Ordubadda dövlət xidmətinə RÜŞVƏT İTTİHAMI... .....                     Paşinyanın adamı Azərbaycana gəldi .....                     Azərbaycandan ucuz benzin alacağıq, Bakıda erməni malları satılacaq .....                     Dövlətin strateji obyekti Azercell-ə verilir .....                     907-ci düzəliş birdəfəlik ləğv edilməlidir .....                     Gömrükçülərin düşdüyü qəzaya görə sürücü həbs edildi .....                     Xaricdə təhsil vədi ilə dələduzluq edən “Pilgrim Education” qalmaqalı böyüyür .....                     Sülh müqaviləsinə sayılı günlər qaldı .....                     Xaçmaz xəstəxanasında FACİƏ .....                     "Atlas Medical"da qanunsuzluq: İxtisasa uyğun olmayan fəaliyyət, səhv müalicə... .....                     Ermənistanda sülhü dəstəkləyənlərin sayı artır .....                     “Azərsun” çirkaba batmış duzu bizə yedizdirir .....                     Eldar Mahmudovun adamı, yoxsa təsadüfi fiqur? .....                     "Bu “Bəxt üzüyü-2” o biri “Bəxt üzüyü” deyil" .....                     “Azərişıq” ASC-nin vəzifəli şəxslərinə hökm oxundu .....                     Niyazi Bayramov Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” .....                     İrəvandan Zəngəzur açıqlaması: .....                     Manaf Ağayevin oğlu işdən çıxarıldı .....                     SOCAR rəsmisinin rumın qızla gizli eşq macərası... .....                     Azərbaycanda şirkətin səhmdarlarında pay bölgüsü dəyişib .....                     MİDA uşaqların oynadığı yaşıllıq sahəsini söküb, şarj stansiyası tikir .....                     Direktor müavininin meyiti kanaldan tapıldı .....                     Azərbaycan kürünü xaricə neçəyə satır? .....                     İpoteka evlərinin qiyməti gənc ailələr üçün əlçatmaz olur .....                     “Bank of Baku” vəfat etmiş qazinin kredit borcunu niyə SİLMİR? .....                     9 saylı türmədə nələr baş verir? .....                     Xankəndidəki “Nənə və baba” heykəli sökülür? .....                     “Xüsusilə vəzifəli şəxslər caduya aludə olanda insanlar inanırlar” .....                     Paşinyanın partiyası qurultaya gedir .....                     Problemli kreditlər sürətlə artır: nə baş verir? .....                     Gəncə İdman Sarayında tikinti işlərinin davamına .....                     "MİDA" MMC auditor seçdi .....                     AŞPA müəyyən güc mərkəzlərinin təsiri altındadır .....                     Müğənniyə qarşı QULDURLUQ ETDİLƏR .....                     Gəlininə qumbara atan qayınataya .....                     Putinin İrəvanla bağlı yeni planları var... .....                     “Tərəqqi” medallı həkim şəhid ailələri və qazilər adından saxtakarlıqda təqsirli bilindi, amma... .....                     “Niyə iki il ərzində şikayət eləmirdin?” .....                     Mərkəzi Neftçilər Xəstəxanası vergi borcu olan şirkəti qalib seçdi .....                     Pensiyasının artırılması üçün DSMF-yə müraciət etdi, “borclu çıxdı” .....                 

OLİQARXLARIN “AĞ ŞƏHƏR” MAXİNASİYALARI
Tarix: 13-01-2012, 12:13 | Çap et
OLİQARXLARIN “AĞ ŞƏHƏR” MAXİNASİYALARI

BU LAYİHƏ, HƏM DƏ ÇİRKLİ PULLARIN YUYULMASI ÜÇÜN YENİ BƏHANƏDİR

DİA.AZ: - Məlum olduğu kimi, paytaxtın Qara Şəhər kimi tanıdığımız səmti yaxın zamanda öz simasını tanınmaz dərəcədə dəyişəcək və bu rayon "Ağ Şəhər" adlanacaq. Sahəsi 221 hektar olan bu ərazi, şəhərin müasir mərkəzi kimi bir anlayışı tamamilə dəyişərək və genişləndirərək yeni bir sima alacaq. Paytaxt İcra Hakimiyyətinin sərəncamı ilə hazırlanmış layihə Bakının yeni müasir mərkəzinin necə olacağını göz önündə canlandırır.

Paytaxt İcra Hakimiyyətindən yayılan sənədə görə, bu layihə Prezident İlham Əliyevin "2006-2010-cu illərdə Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə kompleks tədbirlər planı"nın təsdiq edilməsi haqqında fərmanının icrası çərçivəsində hazırlanıb. Rəsmi məlumatlarda bildirilir ki, "Ağ Şəhər" layihəsi sakinlərin yaşayış, iş, istirahət və əyləncələri üçün ən yaxşı şərait vəd edir. Bu rayonda şəhərtipli 10 universal kvartalın yaradılması nəzərdə tutulur. Buxtanın lap mərkəzində yerləşən Bakı Bulvarının abadlaşdırılması və genişləndirilməsi də planlaşdırılır.

Bakının müasir mərkəzi həm də şəhər nəqliyyatının yeni şəbəkəsinin yaradılması sayəsində universal olacaq. Belə ki, məsələn, burada Bakı "Ağ Şəhər"in mərkəzi meydanına çıxışı olan metro stansiyasının inşası, avtobus nəqliyyatı şəbəkəsi nəzərdə tutulub. Şəhərdən yığışdırılmış olan əski tramvay nəqliyyatı yenidən paytaxtımıza qayıdır. Belə ki, bütün sahil boyu tramvay xəttinin çəkilməsi də planlaşdırılır. Şübhəsiz, bu, yeni tipli bir tramvay xətti olacaq və ictimai nəqliyyat şəbəkəsinə yeni bir ünsür olaraq daxil ediləcək. Haqqında çoxdan bəri söz gedən su nəqliyyatından istifadə üçün bütün Bulvar xətti boyu dəniz yolu salınacaq. Şəhərlilər Azneft meydanından "Ağ Şəhər"ə sərnişin katerləri ilə gedə biləcəklər.

Bir sözlə, "Ağ Şəhər" paytaxtın ümumi mənzərəsini dəyişdirəcək, Bakının müasir görkəm almasında həlledici rol oynayacaq. Amma bizə daxil olan məlumatda kifayət qədər səs-küy doğuran bu maraqlı layihədən bəzi məmurların öz maraqları naminə faydalanmağa hazırlaşdığına dair iddialar daxil olmaqdadır. Söhbət xüsusilə nəqliyyat naziri Ziya Məmmədovla Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovdan gedir.

Əldə etdiyimiz məlumata görə, hər iki oliqarxın ailə şirkətləri "Ağ Şəhər" layihəsinin reallaşmasında yaxından iştirak etməkdədirlər. Və bu zaman diqqət Ziya Məmmədovun oğlunun rəhbərlik etdiyi "ZQAN Holdinq"ə və Nazim İbrahimovun qardaşı İbrahim İbrahimovun şirkətlərinə yönəlir.

Məsələn, Nazim İbrahimovun kifayət qədər məşhur olan və "Hacı İbrahim" kimi tanınan biznesmen qardaşı Xəzər üzərində Havay adalarına bənzər adaların inşası ilə məşğuldur. Ziya Məmmədovun holdinqi isə sahilboyu tramvay xətlərinin çəkilişini həyata keçirməyə əsas namizəddir. Oliqarxların ailə üzvlərinin nəzarətindəki şirkətlər bu işləri xüsusi biznes investisiyaları əsasında həyata keçirir və keçirəcəklər, bu isə əksər ekspertlərdə ilginc şübhələrin yaranmasına əsas verib. Söhbət özəlliklə ondan gedir ki, adətən iri məmurlara yaxın iş adamları dövlətin marağında olan, hökumətin sifarişi ilə həyata keçirdikləri hansısa layihə zamanı maraqlı bir fəndə əl atırlar. Əvvəlcə offşor zonalarda şirkət qeydiyyatdan keçirilir, sonra həmin şirkət guya tender vasitəsilə qalib elan olunur, ardınca isə projenin icrasına başlanılır. Bu isə oliqarxlara imkan verir ki, qeyri-qanuni yolllarla əldə edilən gəlirlərini - "çirkli pullar"ını offşor zonada yaradılan şirkətlərin xətti ilə həyata keçirdikləri layihələr vasitəsilə yusunlar.

Məsələn, bir müddət əvvəl Bakı avtovağzalı kompleksinin inşası zamanı bu cür meyllərin oliqarxlar arasında geniş yayıldığı sübut edilmiş, Ziya Məmmədovun deputat qardaşı Elton Məmmədovun da təsisçisi olduğu bir şirkətin offşor zona sayılan Vircin adalarında tələm-tələsik qeydiyyatdan keçirildiyi, bundan cəmi iki ay sonra isə avtovağzal komleksinin inşasının həmin şirkətə həvalə edildiyi ortaya çıxmışdı.

Bu isə bir daha təsdiqləyir ki, iri məmurların özlərinin yaxın qohum-əqrəbalarını nəhəng investisiya layihələrinə cəlb edilməsində xüsusi maraqları var. Belə ki, əgər həmin investisiya layihəsi dövlət hesabınadırsa, bu, külli miqdarda büdcə vəsaitini mənimsəmək imkanı yaradır. Yox əgər söhbət xüsusi, yəni qeyri-dövlət investisiya layihəsindən gedirsə, həmin layihəyə qoşulan məmur özünün qaynağı bəlli olmayan, "çirkli" pullarını "yumaq", varidatının önəmli hissəsini "təmizə" çıxarmaq üçün əla fürsət qazanır. Hər iki halda da söhbət korrupsiyadan gedir.

Onu da deyək ki, bizə daxil olan bu iddialarla bağlı təəssüf ki, adları çəkilən oliqarxlardan hər hansı münasibət öyrənməyimiz, onlarla hər hansı dəqiqləşdirmə aparmağımız mümkünsüzdür. Təbii ki, onların bu mövzuda münasibətlərini də məmnuniyyətlə çap etmək istəyərdik. Hələliksə sadəcə, bunu da vurğulamaqda fayda görürük ki, əgər səslənən iddialar doğrudursa, onda böyük sərvətlərə sahib olmadıqlarını, korrupsiyaya bulaşmadıqlarını deyən bu məmurların səmimiyyətinə inanmaq çətinləşir. Əks halda belə nəhəng projeləri hansı pullarla həyata keçirdiklərinə dair suallar yaranacaq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ordubadda dövlət xidmətinə RÜŞVƏT İTTİHAMI... - "Əsgərlikdən yayındırırlar..."
Bu gün, 12:45
Paşinyanın adamı Azərbaycana gəldi – Mustafayev isə Zəngəzura…
Bu gün, 12:31
Azərbaycandan ucuz benzin alacağıq, Bakıda erməni malları satılacaq - Simonyan
Bu gün, 12:22
Dövlətin strateji obyekti Azercell-ə verilir - İDDİA
Bu gün, 12:12
907-ci düzəliş birdəfəlik ləğv edilməlidir - ÇAĞIRIŞ
Bu gün, 12:00
Gömrükçülərin düşdüyü qəzaya görə sürücü həbs edildi - Bir nəfər ölmüşdü
Bu gün, 11:59
Xaricdə təhsil vədi ilə dələduzluq edən “Pilgrim Education” qalmaqalı böyüyür - NARAZILIQ VAR...
Bu gün, 11:56
Sülh müqaviləsinə sayılı günlər qaldı - İNCƏLƏMƏ
Bu gün, 11:52
Xaçmaz xəstəxanasında FACİƏ – 45 yaşlı kişi antibiotikdən sonra həyatını itirib
Bu gün, 11:47
"Atlas Medical"da qanunsuzluq: İxtisasa uyğun olmayan fəaliyyət, səhv müalicə... - TƏFƏRRÜAT
Bu gün, 11:46
Ermənistanda sülhü dəstəkləyənlərin sayı artır - AMMA...
Bu gün, 11:44
“Azərsun” çirkaba batmış duzu bizə yedizdirir - Masazır gölünə qarışan KANALİZASİYA
Bu gün, 11:40
Eldar Mahmudovun adamı, yoxsa təsadüfi fiqur? – Xəlil Göyüşovun qaranlıq əlaqələri
Bu gün, 11:34
"Bu “Bəxt üzüyü-2” o biri “Bəxt üzüyü” deyil"
Bu gün, 11:29
“Azərişıq” ASC-nin vəzifəli şəxslərinə hökm oxundu
Bu gün, 11:26
Niyazi Bayramov Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” - İLGİNC FAKTLAR...
Bu gün, 11:05
İrəvandan Zəngəzur açıqlaması: - Başladı, Mehridə dağlar dağıdılır
Bu gün, 11:02
Manaf Ağayevin oğlu işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 10:46
SOCAR rəsmisinin rumın qızla gizli eşq macərası... - FOTO
Bu gün, 10:38
Azərbaycanda şirkətin səhmdarlarında pay bölgüsü dəyişib
Bu gün, 10:33
MİDA uşaqların oynadığı yaşıllıq sahəsini söküb, şarj stansiyası tikir - Sakinlərdən ETİRAZ
Bu gün, 10:31
Direktor müavininin meyiti kanaldan tapıldı - TƏFƏRRÜAT
Bu gün, 10:16
Azərbaycan kürünü xaricə neçəyə satır? - AÇIQLAMA
Bu gün, 10:14
İpoteka evlərinin qiyməti gənc ailələr üçün əlçatmaz olur - NƏ ETMƏLİ?
Bu gün, 10:11
“Bank of Baku” vəfat etmiş qazinin kredit borcunu niyə SİLMİR? – Deputatlardan ETİRAZ
Bu gün, 10:05
9 saylı türmədə nələr baş verir? - müəmmalı görüş, dustaqlardan etiraz
Bu gün, 09:58
Xankəndidəki “Nənə və baba” heykəli sökülür? - “Ciddi memarlıq üslubu yoxdur, ona görə də..”
Bu gün, 09:54
“Xüsusilə vəzifəli şəxslər caduya aludə olanda insanlar inanırlar” - Tahir Kərimli
Bu gün, 09:50
Paşinyanın partiyası qurultaya gedir - KİV
Bu gün, 09:43
Problemli kreditlər sürətlə artır: nə baş verir? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 09:41
Gəncə İdman Sarayında tikinti işlərinin davamına daha 377 min manat vəsait ayrılıb
Bu gün, 09:34
"MİDA" MMC auditor seçdi - QALİB, MƏBLƏĞ
Bu gün, 09:28
AŞPA müəyyən güc mərkəzlərinin təsiri altındadır - FAKT BUDUR
Bu gün, 09:26
Müğənniyə qarşı QULDURLUQ ETDİLƏR - TƏFƏRRÜAT
Bu gün, 09:22
Gəlininə qumbara atan qayınataya - 15 il yarım həbs!
Bu gün, 09:11
Putinin İrəvanla bağlı yeni planları var... - GƏLİŞMƏ
Bu gün, 09:07
“Tərəqqi” medallı həkim şəhid ailələri və qazilər adından saxtakarlıqda təqsirli bilindi, amma... - MƏHKƏMƏ
Bu gün, 07:51
“Niyə iki il ərzində şikayət eləmirdin?” - Həbsdə olan politoloqun məhkəməsi
Bu gün, 07:48
Mərkəzi Neftçilər Xəstəxanası vergi borcu olan şirkəti qalib seçdi - TƏFƏRRÜAT
Bu gün, 07:46
Pensiyasının artırılması üçün DSMF-yə müraciət etdi, “borclu çıxdı” - BU NƏDİ BELƏ?
Bu gün, 07:43
İcra başçısı Məmməd Məmmədov 2 milyon manata bağ alıb? - AY MAŞALLAH...
Bu gün, 07:41
"Optimal Finance" BOKT vətəndaşları AZYAŞLI ÖVLADLARI İLƏ QORXUDUR - DƏRƏBƏYLİK
Bu gün, 07:38
“Müəllimlər üçün pul yığırlar, 50 manatı bəyənmirlər, 100-dən dəm vururlar” - GİLEY
Bu gün, 07:34
Müğənni Zaur Mikayılovdan şikayətləndi - “Yenə ölkə prezidentinə müraciət edək?"
Bu gün, 07:28
Məktəblərdə “təmir pulu” problemi: ayrılan büdcə hara gedir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:25
"Kreml Cənubi Qafqazda nüfuzunu təhdidlə saxlamağa çalışır" – Qərb mediası
Bu gün, 07:23
"Biz bilməliyik ki, dostumuz və düşmənimiz kim olub" - Nurəddin Mehdixanlı
Bu gün, 07:18
ABŞ Rusiya ilə ticarəti tam dayandıra bilər - KİV
Bu gün, 07:14
"Sevdiyim adamın hər şeyini görmək istəyirəm" - Pərvin Abıyeva
Bu gün, 07:12
Zibil məsələsi də “zibilə” dönüb - NƏ ETMƏLİ?
Bu gün, 07:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru