə məşğul olan şəxslər yetərincədir. Komitənin fəaliyyətində üzə çıxan problemlərin məsuliyyətini isə birbaşa Qərib Məmmədov daşıyır. Ki, rəsmi dairələr sədrlə bağlı yaxın zamanlarda qəti qərarlarını açıqlayacaqlar. Diasporla İş üzrə Dövlət Komitəsinin işi də müsbət qiymətləndirilmir. Xaricdəki diaspor təşkilatları ilə istənilən səviyyədə münasibətlərin qurulmaması, lazımi təbliğat işlərinin aparılmaması yaranan problemlərin tərkib hissəsidir. Komitə rəhbəri Nazim İbrahimovun adı daha çox biznes işlərində çəkilir. Buna görə də sədrin vəzifə səlahiyyətlərinə xitam veriləcəyi gözlənilir. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı da işinin öhdəsindən layiqincə gələ bilməyən məmurlardan hesab olunur. Bu sahədə meydana gələn bəzi qüsurların səbəbkarı məhz sədr özüdür. Bunu nəzərə alan hökumət rəsmiləri onun vəzifədən alınmasının tərəfdarıdır. Xətainin rəhbəri Razim Məmmədovla, Cəbrayılın icra hakimi Mahmud Quliyevin, o cümlədən Nəsimini viran qoyan icra başçısı Nəsib Məhəməliyevin törətdiyi əməllər isə göz qabağındadır. Bu haqda əlavə şərh verməyə ehtiyac yoxdur. Böyük ehtimalla adlarını çəkdiyim məmurlar tezliklə tutduqları vəzifələri itirəcəklərВ». \ gundelik baku \
Yazıda adı qeyd olunan bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bərdə İcra Hakimiyyəti bir gündə iki tender elan edib - AY MAŞALLAH...
Bu gün, 18:34 |
|
|
|
• Alverçilərin BAZARI ÖLDÜ – “Heç kim bu maşınlara 20-25 min vermək istəmir”
Bu gün, 18:27 |
|
|
|
• "Abzas Media" işi: - Təqsirləndirilənlər barədə qərar...
Bu gün, 18:12 |
|
|
|
• Ucuz neft Azərbaycana problem yaradacaq? - GƏLİŞMƏ
Bu gün, 18:07 |
|
|
|
• Azərbaycan və Rusiyanın ortaq şirkəti ləğv edilir - DETALLAR
Bu gün, 18:00 |
|
|
|
• Pakistanlı MBA tələbələri “Ulduz” şokolad fabrikində istehsalat turunda iştirak ediblər - FOTO
Bu gün, 17:56 |
|
|
|
• “Anam yanımdadır, ondan güc alıram” - Aysundan gözlənilməyən paylaşım
Bu gün, 17:52 |
|
|
|
• Azərbaycan ciddi qərarları ilə COP-u işlək bir konfransa çevirdi - deputat
Bu gün, 17:46 |
|
|
|
• TƏBİB-də yoxlamalar başladı - NƏ BAŞ VERİR?
Bu gün, 17:43 |
|
|
|
• “Nazirin hərbi rütbəni bir pillə aşağı salmaq səlahiyyəti olmalıdır”
Bu gün, 17:41 |
|
|
|
• Bu ölkədə baş nazirin arvadın yandırıb öldürdülər
Bu gün, 17:39 |
|
|
|
• Məktəblərdə rus bölməsi QALMAQALI: müəllimlər sinif tapmır - Görünəni odur ki...
Bu gün, 17:36 |
|
|
|
• Bir kəndin sakitliyini pozan üç gün: iki uşaq anası 10 kişi ilə gəzdi, əri elə danışdı ki... - TƏFƏRRÜAT
Bu gün, 17:32 |
|
|
|
• Nazirlik TƏBİB-də yoxlamalara başladı
Bu gün, 16:20 |
|
|
|
• Polşa Belarusla sərhədi tam bağlayacaq
Bu gün, 15:57 |
|
|
|
• “Nar” “Naxtel” abunəçilərinə xüsusi kampaniya təklif edəcək
Bu gün, 15:55 |
|
|
|
• İndi də sosial şəbəkə hesablarımız HƏDƏFDƏ
Bu gün, 15:49 |
|
|
|
• Peşə məktəbləri ilə bağlı QALMAQAL
Bu gün, 15:10 |
|
|
|
• Azərbaycanda problemli kreditlər artır - SƏBƏBLƏR
Bu gün, 13:20 |
|
|
|
• "Fransa Makrondan bezib" - Volodin
Bu gün, 13:18 |
|
|
|
• II Qaregin Paşinyanla bağlı təlimat verdi - Zarkerak.am
Bu gün, 13:00 |
|
|
|
• Vaşinqton razılaşmaları və Rusiya: geosiyasi məğlubiyyət, yoxsa taktiki fasilə? - NƏ BAŞ VERİR?
Bu gün, 12:53 |
|
|
|
• Milli Arxiv İdarəsi üç yüz manata icarəyə götürdüyü Sumqayıt filialının təmir-tikintisindən nə qədər dövlət vəsaiti talayıb - İLGİNC FAKTLAR...
Bu gün, 12:51 |
|
|
|
• Azərbaycanla sülh sazişi ölkəmizə investisiyaları artıracaq - Ermənistan Mərkəzi Bankının sədri
Bu gün, 12:38 |
|
|
|
• "Kreditin ləğv olunmasını tələb etmişəm... AMMA..." - NARAZILIQ VAR...
Bu gün, 12:37 |
|
|
|
• Azərbaycan vətəndaşları üçün məhdudiyyət olan ölkə varmı? - AKTUAL
Bu gün, 12:03 |
|
|
|
• Qarabağ ermənilərinin köçəri həyat tərzi bölgədə problemləri davam etdirir - ŞƏRH
Bu gün, 11:56 |
|
|
|
• Adil Vəliyev icra nümayəndəsini işdən çıxardı - Yeni təyinatlar
Bu gün, 11:54 |
|
|
|
• Gürcüstan yenidən ÇALXALANIR – Rusiyanın dəhşətli ssenarisi belə İFŞA EDİLDİ
Bu gün, 11:50 |
|
|
|
• “Hansısa ingilisdilli qaqulik balası düşünüb ki, niyə taksi xidməti rəqabətli olmalıdır ki?” - ETİRAZ
Bu gün, 11:48 |
|
|
|
• Zəngəzur dəhlizinin Azərbaycan ərazisində tikinti işləri gələn il tamamlanacaq
Bu gün, 11:40 |
|
|
|
• Yasamalda “Avant” MTK özbaşınalığı… - VİDEO
Bu gün, 11:36 |
|
|
|
• Paşinyan Yaponiyadan qayıdan zaman hökumət təyyarəsi Monqolustan və Qazaxıstanda niyə dayanıb?
Bu gün, 11:24 |
|
|
|
• Ermənistanın varlığı Türkiyə və Azərbaycanla normallaşmadan asılıdır - ŞƏRH
Bu gün, 11:20 |
|
|
|
• Sabiq icra başçısına məxsus olduğu deyilən otel 236 milyon manata satışa çıxarılıb – Fotolar
Bu gün, 11:18 |
|
|
|
• Azərbaycanda bu nazirliklərin birləşəcəyi - GÖZLƏNİLİR
Bu gün, 11:12 |
|
|
|
• “FNC” BOKT 4,75 milyon manatlıq borc cəlb edir
Bu gün, 11:07 |
|
|
|
• Yaslarda ehsan ləğv edilir - İllərin ənənəsinə hörmətsizlik, yoxsa dini qayda?
Bu gün, 11:03 |
|
|
|
• Xalq artisti Sərdar Fərəcovun son durumu açıqlanıb
Bu gün, 10:57 |
|
|
|
• Pakistan Ermənistana buna görə "yaşıl işıq" YANDIRIR - TASS
Bu gün, 10:49 |
|
|
|
• Evləri sökülən “Bayırşəhər” sakinləri... - "Gələcəyinizi ucuz satmayın"
Bu gün, 10:43 |
|
|
|
• Payız və qış aylarında hansı kənd təsərrüfatı məhsulları bahalaşacaq? - Ekspert
Bu gün, 10:38 |
|
|
|
• Sabiq nazir müavini işdən çıxarıldı - Yeni vəzifə verildi
Bu gün, 10:36 |
|
|
|
• Maştağa sakinlərindən ŞİKAYƏT – “1991-ci ildən xətt çəkilib, amma su yoxdur...”
Bu gün, 10:32 |
|
|
|
• Paşinyan iş gününə hansı musiqi ilə başlayır?.. - "Aremenian Tayms"
Bu gün, 09:51 |
|
|
|
• Şirkətin pulunu mənimsəyən ekspeditorla bağlı qərar çıxarıldı - TƏFƏRRÜAT
Bu gün, 09:49 |
|
|
|
• Amerika tərəfi ilə "Tramp yolu" ilə bağlı müzakirələr planlaşdırılır - Ermənistan XİN
Bu gün, 09:45 |
|
|
|
• Etibar Məmmədov aktiv siyasətə qayıda bilər - AÇIQLAMA
Bu gün, 09:25 |
|
|
|
• Rusiya prosesdən kənarda qaldığını yaxşı dərk edir... - ONA GÖRƏ DƏ...
Bu gün, 09:21 |
|
|
|
• Paşinyanın təyyarəsi Azərbaycanın hava məkanına daxil olarkən… - AKTUAL
Bu gün, 09:19 |
|
|
|
|