36 ilin işçisi ixtisara salınır: HARA GETSİN BƏS? .....                     DİM sədri yenə ekspertlərin BOSTANINA DAŞ ATDI .....                     “Təəssüf ki, bəzən yalnız ehsan süfrəsinə görə yasa gələnlər olur” .....                     Türkiyə bazaları Azərbaycana GƏLİR, ölkəmiz NATO-ya ÜZV OLUR .....                     Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək .....                     Ukraynada hərbi vəziyyətin müddəti uzadılır .....                     Azərbaycan və yeni Suriya: Bakı Yaxın Şərqin yeni düzənini necə formalaşdırır .....                     NDU-da QALMAQAL: “Dekan bizə cinsi əlaqə təklif etdi” .....                     Tender bazarının daha bir ”XODGEDƏNİ”: ”SAFFİRA PLUS”... .....                     “Söz verdiyim kimi vəzifəmdən gedirəm, qoy sevincləri artıq olsun” .....                     Müştərini döyən “Uber”in sürücüsünə hökm oxundu .....                     Rövşən Rzayev və Əli Həsənli şirkətin işçilərinə çox maaş yazıb sonra geri alırlar? .....                     “Kontakt Home” müştəriyə əzik kondisioner satdı .....                     "Rusiyaya uzaqmənzilli zərbələr endiriləcək" .....                     Ərzaq bazarının monopolist şirkəti "Azərsun" medianı kababxanalara qaytarır .....                     İşəgötürən bu halda maddi və mənəvi məsuliyyət daşıyır .....                     Ağlar günə qoyulan QUSAR TƏHSİLİ... .....                     "Cahid Şahbazova cinayət işi açılıb" .....                     "Qızlar əncir yarpağında çölə çıxsalar bundan abırlıdır" .....                     Abbas şikayətini geri götürmək üçün pul alıb .....                     Dövlət Radiotezliklər İdarəsinin qızılgül, qərənfil, əklil almaq istəyi baş tutmadı .....                     Düşünürdüm ki, Putin sözünün üstündə duran adamdır .....                     Qaxda günlük ev qiymətləri “OD-TUTUB yanır” .....                     9 saylı türmədə nələr baş verir? .....                     “Sədərək Yusif”in oğlunun evindən oğurluq edən qadınla bağlı qərar ləğv edildi .....                     Fazil Mustafaya sui-qəsd edənlərin ailəsi ondan imdad diləyib? .....                     Paşinyan Bakı və Ankaraya “təslim” oldu .....                     Karapetyan HƏBSDƏ OLSA BELƏ... .....                     Bu məktəbə direktor təyin olundu .....                     "Azersun”un əməkdaşı HƏBS OLUNACAQMI? .....                     Türkiyə telekanalında tarixi torpaqlarımız KÜRDLƏRƏ PEŞKƏŞ OLUNDU .....                     Naxçıvanda səhiyyə sistemi İFLAS EDİB .....                     Nikol Paşinyan Brüsselə işgüzar səfərə yollanıb .....                     Kibercinayətkarlardan görünməmiş əməllər: DTX ifşa etdi .....                     100 manatlıq holdinqdə müştəriyə belə KƏF GƏLİRLƏR... .....                     Bakıda daha bir ENDİRİM FIRILDAĞI .....                     Rusiya kəşfiyyatı MARIQDA YATIB... .....                     Bu halda İŞ DAYANDIRILIR... .....                     `Azəriqaz`-da yeni QAYDA: “Xoşun gəlmirsə, ərizəni yazıb çıx” .....                     Şaranın Bakıdan ayrılan kimi Əliyevə yazdığı məktubda bu sözü... .....                 

"YAP-IN BAŞQA NAMİZƏDİNİN OLMASI BARƏDƏ SÖHBƏT BELƏ GETMƏYİB"
Tarix: 4-06-2013, 11:42 | Çap et
"YAP-IN BAŞQA NAMİZƏDİNİN OLMASI BARƏDƏ SÖHBƏT BELƏ GETMƏYİB"
Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov “Media forum” saytının suallarını cavablandırıb.

- YAP iyunun 7-də qurultay keçirməyə qərar verib. Gündəlikdə hansı məsələlər var?

- Əsas məsələ YAP-ın prezidentliyə namizədinin irəli sürülməsi, bununla bağlı qərarın verilməsidir. Qurultaya hazırlıq üzrə konfranslarda iştirak edən bütün nümayəndələr, orada çıxış edənlər, bütövlükdə həmin ərazinin seçiciləri birmənalı şəkildə prezident İlham Əliyevin namizədliyini irəli sürüblər. Konfrans iştirakçıları, seçicilər qurultay nümayəndələrinə səlahiyyət veriblər ki, onların adından bu təklif səsləndirilsin, cənab İlham Əliyevin namizədliyi irəli sürülsün.

- Gündəlikdə təşkilati məsələlər də varmı?

- Bu, qurultayın qərarından asılıdır. Toplananda müəyyən məsələlərə baxılması orada verilən qərardan asılı olacaq. Partiya üzvləri bir araya gəlirsə, orada müəyyən məsələlərə də baxmaq olar.

- YAP rəhbərliyi bəyan etmişdi ki, prezident seçkisinə start veriləndən sonra qurultay keçiriləcək və partiyanın namizədi irəli sürüləcək. Qurultay üçün elan olunan ilkin tarix avqust ayı idi. Vaxtı niyə dəyişdiniz?

- Burada iki məsələ vardı. Bizim seçki planımız birillik nəzərdə tutulur. Qurultayın keçirilməsinin və namizədin irəli sürülməsinin avqusta nəzərdə tutulması Seçki Məcəlləsində olan müddəa ilə bağlı idi. Məcəllədə olan müddəaya əsasən, namizəd seçki elan olunduqdan sonra irəli sürülür. Amma digər maddədə deyilir ki, namizəd istənilən vaxt irəli sürülə bilər. Bununla bağlı məsləhətləşmələr getdi, müəyyən məsələlər dəqiqləşdirilirdi. Hüquqi cəhətdən problem olmadığı müəyyənləşdi, namizədimizi iyun ayında irəli sürməyimizin daha münasib olduğu qənaətinə gəldik. Bütün bunları nəzərə alaraq qurultayı iyunda keçiririk.

Bizim ilkin planımızda qurultayın keçirilməsi həm iyun, həm də avqusta nəzərdə tutulmuşdu. Seçki Məcəlləsi ilə əlaqədar müəyyən məsələlərə baxdıqdan və dəqiqləşdirmə apardıqdan sonra qurultay iyuna təyin edildi. Burada qeyri-adi heç nə yoxdur.

- Bunu həm də “YAP-ın namizədi kim olacaq” sualına son qoymaq üçün atılmış bir addım kimi qiymətləndirmək olarmı?

- Əvvəl gündən hər bir insan YAP-ın prezidentliyə namizədi kimi birmənalı şəkildə partiya sədri, prezident İlham Əliyevi dəstəkləyib. Bir il əvvəl də belə olub, indi də belədir. YAP-ın yekdil qərarı cənab İlham Əliyevin namizəd olmasından ibarətdir. Bu söz-söhbəti ortaya atan bəzi müxalifət partiyaları və mətbuat orqanlarıdır. Heç vaxt YAP-ın başqa namizədinin olması ilə bağlı söhbət getməyib. Bu ancaq araqarışdıranların əməlləridir.

- Qurultayda YAP-ın namizədinin başqa şəxs olması haqda qərar verilmə ehtimalı varmı?

- Yeni Azərbaycan Partiyasının altı yüz mindən artıq üzvü, o cümlədən Azərbaycan cəmiyyəti, əhali ümummilli lider Heydər Əliyev siyasətinin davam etməsini istəyir. Azərbaycanın iqtisadi inkişafı, beynəlxalq əlaqələrin genişləndirilməsi, dünyada özünə yer tutması, son on ildə iqtisadi inkişaf, sosial problemlərin həll olunması, dövlət büdcəsinin gəlirlərinin artması və bütün bu kimi irəliləyişləri nəzərə alaraq xalqın bizdən bir tələbi var: növbəti prezident seçkisində Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin namizədliyi irəli sürülsün.

- YAP qurultayın vaxtı və prezidentliyə namizəd olması ilə bağlı partiya sədri İlham Əliyevin razılığını alıbmı?

- Bu, partiyanın qərarıdır. Hər bir partiya üzvü də partiyanın çıxardığı qərara tabe olur.

- O cümlədən partiya sədri...

- Xeyr, bizdə partiya sədri istisna təşkil edir. Bizim nizamnamədə göstərilib ki, sədrin qurultayı çağırmaq barədə xüsusi səlahiyyəti var.

- İyunun 7-də keçiriləcək qurultayı sədr çağırıb, yoxsa İdarə Heyəti?

- Hamı birlikdə. Bizdə qərar kollektiv şəkildə qəbul olunur.

- İdarə Heyətinin sonuncu iclası nə vaxt olub? İlham Əliyev iclasda iştirak edirdimi?

- Prezidentin iclasda iştirak edib-etməməsinin məsələyə aidiyyəti yoxdur. Amma gündəlik və qəbul olunacaq bütün qərarlar partiya sədri ilə razılaşdırılır.

- O cümlədən namizəd olmaq məsələsi...

- YAP iqtidar partiyasıdır. İqtidar partiyasında sədrsiz hər hansı bir qərar qəbul olunmur. Gündəliyə əsas məsələ olan namizədin irəli sürülməsi daxil edilibsə, deməli, sədrin razılığı alınıb. Biz dərnək, ictimai təşkilat deyilik ki, sədrsiz qərar verək.

- Qurultayda YAP-ın namizədin müəyyənləşdirilməsinin, yaxud elan olunmasının İdarə Heyəti və ya Siyasi Şuraya tapşırılması ehtimalı varmı?

- Namizəd qurultayda irəli sürülür. Digər məsələlər, yəni səlahiyyətli nümayəndələrin təyin olunması, namizədin irəli sürülməsi sahəsində hüquqi addımların atılması Siyasi Şuraya həvalə olunacaq.

- Partiyada üç sədr müavinindən ikisi hazırda fəaliyyətdə deyil. Sirus Təbrizli partiyadan çıxarılıb, Murtuz Ələsgərov dünyasını dəyişib. Müavinlər məsələsinə də baxılması gözlənirmi?

- Qurultayın qərarından asılıdır.

- Ehtiyac varmı?

- Qurultayın gündəliyində hələ ki, əsas bir məsələ var. Bu da namizədin irəli sürülməsidir.

- Müxalifət partiyalarını dəvət etmisinizmi?

- Bu, işgüzar qurultaydır, sırf qurultay nümayəndələri cəlb olunub. Dəvətli şəxs yoxdur.

- YAP üzvü, keçmiş deputat Maksim Musayev qurultaya dəvət olunmamasından narazıdır. Keçmiş deputatlar Musa Musayevi, Alqış Həsənoğlunu qurultaya dəvət etmisinizmi?

- Musa Musayev qurultay nümayəndəsidir, Nəsimi rayon təşkilatı onu qurultaya nümayəndə seçib. Bilirsiniz, burada nümayəndəlik norması müəyyənləşib. Təxminən 600 min nəfər partiya üzvü var, hər biri qurultayda iştirak etməyə layiqdir. Amma hamısını bir yerə yığmaq qeyri-mümkündür. Ona görə də təxminən min nəfərə bir nəfər nümayəndəlik norması müəyyənləşib. Ən fəal insanlar qurultaya cəlb edilir. Həm də yaş senzinə və cinsə görə balans gözlənir. O adam qurultaya seçilir ki, partiya ilə mütəmadi əlaqə saxlayır, təşkilatın həyatında aktiv iştirak edir. Bu baxımdan heç bir incikliyə ehtiyac yoxdur. Qurultaya 83 şəhər və rayon təşkilatından 780-ə yaxın nümayəndə seçilib. Konfransda iştirak etmiş nümayəndələr elə qurultayda iştirak etmiş kimidir. Çünki onlar da öz nümayəndələrini seçir.

- Son zamanlar partiya üzvlərinin narazılığı artır...

- Mən elə bir narazılıq görmürəm. Bir-iki nəfər ortaya düşmüşdü. O da şəxsi narazılıq olub.

- Nəyi nəzərdə tutursunuz?

- Bunu özlərindən soruşun. Həmin şəxslərin böyük əksəriyyəti 15 ildir partiyaya üzvlük haqqı vermir.

- Qurultayda YAP-ın rəhbərliyinə yeni şəxsin gətirilməsi mümkündürmü?

- Bu, qurultayın və sədrin qərarından asılıdır.

- Qurultay harada keçiriləcək?

- Bakının “Buta” sarayında.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
36 ilin işçisi ixtisara salınır: HARA GETSİN BƏS? - MÜRACİƏT
Bu gün, 11:50
DİM sədri yenə ekspertlərin BOSTANINA DAŞ ATDI - Mediada işimizi müzakirə edənlər sanki paralel həyatda yaşayır
Bu gün, 11:43
“Təəssüf ki, bəzən yalnız ehsan süfrəsinə görə yasa gələnlər olur” -İLAHİYYATÇIDAN AÇIQLAMA
Bu gün, 11:40
Türkiyə bazaları Azərbaycana GƏLİR, ölkəmiz NATO-ya ÜZV OLUR – Rusiya ŞOKDA!
Bu gün, 11:37
Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək
Bu gün, 11:35
Ukraynada hərbi vəziyyətin müddəti uzadılır
Bu gün, 11:31
Azərbaycan və yeni Suriya: Bakı Yaxın Şərqin yeni düzənini necə formalaşdırır - İNCƏLƏMƏ
Bu gün, 11:30
NDU-da QALMAQAL: “Dekan bizə cinsi əlaqə təklif etdi” - ŞOK TƏFƏRRÜAT
Bu gün, 11:23
Tender bazarının daha bir ”XODGEDƏNİ”: ”SAFFİRA PLUS”... - DETALLAR
Bu gün, 11:15
“Söz verdiyim kimi vəzifəmdən gedirəm, qoy sevincləri artıq olsun” - ANAR
Bu gün, 11:10
Müştərini döyən “Uber”in sürücüsünə hökm oxundu
Bu gün, 11:09
Rövşən Rzayev və Əli Həsənli şirkətin işçilərinə çox maaş yazıb sonra geri alırlar? - İTTİHAM VAR
Bu gün, 11:07
“Kontakt Home” müştəriyə əzik kondisioner satdı - FOTO
Bu gün, 11:02
"Rusiyaya uzaqmənzilli zərbələr endiriləcək" - Zelenski
Bu gün, 11:00
Ərzaq bazarının monopolist şirkəti "Azərsun" medianı kababxanalara qaytarır - BU NƏDİ BELƏ?
Bu gün, 10:46
İşəgötürən bu halda maddi və mənəvi məsuliyyət daşıyır - Ekspert danışır...
Bu gün, 10:35
Ağlar günə qoyulan QUSAR TƏHSİLİ... - İTTİHAM VAR...
Bu gün, 10:30
"Cahid Şahbazova cinayət işi açılıb" - TƏFƏRRÜAT
Bu gün, 10:27
"Qızlar əncir yarpağında çölə çıxsalar bundan abırlıdır" - Xalq artisti
Bu gün, 10:23
Abbas şikayətini geri götürmək üçün pul alıb - AÇIQLAMA
Bu gün, 10:21
Dövlət Radiotezliklər İdarəsinin qızılgül, qərənfil, əklil almaq istəyi baş tutmadı
Bu gün, 10:17
Düşünürdüm ki, Putin sözünün üstündə duran adamdır - Tramp
Bu gün, 10:16
Qaxda günlük ev qiymətləri “OD-TUTUB yanır” - REPORTAJ
Bu gün, 10:14
9 saylı türmədə nələr baş verir? - NARAZILIQ VAR...
Bu gün, 10:08
“Sədərək Yusif”in oğlunun evindən oğurluq edən qadınla bağlı qərar ləğv edildi - TƏFƏRRÜAT
Bu gün, 10:04
Fazil Mustafaya sui-qəsd edənlərin ailəsi ondan imdad diləyib? - Deputat danışdı
Bu gün, 10:01
Paşinyan Bakı və Ankaraya “təslim” oldu – İki ölkədən təxribat siqnalı
Bu gün, 09:57
Karapetyan HƏBSDƏ OLSA BELƏ... - təşkilat yaradır...
Bu gün, 09:55
Bu məktəbə direktor təyin olundu - ƏMR
Bu gün, 09:51
"Azersun”un əməkdaşı HƏBS OLUNACAQMI? - Ortada sübut-dəlil olsa da...
Bu gün, 09:34
Türkiyə telekanalında tarixi torpaqlarımız KÜRDLƏRƏ PEŞKƏŞ OLUNDU - AXI NİYƏ?
Bu gün, 09:28
Naxçıvanda səhiyyə sistemi İFLAS EDİB - Əgər yolun xəstəxanalara düşərsə...
Bu gün, 09:24
Nikol Paşinyan Brüsselə işgüzar səfərə yollanıb - KİV
Bu gün, 09:18
Kibercinayətkarlardan görünməmiş əməllər: DTX ifşa etdi - TƏFƏRRÜAT
Bu gün, 09:12
100 manatlıq holdinqdə müştəriyə belə KƏF GƏLİRLƏR... - GİLEY
Bu gün, 09:10
Bakıda daha bir ENDİRİM FIRILDAĞI - BU DA FAKT!
Bu gün, 08:59
Rusiya kəşfiyyatı MARIQDA YATIB... - Diqqətli olmalıyıq ki...
Bu gün, 08:50
Bu halda İŞ DAYANDIRILIR... - DİQQƏT!
Bu gün, 08:46
`Azəriqaz`-da yeni QAYDA: “Xoşun gəlmirsə, ərizəni yazıb çıx” - BU NƏDİ BELƏ?
Bu gün, 08:41
Şaranın Bakıdan ayrılan kimi Əliyevə yazdığı məktubda bu sözü... - AKTUAL
Bu gün, 07:03
“Taxta bazarın”dakı yanğın tam söndürülüb
Bu gün, 07:01
Pensiya yaşı ilə bağlı mühüm məsələ: azaldıla bilər – Bu halda
Bu gün, 06:05
Rusiya bazarı bizim üçün BAĞLANIR - NƏ ETMƏLİ?
Bu gün, 05:53
İlqar Mirzəyevin oğlundan ürək dağlayan paylaşım - "Əmin ol ki..."
Bu gün, 05:50
"Jurnalistlərin məhkəmə prosesini izləmələrinə imkan yaradılsaydı, əla olardı" - ÇAĞIRIŞ
Bu gün, 05:23
Rusiya öz qoyunlarının qulağına əriştə asa bilər - amma bizim bu sürü ilə yollarımız çoxdan ayrılıb
Bu gün, 05:16
Bakıda taxta bazarında güclü yanğın - FOTO, VİDEO
Bu gün, 05:01
Bu gün onların şəhadətə ucalmasından 5 il ötür - ANIM
Bu gün, 04:52
Gəlirlər azaldı, borclari 300 milyon artdı, “Azərenerji”nin vəziyyəti məlum oldu - HESABAT
Dünən, 19:01
“Prezidentliyə hazır olmadığımı düşünürdüm” – Putin
Dünən, 18:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru