"Abzas Media" işi: .....                     Ucuz neft Azərbaycana problem yaradacaq? .....                     Azərbaycan və Rusiyanın ortaq şirkəti ləğv edilir .....                     Pakistanlı MBA tələbələri “Ulduz” şokolad fabrikində istehsalat turunda iştirak ediblər .....                     “Anam yanımdadır, ondan güc alıram” .....                     Azərbaycan ciddi qərarları ilə COP-u işlək bir konfransa çevirdi .....                     TƏBİB-də yoxlamalar başladı .....                     “Nazirin hərbi rütbəni bir pillə aşağı salmaq səlahiyyəti olmalıdır” .....                     Bu ölkədə baş nazirin arvadın yandırıb öldürdülər .....                     Məktəblərdə rus bölməsi QALMAQALI: müəllimlər sinif tapmır .....                     Bir kəndin sakitliyini pozan üç gün: iki uşaq anası 10 kişi ilə gəzdi, əri elə danışdı ki... .....                     Nazirlik TƏBİB-də yoxlamalara başladı .....                     Polşa Belarusla sərhədi tam bağlayacaq .....                     “Nar” “Naxtel” abunəçilərinə xüsusi kampaniya təklif edəcək .....                     İndi də sosial şəbəkə hesablarımız .....                     Peşə məktəbləri ilə bağlı QALMAQAL .....                     Azərbaycanda problemli kreditlər artır .....                     "Fransa Makrondan bezib" .....                     II Qaregin Paşinyanla bağlı təlimat verdi .....                     Vaşinqton razılaşmaları və Rusiya: geosiyasi məğlubiyyət, yoxsa taktiki fasilə? .....                     Milli Arxiv İdarəsi üç yüz manata icarəyə götürdüyü Sumqayıt filialının təmir-tikintisindən nə qədər dövlət vəsaiti talayıb .....                     Azərbaycanla sülh sazişi ölkəmizə investisiyaları artıracaq .....                     "Kreditin ləğv olunmasını tələb etmişəm... AMMA..." .....                     Azərbaycan vətəndaşları üçün məhdudiyyət olan ölkə varmı? .....                     Qarabağ ermənilərinin köçəri həyat tərzi bölgədə problemləri davam etdirir .....                     Adil Vəliyev icra nümayəndəsini işdən çıxardı .....                     Gürcüstan yenidən ÇALXALANIR .....                     “Hansısa ingilisdilli qaqulik balası düşünüb ki, niyə taksi xidməti rəqabətli olmalıdır ki?” .....                     Zəngəzur dəhlizinin Azərbaycan ərazisində tikinti işləri gələn il tamamlanacaq .....                     Yasamalda “Avant” MTK özbaşınalığı… .....                     Paşinyan Yaponiyadan qayıdan zaman hökumət təyyarəsi .....                     Ermənistanın varlığı Türkiyə və Azərbaycanla normallaşmadan asılıdır .....                     Sabiq icra başçısına məxsus olduğu deyilən otel 236 milyon manata satışa çıxarılıb .....                     Azərbaycanda bu nazirliklərin birləşəcəyi .....                     “FNC” BOKT 4,75 milyon manatlıq borc cəlb edir .....                     Yaslarda ehsan ləğv edilir .....                     Xalq artisti Sərdar Fərəcovun son durumu açıqlanıb .....                     Pakistan Ermənistana buna görə "yaşıl işıq" YANDIRIR .....                     Evləri sökülən “Bayırşəhər” sakinləri... .....                     Payız və qış aylarında hansı kənd təsərrüfatı məhsulları bahalaşacaq? .....                 

ƏHALİ “KRED-AGRO”DAN “DAD” DEYİR
Tarix: 14-12-2011, 14:29 | Çap et
ƏHALİ “KRED-AGRO”DAN “DAD” DEYİR

“YOXSA ÖMÜRÜMÜZÜN AXIRINA KİMİ YƏHUDİ BANKİRLƏRİNƏ SƏLƏM ÖDƏYƏCƏYİK?”

DİA.AZ: - Cəlilabad rayon sakini Həsənova Marifə redaksiyamıza şikayət məktubu ilə müraciət edib. DİA.AZ-a daxil olan məktubu olduğu kimi diqqətinizə çatdırırıq:

“Yazıb sizə bildirirəm ki, artıq 14 ildən çoxdur, ailəliklə banklara sələminə pul ödəyirik. Bilmək istəyirik respublikada bunun axırı olacaq, ya yox? Yoxsa ömürümüzün axırına kimi yəhudi bankirlərinə sələm ödəyəcəyik? Axırıncı dəfə oğlum CredAgro-dan 3 min manat sələminə pul götürüb. Həmin təşkilat bizə krediti çox yüksək faizlə- 36 faizlə verib.

Sələmçi cinayətkarlar yağışdan sonra göbələk kimi artıblar. Bilmək olarmı ac və yalavac ölkəyə bu qədər bankiri kim doldurub? Nəyə görə bankdan başqa heç yerdə pul tapmaq olmur götürməyə? Neft və milyonlar səltənətində belə olmamalıdır! Bankirlər sələm verərək 8 milyonluq xalqı qabaqlarında qul kimi işlədirlər. Onlara bu imtiyazları və səlahiyyətləri kim verib? Necə olub ki, bu quldurlar sələmi respublikamızda qanuni formaya salıblar və bununla xalqı çapıb talayırlar? Dəfələrlə qeyd olunub ki verilən kreditin faizi olduqca yüksəkdir, Milli Bankın qoyduğu standartlardan da yuxarıdır. Bəs respublikanın öz pulu hara yoxa çıxıb ki, məzlum azərbaycanlılar yəhudi bankirlərindən sələm götürürlər? Milli Məclisdən öz xeyirlərinə olan qanun dəyişiklərinə nail olublar. Onlar bunu hansı yolla ediblər?

Bank əhaliyə sələmi verəndə müxtəlif sənədlərə qol çəkdirir. Xalq o sənədlərə qol çəkəndə heç ora nə yazıldığına da baxmır. Çünki maddi durum elə acınacaqlı vəziyyətdədir ki, bir tikə pul ələ etmək ümidilə hər şeyə hazırdır. Əgər o müqavilədə yazsalar, pulu ödəməsən barmağın kəsiləcək, yenə də çoxları o pulu götürər, çünki uşağına bir tikə çörək pulu tapacağına, sabahkı günü necə yaşayacağına ümidi yoxdur. Bütün ziyalı, mədəni, abırlı adamlarımızı məhkəmə çəkişmələrinə cəlb etmiş, əsəblərini pozmuş, çapıb-talamışlar.

Bu böyük bir plandır, sələm genosidi əsrlərlə davam edir. İmkansız ailələr bu pulu götürüb ancaq müəyyən qayğılarının həllinə yönəldə bilirlər. Bununla da müvəkkil banklardan borclu olurlar. Bir il müddətində o krediti qaytarmaq üçün nələrə düçar olmurlar? Nəinki mal-qara alıb artıra bilmirlər, üstəlik öz təsərrüfatlarında olanları da satıb pulu və faizləri zorla bağlayırlar. Vətəndaşları infarkt həddinə çatdıran bu kreditlərdən necə yararlanmaq olar?

CredAgro uzun müddətli kreditlər vermir, çox qısa müddətə və həddən artıq yüksək faizlə pul buraxır. Bizə o pulu nə az, nə çox, 36 %-lə verib. Bizə verilən pulun 200 manatını bankın işçisi alıb cibinə qoyub, bankın hüquqşünası isə 100 manat öz “haqqını” alıb. 45 manat da mücərrəd sığorta pulunu çıxıblar. Bu pul bizə 50 %-ə başa gəlib. Eşidirsinizmi, CredAgronun kreditləri 50 faizə gəlib çıxır! Bir özünüz deyin, belə soyğunçuluq olarmı? Yəqin elə fikirləşirlər ki, xalq heroin alveri ilə məşğuldur, yüzə yüz qazanıb yarısını da bunlara verəcək. İştahaları pis deyil, götürdüyümüz 3 min manatın müqabilində bu yoldaşlara 4 min manat pul ödəməliyik! Dünyanın heç bir ölkəsində bu qədər yüksək bank faizi yoxdur.

CredAgro ilə bağlı sənədləri araşdırarkən məlum olur ki, heç bank da deyildir, məhdud məsuliyyətli qeyri-bank kredit təşkilatıdır. Qeyri-hökumət təşkilatı kimi ortaya düşüb, dərə xəlvət tülkü bəy prinsipi ilə bac-xəraj toplamaqla məşğuldur. Respublika mətbuatında CredAgro BOKT-nin rəhbəri Eldar Səfərovun malik olduğu sərvətlə bağlı ağlasığmaz məlumatlar dolaşır. Elə bu məlumatları gözdən keçirdikdə məsələnin nə yerdə olduğunu anlamaq çətin deyil. Hər halda, ay ərzində 2000 min manat qazanmaqla da bu imperiyanın qurulması mümkün deyil. Elə isə mötəbər mənbələrin ötürdüyü faktlarla siz də tanış olun. Eldar Cəfərovun topdağıtmaz əmlakı bunlardır:

1. Bakının Novxanı qəsəbəsində möhtəşəm villa – dəyəri 1.000.000 ABŞ dolları.
2. Bakı şəhəri Yasamal rayonu polis idarəsinin yaxınlığında mülk – dəyəri 500.000 ABŞ dolları.
3. 10-AA-315 dövlət nömrə nişanlı son model Mersedes “S-Klass” – dəyəri 120.000 ABŞ dolları.
4. “Toyoto-Prado” markalı avtomobil – dəyəri 60.000 ABŞ dolları.
5. Tovuz rayonu Düz Qırıqlı kəndi, Bakı-Qazax yolunun sağında yerləşən “Oğuz” şadlıq sarayı – dəyəri 700.000 ABŞ dolları.
6. “İnvest” BOKT-da anası (həm də təsisçidir) Cəfərova Xatunun adına 500.000 manat vəsait.
7. “Finans” Texnoloji Kredit Təşkilatında dayısı oğlu Fərid Nağıyevin adına 200.000 manat vəsait.
8. Yerli və xarici banklarda dəyəri 2.000.000 ABŞ dollarından çox olan səhm və pullar.

Xatırladaq ki, bu məlumatlar mətbuatda öz əksini tapıb. Hüquq mühafizə orqanlarından bu məlumatların dəqiqliyinin yoxlamasını istəyirik.

Müqavilə bağlanarkən də qanunlar pozulur, kapitalist imicinə xas aldadıcı manevrlər edilir. Bizimlə bağlanan kredit müqaviləsi ümumilikdə böyük şriftlərlə yazılıb. Amma əsas lazım olan hissə: “Bu müqaviləni oxuyun və hüquqşünasla məsləhətləşin. Əgər bu müqavilənin hər hansı müddəası sizə aydın deyilsə, yaxud bu müqavilənin hər hansı maddəsi ilə razı deyilsinizsə, bu müqaviləni imzalamayın” sözləri çox xırda şriftlərlə yazılıb. Nəyə görə? Müqavilə bağlanırsa, bütün hissəsi nəzərə çarpacaq dərəcədə eyni şriftlə yazılmalıdır. Və bəlkə də elə məhz bu hissəsi böyük şriftlə verilməlidir ki, qarşı tərəfin diqqətindən yayınmasın. Bəlkə birinin gözü zəifdir, bu sözləri necə oxuyacaq? Bunlar hamısı oyundur. Özlərinə sərf edən hissəni böyük şriftlərlə yazıb gözümüzə soxurlar, sərf eləməyən hissəni isə ondan iki dəfə kiçik xırda şriftlərlə salırlar ki, diqqətdən kənarda qalsın. Çünki bank işçiləri vətəndaşların kredit götürməməsində maraqlı deyillər, nə yolla olursa-olsun öz pullarını sırımaq və oradan öz “şapka”larını almaq istəyirlər. Olur ki vətəndaşın heç bir əmlakı olmur, ancaq təkid edirlər ki götür, sonrası Allah kərimdi. Təki onlara çatacaq rüşvəti xəlvətcə alıb mənimsəsinlər.

O cümlədən “Kreditorun hüquqları” hissəsinə çoxlu maddələr salınıb, kreditora soyğunçuluq üçün hər cür imkanlar yaradılsa da, “Borclunun hüquqları”nda heç pozisiya göstərilməyib. Xahiş edirəm ki, CredAgronun müqavilə blanklarını baxın. Hüquqi qiymət verin. Sən demə borclunun hüququ təkcə o imiş ki, pulu olsa, vaxtından qabaq ödəyib krediti bağlaya bilər. Vəssalam! Məgər bu hüquqdurmu?! Adi savadsız adam da bilir ki, bu şərt və tələbdir. Açıq şəkildə bu boyda Azərbaycan xalqını ələ salmaqla məşğuldurlar.

Artıq uzun müddətdir ki, bu cinayətkar sələmçi təşkilatın əməlləri və qeyri-insani əməlləri barəsində dövlət orqanlarına məktublar yazırıq. Deyəsən bu adamlara heç kəsin gücü çatmır. Bu yaxınlarda CredAgro Cəlilabad rayon təşkilatının kredit verilərkən rüşvət alan məsul işçiləri rayonda ev-ev gəzərək əhaliyə dil-ağız edirdilər. Bank işçiləri israrla xahiş edirdilər ki, vətəndaşlar onların rüşvət almasını, verilən pulun üstündə “şapka” tutmalarını açıb-ağartmasınlar, yoxsa onlar çətin duruma düşərlər və işdən çıxarılarlar. Bəli, bank öz tərəfindən qanunsuzluqlara göz yumur, amma bizi məhkəməyə verir. Qanun bunların tərəfindədir. Əlbəttə, məhkəmədə qalib gələcəklərinə əmindirlər. Bilirsinizmi nəyə görə? Mətbu məlumatlarından məlum olur ki, bu bankın çox etibarlı “krışa”sı var. “Bizim dövr” qəzetinin məlumatına görə CredAgronun daxili nəzarətçisi Arzu Əskərov Eldar Cəfərovun həmyerlisi və qohumu olmaqla yanaşı, həm də Respublika Baş Prokurorunun böyük köməkçisi Azər Əskərovun qardaşıdır. Məlumatlarda bildirilir ki, məhz bu faktdan yararlanaraq CredAgro-nun rəhbərliyi “problemli” hesab etdikləri müştərilərə qeyri-qanuni təzyiqlər göstərmək üçün xüsusi vasitələr hazırlamışdır. Belə ki həmin müştərilərin yanına göndərilən bir neçə nəfərdən ibarət dəstə müəyyən güc strukturlarının, o cümlədən Respublika Baş Prokurorluğunun, bəzən isə hətta ABŞ-ın Azərbaycandakı səfirliyinin təmsilçiləri kimi təqdim olunur. Bu qruplar isə öz “danılmaz” güc və nüfuzlarını təsdiq etmək üçün müştərilərlə son dərəcə kobud, təhqiraməz tərzdə davranırlar.

Görürsünüzmü Azərbaycan xalqını nə günə qoyublar? Çəmini tapıblar: bank açırsan, Respublika Prokurorluğundan, Ali Məhkəmədən, ya da DİN-dən bir nəfərin qohumunu işə götürürsən- vəssalam! Problemli məsələlər çıxanda istənilən an həmin dövlət strukturunun adından istifadə edib öz qara niyyətlərini həyata keçirirsən! Yəni görsünlər ki onların arxasında hansısa güc strukturu dayanıb. Bu cür haram üsullarla milyonlar qazananlar görəsən heç Azərbaycan xalqı qarşısında vicdan əzabı çəkirlərmi?

Bir çox banklarda Problemli Məsələlər üzrə Şöbələr yaradılıb, qoy Banditizmə və Terrorizmə qarşı Mübarizə qrupu həmin şöbələrlə maraqlansınlar. Onda görərlər ki, həmiş şöbədə işləyənlərin nə qədər evi, maşını var. Zorla əhalinin əlindən alıb öz adlarına keçiriblər. Bu şöbələrdə işləyənlərin çoxu potensial banditlərdir. Qanun boşluğundan istifadə edərək özlərinə sərvət yığır, xalqı çapıb talayırlar. Biz quldur deyilik, heç kəsin də puluna göz dikməmişik. Amma bu adamlar Azərbaycan xalqının cibinə göz dikiblər. Biz qul vəziyyətinə salınmışıq. Naməlum coğrafiyalardan ölkəmizə təşrif buyurmuş çağırılmamış qonaqlar banklar yaradır, xalqa sələminə pul paylayaraq qanımızı içməklə məşğul olur. Gəlin yoxlayın, elə bir ailə yoxdur ki, banka sələm ödəməsin. Elə ailə var ki, 5 banka faiz ödəyir.

Respublika mətbuatında CredAgro Qeyri Bank Kredit Təşkilatının strukturlarında vakant vəzifələrə yeni əməkdaşların rüşvət müqabilində təyin olunması halları da geniş yer almışdır. Məsələn, departament direktoru vəzifəsini almaq üçün - 30 000 manat, baş ofisdə hər hansı digər vəzifə üçün – 15 000-20 000 manat, filial müdiri vəzifəsinə - 20 000 manat və s. ödəmək lazım gəlir.

Kredit götürənləri də nəyə görəsə “Alfa Sığorta” Açıq Səhmdar Cəmiyətində məcburi qaydada sığorta elətdirirlər. Bu sığorta şirkətinin nə məzhəbə qulluq elədiyi məlum deyil. Sığorta kağızında müəmmalı şərtlər göstərilib, bu cəmiyyətin çətinə düşən insana hansı real köməyi edəcəyi müəmmalı qalır. Hüquq mühafizə orqanlarından və dövlət strukturlarından xahiş edirəm ki, “Alfa Sığorta” şirkətinin mühasibat sənədlərini araşdırsın və müəyyən etsinlər, indiyədək bu təşkilatın çətinə düşmüş borcçulara nə köməkliyi dəyib. Respublika mətbuatında CredAgro rəhbərliyinin icbari sığorta subyektlərini əvvəlcədən razılaşdığı sığorta şirkətlərinə yönəltməsi, bunun müqabilində isə sığorta məbləğinin 30-35 faizinin nağd şəkildə şirkət tərəfindən ona ödənilməsi barədə də iddialar irəli sürülüb. Respublikada sığorta mafiyası tüğyan edir və onun da acı bəlaları zəhmətkeş vətəndaşlarımızın başında çatlayır.

Bu faciənin sonu da görünmür, get-gedə əhalinin maddi vəziyyəti daha da pisləşir. Əhalinin güzaranının yaxşılaşması üçün sələmçilərə qarşı tədbirlər görülməlidir. Sələm qanunla konkret şəkildə qadağan olunmalıdır və onu verənlər cəzalandırılmalıdır”.


Vəfa Əliyeva - DİA.AZ










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Abzas Media" işi: - Təqsirləndirilənlər barədə qərar...
Bu gün, 18:12
Ucuz neft Azərbaycana problem yaradacaq? - GƏLİŞMƏ
Bu gün, 18:07
Azərbaycan və Rusiyanın ortaq şirkəti ləğv edilir - DETALLAR
Bu gün, 18:00
Pakistanlı MBA tələbələri “Ulduz” şokolad fabrikində istehsalat turunda iştirak ediblər - FOTO
Bu gün, 17:56
“Anam yanımdadır, ondan güc alıram” - Aysundan gözlənilməyən paylaşım
Bu gün, 17:52
Azərbaycan ciddi qərarları ilə COP-u işlək bir konfransa çevirdi - deputat
Bu gün, 17:46
TƏBİB-də yoxlamalar başladı - NƏ BAŞ VERİR?
Bu gün, 17:43
“Nazirin hərbi rütbəni bir pillə aşağı salmaq səlahiyyəti olmalıdır”
Bu gün, 17:41
Bu ölkədə baş nazirin arvadın yandırıb öldürdülər
Bu gün, 17:39
Məktəblərdə rus bölməsi QALMAQALI: müəllimlər sinif tapmır - Görünəni odur ki...
Bu gün, 17:36
Bir kəndin sakitliyini pozan üç gün: iki uşaq anası 10 kişi ilə gəzdi, əri elə danışdı ki... - TƏFƏRRÜAT
Bu gün, 17:32
Nazirlik TƏBİB-də yoxlamalara başladı
Bu gün, 16:20
Polşa Belarusla sərhədi tam bağlayacaq
Bu gün, 15:57
“Nar” “Naxtel” abunəçilərinə xüsusi kampaniya təklif edəcək
Bu gün, 15:55
İndi də sosial şəbəkə hesablarımız HƏDƏFDƏ
Bu gün, 15:49
Peşə məktəbləri ilə bağlı QALMAQAL
Bu gün, 15:10
Azərbaycanda problemli kreditlər artır - SƏBƏBLƏR
Bu gün, 13:20
"Fransa Makrondan bezib" - Volodin
Bu gün, 13:18
II Qaregin Paşinyanla bağlı təlimat verdi - Zarkerak.am
Bu gün, 13:00
Vaşinqton razılaşmaları və Rusiya: geosiyasi məğlubiyyət, yoxsa taktiki fasilə? - NƏ BAŞ VERİR?
Bu gün, 12:53
Milli Arxiv İdarəsi üç yüz manata icarəyə götürdüyü Sumqayıt filialının təmir-tikintisindən nə qədər dövlət vəsaiti talayıb - İLGİNC FAKTLAR...
Bu gün, 12:51
Azərbaycanla sülh sazişi ölkəmizə investisiyaları artıracaq - Ermənistan Mərkəzi Bankının sədri
Bu gün, 12:38
"Kreditin ləğv olunmasını tələb etmişəm... AMMA..." - NARAZILIQ VAR...
Bu gün, 12:37
Azərbaycan vətəndaşları üçün məhdudiyyət olan ölkə varmı? - AKTUAL
Bu gün, 12:03
Qarabağ ermənilərinin köçəri həyat tərzi bölgədə problemləri davam etdirir - ŞƏRH
Bu gün, 11:56
Adil Vəliyev icra nümayəndəsini işdən çıxardı - Yeni təyinatlar
Bu gün, 11:54
Gürcüstan yenidən ÇALXALANIR – Rusiyanın dəhşətli ssenarisi belə İFŞA EDİLDİ
Bu gün, 11:50
“Hansısa ingilisdilli qaqulik balası düşünüb ki, niyə taksi xidməti rəqabətli olmalıdır ki?” - ETİRAZ
Bu gün, 11:48
Zəngəzur dəhlizinin Azərbaycan ərazisində tikinti işləri gələn il tamamlanacaq
Bu gün, 11:40
Yasamalda “Avant” MTK özbaşınalığı… - VİDEO
Bu gün, 11:36
Paşinyan Yaponiyadan qayıdan zaman hökumət təyyarəsi Monqolustan və Qazaxıstanda niyə dayanıb?
Bu gün, 11:24
Ermənistanın varlığı Türkiyə və Azərbaycanla normallaşmadan asılıdır - ŞƏRH
Bu gün, 11:20
Sabiq icra başçısına məxsus olduğu deyilən otel 236 milyon manata satışa çıxarılıb – Fotolar
Bu gün, 11:18
Azərbaycanda bu nazirliklərin birləşəcəyi - GÖZLƏNİLİR
Bu gün, 11:12
“FNC” BOKT 4,75 milyon manatlıq borc cəlb edir
Bu gün, 11:07
Yaslarda ehsan ləğv edilir - İllərin ənənəsinə hörmətsizlik, yoxsa dini qayda?
Bu gün, 11:03
Xalq artisti Sərdar Fərəcovun son durumu açıqlanıb
Bu gün, 10:57
Pakistan Ermənistana buna görə "yaşıl işıq" YANDIRIR - TASS
Bu gün, 10:49
Evləri sökülən “Bayırşəhər” sakinləri... - "Gələcəyinizi ucuz satmayın"
Bu gün, 10:43
Payız və qış aylarında hansı kənd təsərrüfatı məhsulları bahalaşacaq? - Ekspert
Bu gün, 10:38
Sabiq nazir müavini işdən çıxarıldı - Yeni vəzifə verildi
Bu gün, 10:36
Maştağa sakinlərindən ŞİKAYƏT – “1991-ci ildən xətt çəkilib, amma su yoxdur...”
Bu gün, 10:32
Paşinyan iş gününə hansı musiqi ilə başlayır?.. - "Aremenian Tayms"
Bu gün, 09:51
Şirkətin pulunu mənimsəyən ekspeditorla bağlı qərar çıxarıldı - TƏFƏRRÜAT
Bu gün, 09:49
Amerika tərəfi ilə "Tramp yolu" ilə bağlı müzakirələr planlaşdırılır - Ermənistan XİN
Bu gün, 09:45
Etibar Məmmədov aktiv siyasətə qayıda bilər - AÇIQLAMA
Bu gün, 09:25
Rusiya prosesdən kənarda qaldığını yaxşı dərk edir... - ONA GÖRƏ DƏ...
Bu gün, 09:21
Paşinyanın təyyarəsi Azərbaycanın hava məkanına daxil olarkən… - AKTUAL
Bu gün, 09:19
Ət bazarında qıtlıq və bahalaşma DAYANMIR - NƏ ETMƏLİ?
Bu gün, 09:18
İrəvan hökumətinin götürdüyü xətt qənaətbəxşdir... - AMMA...
Bu gün, 09:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru