Si Cinpin ŞƏT İnkişaf Bankının yaradılmasını təklif edib .....                     "Biz aldandıq,siz aldanmayın" .....                     Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Dövlət Başçıları Şurasının iclası başlayıb .....                     Üçüncü Dünya müharibəsi təhlükəsi? .....                     Bakıda evli kişi "xərçəng xəstəsiyəm" deyib sevgilisinə qarşı dələduzluq etdi .....                     NAXTEL LƏĞV OLUNUR .....                     Susuz qalan Türkiyə: böhran dərinləşir .....                     "İsrail dronları Azərbaycan sərhədindən keçib" .....                     Şanxay sammitində diqqətçəkən detal: bir ilk yaşandı .....                     "Putinin növbəti hədəfi Baltikyanı ölkələr yox, məhz Azərbaycandır" .....                     Çində gizli diplomatiya: Əliyev, Paşinyan və Ərdoğan ayaqüstü “üçlü” görüşdə .....                     KTMT Belarusda təlimlərə başladı .....                     "Gəldiyin ölkənin qayda-qanununa əməl etməlisən" .....                     ƏMƏLİ SALEH OLMAYAN SALEH MƏMMƏDOV: Çəkdiyi yol 10 ay da dözmür... .....                     "İrəvan bu istiqamətdə hərəkətə keçə bilər" .....                     Rus ordusu bu şəhərə daxil oldu .....                     "Bu şirkətlə uzun müddətdir problem yaşayıram..." .....                     Zaur Mikayılov BƏS NECƏ..: CƏZALANACAQMI? .....                     Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı əvvəldən də qərar verə bilərdi... .....                     İLLƏRİN ADİL VƏLİYEVİ: Hələ də vəzifədə... hələ də istədiyini edir... .....                     "Bu gün biz bir blogger xanımla birlikdə prokurorluğa müraciət etdik" .....                     Pekin Moskva və Tehrandan fərqli olaraq … .....                     Daha iki ölkə hərəkətə keçir: sərhəddə qırıcılar, raketlər… .....                     O, Əliyeva ilə yaxındır, olmaz... .....                     Mirsaleh Seyidovun VİLLA-TÜRMƏLƏRİ BAĞLANIR? .....                     İngilislər Paşinyanı Çinə köynəksiz YOLLADI .....                     Allahı gördüm, dedi, Rusiya hələ 17 il döyüşməlidir .....                     İranın İrəvandakı səfirinin ifşası etiraz doğurdu .....                     Daha bir ölkə NATO yolunu tutur .....                     Gerasimov Putini belə aldadır: .....                     Ukraynanın sabiq spikeri qətlindən altı ay əvvəl dövlət mühafizəsi istəyibmiş .....                     SOCAR-da SIĞORTA MÜƏMMASI .....                     Qobu bələdiyyəsinin ƏRKÖYÜN SƏDRİ... .....                     Problem yaratmaqda elə BİR BANKDIR... .....                     “İranın geoiqtisadi marağına heç də Zəngəzur dəhlizi zərbə vurmur” .....                     Tehran Qərbə, İrəvan da Moskvaya qarşı balans axtarır .....                     Tramp İllinoys qubernatorunu hədələyib .....                     İlham Əliyevin Çin səfəri: NƏYİ GÖZLƏYƏK... .....                     Babacanyan sevinir: Ermənistan bu siyahıda Azərbaycanı keçdi .....                     Barəsində əsassız xəbərlər yayılan məmur DANIŞDI .....                 

Səlim Müslümovun ardından O HƏBS OLUNA BİLƏR... - Keçmiş nazirin kölgədə saxladığı milyardlar
Tarix: 20-04-2021, 08:58 | Çap et
Səlim Müslümovun ardından O HƏBS OLUNA BİLƏR...
Dövlət Vergi Xidmətinin “Birlikdə kölgədən işığa doğru” reklamı yol kənarlarında diqqət çəkir. Bu reklam mətninin ortaya çıxmasında sabiq vergilər naziri Fazil Məmmədovun rolu böyükdür. Fazil Məmmədov vergilər naziri olduğu dönəmdə Azərbaycan iqtisadiyyatı kölgədə idi.

Bundan bəhrələnənlər sırasında ən başda elə bu vəziyyəti yaradan Fazil Məmmədov idi. Bu gün onun mal-mülkünün sayı-hesabı bilinmir. 4 ildir ki, Fazil Məmmədov vəzifədə deyil, amma kölgədə olan, gizli biznesləri haqda xəbərlər səngimək bilmir. Araşdırmaçı jurnalist Cavanşir Həsənli Fazil Məmmədovun kürəkəni Əbdül Əliyevin adına İngiltərədə yeni mülklərin alındığına dair məlumat paylaşıb: “Keçmiş vergilər naziri Fazil Məmmədovun kürəkəni Əbdül Əliyev az qala Londonun yarısını alıb. Bu ilin əvvəlində o, Londonda dəyəri milyonlarla funt-sterlinq olan daha 4 bahalı əmlak müqaviləsi bağlayıb. Müqavilələr Britaniya paytaxtının işgüzar səmtlərindən olan Windmill Street-dəki 37, 38, 39 və 40 saylı binaları əhatə edir. Həmin ünvanlarda hazırda ”THE LYRİC", “OLİVES & MEZE”, “WOK TO WALK” restoranları, “WEST & END” daşınmaz əmlak agentliyi yerləşir. Əbdül Əliyev hələ ötən ilin iyulunda Nottinqem şəhərinin mərkəzində də dəyəri 1.5 milyon funt sterlinq (3,3 milyon manat) olan binanı (Long Row küçəsi 50, 51 və 52) satın almışdı. Ötən ilin sentyabrında isə o, Britaniya paytaxtının Ladbroke Grove 131 və Ladbroke Crescent 25A ünvanlarında 1 milyon funt-sterlinq dəyərləndirilən iki binanı, eləcə də Croydon, Thornton Heath, Parchmore Road 84a ünvanında LANCASTER BUSİNESS PARK-dakı keçmiş əyləncə mərkəzinin (Leisure Centre) ərazisi (LAN21656 saylı mülkiyyət sənədi) də satın almışdı"...

Bu məlumata əlavə olaraq onu da qeyd edək ki, Əbdül Əliyevin atası Namiq Əliyev vergilər nazirinin müavini olub. Sabiq nazir Səlim Müslümovun həbsi fonunda ondan daha böyük korrupsioner olan Fazil Məmmədovun azadlıqda gəzməsi, sərvətinə sərvət qatması necə və nə ilə izah edilir?

Azərbaycan dövlətinin Qarabağı dirçəltmək üçün böyük vəsaitlərə ehtiyacı olduğu bir vaxtda Əbdül Əliyevin Londonda əmlaka milyonlar yatırmasının hesabı sabiq nazir Fazil Məmmədovdan və onun nazir müavini qudasından soruşulacaqmı? Hüquq-mühafizə orqanları uzun illər vergi adı ilə sahibkarları talayan bir sistemin başında durmuş bu şəxsləri məsuliyyətə cəlb edəcəkmi?

Hüquqşünas Əkrəm Həsənov “Yeni Müsavat”a deyib ki, hətta xaricə çıxarılan pullarla bağlı faktlar açıqlanmasa belə, məsələ ölkəmiz üçün aktualdır: “Dünyanın elə bir ölkəsi yoxdur ki, ilkin kapital yığımında çirkli pullar, cinayət üsulları olmasın. Bu, bir növ bəşəri həqiqətdir ki, müəyyən həcmdən artıq var-dövlətin toplanmasının kökündə cinayət durur. Fazil Məmmədov və onun kimi məmurların mövqeyindən sui-istifadə edərək, dövlət vəsaitləri, korrupsiya hesabına böyük miqdarda pul toplayıblar. Bu yolla ya ölkədə olan, ya da xaricə çıxarılan əmlak leqallaşdırılmır. Əksəriyyət var-dövlətini öz adına rəsmiləşdirmir, biznesinə birbaşa rəhbərlik edə bilmir. Fazil Məmmədovun əmlaklarını yaxınlarının adına dövr etməsi də təəccüblü deyil. Fazil Məmmədovun vergilər naziri postunda olduğu dönəmdə ölkədəki vergi sistemi onun varlanmasına xidmət edirdi. Bu da öz növbəsində iqtisadiyyatda passivlik yaratmışdı. Azərbaycanda toplanan ilkin kapitalın böyük bir qismi xarici ölkələrə aparılıb. Bu ölkələr ilk vaxtlarda kapital sahiblərini şirnikləndirib, külli miqdarda vəsaitlərin öz iqtisadiyyatlarına yatırılmasına nail olublar. İndi isə başlayıblar ki, bu pullar haradandır, mənşəyini açıqlayın və sair. İndi bu şəxslərin qarşısında iki yol var: ya mənşəyini sübut edə bilmədikləri əmlakların əllərindən alınması ilə razılaşmaq, ya da Azərbaycan dövləti ilə razılığa gələrək, müəyyən hissəsini dövlətə verməklə varidatını ölkəyə gətirmək. Bu zaman Azərbaycan dövləti həmin var-dövlətin mənşəyini təsdiqləyən sənəd verir, sahibləri isə onun bir hissəsini dövlətə verməklə, qalanını gətirib burada müxtəlif sahələrə yatırırlar”.

Hüquqşünasın fikrincə, indiyədək Azərbaycandan çıxarılan pulların həcmi 10 milyardlarla dollarla ölçülə bilər: “Maliyyə amnistiyasına gedilərsə, düşünürəm ki, dövlət bundan 30-40 milyard dollar gəlir əldə edə bilər. Amnistiya belə ola bilər ki, hər kəsə heç bir əlavə sorğu-sual edilmədən, mənşəyini göstərməyi istəmədən vəsaitlərini Azərbaycana gətirməyə icazə verilir. Onlara hər hansı təqibə, izlənməyə məruz qalmayacaqlarına dair təminat verilməlidir. İlk növbədə onların mülkiyyət hüququ tanınmalıdır. Bundan sonra pul sahiblərinin iqtisadiyyatın real sektoruna investisiya etmələri üçün əlverişli şərait formalaşdırılmalıdır”.

Hüquqşünas deyir ki, sabiq nazirlərin oğurladıqlarını geri qaytarmaq üçün seçilən alternativ yollardan biri də onların həbsindən keçir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Si Cinpin ŞƏT İnkişaf Bankının yaradılmasını təklif edib
Bu gün, 06:58
"Biz aldandıq,siz aldanmayın" - NARAZILIQ VAR...
Bu gün, 06:54
Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Dövlət Başçıları Şurasının iclası başlayıb
Bu gün, 06:44
Üçüncü Dünya müharibəsi təhlükəsi? – Yaxın 5 ildə 5 böyük münaqişə...
Bu gün, 06:40
Bakıda evli kişi "xərçəng xəstəsiyəm" deyib sevgilisinə qarşı dələduzluq etdi - TƏFƏRRÜAT
Bu gün, 06:23
NAXTEL LƏĞV OLUNUR - DİQQƏT
Bu gün, 02:00
Susuz qalan Türkiyə: böhran dərinləşir - AKTUAL
Bu gün, 00:46
"İsrail dronları Azərbaycan sərhədindən keçib" - YALANÇI TEHRAN
Bu gün, 00:43
Şanxay sammitində diqqətçəkən detal: bir ilk yaşandı – 2019-da nə deyilmişdi?
Dünən, 23:15
"Putinin növbəti hədəfi Baltikyanı ölkələr yox, məhz Azərbaycandır" - Ölkəmiz yenə təhdid olundu
Dünən, 23:12
Çində gizli diplomatiya: Əliyev, Paşinyan və Ərdoğan ayaqüstü “üçlü” görüşdə – yeni format doğulurmu?
Dünən, 23:10
KTMT Belarusda təlimlərə başladı
Dünən, 15:04
"Gəldiyin ölkənin qayda-qanununa əməl etməlisən" - Nadir Qafarzadə ruslara HAQQ QAZANDIRDI
Dünən, 14:29
ƏMƏLİ SALEH OLMAYAN SALEH MƏMMƏDOV: Çəkdiyi yol 10 ay da dözmür... - Prezidenti də ALDADIR?
Dünən, 14:17
"İrəvan bu istiqamətdə hərəkətə keçə bilər" - AKTUAL
Dünən, 14:05
Rus ordusu bu şəhərə daxil oldu - Puşilin
Dünən, 14:03
"Bu şirkətlə uzun müddətdir problem yaşayıram..." - GİLEY
Dünən, 14:00
Zaur Mikayılov BƏS NECƏ..: CƏZALANACAQMI? - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:40
Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı əvvəldən də qərar verə bilərdi... - deməli, MƏCBUR OLUB...
Dünən, 13:27
İLLƏRİN ADİL VƏLİYEVİ: Hələ də vəzifədə... hələ də istədiyini edir... - ÖZBAŞINA QALIBLAR...
Dünən, 13:24
"Bu gün biz bir blogger xanımla birlikdə prokurorluğa müraciət etdik" - QALMAQAL
Dünən, 13:20
Pekin Moskva və Tehrandan fərqli olaraq … - FAKT
Dünən, 13:07
Daha iki ölkə hərəkətə keçir: sərhəddə qırıcılar, raketlər… – Rusiya üçün yeni kabus
Dünən, 13:05
O, Əliyeva ilə yaxındır, olmaz... - Ermənilər panikaya düşdü
Dünən, 12:58
Mirsaleh Seyidovun VİLLA-TÜRMƏLƏRİ BAĞLANIR? - İLGİNC GƏLİŞMƏ
Dünən, 12:56
İngilislər Paşinyanı Çinə köynəksiz YOLLADI - “Svobodnaya pressa
Dünən, 11:39
Allahı gördüm, dedi, Rusiya hələ 17 il döyüşməlidir - Dugin
Dünən, 11:35
İranın İrəvandakı səfirinin ifşası etiraz doğurdu - danırlar, amma...
Dünən, 11:16
Daha bir ölkə NATO yolunu tutur – Stepaşindən sərt reaksiya
Dünən, 11:13
Gerasimov Putini belə aldadır: - Ağır itkilər...
Dünən, 11:00
Ukraynanın sabiq spikeri qətlindən altı ay əvvəl dövlət mühafizəsi istəyibmiş - UNİAN
Dünən, 10:59
SOCAR-da SIĞORTA MÜƏMMASI - AXI NİYƏ?..
Dünən, 10:57
Qobu bələdiyyəsinin ƏRKÖYÜN SƏDRİ... - DÖVLƏT NƏDƏNSƏ SEYR EDİR...
Dünən, 10:43
Problem yaratmaqda elə BİR BANKDIR... - NARAZILIQ VAR...
Dünən, 10:40
“İranın geoiqtisadi marağına heç də Zəngəzur dəhlizi zərbə vurmur” - deputat
Dünən, 10:30
Tehran Qərbə, İrəvan da Moskvaya qarşı balans axtarır - GƏLİŞMƏ
Dünən, 10:26
Tramp İllinoys qubernatorunu hədələyib - "Truth"
Dünən, 06:12
İlham Əliyevin Çin səfəri: NƏYİ GÖZLƏYƏK... - AKTUAL
Dünən, 06:09
Babacanyan sevinir: Ermənistan bu siyahıda Azərbaycanı keçdi - FOTO
Dünən, 06:06
Barəsində əsassız xəbərlər yayılan məmur DANIŞDI - “TikTok profilim olmayıb, saxta hesab açıblar”
Dünən, 05:53
“Əbədi qardaşlıq” mifinin sonu – Uçurum üzərində müttəfiqlik
Dünən, 05:49
Nazirlikdəki ləğv olunan "alış-veriş" yenidən gündəmdə - Aftafa, pəncərə, qapı dəstəyi, led və.s
Dünən, 05:45
"Bir aydan çoxdur səsim gedib"
Dünən, 05:39
İran Silahlı Qüvvələrinin rəisi Paşinyanın adamının üzünə bunları dedi! - TƏFƏRRÜAT
Dünən, 05:35
Ankara Bakıya ABŞ-la bağlı nə deyib? – Fidan təkzib etdi, Ərdoğan da bilirmiş
Dünən, 05:32
Kiber hücum riski yüksəlir: Azərbaycanda təhlükə ikiqat artıb - NƏ ETMƏLİ?
30-08-2025, 18:00
İranda MOSSAD əməliyyatı: saxlanılanlar var - KİV
30-08-2025, 17:58
5 min dollarlıq dronu 1 milyonluq raketlə vururlar - UCUZ QİYMƏTƏ DRON VURAN HAZIRLANIB
30-08-2025, 17:55
Müalicə üçün Azərbaycana hansı ölkələrdən gəlirlər? - SİYAHI
30-08-2025, 17:50
Rusiya ordusu martdan bəri Ukraynada 149 yaşayış məntəqəsini İŞĞAL EDİB
30-08-2025, 17:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru