"15 manatı açıq-aşkar OĞURLADILAR" .....                     AZƏRİQAZ gerçəkliyi: Savadı yoxdur... RƏİS TƏYİN EDİN! .....                     Tramp Ukrayna ilə bağlı sülh çalışmalarını dayandırmağı düşünür .....                     “Təbrik” şadlıq sarayı insanları necə zəhərləyir? .....                     Bakıda taksilər kəskin bahalaşdı .....                     Rusiyanı iflic etmə planı .....                     Si Cinpin ŞƏT İnkişaf Bankının yaradılmasını təklif edib .....                     "Biz aldandıq, siz aldanmayın" .....                     Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Dövlət Başçıları Şurasının iclası başlayıb .....                     Üçüncü Dünya müharibəsi təhlükəsi? .....                     Bakıda evli kişi "xərçəng xəstəsiyəm" deyib sevgilisinə qarşı dələduzluq etdi .....                     NAXTEL LƏĞV OLUNUR .....                     Susuz qalan Türkiyə: böhran dərinləşir .....                     "İsrail dronları Azərbaycan sərhədindən keçib" .....                     Şanxay sammitində diqqətçəkən detal: bir ilk yaşandı .....                     "Putinin növbəti hədəfi Baltikyanı ölkələr yox, məhz Azərbaycandır" .....                     Çində gizli diplomatiya: Əliyev, Paşinyan və Ərdoğan ayaqüstü “üçlü” görüşdə .....                     KTMT Belarusda təlimlərə başladı .....                     "Gəldiyin ölkənin qayda-qanununa əməl etməlisən" .....                     ƏMƏLİ SALEH OLMAYAN SALEH MƏMMƏDOV: Çəkdiyi yol 10 ay da dözmür... .....                     "İrəvan bu istiqamətdə hərəkətə keçə bilər" .....                     Rus ordusu bu şəhərə daxil oldu .....                     "Bu şirkətlə uzun müddətdir problem yaşayıram..." .....                     Zaur Mikayılov BƏS NECƏ..: CƏZALANACAQMI? .....                     Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı əvvəldən də qərar verə bilərdi... .....                     İLLƏRİN ADİL VƏLİYEVİ: Hələ də vəzifədə... hələ də istədiyini edir... .....                     "Bu gün biz bir blogger xanımla birlikdə prokurorluğa müraciət etdik" .....                     Pekin Moskva və Tehrandan fərqli olaraq … .....                     Daha iki ölkə hərəkətə keçir: sərhəddə qırıcılar, raketlər… .....                     O, Əliyeva ilə yaxındır, olmaz... .....                     Mirsaleh Seyidovun VİLLA-TÜRMƏLƏRİ BAĞLANIR? .....                     İngilislər Paşinyanı Çinə köynəksiz YOLLADI .....                     Allahı gördüm, dedi, Rusiya hələ 17 il döyüşməlidir .....                     İranın İrəvandakı səfirinin ifşası etiraz doğurdu .....                     Daha bir ölkə NATO yolunu tutur .....                     Gerasimov Putini belə aldadır: .....                     Ukraynanın sabiq spikeri qətlindən altı ay əvvəl dövlət mühafizəsi istəyibmiş .....                     SOCAR-da SIĞORTA MÜƏMMASI .....                     Qobu bələdiyyəsinin ƏRKÖYÜN SƏDRİ... .....                     Problem yaratmaqda elə BİR BANKDIR... .....                 

TƏBİB-lə Nazirliyin “COVİD terroru” - iki nəfərə bir peyvənd, xəstəxanalarda gestapo, morqlarda rüşvət...
Tarix: 31-03-2021, 09:57 | Çap et
TƏBİB-lə Nazirliyin “COVİD terroru”
Kamyunun “Taun” romanı acı həqiqətlə finişə çatır və pessimizmin kulminasiya nöqtəsi sayılır: “Şəhərdən qalxan şən sədaları dinlədikcə həkim Ryö fikirləşirdi ki, bu şənlik yenə yasa çevrilə bilər.
O bilirdi ki, sevincdən qışqıran əhali çox şeydən bixəbərdir. Çünki onlar bilmirlər taun mikrobu nə ölür, nə yoxa çıxır...”
Azərbaycanda əhaliyə 1 il ərzində yaşadılan karantin stressi eynilə bu romanın finişinə oxşayır. Hər dəfə karantin yumşaldılanda insanlar sevincək olurlar ki, pis günlər geridə qaldı.
Amma çox keçmir, infeksiyaya yoluxma artır və pis günlər hələ irəlidə olur. İnsanlar artıq pandemiyadan nəinki yorulublar, artıq 2021-ci ildən də əllərini üzüblər.
Heç kəsdə inam qalmayıb ki, iyunun 1-də karantin tamamilə götürüləcək. Yox-yox, ilin sonuna qədər bu və ya digər şəkildə karantin şəraitində yaşamalı olacağıq. Bütün bunlar bir yana, həmçinin pandemiyanın yaratdığı iqtisadi çətinliklər, psixoloji pozuntu, ictimai nəqliyyatın birinin qapadılıb, digərinin açılması - hər şey aydındır, deyilib, yazılıb, Operativ Qərargahı dönə-dönə yıxıb-sürüyüblər, çi fayda?!
Anaxeber.info bildirir ki, indi yoluxmanın kəskin artdığı zamanda yeni heyrətamiz iddialar meydana çıxmaqdadır. Və səslənən ittihamlara nə TƏBİB, nə Səhiyyə Nazirliyi cavab verir. Hər iki qurumun rəhbərləri - Ramin Bayramlı və Oqtay Şirəliyev “qeybə çəkiliblər”.
Nədən ibarətdir bu iddialar – araşdırmaçı jurnalist Aynur Elgünəş yazır ki, bir peyvəndin iki nəfərə vurulması hallarına yol verilir. Bu, cinayətdir.
Sitat: “Bir neçə həkimin xəbərdarlığıdır. Onların sözlərinə görə, peyvəndlənmənin birinci hissəsi qaydalara uyğun aparılıb, yəni həkimlərə və s. tam doza vurulub. İndi isə poliklinikalara lazım olan qədər peyvənd verilmir, yarısı verilir və “bununla idarə edin” deyilir.
Ona görə də 1 peyvəndi 2 nəfərə vururlar, vətəndaşları aldadırlar. Hətta elə hallar olub ki, vətəndaşa “peyvənd edək, ya sənəd verək?” kimi təkliflər də edilib.
Təbii neynəsək də, bu cür üsullara əl atan alçaq sürüsü ilə bacara bilməyəcəyik. Yenə də çalışaq. Məsələn, peyvəndi yanınızda açılmasını və vurulmasını tələb edin. Düzdür, bir neçə dəfə tibb bacısının “bizə tapşırılıb ki, çəkib gətirib vuraq” kimi hallarla da qarşılaşanlar olub. Bu, qayda deyil, tələb etmək, sizə vurulan peyvəndi görmək haqqınızdır.
Həkimlərin sözlərinə görə, peyvəndə belə “qənaət”in səbəbi odur ki, yerdə qalanı özəl klinikalarda satırlar. Məncə, o kameraları yataq otaqlarında deyil, TƏBİB-in, Səhiyyə Nazirliyinin kabinetlərində quraşdırsanız, daha maraqlı və faydalı görüntülər əldə edərsiz”.
Dəhşətli ittihamdır. Xalqa qarşı aşkar cinayət əməlidir. Peyvəndlərin özəl klinikalarda satılması üçün biznes quranlar süni şəkildə vaksin defisiti yaradırlar və bu yolla həm əhalini aldadırlar, həm dövləti sabotaj edirlər. Bəs bu mafiya kimdir? Hansı qüvvələrdir ki, TƏBİB və Səhiyyə Nazirliyi araşdırma aparmır?
Biznes maraqlarını xalqın ən bəlalı günlərində də üstün tutan dərman mafiozları, səhiyyə caniləri peyvəndi belə əhaliyə rəva bilmirlər. Bu iddialar ortalıqdadır və ötən gün sosial şəbəkələrdə ən çox paylaşılan məlumatlardan biriydi.
Amma nə O.Şirəliyev, nə R.Bayramlı kabinetindən başını çıxarıb deyilənlərə münasibət bildirdilər. Belə bivec məmurlarla epidemiyaya necə qalib gəlmək olar?
Bir Türkiyənin səhiyyə naziri Fəxrəddin Qocaya baxın, hər gün xalqa hesabat verir, təhlilləri açıqlayır, ümumi epidemioloji durumu izah edir, bizimkilərsə bir peyvəndi iki adama vurmaqla yoluxma sayının dolayısı ilə artımına səbəb olurlar. Bu, xalqa COVİD19 “terroru” törətməkdir.
Anaxeber.info bildirir ki, korona ilə mübarizədə özbaşınalıqlar təkcə peyvəndləmə ilə məhdudlaşmır. Xəstələrə, xüsusən ağır vəziyyətdə olanlara qarşı səhlənkarlıq, laqeydlik sərgilənir. Redaksiyamıza ayrı-ayrı oxuculardan, yaxın çevrədəki informasiyalı mənbələrdən gələn xəbərlərdə deyilir ki, özəlliklə Zığda yerləşən Fövqəladə Hallar Nazirliyinə aid modul tipli xəstəxana gestapo və morqa çevrilməkdədir.
Bu xəstəxanaya diri girən ölü çıxır. Səbəb xəstələrə yaxşı qulluq olunmaması, oksigen aparatına qoşulanların boğazı quruduğu halda damcı su təminatının olmaması, biganəlik, etinasızlıq, ölümün pəncəsinə atılmaqlıqdır bu...
Zığdakı bu xəstəxana ilə bağlı dəfələrlə şikayətlər olub, amma qulaqardı ediblər. Son günlərdə yenə narazılıqlar dilə gətirilir, tanışı, adamı olmayan xəstələrə yaxşı xidmət göstərilmədiyi, tapşırıqla yerləşənlərə yüksək müalicə olunduğu iddiaları səslənir.
Koronavirusla yanaşı bəlaya çevrilən Azərbaycan səhiyyəsinin başbilənlərinin, TƏBİB və Nazirliyin yarıtmaz fəaliyyətinin ucbatından infeksiya qurbanlarının sayı artır. Ən dəhşətlisi isə bu virusdan ölənlərin başına açılan oyunlardır. Belə ki, əksər qurbanlar Sabunçu rayonu 3 saylı xəstəxananın morquna gətirilirlər. Burada isə rüşvət işə düşür.
Ölənin cənazəsini gətirən sürücüdən tutmuş morqda kəfənləmə proseduruna qədər pul işləyir. Əgər morqda meyitlər çoxdursa, pulu olanlar içəri daxil olur, sövdələşir, 100 manat ödəniş edir, özünkünün yuyulması, kəfənləməsini qabağa salır.
Bütün bunlar fəlakətdir və xalq bilmir ki, özünü virusdan qorusun, yoxsa səhiyyədəki rüşvət virusunun caynağından xilas olsun. Amma bu qədər ittihamlara qarşı TƏBİB və SN-də immunitet formalaşıb, donublar, dinmirlər, sanki ECMO aparatına qoşulublar, səsləri çıxmır.
Buna isə cavab verilməlidir. Uğursuz karantin-karantin hoqqabazlığı ilə əhalini həyatını bir ildən çoxdur ki, cəhənnəmə çevirənlər bu yaramazlıqlara - bir peyvəndin iki nəfərə vurulmasına, Zığdakı xəstəxanada yaşananlara, morqlarda baş verənlərə görə xalqa hesabat verməlidirlər...
Anaxeber.info











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"15 manatı açıq-aşkar OĞURLADILAR" - ETİRAZ
Bu gün, 08:35
AZƏRİQAZ gerçəkliyi: Savadı yoxdur... RƏİS TƏYİN EDİN! - BU NƏDİ BELƏ?
Bu gün, 08:25
Tramp Ukrayna ilə bağlı sülh çalışmalarını dayandırmağı düşünür - Axios
Bu gün, 08:17
“Təbrik” şadlıq sarayı insanları necə zəhərləyir? - VİDEO
Bu gün, 08:11
Bakıda taksilər kəskin bahalaşdı – Yeni qiymətlər
Bu gün, 07:04
Rusiyanı iflic etmə planı - Zelenski anonsunu verdi
Bu gün, 07:01
Si Cinpin ŞƏT İnkişaf Bankının yaradılmasını təklif edib
Bu gün, 06:58
"Biz aldandıq, siz aldanmayın" - NARAZILIQ VAR...
Bu gün, 06:54
Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Dövlət Başçıları Şurasının iclası başlayıb
Bu gün, 06:44
Üçüncü Dünya müharibəsi təhlükəsi? – Yaxın 5 ildə 5 böyük münaqişə...
Bu gün, 06:40
Bakıda evli kişi "xərçəng xəstəsiyəm" deyib sevgilisinə qarşı dələduzluq etdi - TƏFƏRRÜAT
Bu gün, 06:23
NAXTEL LƏĞV OLUNUR - DİQQƏT
Bu gün, 02:00
Susuz qalan Türkiyə: böhran dərinləşir - AKTUAL
Bu gün, 00:46
"İsrail dronları Azərbaycan sərhədindən keçib" - YALANÇI TEHRAN
Bu gün, 00:43
Şanxay sammitində diqqətçəkən detal: bir ilk yaşandı – 2019-da nə deyilmişdi?
Dünən, 23:15
"Putinin növbəti hədəfi Baltikyanı ölkələr yox, məhz Azərbaycandır" - Ölkəmiz yenə təhdid olundu
Dünən, 23:12
Çində gizli diplomatiya: Əliyev, Paşinyan və Ərdoğan ayaqüstü “üçlü” görüşdə – yeni format doğulurmu?
Dünən, 23:10
KTMT Belarusda təlimlərə başladı
Dünən, 15:04
"Gəldiyin ölkənin qayda-qanununa əməl etməlisən" - Nadir Qafarzadə ruslara HAQQ QAZANDIRDI
Dünən, 14:29
ƏMƏLİ SALEH OLMAYAN SALEH MƏMMƏDOV: Çəkdiyi yol 10 ay da dözmür... - Prezidenti də ALDADIR?
Dünən, 14:17
"İrəvan bu istiqamətdə hərəkətə keçə bilər" - AKTUAL
Dünən, 14:05
Rus ordusu bu şəhərə daxil oldu - Puşilin
Dünən, 14:03
"Bu şirkətlə uzun müddətdir problem yaşayıram..." - GİLEY
Dünən, 14:00
Zaur Mikayılov BƏS NECƏ..: CƏZALANACAQMI? - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:40
Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı əvvəldən də qərar verə bilərdi... - deməli, MƏCBUR OLUB...
Dünən, 13:27
İLLƏRİN ADİL VƏLİYEVİ: Hələ də vəzifədə... hələ də istədiyini edir... - ÖZBAŞINA QALIBLAR...
Dünən, 13:24
"Bu gün biz bir blogger xanımla birlikdə prokurorluğa müraciət etdik" - QALMAQAL
Dünən, 13:20
Pekin Moskva və Tehrandan fərqli olaraq … - FAKT
Dünən, 13:07
Daha iki ölkə hərəkətə keçir: sərhəddə qırıcılar, raketlər… – Rusiya üçün yeni kabus
Dünən, 13:05
O, Əliyeva ilə yaxındır, olmaz... - Ermənilər panikaya düşdü
Dünən, 12:58
Mirsaleh Seyidovun VİLLA-TÜRMƏLƏRİ BAĞLANIR? - İLGİNC GƏLİŞMƏ
Dünən, 12:56
İngilislər Paşinyanı Çinə köynəksiz YOLLADI - “Svobodnaya pressa
Dünən, 11:39
Allahı gördüm, dedi, Rusiya hələ 17 il döyüşməlidir - Dugin
Dünən, 11:35
İranın İrəvandakı səfirinin ifşası etiraz doğurdu - danırlar, amma...
Dünən, 11:16
Daha bir ölkə NATO yolunu tutur – Stepaşindən sərt reaksiya
Dünən, 11:13
Gerasimov Putini belə aldadır: - Ağır itkilər...
Dünən, 11:00
Ukraynanın sabiq spikeri qətlindən altı ay əvvəl dövlət mühafizəsi istəyibmiş - UNİAN
Dünən, 10:59
SOCAR-da SIĞORTA MÜƏMMASI - AXI NİYƏ?..
Dünən, 10:57
Qobu bələdiyyəsinin ƏRKÖYÜN SƏDRİ... - DÖVLƏT NƏDƏNSƏ SEYR EDİR...
Dünən, 10:43
Problem yaratmaqda elə BİR BANKDIR... - NARAZILIQ VAR...
Dünən, 10:40
“İranın geoiqtisadi marağına heç də Zəngəzur dəhlizi zərbə vurmur” - deputat
Dünən, 10:30
Tehran Qərbə, İrəvan da Moskvaya qarşı balans axtarır - GƏLİŞMƏ
Dünən, 10:26
Tramp İllinoys qubernatorunu hədələyib - "Truth"
Dünən, 06:12
İlham Əliyevin Çin səfəri: NƏYİ GÖZLƏYƏK... - AKTUAL
Dünən, 06:09
Babacanyan sevinir: Ermənistan bu siyahıda Azərbaycanı keçdi - FOTO
Dünən, 06:06
Barəsində əsassız xəbərlər yayılan məmur DANIŞDI - “TikTok profilim olmayıb, saxta hesab açıblar”
Dünən, 05:53
“Əbədi qardaşlıq” mifinin sonu – Uçurum üzərində müttəfiqlik
Dünən, 05:49
Nazirlikdəki ləğv olunan "alış-veriş" yenidən gündəmdə - Aftafa, pəncərə, qapı dəstəyi, led və.s
Dünən, 05:45
"Bir aydan çoxdur səsim gedib"
Dünən, 05:39
İran Silahlı Qüvvələrinin rəisi Paşinyanın adamının üzünə bunları dedi! - TƏFƏRRÜAT
Dünən, 05:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru