ƏƏSMN bir bazardır, Sahil Babayev də "bazarkom"... - Əgər belə olmasaydı...
Tarix: 21-12-2020, 09:07 | Çap et
 İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu hazırki əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin vaxtilə iqtisadiyyat nazirinin müavini işlədiyi dövrdə nəzarət etdiyi sahələrdən biri olub. Nazirliyə yaxın mənbədən Arqument.az-a verilən məlumatda belə deyilir. Məlumatda deyilir ki, Fond tərəfindən sahibkarlara ayrılan kreditlərin böyük hissəsi o vaxt “Parabank” ASC olaraq fəaliyyət göstərən və hazırda bank olmayan kredit təşkilatına(BOKT) çevrilən maliyyə qurumunun rəhbəri Vəli Quliyev tərəfindən icra olunub. Həmin maliyyə-kredit təşkilatının rəhbəri Vəli Quliyev isə uzun müddət mətbuatın gündəmində olub. “Lakin bir müddət sonra nazir Sahil Babayev dostunu vəzifəyə gətirməyə nail olub. Hazırda Nazirlikdə müşavir vəzifəsində çalışan Vəli Quliyevin bu qurumda əməkhaqqı min manatı keçmir. Amma Sahil Babayevin nazirlikdə çalışan təcrübəli işçiləri qovub onların yerinə ictimai qınaq obyektinə çevrilmiş şəxsləri gətirməsi təəccüb doğurur”, – məlumatda qeyd olunur. Bildirilir ki, bu yaxınlarda Vəli Quliyev Dövlət Əmək Müfəttişliyi Xidmətinə rəis vəzifəsinə təyin olunacaq, hətta bununla bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərov artıq məlumatlandırılıb: “Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin apardığı kadr siyasətinin uğursuz nəticələri göz qabağındadır. Bir yandan nazirliyin əhaliyə olan qeyri-humanist münasibəti, bir yandan əhali arasında reputasiyasını itirmiş, şəxslərin nazirlik sisteminə cəmlənməsi ümidverici nəsə vəd etmir”. Mənbə bildirib ki, 1991-2016-cı illərdə “Parabank” adı ilə bank, 2016-cı ildən isə “Parabokt” adı ilə “bank olmayan kredit təşkilatı” (BOKT) kimi Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatının rəhbəri Vəli Quliyev hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində çalışır. “Parabokt” 2016-cı ildə lisenziyası ləğv edilmiş “Parabank” ASC-nin bazasında yaradılıb və nizamnamə kapitalı 38,887 milyon manatdır. Həmin vəsaitin 9.03 % Vəli Quliyevə məxsusdur və onun 3 511 496 manat şəxsi kapitalı var. “Para” BOKT-un səhmdarlarının pay bölgüsü aşağıdakı kimidir:

“Yuxarıda qeyd olunan cədvəldən görsənir ki, həmin payların 57.09 % məhz Quliyevlər ailəsinə məxsusdur. Eyni zamanda araşdırmalar göstərir ki, Quliyevlər ailəsinin nəzarətində olan istehsalat və xidmət sahəsində fəaliyyət göstərən biznes şəbəkəsi var”, – mənbə bildirib. Azərbaycanda istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü mövcuddur. Bu sığorta növü üzrə fəaliyyət göstərməsi üçün ölkənin bir neçə siğorta şirkətinə lisenziya verilib. Məlumata görə, bu sahədə nəzarətin gücləndirilməsi və hadisələrin rəsmiləşdirilməsinin qarşısının alınması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə siğorta məbləğinin 15% həcmində vəsait ödənilir. Bununla bağlı Nazirliklə sığorta təşkilatları arasında memarandum imzalanıb: “Dövlətin nəzarət funksiyasını həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının bu sövdələşməsi etik normalara sığmadığı kimi hüquq normalarının da kobud şəkildə pozulmasıdır”. “Vəli Quliyevin Dövlət Əmək Müfəttişliyi Xidmətinə rəisi vəzifəsinə gətirilməsinin arxasında dayanan faktor yuxarıda qeyd etdiyimiz kimi hər il sığorta şirkətlərindən daxil olan 8-10 milyon manat həcmində vəsaitin əldən çıxarılmasıdır”, – məlumatda bildirilir. Bildirilir ki, 2021-ci ilin yanvar ayından Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində Əməyin Mühafizəsi Fondu Publik Hüquqi Şəxsi yaradılacaq və bu vəsaitlərin idarə olunması məsələsi maliyyə sahəsində fəaliyyət göstərən Vəli Quliyevə həvalə olunacaq: “Nazirlik sistemində kök salan korrupsiya və rüşvətxorluq halları hər gün daha da, dərinləşməkdədir. Nazirliyin kadr siyasətinin təməlində o durur ki, savadlı və təcrübəli kadrlar sistemdən uzaqlaşdırılsın”. Məlumatda o da bildirilir ki, Vəli Quliyev Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun yaxın adamıdır. Qeyd edək ki, bu kimi hallar nazirlikdə yeni deyil. Nazirin 2018-ci ildə rüşvət ittihamı ilə işdən çıxardığı məmurlardan birinə – Elşən Tağıyevə 2019-cu ildə nazirlikdə yeni vəzifə verilmişdi. Mövzu ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Direktor təyinatında İKİLİ STANDART... - BU NƏDİ BELƏ?
Bu gün, 07:31 |
|
|
|
• Masazırda barınan oliqarx-məmur... - İLGİNC FAKTLAR
Bu gün, 07:26 |
|
|
|
• "Uşaq bağçasına yerlər 500 manata satılır" - NARAZILIQ VAR...
Bu gün, 07:22 |
|
|
|
• Zirəddindən şok müharibə PROQNOZU
Bu gün, 07:18 |
|
|
|
• İnteqrasiya təlimli internat məktəbinin qalmaqallı direktoru yenidən gündəmdə - bu dəfə vergi məsələsinə görə...
Bu gün, 07:16 |
|
|
|
• Bakıda məktəb direktoru qeyri-adi səbəbə görə işdən ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 07:04 |
|
|
|
• Sülhü sabotaj edən səfir - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 07:01 |
|
|
|
• Nazirlik yanında İctimai Şura üzvü AYNA-nın qərarına etiraz etdi - "Bu, faktiki olaraq inhisarçılıqdır"
Bu gün, 06:59 |
|
|
|
• "Rusiya Azərbaycanın müstəqil siyasət yeritməsini həzm edə bilmir" - ONA GÖRƏ DƏ...
Bu gün, 06:56 |
|
|
|
• Musiqi məktəblərindən də narazılıq var - Qiymət bahalaşıb, pulu da əvvəlcədən istəyirlər
Bu gün, 06:54 |
|
|
|
• “Qalacaq yer tapmaq imtahandan sonra ikinci stressdir” - AKTUAL
Bu gün, 06:52 |
|
|
|
• “Ermənistanla sülh müqaviləsi imzalanacaq” - Yalnız bunlar olacaqsa...
Bu gün, 06:47 |
|
|
|
• "Hər bayram, hər qələbə artıq başqa dad verəcək"
Bu gün, 06:44 |
|
|
|
• Kreditlərlə bağlı mühüm məsələ – İlin sonuna qədər…
Bu gün, 06:40 |
|
|
|
• Polşa hava limanlarını bağlayıb, ordu döyüş hazırlığı vəziyyətinə gətirilib - NƏ BAŞ VERİR?
Bu gün, 06:35 |
|
|
|
• Musiqi ruhun qidasıydı, qatili yox...
Bu gün, 01:32 |
|
|
|
• Bərdə İcra Hakimiyyəti bir gündə iki tender elan edib - AY MAŞALLAH...
Dünən, 18:34 |
|
|
|
• Alverçilərin BAZARI ÖLDÜ – “Heç kim bu maşınlara 20-25 min vermək istəmir”
Dünən, 18:27 |
|
|
|
• "Abzas Media" işi: - Təqsirləndirilənlər barədə qərar...
Dünən, 18:12 |
|
|
|
• Ucuz neft Azərbaycana problem yaradacaq? - GƏLİŞMƏ
Dünən, 18:07 |
|
|
|
• Azərbaycan və Rusiyanın ortaq şirkəti ləğv edilir - DETALLAR
Dünən, 18:00 |
|
|
|
• Pakistanlı MBA tələbələri “Ulduz” şokolad fabrikində istehsalat turunda iştirak ediblər - FOTO
Dünən, 17:56 |
|
|
|
• “Anam yanımdadır, ondan güc alıram” - Aysundan gözlənilməyən paylaşım
Dünən, 17:52 |
|
|
|
• Azərbaycan ciddi qərarları ilə COP-u işlək bir konfransa çevirdi - deputat
Dünən, 17:46 |
|
|
|
• TƏBİB-də yoxlamalar başladı - NƏ BAŞ VERİR?
Dünən, 17:43 |
|
|
|
• “Nazirin hərbi rütbəni bir pillə aşağı salmaq səlahiyyəti olmalıdır”
Dünən, 17:41 |
|
|
|
• Bu ölkədə baş nazirin arvadın yandırıb öldürdülər
Dünən, 17:39 |
|
|
|
• Məktəblərdə rus bölməsi QALMAQALI: müəllimlər sinif tapmır - Görünəni odur ki...
Dünən, 17:36 |
|
|
|
• Bir kəndin sakitliyini pozan üç gün: iki uşaq anası 10 kişi ilə gəzdi, əri elə danışdı ki... - TƏFƏRRÜAT
Dünən, 17:32 |
|
|
|
• Nazirlik TƏBİB-də yoxlamalara başladı
Dünən, 16:20 |
|
|
|
• Polşa Belarusla sərhədi tam bağlayacaq
Dünən, 15:57 |
|
|
|
• “Nar” “Naxtel” abunəçilərinə xüsusi kampaniya təklif edəcək
Dünən, 15:55 |
|
|
|
• İndi də sosial şəbəkə hesablarımız HƏDƏFDƏ
Dünən, 15:49 |
|
|
|
• Peşə məktəbləri ilə bağlı QALMAQAL
Dünən, 15:10 |
|
|
|
• Azərbaycanda problemli kreditlər artır - SƏBƏBLƏR
Dünən, 13:20 |
|
|
|
• "Fransa Makrondan bezib" - Volodin
Dünən, 13:18 |
|
|
|
• II Qaregin Paşinyanla bağlı təlimat verdi - Zarkerak.am
Dünən, 13:00 |
|
|
|
• Vaşinqton razılaşmaları və Rusiya: geosiyasi məğlubiyyət, yoxsa taktiki fasilə? - NƏ BAŞ VERİR?
Dünən, 12:53 |
|
|
|
• Milli Arxiv İdarəsi üç yüz manata icarəyə götürdüyü Sumqayıt filialının təmir-tikintisindən nə qədər dövlət vəsaiti talayıb - İLGİNC FAKTLAR...
Dünən, 12:51 |
|
|
|
• Azərbaycanla sülh sazişi ölkəmizə investisiyaları artıracaq - Ermənistan Mərkəzi Bankının sədri
Dünən, 12:38 |
|
|
|
• "Kreditin ləğv olunmasını tələb etmişəm... AMMA..." - NARAZILIQ VAR...
Dünən, 12:37 |
|
|
|
• Azərbaycan vətəndaşları üçün məhdudiyyət olan ölkə varmı? - AKTUAL
Dünən, 12:03 |
|
|
|
• Qarabağ ermənilərinin köçəri həyat tərzi bölgədə problemləri davam etdirir - ŞƏRH
Dünən, 11:56 |
|
|
|
• Adil Vəliyev icra nümayəndəsini işdən çıxardı - Yeni təyinatlar
Dünən, 11:54 |
|
|
|
• Gürcüstan yenidən ÇALXALANIR – Rusiyanın dəhşətli ssenarisi belə İFŞA EDİLDİ
Dünən, 11:50 |
|
|
|
• “Hansısa ingilisdilli qaqulik balası düşünüb ki, niyə taksi xidməti rəqabətli olmalıdır ki?” - ETİRAZ
Dünən, 11:48 |
|
|
|
• Zəngəzur dəhlizinin Azərbaycan ərazisində tikinti işləri gələn il tamamlanacaq
Dünən, 11:40 |
|
|
|
• Yasamalda “Avant” MTK özbaşınalığı… - VİDEO
Dünən, 11:36 |
|
|
|
• Paşinyan Yaponiyadan qayıdan zaman hökumət təyyarəsi Monqolustan və Qazaxıstanda niyə dayanıb?
Dünən, 11:24 |
|
|
|
• Ermənistanın varlığı Türkiyə və Azərbaycanla normallaşmadan asılıdır - ŞƏRH
Dünən, 11:20 |
|
|
|
|